“Belə çıxır ki, biz saxta seçkilər keçirməli idik” ”“ Ramiz Mehdiyev
Oxunub: 3458
15 Oct 2013 | 13:50
“Belə çıxır ki, biz saxta seçkilər keçirməli idik” ”“  Ramiz Mehdiyev

Moderator.az Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bir qrup jurnalistə verdiyi müsahibənin ikinci hissəsini təqdim edir:

-  Belə təsəvvür yaranır ki, beynəlxalq nümayəndələrin, bəzi dövlətlərin siyasətçilərinin daim yorulmadan bəhs etdikləri standartlar əslində funksionerlərin özlərini istədiyi kimi manipulyasiya etdiyi qeyri-sabit dəyərlər toplusudur. Siz bu fikirlə razısınızmı?

- Qeyd etməliyəm ki, bizim opponentlərin tez-tez istinad etdiyi “beynəlxalq standartlardan” çox vaxt obyektiv reallıqların təkzib edilməsi metodu və ya təzyiq vasitəsi kimi istifadə olunur, hərçənd, bu standartların mahiyyətinin nədən ibarət olmasını heç kəs inandırıcı şəkildə izah edə bilmir. Beynəlxalq təşkilatların nümayəndələri konkret suala cavab tapa bilməyəndə hər dəfə ayrı-ayrı Qərb ölkələrinin təcrübəsinə müraciət edirlər. Halbuki Qərb ölkələrində seçkilərin nə dərəcədə demokratik keçirildiyini biz lap dəqiq bilirik.

Həmin dövlətlərdə nəinki seçkilərə beynəlxalq müşahidəçilər dəvət edilmir, üstəlik hər hansı təşkilat buna cəhd göstərərsə, onu seçki məntəqələrinin həndəvərinə də buraxmırlar.

Seçkilərin nəticələrinin saxtalaşdırılması məsələsinə gəldikdə isə bu qalmaqallar bütün dünyaya məlumdur. Həmin dövlətlər özlərində obyektiv demokratik seçkiləri təmin etmək əvəzinə başqa ölkələrdə seçki proseslərinə qiymət vermək hüququnu öz üzərlərinə götürürlər. Özü də bu, bir qayda olaraq qərəzli şəkildə, siyasi sifarişlə edilir. ABŞ, İngiltərə, Almaniya, Fransa və digər Qərb dövlətlərində seçki prosesinin aşkar pozulmasına və saxtalaşdırılmasına aid nümunələr yetərincədir.

ABŞ-da prezident seçkilərində saxtalaşdırmaların səviyyəsi və bu ölkədə seçki prosesinin hər dəfə necə qalmaqallarla müşayiət olunması bütün dünyada məlumdur. Bununla belə, onlar seçkiləri necə keçirmək lazım olduğunu bizə öyrətməyə çalışırlar.

Yeri gəlmişkən, ABŞ-dan olan rəsmi şəxslər Milli Şuranın nümayəndəsinə seçicilərin 25 faizinin səsini verməyi, qalan 74-75 faizini isə özümüzə saxlamağı məsləhət görmüşdülər. Yəni, səslərin nisbəti belə olarsa ABŞ Dövlət Departamentinin rəyi balanslaşdırılmış olacaqdır. Məntiqə görə, əgər biz bu məsləhətə əməl etməsək, bütün digər hallarda onların rəyi mənfi olacaqdır. Nəticə məlumdur. Göründüyü kimi, bu sadəcə dost məsləhəti deyil, ciddi xəbərdarlıq imiş.

Belə çıxır ki, biz şəffaf, ədalətli seçkilər deyil, saxta seçkilər keçirməli idik. Özü də bu halda bizim tərəfdaşlarımızın arzusu ilə prezidentliyə müəyyən namizədlərə uydurma faizlər yazmalı idik. Məgər bu, Azərbaycan seçicilərinin ləyaqətinin, onların milli hisslərinin təhqir edilməsi deyilmi? Axı onlar hansı siyasi platformaya səs vermək lazım olduğunu heç kəsin müdaxiləsi olmadan özləri müəyyən edir.

Bizi bunda günahlandırırlar ki, təşviqat kampaniyası üçün cəmi 22 gün ayrılmışdır. Amma Fransada təşviqat dövrünün cəmi 15 gün olmasını ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu normal hesab edir. Bu, əlbəttə, absurddur. Məsələn, Danimarkada həmin təşviqat dövrü 11 gün, Polşada 15 gün, Serbiyada 20 gün, Latviyada 20 gündür və s.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilər missiyasının rəhbəri statusunda Azərbaycana gəlmiş xanım Tana de Zuluetanın Azərbaycan haqqında elementar təsəvvürü yox idi. Ölkəmizə gəlməsi ərəfəsində o, bizim İtaliyadakı səfirimizlə görüşmüşdür. Onu Azərbaycanın coğrafiyası, tarixi, onun xalqı və qonşu ölkələrlə münasibətlərimizin necə olması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ölkəmizin iqtisadi vəziyyəti və bir sıra başqa məsələlər maraqlandırdı. Təkcə bu fakt onu göstərir ki, xanım Zuluetanı real vəziyyətlə əsla tanış olmadığı bir ölkəyə ezam etmişlər. Belə bir fikir yaranır ki, o, məxsusi olaraq seçkilərin hörmətdən salınması üzrə konkret vəzifəni yerinə yetirmək üçün seçilmişdi. Bu fikir onunla təsdiqlənir ki, oktyabrın 10-da səslənmiş bəyanatın mətni bizə 9 oktyabr seçkilərindən bir neçə gün əvvəl məlum idi.

Bizə məlumdur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bəyanatı elan ediləndən sonra Avropa İttifaqı ölkələrinin Bakıdakı səfirləri Avropa strukturlarından olan müşahidəçilər missiyasının bəzi üzvləri ilə görüşmüşlər. Onlar birgə müşavirədə faktların həyasızcasına təhrif edilməsindən, habelə sənədin birtərəfli hazırlanmasından narazı olduqlarını və hiddətləndiklərini bildirmişdilər. Azərbaycanda akkreditə edilmiş bəzi diplomatik missiyaların rəhbərləri isə bu opusa çox sərt münasibət bildirmiş, onu Aİ-nin Vilnüs zirvə görüşü ərəfəsində Avropa İttifaqının Azərbaycanla münasibətlərini pisləşdirməyə yönəlmiş açıq provokasiya adlandırmışdılar.

Məlumdur ki, prinsipcə ideal seçkilər olmur. Müəyyən narazılıqlar, pozuntular və nöqsanlar həmişə və hər yerdə olur. Əgər belə hallar ayrı-ayrı fraqmentlərdirsə, üstəlik ümumi vəziyyətdən istisnadırsa, onda ümumi kontekstdən çıxarılmış detalları qabartmaq və onları son nəticə kimi qələmə verərək ümumiləşdirmək nə dərəcədə əsaslıdır? Məsələyə bu cür yanaşma apriori ədalətli ola bilməz. Bu yanaşma qeyri-sağlam məqsədləri reallaşdırmağa yönəlmişdir.

Başqa bir misal. Qərb mətbuat azadlığı məsələlərini daim aktuallaşdırır, media strukturları ilə necə işləmək lazım olduğunu bizə öyrədir. Bizdə belə bir problem yoxdur. Azərbaycanda mətbuat azaddır və informasiyanın yayılması, mövcud xəbər resurslarının ictimailəşdirilməsi, kimə aid olmasından asılı olmayaraq sensasiyalı materialların yayılması azadlığı baxımından heç bir çətinlik yoxdur. Bununla belə, biz Qərb dairələrinin təzyiqini vaxtaşırı hiss etməyə məcburuq, hərçənd bu müstəvidə də tərəfdaşlarımızın özlərində media strukturlarının azadlığının vəziyyətinə nəzər salmağa dəyərdi.

Sizə təzə bir nümunədən danışım: keçən həftə, oktyabrın 10-da Amerika Jurnalistləri Müdafiə Komitəsi Prezident Barak Obama administrasiyasını mediaya təzyiq göstərməkdə rəsmən ittiham etmişdir. Həmin komitə “Obama administrasiyası və mətbuat” adlı xüsusi məruzə dərc etmişdir. Bu məruzədə ABŞ rəsmi dairələri tərəfindən jurnalistlərin hökumətin fəaliyyəti barədə məlumatlardan istifadə etməsinə necə əngəl törədilməsi açıq-aşkar yazılmışdır.

Yeri gəlmişkən, bu sənəd müəlliflərin istinad etdiyi faktlar baxımından çox maraqlıdır. Sənəddə mətbuat nümayəndələrinin legitim hərəkətlərinin volyuntaristcəsinə cinayətlərə bərabər tutulması, informasiya toplamağa çalışan jurnalistlərin imkanlarının necə məhdudlaşdırılması, onların hansı təqiblərə məruz qalması və s. məsələlərdən bəhs edilir. Məruzədən faktiki olaraq belə çıxır ki, ölkənin rəsmi dairələri mətbuatı hökumət qulluqçularından, işgüzar dairələrdən təcrid etmək üçün nə mümkündürsə edirlər. Belə çıxır ki, ABŞ-da mətbuat o qədər də azad deyilmiş. Avropanın aparıcı ölkələrində də analoji vəziyyət yaranmışdır, həmin ölkələrdə mass-media nümayəndələri izlənilir, təqiblərə məruz qalır, təhdidlər və divan tutulması halları ilə üzləşirlər.

Başqa bir misal. ABŞ lap yaxın günlərdə federal hökumətin işinin dayandırılmasına istinad edərək BMT-dən xahiş etmişdir ki, bu ölkədə insan hüquqları ilə bağlı vəziyyətin, o cümlədən Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən sui-istifadə hallarına dair ittihamların ilk ciddi müzakirəsi təxirə salınsın. BMT MTA tərəfindən izləmə, seçmə qətllər, immiqrasiya islahatı, vətəndaşların seçki hüquqları, kütləvi həbslər kimi mühüm məsələlərin və digər, bunlardan heç də az kəskin olmayan problemlərin müzakirəsini təxirə salmağa məcbur edilmişdir. Amerika Vətəndaş Azadlıqları İttifaqının rəhbərlərindən biri C.Dakvar “Reuters” xəbərlər agentliyinə müsahibəsində bu faktı təsdiqləmişdir.

BMT-nin “Amnesty İnternational” təşkilatının Cenevrədəki nümayəndəliyinin rəhbəri Piter Splinter də bu fikirdədir. P.Splinter Amerika KİV-lərinə müsahibəsində bildirmişdir ki, insanların uzun müddət bir nəfərlik kameralarda saxlanması, ölüm cəzası və ya “terrorizmə qarşı müharibə” ilə bağlı bir sıra məsələlər kimi ciddi problemlər ABŞ-da yetərincə çoxdur.

Sual olunur, ABŞ-da insan hüquqları ilə bağlı bu və digər ciddi problemlər olduğu halda, yaxşı olmazdımı ki, Amerika hökuməti əvvəlcə öz evində qayda yaratsın, sonra isə başqa dövlətlərin necə yaşamalı olduqlarını onlara öyrətsin.

- İkili standart təzahürlərinə rəsmi Bakının reaksiyası necədir? Üstəlik, bəzən belə hallara təkcə beynəlxalq təşkilatlar deyil, ayrı-ayrı dövlətlərin rəsmi orqanları da yol verir...

-Beynəlxalq təşkilatların, digər ölkələrin nümayəndələrinin, bizim tərəfdaşlarımızın verdiyi qiymətlər, tövsiyələr və hərəkətlər, əlbəttə əgər onlar obyektiv və konstruktivdirsə, bizim üçün həmişə əhəmiyyətlidir. Tənqid də, əgər o yerindədirsə və gerçək mənzərəni təhrif etmirsə, bizim üçün az əhəmiyyət kəsb etmir. Biz dünya birliyinin təcrübəsində toplanmış ən yaxşı, mükəmməl məqamları mənimsəməyə hazır və bu əzmdə olduğumuzu heç vaxt gizlətməmişik.

Demokratik quruluş məhz elə bir sferadır ki, bizim oraya böyük marağımız vardır. Avropa dövlətlərinin, ABŞ-ın təcrübəsi bizim üçün maraqlı olmaqla bərabər, həm də ibrətamizdir. Lakin qazanılmış praktikanı tətbiq etməyin ən optimal metodologiyası milli xüsusiyyətlərin, ölkənin inkişaf spesifikasının və bir sıra başqa mühüm tərkib hissələrin nəzərə alınmasının ardıcıl sistemidir. Yəni, müvafiq hazırlıq, nəhayət zəruri zəmin olmadığı halda başqasının təcrübəsini kor-koranə tətbiq etməyə cəhd göstərmək olmaz.

Son illərdə ölkəmizdə demokratik mənəviyyat nəzərəçarpacaq dərəcədə möhkəmlənmişdir və bu, bizim gerçəkliyin çox mühüm aspektidir. Fikir verin ”“ Azərbaycan dövlətinin başçısı ictimai, sosial-iqtisadi sahələrdə şəffaflıq şəraiti yaradılmasını nə qədər vacib hesab edir! Bu şəffaflıq insanlarla rəsmi orqanlar arasında münasibətlərin formatını dəyişmək, münasibətlərdə etimadı təmin etmək üçün çox vacibdir.

Beynəlxalq əlaqələr praktikasında etimad insanlar arasında münasibətlərdə olduğu kimi vacib substansiyadır. Buna görə də müəyyən tərəflər etimaddan sui-istifadə etməyə, uzun illər boyu formalaşmış münasibətləri lüzumsuz sınaqlara məruz qoymağa başlayanda tərəfdaşlığı mürəkkəbləşdirən problemlər yaranır.

Məsələn, Azərbaycan ilə ABŞ-ın münasibətləri təkcə dostluq münasibətləri deyil, həm də zamanın sınağından çıxmış strateji münasibətlərdir. Biz strateji tərəfdaşlarıq və buna müvafiq olaraq Amerika tərəfinin prezident seçkiləri barədə rəyi rəsmi Bakı üçün çox vacibdir. Təəssüflə qeyd etmək lazım gəlir ki, bizə aydın olmayan səbəblər üzündən ABŞ Dövlət Departamenti gerçəkliyə əsla uyğun olmayan rəy səsləndirmişdir.

Mən ABŞ-ın rəsmi orqanının bu cür hərəkətlərini bizim tərəfdaşlığımızda qeyri-səmimilik, amiranə tərzdə bizim nə üçün onun göstərdiyi ssenari üzrə yaşamadığımızı irad tutmaq cəhdi hesab edirəm.

Belə güman etməyə əsas yoxdur ki, ABŞ xarici siyasət idarəsinin Azərbaycanda keçirilən seçkilərə bu cür qərəzli qiymət verməsinin səbəbləri olduğunu düşünməyə əsas yoxdur. Azərbaycan tərəfi anlaşılmazlıqlar yaranmasını və ya seçicilərin narazılığını istisna etmək üçün bütün məqamları, ən xırda detalları, hətta mümkün fors-majorları da nəzərə almışdır. Seçki kampaniyalarının gedişində həmişə qeyri-adi vəziyyətlər yaranır, narazı adamlar üzə çıxır, kazus halları olur. Buna baxmayaraq, son seçkilərdə ümumi mənzərəni korlaya və ya bütün prosesi pisləmək üçün əsas verə biləcək heç bir hadisə olmamışdır.

Çox xoşdur ki, xarici müşahidəçilərin böyük əksəriyyəti bu prosesi lazımi səviyyədə aparmağa imkan vermiş səyləri, təşkilati işin hazırlanmasını və onun bütün kompozisiyasını yüksək qiymətləndirmişdir.

Bir mühüm detala diqqətinizi cəlb etmək istərdim: seçkilər günü düz saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov gözlənilmədən brifinq keçirdi. Brifinq zamanı o, ayrı-ayrı seçki məntəqələrində baş vermiş bir neçə hüquqazidd faktı elan etdi. Şəmkir rayonundakı seçki məntəqələrinin birində müxalifət qəzetlərindən birinin nümayəndəsi məntəqəyə soxulmuş və seçki prosesini pozmağa cəhd göstərmişdir. Orada məsələ yerindəcə araşdırılmış və eksses aradan qaldırılmışdır.

MSK sədri öz operativ məlumatını başa çatdırmağa macal tapmamış, Qərb KİV-lərindən birinin brifinq zalında olan nümayəndəsi həmin insidentin detalları barədə Məzahir Pənahova suallar yağdırmışdır. Dərhal oradakı adamların hamısına, elə MSK sədrinin özünə də aydın oldu ki, bu qadın jurnalist hazırlanmış təxribatdan xəbərdar imiş, çünki o, ehtiyatsızlıq edərək həmin insidentin elə detallarını söyləmişdi ki, hadisə yerindən 300 kilometr məsafədə bunları bilə bilməzdi.

Başqa bir misal. Oktyabrın 9-da müxalifətçi qruplar sosial şəbəkələrdə və Youtube-də səsvermə qutularına bülletenlər atılmasından, “karusellərdən” bəhs edən videoçarxların köməyi ilə və başqa vasitələrlə seçkiləri gözdən salmaq kampaniyasına rəvac vermişdilər. Lakin bu kampaniyanın təşkilatçıları texniki detalları unutmuş və elə həmin detallar saxtakarları ifşa etmişdir. Videoçarxlar Youtube videokanalında oktyabrın 8-də, yəni, seçkilərdən bir gün əvvəl yerləşdirilmişdi. Qəribədir, deyilmi?

Seçkilərin nəticələrinin qabaqcadan yerləşdirildiyi mobil qurğular barədə məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu təhrikçi hərəkət hazırda hüquq mühafizə orqanları tərəfindən Respublika Mərkəzi Seçki Komissiyası ilə birlikdə araşdırılır və təqsirkarlar qanuna müvafiq surətdə məsuliyyətə cəlb ediləcəklər.

Seçkilər günü barışmaz müxalifətin nümayəndələri tərəfindən bir sıra seçki məntəqələrində çoxsaylı hüquqazidd və təhrikçi hərəkətlər törədilmişdir. Komissiyaların üzvləri bütün bu faktları protokollaşdırmış və araşdırılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərmişlər.

Qara piarın, digər təhrikçi texnologiyaların təbliğat və əks-təbliğat vasitələri və üsulları hamıya məlumdur. Bu arsenala heyrətlənməyə dəyməz. Səsvermənin, seçki mübarizəsinin gedişində hər kəs nəyə inanırsa və ya nəyə ümid bəsləyirsə onu seçir. Ola bilsin ki, bunu adi hal hesab etmək lazımdır. Lakin ehtiyatlı tərpənərək prosesin qüvvədə olan qanunvericiliyə tam uyğun keçməsi üçün mümkün olan bütün tədbirləri görmüş MSK-nın mövqelərinə köhnə vaxtların dəniz döyüşünə xas olan taktiki üsuldan istifadə edərək qərəzli hücum çəkilməsini görəndə soruşmaq istəyirsən ”“ nə üçün və nəyin xatirinə rənglər qarışdırılır və qərəzli mənfi rəy yaradılır?

Bir mühüm məlumatı nəzərinizə çatdırmaq istəyirəm. Bizə məlumdur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu heç də müstəqil təşkilat deyildir ki, müstəqil fəaliyyət göstərsin. O, bir gözü ABŞ-a baxaraq hərəkət edir. Bu təşkilatın əvvəllər də Azərbaycanda seçkilərə qeyri-obyektiv, qərəzli rəy verərkən ABŞ-dan aldığı konkret göstərişləri əsas tutduğunu bildiyimizə görə biz onu prezident seçkilərinə dəvət etmək fikrindən uzaq idik. Lakin Azərbaycan tərəfi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu ABŞ-ın məsləhəti ilə dəvət etmişdi. Sonradan məlum oldu ki, ABŞ Dövlət Departamentinin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatları bir-birinin eynidir. Bu, etimaddan açıq-aşkar sui-istifadədir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu dəfələrlə nümayiş etdirmişdir ki, onun tutduğu mövqe kənardan diktə edilir. Bu fakt bizim həmin təşkilatla əməkdaşlığa son qoymağımıza əsas verir.

- Bir halda ki, siz milli maraqlardan söz açdınız, bir məqamı dəqiqləşdirmək lazımdır ”“ seçilmiş Prezident İlham Əliyev and içəndən və öz vəzifələrinin icrasına başlayandan sonra ölkənin xarici siyasət kursunda dəyişikliklər gözləməyə dəyərmi?

- Son illərdə ölkəmiz qonşu dövlətlərlə, Qərb ölkələri, müsəlman dünyası ilə olduqca konstruktiv münasibətlər qurmuşdur. Tərəfdaşlarımızla dialoqda qarşılıqlı anlaşma prinsipi üstünlük təşkil edir. Bu, gələcək xarici əlaqələr üçün çox əhəmiyyətlidir. Qarşılıqlı fəaliyyətin konstruktiv xarakteri ölkəmizə geniş üstünlüklər kompleksi, əmtəə dövriyyəsinin imkanını, inteqrasiya potensialının artmasını, əməkdaşlığın əhatə dairəsinin genişlənməsini vəd edir.

Ermənistan istisna olmaqla qonşu ölkələrlə münasibətdə Azərbaycanın problemləri yoxdur. Beynəlxalq mövqelərin möhkəmlənməsi məhz diplomatik arxa cəbhənin möhkəmlənməsinə şərait yaradır, bu isə Qarabağ probleminin həlli baxımından çox vacibdir. Getdikcə daha çox ölkə bizim ərazi probleminin mahiyyətini başa düşür.

Fikir verin ki, Azərbaycan beynəlxalq məkanlarda təcavüzkar ölkəni ardıcıl olaraq sıxışdırır. Bu, onun sayəsində baş verir ki, dostlarımızın, strateji tərəfdaşlarımızın sıraları ilbəil genişlənir. Onlar beynəlxalq sammitlərdə, BMT-nin, digər nüfuzlu beynəlxalq təşkilatların kuluarlarında, yüksək səviyyəli iclaslarda rəsmi Bakının mövqeyini dəstəkləməyə hazır olduqlarını göstərirlər.

Qitə ölkələri, Avropa İttifaqının subyektləri ilə qarşılıqlı faydalı əməkdaşlıq, NATO-nun iştirakı ilə “Şərq tərəfdaşlığı”, “Sülh naminə əməkdaşlıq” proqramlarının əsaslı dəstəklənməsi, Qoşulmama Hərəkatında təmsil olunmuş dövlətlərlə münasibətlərin inkişafı xətti hökmən davam etdiriləcəkdir.

Müsəlman dünyası dövlətləri ilə strateji qarşılıqlı fəaliyyətin hələ reallaşmamış potensialı da böyükdür. Burada da mümkün və konstruktiv tədbirlərin sərhədləri genişləndiriləcəkdir.

Beynəlxalq aləmdə fəaliyyətin intensivləşdirilməsi zərurəti Azərbaycan dövlətinin aydın və səlis xarici siyasəti olmaqla köhnə və yeni tərəfdaşlarla yaxınlaşmanın nəticəsi olan böyük müsbət imkanların artması ilə bağlıdır. Bizim dünya birliyinin subyektlərinə təklif ediləsi dəyərlərimiz vardır. Buna müvafiq olaraq onlardan əxz olunmasını vacib hesab etdiyimiz dəyərlər də çoxdur. Buna görə də tərəfdaşlarımıza və səmimi dostlarımıza doğru hərəkətimiz dinamik şəkildə artacaqdır.

- Məlum səbəblər üzündən ölkəmizin xarici siyasəti bu siyasətin vektorlarının qurulmasında Qarabağ problematikasından çıxış etməyə məcburdur. İstisna deyildir ki, bəzi ölkələr erməni-türk barışığı ilə əlaqədar sürpriz etmək həvəsindən əl çəkməmişlər. Hər halda beynəlxalq mətbuata bu barədə informasiya sızır. Bu halda rəsmi Bakının reaksiyası necə olacaq?

-Sizin sualınızın predmeti indi son dərəcə aktualdır. Qərbdəki bəzi dairələr həqiqətən bu məsələni qabartmaqdan əl çəkmirlər. Onlar erməni-türk barışığı problemlərini beynəlxalq gündəmə bizim tərəfimizdən güzəştlər formatında qaytarmaq istəyirlər. Bizdə olan məlumata görə ayrı-ayrı dövlətlər bu niyyəti həyata keçirmək üçün Türkiyənin siyasi rəhbərliyinə təzyiq göstərirlər. Söhbət Sürix protokollarının reanimasiyasından gedir. Ölkəmiz bu prosesi diqqətlə izləyir və əgər Ermənistan-Türkiyə sərhədinin açılması Qarabağ münaqişəsinin tənzimlənməsi ilə uzlaşdırılmadan bu məsələ qoyularsa, Azərbaycanın reaksiyası son dərəcə mənfi olacaq və adekvat tədbirlər görüləcəkdir. Ermənistan-Türkiyə barışığının birtərəfli qaydada olmaması üçün nə mümkündürsə edəcəyik. Bizim kifayət qədər təsir vasitələrimiz vardır. Biz Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmasına imkan verməmək üçün regional qüvvələr nisbətinə təsir göstərmək iqtidarındayıq.

Dünya birliyindən, tərəfdaş ölkələrdən beynəlxalq hüququn müddəalarına riayət olunmasını tələb etmək bizim təbii hüququmuzdur. Ermənistan Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğal altında saxlayan, regional təhlükəsizliyə təhdid doğuran, beynəlxalq asayişi pozan, yeni risklər və problemlər yaradan təcavüzkar ölkədir. Buna görə də əgər ona təcrid olunmuş vəziyyətdən çıxmaq üstünlüyü verilərsə, bu, bütün qonşu dövlətlər üçün hökmən ciddi sarsıntılara, təhdidlərə gətirib çıxaracaqdır.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu yaxınlarda bəyan etmişdir ki, Ankara rəsmi Bakının qarşısında götürdüyü öhdəlikləri dəyişməyəcək, Azərbaycanın işğal edilmiş torpaqları azad olunmayınca Yerevanla yaxınlaşmaya getməyəcəkdir. Bu, beynəlxalq hüququn tələblərinə, bizim gözləntilərimizə, Türkiyənin ədalətli mövqeyinin dəyişməzliyinə inamımıza uyğun olan obyektiv mövqedir. Təəssüf ki, bəzi Qərb dövlətləri bununla barışmaq istəmir, təcavüzkara dəstək verir, hiddətləndirici qeyri-adekvatlıq və riyakarlıq nümayiş etdirərək onun nazı ilə oynayırlar.

Dünya birliyi, Yerevanın donorları təcavüzkarı şirnikləndirməməli, beynəlxalq hüququn mövqeyində olmalıdırlar. Azğınlaşmış və təcavüzkar əhval-ruhiyyəli Ermənistanı öz qonşularının dinc, sakit və təhlükəsiz yaşamaq hüququna hörmət etməyə, işğal olunmuş torpaqları azad etməyə yalnız bu cür məcbur etmək olar.

Tamamilə aydındır ki, Yerevan xaricdəki himayədarlarının xoş münasibətindən istifadə etmək və Azərbaycanla diplomatik qarşıdurmada dönüşə nail olmaq istəyir. Ermənistan rəhbərliyi bu imkanı gördüyü üçün siyasi prosesi pozur, obstruksiyaya uyaraq daim vurnuxur. Əgər onun hipotetik xilas variantları olmasaydı, bəlkə də danışıqlar prosesində çoxdan irəliləyiş olardı.

Azərbaycan əvvəlki kimi yenə də bu problemin dinc yolla həllinə nail olmaq əzmindədir. Bu yol Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış mövcud dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsini nəzərdə tutur. Şübhəsiz, beynəlxalq hüququn aliliyi prinsiplərini rəhbər tutaraq səyləri real qarşılıqlı kompromislər ətrafında cəmləşdirmək lazımdır.

Ölkəmiz konstruktiv yanaşma ruhuna sadiq olduğunu dəfələrlə nümayiş etdirmişdir və erməni tərəfdən də adekvat mövqe gözləyir. Münaqişənin dinc yolla tənzimlənməsi imkanları hələ tükənməmişdir və bu imkanlardan istifadə etmək lazımdır. Lakin xalqın səbri də hüdudsuz deyildir.

Cənubi Qafqaz problemlərinə maraq göstərən bütün tərəflərin, o cümlədən Qərb dövlətlərinin bu həqiqəti anlaması çox vacibdir.

Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 01:26
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 01:26
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ