Hədiyyə...
Oxunub: 1053
23 Nov 2020 | 15:34
Hədiyyə...

Qarabağ müharibəsində əsir düşmüş Azərbaycan qızlarının xatirəsinə

Gülnaz atasının qucağına atıldı:

– Ata, mənim adımı sən qoymusan, yoxsa anam?

– Əlbəttə ki, mən. Bax sənin doğum haqqında şəhadətnamən də məndədir, görürsən? Sənin adını anan qoymuş olsaydı, doğum haqqında şəhadətnamən də onda olardı – deyə dodaqaltı qımışdı və Gülnazın oxuduğu məktəbə vermək üçün səhər evdən götürdüyü sənədi qızına uzatdı.

Gülnaz sanki, doğrudan da, onun adının atası tərəfindən qoyulduğunu sübut edən bir sənəd kimi, doğum şəhadətnaməsini möhkəm-möhkəm öpdü və: Ata, olar, bu məndə qalsın? – deyib heç cavab gözləmədən ətəyinin cibinə qoydu.

***

Artıq hava qaralırdı. Göyün üzünə qara buludlar yığışmış, uzaqda görünən başıqarlı Qızqala dağı tərəfdən soyuq rüzgar qalxmaqda idi. Rasim yorğun olsa da, sürətlə addımlamağa çalışır, Gülnaz isə heç nəyə məhəl qoymayaraq, doyunca yatıb yenicə qalxmış uşaq kimi atılıb-düşür, atasının ətrafında dövrə vururdu. Rasim Gülnaza baxaraq, qızına bu sevincli anları yaşatdığına görə özündən razı halda gülümsəyirdi. Havanın soyuduğunu görən Rasim: Qızım, hava yaman soyudu, deyəsən, yağış da yağacaq, bir az cəld ol, özümüzü kəndə yetirək, – deyə Gülnazın əlindən tutdu. Onlar sürətlə kəndə doğru irəliləməyə başladılar. Kəndin girəcəyindəki ağaclığa çathaçatda xeyli sayda adamın böyük təlaş içində ora-bura qaçdığını gördülər. Onlardan biri: Ermənilər kəndə giriblər, qabaqlarına çıxanı

güllələyirlər, getməyin, – deyə qışqıraraq gözdən itdi. Bircə anda dünya Rasimin başına fırlandı. Kənd camaatı arasında ermənilərlə bağlı söz-söhbətlər xeyli vaxtdır gəzsə də, bunun, doğrudan da, nə vaxtsa baş verə biləcəyi heç kimin ağlına belə gəlmirdi. Vəziyyəti belə görən Rasim bir kəndə tərəf baxdı, bir də dönüb səkkizyaşlı qızı Gülnaza: – Mənim gözəl qızım, bax burdaca bu ağacın altında otur, heç bir yerə tərpənmə, mən bu saat qayıdıram, dedi və özündən asılı olmayaraq, qızından ömürlük ayrılırmış kimi, onu möhkəm-möhkəm bağrına basdı.

Təxminən bir saat idi ki, Rasim getmişdi. Atasının yolunu gözləyən qızcığaz soyuqdanmı, yoxsa qorxusundanmı oturduğu ağacın altındaca yuxuya getmişdi. Birdən hündürdən danışıq səsləri gəldi. Gülnaz yuxudan ayıldı. Gözlərini açanda əllərində avtomat olan üç nəfər əsgərin düz ona tərəf gəldiyini gördü. O bilmədi ki, neyləsin – əsgərlərə yaxınlaşıb atasını soruşsun, yoxsa gizlənsin. Bu zaman əsgər-lərdən biri, Gülnazın başa düşmədiyi dildə, yoldaşına nəsə dedi və onlar bir-biri ilə şit-şit zarafatlaşaraq gülməyə başladılar. Gülnaz bu adamların azərbaycanlı ol-madığını başa düşdü və qorxusundan yanındakı ağacın arxasında gizləndi ki, əsgərlər onu görməsinlər. Bu vaxt ağacın arxasından gələn xışıltı səsi avtomatlılardan birinin diqqətini çəkdi. Ağaca yaxınlaşan avtomatlı Gülnazı görüb sevincək halda: Bunu bizə Allah yetirdi ki, – deyərək yoldaşlarına tərəf döndü və heç reaksiya gözləmədən kəmərini açmağa başladı. Onun fikrini anlayan o biri avtomatlı hirsli-hirsli dilləndi: Xorenin əmrini nə tez unutdun? Bilmirsən ki, əlimizə keçən türk qızlarını o şəxsən cəzalandırmaq istəyir?. Bunu deyib avtomatlılar Gülnazın qolundan sürüyə-sürüyə ordan uzaqlaşdılar. Gülnaz isə göz yaşları içində “ata, ata” deyə fəryad edirdi...

Kənddəki dostlarından vəziyyət haqqında ətraflı məlumat alan Rasim ağaclığa tərəf üz tutdu və birbaşa qızını qoyduğu ağacın yanına cumdu. Gülnazın burada olmadığını görən Rasimin sanki ürəyi dayandı. O, o yan - bu yana qaçaraq “Gülnaz, Gülnaz” deyə qışqırır, amma yalnız öz səsinin əks-sədasını eşidirdi.

***

Bu gün Gülnazın ad günü idi – 26 yaşı tamam olurdu. Rasim, ömür yoldaşı Ülkər və oğlu Rəşad süfrə başına toplaşmışdılar. Heç kim dillənib bir söz deyə bilmirdi. Bu ayrılıqdan ən çox əziyyət çəkən Rasim idi. O, Gülnazın əsir düşməsindən yalnız özünü günahkar sayırdı. Axı o gün, ermənilərin kəndə girdiyi xəbərini alanda Gülnazı ağaclıqda təkbaşına buraxmasaydı, bütün ailəsi 18 illik ayrılıq dərdinə düçar olmazdı. Ömür yoldaşı və uşaqları daima Rasimi sakitləşdirməyə çalışırdılar: Sənin

heç bir günahın yoxdur, görünür, bu, Allahın işidir, yazı-qədərdir, – deyə ona ürək-dirək versələr də, bunların heç biri Rasimi sakitləşdirmək gücündə deyildi. Hər yanvar ayının 22-si Rasim üçün onun həyatının ən ağır günü idi.

Rasim sakitcə otağın küncündəki pianoya yaxınlaşdı, Gülnazın pianonun üstündən, sanki “ata, gəl məni xilas et” deyən yalvarış dolu baxışlarla boylanan şəklini əlinə aldı, ehmalca dodaqlarına yaxınlaşdırdı. Titrək səslə “Mənim əziz balam, hardasan?” – deyərək, illərdir olduğu kimi, yenə də göz yaşlarını saxlaya bilmədi.

***

Gülnaz işığı söndürdü: Bu gün çox yorulmuşam, – deyərək üzünü yana çevirdi. Lakin Arsen bu gecədən beləcə asanlıqla vaz keçmək niyyətində deyildi: – Əzizim, sənə bir hədiyyəm var, üzünü mənə çevir. Gülnaz istəksiz halda, bir az da deyinə-deyinə ərinə tərəf döndü. Ərinin əlindəki kağız parçalarını görüb geri çevrilmək istəsə də, Arsenin kobud əlləri ona mane oldu: – Əzizim, bu, bizim evlənməyimizin 10 illiyi münasibətilə hazırladığım hədiyyəmdir, sən bu hədiyyəni çox sevəcəksən. Bunu deyib Arsen əlindəki Yerevan – Moskva təyyarə biletini və tünd-mavi pasportu Gülnaza uzatdı. Gülnaz bu pasportu həyatında ikinci dəfə idi ki, görürdü – ilk dəfə imza atıb rayon pasport şöbəsindən götürəndə və bir də indi. Odur ki, saxta bir maraqla pasportu nəzərdən keçirdikdən sonra Arsenin ona verdiyi bileti böyük sevgi ilə əvvəlcə sinəsinə basdı, sonra da dodaqlarına yaxınlaşdırıb öpdü. Onun bu hərəkəti Arsenə sanki dünyaları bağışladı və bu illər ərzində nadir hallarda arvadının gülər üzünü görən Arsen özündən razı halda Gülnazı möhkəm-möhkəm qucaqlayıb özünə sarı dartdı. Gülnaz nə qədər çalışsa da, ərinin kobud əllərindən qurtula bilmədi, illərlə olduğu kimi, yenə də ona tabe olmaq məcburiyyətində qaldı.

Gecəboyu Arsenin ona söylədiyi sözlərdən Gülnaz yalnız birini eşitdi – MOSKVA!

Gülnaz səhər lap tez oyandı. Əslində, o, sevincindən gecəni, demək olar ki, yatmamışdı, əri ilə gecəboyu uzun-uzadı söhbət etməyə xüsusi marağı olmadığından özünü yatmışlığa vurmuşdu. Arsen yuxudan duranda artıq mətbəxdə səliqə ilə açılmış süfrə – onun çox sevdiyi “Mikoyan” sosisi, soyutma yumurta, qızdırılmış qara çörək və qarışdırılmış şor-xama onu gözləyirdi. Arsen süfrəyə diqqətlə nəzər saldıqdan sonra arvadına tərəf döndü, heç bir şey deməsə də, onun ürəyindən keçənləri təbəssümündən oxumaq olurdu. Arsen ürəyində Gülnazın illərdir arzusunda olduğu və ondan dəfələrlə xahiş etdiyi Moskvaya getmək arzusunu bu

qədər gec yerinə yetirdiyi üçün özünü qınayırdı. O, böyük iştahla yeməyini bitirdi və Gülnazı qucaqlayıb: Sabah səhər saat 9-da hava limanında olmalıyıq, hazırlaş, mən də işlərimi bitirib qayıdacam, – deyərək evdən çıxdı. Arsen gedəndən sonra Gülnaz mətbəxi yığışdırdı, yataq otağına keçib bir az dincəlmək istədi. Güzgünün qabağından keçərkən başını çevirib güzgüyə baxdı və ayaq saxladı. Gənc olmasına baxmayaraq, gözlərinin ətrafında yaranmış qırışlar diqqətini cəlb etdi. Gülnaz sanki bu qırışları ilk dəfə idi görürdü. İndiyə qədər özünə heç vaxt ayırmayan, xarici görü-nüşündən heç vaxt ciddi narahat olmayan Gülnaz bir saata qədər güzgünün qabağından ayrılmadı və hələ uşaqlığından çox sevdiyi “Qaragilə” mahnısını (Gül-naz bu mahnını atasından eşitmişdi) alçaqdan zümzümə edə-edə özünə xeyli bəzək-düzək verdi.

Axşam Arsen evə dönəndə yenə də onun sevdiyi yeməklərlə dolu süfrə diqqətini cəlb etdi. Gülnaz da həmişə olduğundan fərqli görünürdü. Onun üzündə xüsusi bir təbəssüm vardı. Gördüklərindən böyük həzz alan Arsen Gülnaza yaxınlaşaraq bu dəfə ürəyində yox, hündürdən, özü də xüsusi şövqlə dedi: – Mən sənin bu qədər gözəl olduğunu heç görməmişdim. Günah, yəqin ki, mənim bu kor olan gözlərim-dədir. Ancaq sənin də günahın az deyil, bu gözəlliyi məndən gizlətmisən. Sənə söz verirəm ki, bundan sonra səni tez-tez gəzməyə aparacam. Bu sözlərdən bir az xoşhallanan, bir az da utanan kimi olan Gülnaz: Yaxşı, yaxşı, nə olub ki, mən elə həmişəki adamam”, – deyərək yataq otağına keçdi.

Gülnaz getdikdən sonra Arsen bir müddət mətbəxdə oturub fikrə getdi. O, Gülnazın belə gülər üzünü çox az-az görürdü. Əvvəllər bunun səbəbini Gülnazın həyata etinadsızlığı ilə bağlayır və onu dəyişdirmək üçün, nədənsə, heç bir xüsusi cəhd də etmirdi. İndi, bir gecənin içində arvadının belə dəyişdiyini gördükdən sonra bütün günahların özündə olduğunu qəbul etdi, indiyə qədər arvadını çox qapalı saxlamasının, sərbəstlik verməməsinin, tanışlardan, qohum-əqrəbadan təcrid etməsinin yanlış fikir olduğunu düşünməyə başladı və arvadına qarşı münasibətini dəyişdirmək üçün hər şey edəcəyinə ürəyində söz verdi.

Gülnaz sabahkı səfər üçün hazırlıq görməyə başladı. Özünün və Arsenin lazım olan pal-paltarını səliqəli şəkildə çantaya qoydu, pasportunu əlinə aldı, açıb içindəki şəklinə baxdı. Pasportu özünün də başa düşmədiyi qarışıq hislərlə nəzərdən keçirib onu da çantasına qoydu. Gülnaz özünün şəxsi əşyalarını da götürdükdən sonra paltar şkafına yaxınlaşdı, şkafın aşağı sağ küncündəki siyirməsini açdı, oradakı bəzi qarma-qarışıq əşyaların arasından nə isə götürdü. Özündən başqa otaqda kimsənin olmamasına baxmayaraq, Gülnaz qorxa-qorxa, çox ehtiyatla, elə bil kimsədən gizlə-yirmiş kimi, götürdüyü o şeyi köksünə sıxaraq öpdü və şəxsi əşyaları olan kiçik əl

çantasına qoydu. Gülnaz bütün hazırlıq işlərini bitirib uşaq otağına keçdi və qızının çarpayısına yaxınlaşdı, oyanmasın deyə ehmalca beş yaşlı Nərgizə tərəf əyildi (əslində, qızının adı Narine idi, Gülnaz isə həmişə ürəyində ona Nərgiz deyə müraciət edirdi). Nərgiz şirin-şirin yatmışdı. Yenicə yemək yediyi hiss edilirdi, dodaqlarının kənarından axan südün izi hələ silinməmişdi. Nərgizin mələk üzündə xüsusi bir təbəssüm vardı, o sanki yuxusunda kimə isə qımışırdı. Gülnaz çox qarışıq fikirlər içində idi. Qəlbinin dedikləri və real analıq duyğuları arasında çaşbaş qalmışdı. Elə bu an qapı açıldı, Arsen içəri girdi. Gülnaz Arsen görməsin deyə göz yaşlarını silib geriyə dönsə də, Arsen onun ağladığnı hiss etdi: Niyə ağlayırsan, niyə belə kədərlisən? Biz ki cəmi bir neçə günlüyə gedirik. Bir də ki anam qızımıza bizdən də yaxşı baxacaq, sən bu qədər narahat olma, hər şey yaxşı olacaq, – deyə Gülnazı sakitləşdirməyə çalışdı. Gülnaz: Eh, Arsen bircə bilsəydin, bir ana üçün bir gün belə öz körpəsindən ayrı qalmaq nə deməkdir, – deyib yenə də göz yaşlarına hakim ola bilmədi. O bir də yatağa tərəf əyildi, Nərgizin, bir də görməyəcək kimi, dönə-dönə yanaqlarından öpdü və ürəyində: Mənim əziz balam, bilmirəm, məni bağışlaya biləcəksənmi? – deyərək dərindən ah çəkdi.

***

Hava limanında diktorun səsi eşidildi: Yerevandan Mockvaya uçan KL-3193 saylı reysə 4-cü qapıdan minik başlayır. Gülnazın sevincdən, az qala, ürəyi dayanacaqdı. İlahi, bu yuxudurmu, yoxsa həqiqətdirmi, o doğrudanmı Moskvaya gedir?! Nə qədər ki təyyarə havaya qalxmamışdı, Gülnaz buna inana bilmirdi. Birdən həyəcandan gözləri qaraldı, başı fırlandı. O, nə qədər özünü ələ almaq istəsə də, bacarmadı, ayaqları büdrədi, az qaldı ki, yıxılsın. Gülnaz birtəhər özünü saxlasa da, Arsen hər şeyi hiss etdi. O, təlaş içində: Nə olub, sənə nə oldu? – deyə soruşdu və cavab gözləmədən hava limanının tibbi yardım məntəqəsinə sarı qaçdı. Çox keçmədi ki, həkim gəldi, Gülnazın təzyiqini yoxladıqdan sonra üzünü Arsenə tərəf çevirdi: Təzyiqi çox yüksəkdir, bu vəziyyətdə uçmaq məsləhət deyil. Bu sözlər Gülnazı ildırım kimi vurdu. Qara gözlərini ərinə zilləyib durdu, gözlərindən iki damla yaş süzüldü. İlahi, doğrudanmı onun illərlə ürəyində bəslədiyi arzusu heçə dönəcəkdi?! Arsenin: Əzizim, hər şey keçib gedər, başqa bir vaxt səni mütləq Moskvaya aparacam, mənə inan, indi isə həkimin sözlərinə əməl edək, evimizə dönək, – sözləri onun üçün bir ölüm fərmanı idi. Elə bil dünya Gülnazın başına fırlandı, özünü ələ almağa çalışdı: Yox, yox, sən nə danışırsan, mən lap yaxşıyam, – deyə cəld, heç nə olmamış kimi, ayağa qalxdı: Arsen, onillik həyatımızda səndən

heç vaxt bir şey istəməmişəm. İndi yalvarıram sənə, bu səfərimizi təxirə salma, gedək Moskvaya. Məndən narahat olma, mən özümü yaxşı hiss edirəm, bir az həyəcanlandım, artıq hər şey keçdi. Moskvada, narın-narın yağan quşbaşı qar altında səninlə əl-ələ gəzmək, sənin sevgi dolu sözlərini eşitmək, Qızıl meydanda şəkil çək-dirmək mənim ən böyük arzumdur.

Arvadının yalvarış dolu baxışlarına dözməyib, nəvazişli sözlərindən bir qədər qürurlanan Arsen başı ilə razılığını bildirdi. Gülnaz: Sənin bu yaxşılığını heç vaxt unutmayacam, – deyərək yanaqları qızarmış halda başını Arsenin sinəsinə əydi.

Təyyarəyə minik başladı. Gülnaz ərinin qoluna girib gözlərini biletləri yoxlayan qıza zilləmişdi, nə qədər ki təyyarəyə minməmişdi, heç cür rahatlaşa bilmirdi. Qız biletləri cıraraq minik hissəsini tez-tez sərnişinlərə qaytarır, bu yolla sanki bir qədər gecikmiş reysə miniyi sürətləndirmək istəyirdi. Nəhayət, növbə Gülnaza çatdı, bilet yoxlayan qız, nədənsə, biletə diqqətlə nəzər saldıqdan sonra Gülnazın üzünə baxdı. Bu baxışlar o qədər diqqətli idi ki, Gülnaz sanki sənədlərində bir problemin olduğunun bilirmiş kimi, doğrudan da narahat olmağa başladı. Elə bu zaman qızın “buyurun, keçin” sözləri Gülnazı elə bil ki yuxudan oyatdı. Onlar cəld addımlarla təyyarəyə tərəf getdilər.

***

Gülnazgil Moskvada Arsenin əmisi oğlu Arturun evində qalırdılar. Artur onları ən əziz qonaqları kimi qarşılamışdı. Arturun arvadı Anuş, adının mənasına uyğun olaraq, çox şirindil və açıqqəlbli bir qadın idi. O, Gülnazı ilk dəfə Yerevanda, onların toylarında görmüş və bir neçə gün sonra ailəsi ilə Moskvaya köçdüklərindən bir daha görüşməmişdilər. Gülnazın həyat hekayətini isə sonradan əri Arturdan eşitmişdi və onu öz doğması kimi sevmişdi. Yaşca Gülnazdan xeyli böyük olsa da, rəftarında bunu qətiyyən sezdirmir, Gülnazın onu özünün yaxın rəfiqəsi kimi qəbul etməsi üçün hər şeyi etməyə çalışırdı. Gülnaz da bunu hiss edir və onun son günlərdəki xoş əhvali-ruhiyyəsi burada – Moskvada da davam edirdi. Onlar artıq üç gün idi ki, Moskvadaydılar. Planlarına görə, daha iki həftə burada qalacaqdılar. Ona görə də, ilk günlərdə heç bir yerə getmir, vaxtlarını evdə birlikdə keçirirdilər.

Bu gün ilk dəfə idi ki, Gülnaz Anuşla birlikdə şəhərə gəzməyə çıxmışdı. Yanvarın son günləri olmasına baxmayaraq, Moskvada hava heç vaxt olmadığı qədər xoş idi. Narın-narın yağan qar sakit, küləksiz havaya ayrı bir gözəllik verirdi. Lakin Gülnaz bir qədər həyəcanlı görünürdü. Bu, Anuşun da gözündən yayınmamışdı: Bu gün bir az həyəcanlı görünürsən, deyəsən, Moskvanın

gözəlliklərini görmək üçün səbirsizlənirsən, hə? Anuşun sorduğu suala elə özünün də cavab verməsi Gülnazın işini bir qədər yüngülləşdirdi və o, şux səslə dedi: Bəs necə, zarafatdır, ağzında Moskva deyirsən. Sən burada yaşadığın üçün bu sənə bir az qəribə görünə bilər, amma mən bu günü düz on ildir gözləyirdim.

Onlar şəhərdə doyunca dolaşdıqdan sonra, Anuşun təklifi ilə, Moskva çayı sahilində yerləşən məşhur alış-veriş mərkəzinə getdilər. Əvvəlcə nəfəslərini dərib bir qədər dincəlmək üçün kiçik və çox rahat görünən bir kafeyə girdilər. Şirin söhbətə başları qarışdığından Anuş vaxtın necə keçdiyini hiss etmir, Gülnaz isə, Anuşa sezdirmədən, hərdənbir saatına nəzər salırdı. Gülnaz: İndi də bir az alış-veriş etsək, pis olmaz, – deyə üzünü Anuşa tutdu. Anuş elə Gülnazdan bu təklifi gözləyirmiş kimi cəld ayağa qalxdı, qarsonu çağırıb hesabı ödədi və onlar alış-veriş mərkəzinin ikinci mərtəbəsinə qalxdılar. Bir az alış-veriş etdikdən sonra Gülnaz Anuşdan nəsə soruşdu və Anuş sağ əli ilə mərtəbənin o başındakı tualet tərəfi göstərərək: Mən də səninlə gəlimmi?, – deyə soruşdu. Gülnaz: Yox, yox, narahat olma, sən alış-verişini et, mən bu saat qayıdıram, – deyə inamla dilləndi. Anuş mağazaya girdi, Gülnaz isə iti addımlarla mərtəbənin o başına doğru addımladı. O, yolda saymazyana dönüb geriyə baxdı və Anuşun mağazaya girdiyindən tam əmin olduqdan sonra addımlarını bir qədər də sürətləndirdi. Pilləkənlərdən ildırım sürətiylə enən Gülnaz cəld bayıra çıxdı, sağa-sola baxdı. Bir qədər aralıda taksi dayanmışdı. Gülnaz əli ilə taksiyə işarə elədi. Taksi dərhal yerindən tərpənsə də, Gülnazın ürəyi dözmədi, taksiyə tərəf qaçmağa başladı. Cəld maşına oturub əlindəki kağız parçasını sürücüyə uzadaraq: Məni təcili bu ünvana çatdırın, – dedi. Sürücü bir qədər maraq və təəccüblə təlaş içində olan müştərisini süzdü: Narahat olmayın, vaxtında çatarsınız.

Maşın yenicə yerindən tərpənmişdi ki, işıqforda durdu. Gülnazın sanki ürəyi yerindən çıxacaqdı. O, tələsik çantasından 50 dollar pul çıxarıb sürücüyə uzatdı: Xahiş edirəm, sürətlə sürün, mən təcili orada olmalıyam. Pulu görən taksi sürücüsü hər şeyi anladı. Yaşıl işıq yanmadan tərpəndi.

Taksi üçmərtəbəli binanın qarşısında dayandı. Buyurun, bu da sizin ünvanınız, – deyə sürücü əli ilə sağdakı binanı göstərdi. Taksi sürücüsü maşını kifayət qədər sürətlə sürsə də, Gülnaz üçün elə bil uzun bir müddət keçmişdi. Tələsik halda qarşıdakı binaya tərəf qaçdı, icazə almadan içəri girmək istəsə də, qapıda dayanan polis qarşısını kəsdi: Vətəndaş, görmürsünüz, nahar vaxtıdır, bir saat sonra gəlin. Gülnaz üçün indi hər saniyənin mənası vardı, nəinki bir saatın. Yer-göy Gülnazın başına fırlandı, həyəcanından tarazılığını itirib yerə yıxıldı. Çaşbaş qalan polis işçiləri nə edəcəklərini bilmədilər, nəzarət məntəqəsinin müdirinə məlumat verdilər.

Nəzarət məntəqəsinin müdiri Gülnazı içəri aldı, həkim çağırtdı. Polis işçilərindən biri tibb bacısının köməyi ilə Gülnazı çarpayıya uzatdı. Həkim Gülnazın təzyiqini yoxladı: Təzyiqi çox yüksəkdir, belə yüksək təzyiqə necə dözür? – deyərək ona bir dərman verdi. Sonra o ətrafdakılara: Bir az dincəlməyə ehtiyacı var, qoy burada uzanıb dincəlsin, biz isə rəhbərliyə xəbər verək, – deyib otaqdan çıxdı. Tibb bacısı da onunla birlikdə çıxmaq istədi, lakin həkim: Sən hər ehtimala qarşı onun yanında qal, on dəqiqədən sonra bir dəfə də təzyiqini yoxla və hərarətini ölç, – deyə xəstəni göstərdi. Tibb bacısı geri qayıtdı. Gülnaz yuxuya getmişdi. Bu zaman polis işçilərindən biri əlində bir əl çantası içəri girdi: Bu, qadının çantasıdır, yıxılanda düşmüşdü, – deyib çantanı tibb bacısına uzatdı. Tibb bacısının gözləri açıq çantanın içindəki tünd-mavi rəngli pasporta sataşdı. Pasportu əlinə aldı. Ermənistan pasportunu görən tibb bacısı özünü itirdi, nə deyəcəyini bimədi, çaşbaş halda ətrafdakıların üzünə baxdı: Bu erməninin burada nə işi var? – deyə bir nəfər üz-gözünü turşutdu. Pasport dərhal əldən-ələ keçməyə başladı. Bu zaman həkimin göstərişilə Gülnazın hərarətini ölçmək üçün onun sinəsini bir qədər açmağa çalışan tibb bacısının əlinə nə isə toxundu. Tibb bacısı təəccübdən yerində donub qaldı. Onun əlinə toxunan Gülnazın sinəsində gizlətdiyi Azərbaycan dilində yazılmış doğum haqqında şəhadətnamə idi. O, şəhadətnaməni götürüb hündürdən oxudu: Mu-sayeva Gülnaz Rasim qızı. Doğulduğu yer: Xocalı. Doğulduğu tarix: 22 yanvar 1984-cü il. Hamı bir-birinin üzünə baxdi, nə baş verdiyini anlamağa çalışırdılar.

Çox keçmədi, qalstuklu, səliqə ilə geyinmiş bir nəfər yaxınlaşaraq nə baş verdiyini soruşdu: “Cənab səfir, bu qadın özbaşına səfirliyə daxil olmağa çalışırdı, birdən huşunu itirib yıxıldı. Biz də onu içəri almağa məcbur olduq. Pasportu erməni pasportudur, amma üzərində bir azərbaycanlı uşağın doğum şəhadətnaməsi var”, – deyən nəzarət məntəqəsinin müdiri sənədləri səfirə uzatdı. Səfir onun üçün heç bir maraq kəsb etməyən pasporta ötəri nəzər saldıqdan sonra doğum haqqında şəhadətnaməni alıb baxdı, diqqətlə oxudu, yuxuya getmiş Gülnaza tərəf əyilərək bir ata nəvazişi ilə başını sığalladı. Çarpayının kənarında oturaraq Gülnazın əllərini əlinə aldı. Gizlətməyə çalışsa da, gözlərindən axan iki damla yaş yanağı aşağı süzüldü.

Gülnaz yuxusunda Xocalını görürdü...

Aprel 2020-ci il

Buzovna

 İsaxan İsaxanlı , Xəzər Universitetinin İdarəetmə və Tələbə işləri üxrə prorektoru
Oxşar xəbərlər
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM