\"Mən öz yurdumdan yazanda yurdu işğal olunan Məmməd Aslandan utanırdım, əlim-qolum açılmırdı\"
Oxunub: 2674
19 Nov 2020 | 23:03
\

Moderator.az kulis.az-a istinadən Xalq şairi Musa Yaqubun Bakıda yaşadığı evdən reportajı təqdim edir.

Çox uzun illər bundan əvvəl qonaq getdiyim evin sahibinin iş masasının üstündə gözümə qalın bir kitab sataşmışdı. Musa Yaqubun “Bu dünyanın qara daşı göyərməz” adlı şeirlər toplusu idi. Kitabı əlimə alanda ilk reaksiyam bu oldu:

- Necə ağır kitabdır? - Ev sahibi isə mənə dərhal cavab verdi:

- Ağır olan kitab deyil, içindəki sözlər, misralardır.

Poeziyaya ədəbiyyata çox da yaxın insan deyiləm, amma o gündən bəri bu kitab mənim kitab rəfimdə ön sırada yer aldı.

Necə ki, Qarabağdan qələbə xəbəri eşidəcəyimə inamım az idi, nə vaxtsa bu sözü, özü ağır olan şair ilə üz-üzə oturub söhbət edəcəyim də mənə xeyli uzaq görünürdü.

Redaktorumuz deyəndə ki, Musa Yaqub Bakıdadır, dərhal əlaqələrimi işə salıb fürsəti fövtə verməmək üçün səfərbər oldum.

Əvvəlcə şairin Avstriyada yaşayan qızı Səhər xanımla əlaqə yaratdım. O da çox məmnuniyyətlə məni bacısı Yaqut xanımla calaşdırdı.

Yaqut xanıma zəng vurana qədər bu görüşün baş tutmasına çox da ümidli deyildim. Çünki Xalq şairi bir neçə ildir parkinson xəstəliyindən əziyyət çəkir. Ona görə özümü “yox” cavabına hazırlamışdım. Amma Yaqut xanıma məqsədimi deyəndə səsindən bir məmnunluq hiss etdim.

Yol boyu illərini şeirlə yoğuran bir adamla söhbətə hardan başlayacağımı götür-qoy edirdim. Musa Yaqubun əyləşdiyi otağa daxil olanda özümdən asılı olmadan həyəcanlandım. Yaxınlaşıb şairlə görüşdüm. O güləş çöhrəsi, ağıllı baxışları ilə gəlişimdən məmnunluğunu hiss etdirdi. Yaqut xanım dedi, Şuşanın işğaldan azad olunma xəbərini eşidən gündən dirəşib ki, məni telekanallardan birinə apar, danışmaq istəyirəm.

- Necəsiniz, Musa müəllim? Özünüzü necə hiss edirsiniz?

- Xoş gəlmisən, qızım. Gördüyün kimi. Babatam…

Sözünün ardını gətirməyə öskürək imkan vermədi. Öskürəyin müşayiəti ilə qızına dərman işarəsi verdi. Yaqut xanım dərhal qaçıb dərmanı gətirdi. Bir qaşıq içəndən sonra öskürək keçdi. Bir az özümü narahat hiss etdim. Dedim, bəlkə, lazım deyil, incitməyək şairi. Oturmağa tələsmədim. Ayaq üstdə Musa müəllimin toparlanmasını gözlədim. Hiss etdi ki, getmək istəyirəm. Əli ilə yanındakı stulu göstərdi, oturdum. Qarşımda illər əvvəl qonaq getdiyim evdə gördüyüm kitabın “Bir əsgərin Tanrı duası” şeiri olan səhifəsi açıq idi. Əvvəl öz içimdə oxudum şeiri. Şair gözləri ilə işarə etdi ki, ucadan oxuyum. Oxudum. Qəddini düzəltdi, boğazını arıtladı. Şair gah sisli, gah da aydınlığa çıxan çöhrəsini mənə tutub əminliklə dedi:

- Qarabağ heç vaxt ermənilərin olmayıb!

- Musa müəllim, biz Qarabağa qayıdırıq. Bilirəm ki, gəncliyinizdə o yerlərdə çox olmusunuz. İlk getmək istədiyiniz yer haradır?

- Şuşaya gedəcəm.

- Niyə məhz Şuşaya?

- Nisgilliyəm Şuşa sarıdan. Köçkünlük təzə düşəndə şuşalıların yaşadığı çadır şəhərciyinə getdim. Gördüm, şəhərcikdə bayraq dalğalanır. Qəribə hiss etdim özümü. Şuşa yoxdur, Qarabağ yoxdur, niyə dalğalanırdı o bayraq orda?

Qayıdandan sonra “Çadır şəhərciyində marş”ı yazıdm. Dedim:

Kim qaldırıb çadırdan yuxarı o bayrağı?
Çadır şəhərciyindən çıxarın o bayrağı
Bizə bayraq nə gərək, bizə bayram nə gərək?

- Amma indi o bayramı yaşayırıq.

- Yaşayırıq. Şükür.

- Siz həm də təbiət şairi kimi tanınırsınız. Ağaclara olan sevginizlə məşhursunuz.

- Mənim ağaclar haqqında yazdığım şeirlərin hər biri bir insan taleyidir. Ağaclara olan sevgimə görə bəlkə Allah mənə bunu - əlindəki çəliyi göstərir - mükafat kimi verdi.

- Topxana meşəsində ağaclar kəsiləndə hansı hissləri keçirmişdiniz?

- Sarsılmışdım. O hadisələr baş verəndə mən İsmayıllıda dərc olunan “Zəhmətkeşlər” qəzetinin redaktoru idim. Nemət Pənahovun dövrü idi. Həmin illər qızğın mübarizələr gedirdi. Yadımdadır, o mübarizə aparan, nümayiş keçirən gənclər üçün yemək daşıyırdım. Tahir Kərimli və mən İsmayıllıda keçirilən bütün nümayişlərin başında olmuşuq.

Yenə öskürək aman vermir. Kövrəlir. Ürəyindəki sözlərin boğazında düyünlənib qalması onu hövsələdən çıxarsa da büruzə verməməyə çalışır. Bu məqamda Yaqut xanım söhbətə qoşulur:

- O illər mənim də yadımdadır. Atamla birlikdə yaşamışıq həmin günləri. Hətta xatırlayıram ki, biz çox narahat olurduq atama görə. Onu bu yoldan çəkindirməyə çalışmışıq. Amma təbii ki, o, bizi eşitmirdi.

Gözlərini qızına dikib fikirlərini gözləri ilə ona ötürür. Yaqut xanım nəvazişlə atasının başını sığallayır, saçlarını barmaqları ilə səliqəyə sala-sala deyir:

- Ay dədə, sən o gün nə qədər danışmaq istəyirdin? Nə oldu sənə? Danış də.

Bir müddət itən səsini geri qaytarmaq üçün boğazı ilə mübarizə aparır. Gözlərini bir nöqtəyə zilləyib, yaddaşının künc-bucağında vurnuxan şairə kömək etməyə çalışıram.

- Bir yerdə oxumuşdum ki, şairin kirlənməyə haqqı yoxdur, şair həmişə duru olmalıdır. Şairin dəyəri də elə budur. Haqsızlığa, zülmə qarşı dik dayanması, xalqın yanında olması...

- Mən o şairlərdən oldum həmişə. Xalqı narahat edən məsələlərdən heç vaxt kənarda dayanmadım. Sözümü deməkdən çəkinmədim. Yazmaqdan qorxmadım. Mən xalqın ağrısını yaşadım.

1995-ci ildə Kıbrısın azad olunması münasibətilə təşkil olunan mərasimdə iştirak etmək üçün deputat yoldaşlarımla birlikdə ora getmişdik. Yoldaşım Zöhrə də mənimlə getmişdi. Bilirsən də Kıbrıs dənizin içindədir. Mərasim də dənizin yaxınlığında bir kənddə keçirilirdi. Kıbrıslı bir ailə vardı, yeddi-səkkiz üzvündən yalnız biri sağ qalmışdı. Qalanlarını dənizdə batırmışdılar. Bu əhvalata içim sızıldadı, çünki mənə yad deyildi. Ermənilər Xocalıda onlarla belə ailəni qətlə yetirmişdi. Bir kənarda dayanmışdım. Ecevit gəldi. Kıbrısılılar onu çox böyük coşğu və fərəh hissi ilə qarşıladılar. Çünki Kıbrısı o azad etmişdi. Ecevitin əmri ilə gecə ilə bütün hərbi texnikalar, tanklar gəmiyə yüklənib Kıbrısa yola düşüb. Elə hücuma keçiblər ki, qarşı tərəfin qoşunu dağlara dirənib qalıb. Sonra Kıbrıs iki yerə bölünüb. Mən orda ağladım. iss etdim ki, Ecevit bütün diqqəti ilə mənə baxır. Zöhrə mənə dedi “Niyə ağlayırsan?” Dedim, dözə bilmirəm. Mən həmin gün kıbrıslılara həsəd aparmışdım. Onlar o qələbəni elə coşğu ilə qeyd edirdilər ki... Bilirsən, mən çox bayramlar görmüşəm. Buynuzda bayramlar həmişə coşğuyla keçirilib. Amma bütün xalqın sevindiyi bayramımız olmayıb. Heç bir milli bayramımızı ürəklə qeyd edə bilməmişik. Məsələn, Novruz bayramını qorxa-qorxa keçirtmişik həmişə. Sovet hökumətinin qorxusundan biri istəyəndə biri istəməyib. Mən Kıbrısda bütün xalqın sevindiyi bir bayramın şahidi oldum. Həmin gün Kıbrıs xalqının bütövlüyünü görüb kövrəlmişdim, o bütövlük üçün ağlamışdım. Sonra Kıbrısda mehmanxananın həyətində gəzirdim. Gördüm, üç nəfər cavan oğlan mənə yaxınlaşdı. Sən demə, “KQB”-nin nümayəndələridir. Məndən soruşdular ki, sən nə üçün ağlayırdın? Dedim, bu, həm sevinc göz yaşı idi, həm kədər. Kıbrıs xalqına görə sevinirəm, öz xalqım üçün kədərlənirəm.

- O duyğu idimi sizə Kıbrısa şeir yazdıran?

- Hə. İndi bizdə Kıbrısdakı vəziyyətdir. Arzuma çatmışam. Mən Azərbaycanda belə bayram görməmişdim. Çünki həmişə yarımçıq olmuşuq. Bu gün isə tamıq və hamı sevinir.

- Musa müəllim, son illər çoxunda Qarabağa qayıtmaq ümidi sönmüşdü. Sizdə necə?

Mənim içimdə ümid həmişə olub. Amma danışıqlar gedəndə həmişə dilxor olurdum. Çünki heç bir nəticəsi olmurdu. Vaxt itkisi idi. Amma ümidim var idi.

- Sizin qarabağlı ziyalılar ilə, qələm adamları ilə dostluğunuz olub. Bu gün onların çoxu aramızda yoxdur. Müsahibələrinizin birində demişdiniz ki, hər dəfə kəndimdən, bulağından şeir yazanda torpağı işğal olunan qələm dostlarıma görə içim göynəyir. Bu gün hansı hissləri keçirirsiniz?

- Kəlbəcər işğal olunandan sonra bir dəfə Məmməd Aslan Buynuza gəlmişdi. Dedi, gözəl yerləriniz var. Dedim, Kəlbəcər daha gözəldir. Dedi, niyə ? Dedim, çünki mən görmüşəm o yerləri. Bir məsəl çəkim. Mənim qardaşım, atam dünyasını dəyişəndən sonra dünyaya gəlib. Qadınlar məclisinə gedəndə anam heç vaxt qardaşımı dizinin üstünə almırdı. Deyirdi, birdən məclisdə uşağı olmayan qadınlar olar. Bu, bir adət idi. O vaxt qadınlar uşağı olmayan qadınların yanında öz körpələrini götürməzdilər. Mən də öz yurdumdan yazanda yurdu işğal olunan Məmməd Aslandan utanırdım. Əlim qolum açılmırdı.

Şairin gözləri doldu, onsuz da güclə eşidilən pıçıltısı bir az da qısıldı. O, həm də dostu Məmməd Aslanın Kəlbəcər nisgili ilə dünyadan köçməsini xatırladı. Şair bu gün qələbə sevincini onlarsız yaşadığı üçün heyfsilənir. Cəbrayılın azad olunması xəbərini Sabir Əhmədliyə, Kəlbəcərin şad xəbərini Məmməd Aslana verə bilmir. Qarşımda açılan kitabda gözüm Sabir Əhmədlinin şəhid olan oğlu Məhəmmədə ithaf etdiyi “Sabir dərdi” şeirinə sataşır. Sual vermədən keçə bilmirəm:

- Sabir Əhmədlinin oğlunun xəbəri gələn günü necə xatırlayırsınız?

- Sabir Əhmədli çox böyük yazıcı, gözəl insan idi. Əyilməyi yox idi. Oğlunun şəhid xəbəri gələn günü xatırlayıram. Heç şikayət etmədi, onun göz yaşını çox az adam gördü. Amma onu basdırmağa Fəxri Xiyabanda bir qarış torpaq vermədilər. Sabir Rüstəmxanlı çox çalışsa da alınmadı.

- Musa müəllim, ömrünüz boyu üç müharibə görmüsünüz. Müharibə sizin üçün nədir?

- Dəhşətdir. Birinci Dünya müharibəsi olanda səkkiz yaşım vardı. O illər aclıq illəri idi. Adamlar çörək tapmırdı yeməyə. Mənim yadıma gəlir, bir gözəl qız vardı, gəlib ağac koğuşunda acından öldü. O mənzərə ömür boyu gözümün qabağından getmir.

İkinci müharibədə də xalq həm mənəvi, həm maddi böhran içərisində idi. İndi deyirlər, o müharibədə olan əsgərlər məğlub əsgərlər idi. Mənim acığım gəlir bu fikirdən. O əsgərlər məğlub deyildi, məğlub elədilər onları. Onlar çox böyük vətən sevgisi ilə döyüşürdü. Milli Məclisdə nə qırğınlar düşürdü, şahidiyəm. Baş qarışmışdı daxildəki çaxnaşmaya cəbhə başsız qalmışdı. İndi həmin vəziyyət Ermənistanda yaranıb.

- Musa müəllim, beş il millət vəkili oldunuz. Bir ədəbiyyat adamı olaraq, söz adamı olaraq özünüzü o kürsüdə görə bilirdinizmi? Nə hiss edirdiniz?

Ürək telim buz bağladı
Dondurdu sırsıra məni
Mən hara bu məclis hara
Kim gətirdi bura məni?

O zorbala, bu ərköyün,
Üz qırmızı, alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.

Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha üç badam bir qoz dedim,
Qoşdular bu xora məni.

Qələm adamının siyasətin içərisində olması mənəvi əzabdır. Mən o əzabı yaşamışam.

- Ədəbiyyat sülh tərəfdarıdır. Bir çox qələm adamları bu fikri müdafiə edir. Sizcə müharibəsiz Qarabağı almaq mümkün idi?

- Heç vaxt! Çünki ermənilər elə məxluqdur ki, onlarla ancaq silahlar danışmalıdır. Müharibə başlayanda Füzuliyə qədər çox sürətlə getdi ordumuz. Bir nöqtədən sonra sürət azaldı. İlham Əliyevin yumruğu bir gün görünmədi efirdə. Onda mənim ürəyim qırılıb ayağımın altına düşdü. Çox qorxdum ki, müharibə dayanar, işimiz yarımçıq qalar.

- Sizcə biz yenidən onlarla birlikdə yaşaya biləcəyik?

- Yaşayacağıq… Amma unutmadan, unutdurmadan. Onları orda birləşməyə qoymaq olmaz. Bir əhvalat danışım sənə. Sovet vaxtı yazıçıları təşviqata göndərirdilər. Bir dəfə də məni göndərdilər. Filarmoniyanın artistləri də bizimlə getmişdi. Onların arasında kamança ifaçısı erməni Qriqoryan da var idi. Hamı ona sataşırdı. Heç kimin yanında hörməti yox idi. O da yazıq-yazıq baxırdı həmişə. Xanlar rayonuna getdik. Orda bir erməni kəndi var idi. Həmən bu yazıq Qriqoryan ermənilərlə birləşəndə şirə döndü. Bir nəfər artıq erməni olanda onlar dil çıxarırdılar. Ona görə də ermənilər tək olanda yazıq, bir olanda zalım olurlar. Erməni anaları da ana deyil. Məsələn, bizim analarımız üsyan edər övladları gedib hansısa xalqın körpəsini öldürsə, qadınlarını zorlasa. Amma onların analarının səsi çıxmadı Xocalıya görə. O dəhşətə göz yumdular.

- Musa müəllim, Qarabağ işğalda olanda “Çadır şəhərciyində marş”ı yazmışdınız. İndi qələbə marşı yazacaqsınız?

- Artıq ilk marşı yazmışam. Polad Həşimova həsr olunub o marş. Şəmistan Əlizamanlı mənə zəng vurdu. Dedi, istəyirəm Polad Həşimov haqqında bəstələnən mahnıya sözləri sən yazasan. Mən də sevə-sevə qəbul etdim. O gün yenə zəng vurmuşdu ki, mahnı artıq hazırdır.

Biz bir az Yaqut xanımla söhbət edirik. Şeirlərini necə yazmağından danışır. Deyir, bir gün olsun şeir yazmağından qalmır. Əli-ayağı sözünə baxmasa da, ürəyindəki söz bulağı hələ qaynayır. O deyir, evdəkilər isə onun dilindən çıxan misraları köçürürlər.

Musa müəllimə tərəf çevriləndə gördüm azca mürgüləyir. Yaqut xanım deyir, tez-tez belə oturuqlu mürgüləyir, amma çox az çəkir. İndi gözünü açacaq. Doğurdan da çox çəkmir, şair gözünü açır

- Musa müəllim, ən çox yuxuda kimi görürsünüz?

- Anamı və Zöhrəni (həyat yoldaşı)

- Zöhrə xanım sizin əziyyətinizi çox çəkib. Eviniz həmişə qonaq-qaralı olub.

- Çox əziyyət çəkib. Mənim qapım bağlanmayıb.

- Bu gün də bağlanmır heç. İsmayıllıya gələn sizin evinizdən yan keçmir. İndi yaş da o yaş deyil. Bu qədər qonaq-qaradan yorulmursunuz?

- Əksinə, bir gün kimsə gəlməyəndə darıxıram, dilxor oluram. Bu gün elə bir şair varmı ki, oxucuları onun qapısında növbəyə dursun? Bu, böyük xoşbəxtlikdir.

- Qələm dostlarınızdan daha çox kim üçün darıxırsınız?

- Qabil üçün çox darıxıram.

Gələndə hava aydınlıq idi. Söhbət bizi necə alıb aparmışdısa bir də baxdım iki saatdır burdayam. Diktofonu söndürüb yır-yığış etdim. Qəribə bir yüngüllük vardı içimdə. Şairin müsbət aurası mənə da sirayət etmişdi. Heç nə danışmasa belə baxışlarındakı ifadə insana müsbət enerji ötürürdü. Sağollaşanda biixtiyar əyilib şairin əlindən öpdüm. Kövrəldi. Qapıdan çıxanda arxamca səsləndi:

- Buynuza da gəl. Mütləq gəl. Kəlbəcər qədər olmasa da, Buynuz da gözəldir!

Oxşar xəbərlər
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək