“Qardaşım həbs olunurdu, buraxılırdı, atam onu aralı saxlayırdı ki, mənə təsir etməsin...”
Müsahibə
Oxunub: 3585
19 Nov 2020 | 16:46
“Qardaşım həbs olunurdu, buraxılırdı, atam onu aralı saxlayırdı ki, mənə təsir etməsin...”
Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslanın Moderator.Az-a müsahibəsini təqdim edirik:

- Eldar bəy, siz xalq artisti, görkəmli sənətkarımız Siyavuş Aslanın kiçik oğlusuz. Nədənsə daha çox atanız haqqında qardaşınız danışıb, müsahibə verib. Sizin nadir hallarda müsahibə verdiyinizi görmüşük. Bu nə ilə bağlıdır?
- Bilmirəm bu faktı hansı monitorinqə əsaslanıb deyirsiz, amma mən də çoxlu sayda jurnalistlər müraciət ediblər, bütün suallarına da cavab vermişəm. Nadir hallarda olub ki, müsahibədən imtina etmişəm.

- Deyirsiz ki, imtina etdiyim müsahibələr də olub. Nə ilə bağlı olub ki, danışmaq istəməmisiz?

- Ola bilər ki,  səfərdə, yolda olmuşam, sualları cavablandırmaq imkanım olmayıb. Bəzən də olurdu ki, jurnalistlər dərin ailə münasibətlərindən həssas suallar verirdi, mən də onların tam açıqlamasını verməkdən imtina edirdim. Hər şeyi də açıb, qabartmaq, üzə çıxartmaq düzgün deyil. Siyavuş müəllimlə Ofeliya xanım hər ikisi sənət üçün çalışıb, xalqın sevgi və rəğbətini qazanıb.

- Siyavuş müəllim atadan savayı sizin üçün kim idi?

- Bu suala cavab vermək elə də asan deyil. İlk növbədə təbii ki, ona ata gözü ilə baxmışam. O həqiqətən də insanlığı ilə məni heyrətləndirirdi. Fəxredici baxışlarım olub ona kənardan. Yaxşı ki, qürur hissi ilə o anları yaşamışam.
- Çox təəssüf ki, rejissorlar Siyavuş müəllimin daha çox komik tərəfindən istifadə etdi. Halbuki o faciəvi və dramatik obrazlar da yarada bilərdi..

- Bəli, doğrudur. Siyavuş müəllimin dramatik xarizması var idi. Həyatda da çox dramatik insan idi. Ümumiyyətlə evdə biz onu üzünün güldüyün görməzdik. Nadir hallarda xatirimdə qalıb ki, bu insan deyib-gülsün. O çoxşaxəli aktyor idi, bir çox sənət əsərlərində özünü göstərə bilərdi. Sadəcə olaraq səhnəyə ilk addımından  komediyanı seçdi və xalq da onu komik rollarla tanıyıb sevdi. Onun komediyası da qeyri-adi idi. Bu insan ciddi bir söz deyib də insanı güldürə bilirdi. Müəyyən dramatik əsərlərdə oynamışdı, amma yenə də çox az idi. Onu da deyim ki, atam daim yeni sənət axtarışlarında idi, özünü, gücünü maksimum səhnə üçün xərcləyirdi. Məqsədyönlü biri idi.

- Hansı sözü ona sağlığında demək istərdiniz?

- Bir övlad kimi mən atamla nəfəs alırdım, onu çox istəyirdim. Ona görə də sağlığında yanında olub, bağrıma basıb, qucaqlayıb öpüb və gözüm ilə görmək istəyərdim onu. O ki, qaldı hansı sözü demək istərdim..? O qədər sözlər var ki.. Hamısını deyərdim.

- Atanızla sonuncu dəfə nə vaxt danışmışdız?
- O illərdə mən Rusiyada çalışırdım, ona görə də mütəmaddi olaraq telefonla danışırdıq. Vəfat etməzdən öncə də danışmışdıq. Gecə yarısı atamın ölüm xəbərini eşitdim. O dəqiqə də mən Bakıya gəlməyə çalışdım, amma bileti ala bilmədiyim üçün dəfn mərasiminə çata bilmədim.

- Ailəsinə vəsiyyət etmişdi?

- Xeyr, elə bir vəsiyyəti yox idi.

- Siyavuş müəllimdən onu sevən tamaşaçılara teatr səhnəsindəki tamaşaları, məşhur filmləri yadigar qaldı. Bəs ailəsinə, daha dəqiq desək sizə yadigar qalan nədir?

- Mən özüm haqqında danışa bilərəm. Xalqa yadigar qalan tamaşalar, filmlər, ekran işləri elə mənə də yadigardır. Bunlar heç bir zaman mənim yaddaşımdan silinməz, ömrümün sonuna kimi mənimlədir.

- Siyavuş müəllim Ofeliya xanımın ölümünə çox pis olmuşdu, ölümü ilə heç vaxt barışmırdı.. Hər dəfə müsahibələrində onu çox sevdiyini bildirirdi. Ayrılandan sonra sanki bir-birlərinə olan sevgi daha da artmışdı..
- Məndə olan məlumata görə valideynləri o vaxt onların ailə həyatı qurmaqlarına narazı idi, amma bütün bunlara baxmayaraq atamla anam bir-birini çox sevirdi. Siyavuş müəllim Ofeliya xanımı qaçırmışdı. Onların sevgisi hamıya bəlli idi, ayrılmaz cütlük idilər. Ortalıqda bu sevgidən yaranan böyük bir qısqanclıq da var idi. Bu hər zaman evdə hiss olunurdu. Belə ki, onlar tez-tez dedi-qodu söhbətlərini gündəmə gətirirdilər.  Atamla anam mən hərbi xidmətdə olarkən ayrılmışdılar. Bu xəbəri eşidəndə 18 yaşım var idi, təbii ki, böyük stress yaşadım və çox üzüldüm. Amma buna baxmayaraq bir mənzildə, ayrı-ayrı otaqlarda yaşayırdılar. Səhərləri salamlaşıb, axşamları sağollaşırdılar. Yadıma gəlir ki, böyük qardaşım üstündə valideynlərimin hər zaman evdə mübahisəsi olurdu, mən də sakit bir övlad kimi hər şeyi kənardan izləyirdim. Sonbeşik olduğum üçün məni hər şeydən qoruyurdular ki, onların mübahisələrini görməyim, səslərini eşitməyim. Atamla aramızda böyük bir pərdə var idi, o bizə heç vaxt anama olan sevgisindən danışmayıb. Lakin ömrünün son günlərində müsahibə verəndə deyirdi ki, mən Ofeliya xanımı sevmişəm.

- Atanızla ananızı yenidən bir araya gətirməyə cəhd etmişdiz?

- Hərbi xidmətdə olarkən hər ikisinə məktub yazırdım, onlardan barışmaqlarını və yenidən bir araya gəlməklərini xahiş edirdim. Anamla bu mövzuda söhbətlərim də olurdu. Amma atama bununla bağlı bir kəlmə də deyə bilməzdim, xasiyyəti ağır idi, nöqtəni qoyandan sonra fikrindən geri çəkinən deyildi. Artıq sevgidən doğan qısqanclıq nifrətə çevrilmişdi. Amma yenə də sevgi qalmışdı.. Çox qəribədir.. Anam hər zaman atamı danlamağı, söyməyi sevirdi. Həzz alırdı ondan. Atam qapını çırpıb gedəndən sonra anam mənə baxıb gülürdü.. Atamın əsəbləşməyi bir növ ona ləzzət edirdi (gülür).

- Ofeliya xanımın ölüm xəbəri qəfil oldu. Olmaya onun səhhətinə hansısa hadisələr təsir etmişdi?
 - Ofeliya xanım daha dəqiq desəm savadsız həkimin qurbanı olmuşdu. Belə ki, səhv həyata keçirilən əməliyyatdan sonra onda xərçəng xəstəliyi yaranmışdı. Digər bir həkimə apardıq, dedi ki, bir il, il yarım yaşayacaq. Son gününə kimi mən Ofeliya xanıma bunu demədim və bu sirri iki il saxladım. Yalnız Siyavuş müəllim bilirdi. Çünki istəmirdim jurnalistlər yazıb-pozsunlar. Ona görə ki, anam həssas insan  idi, bu xəbərlər onun səhhətinə mənfi təsir göstərə bilərdi. Anamın dünyasını dəyişdiyi günü də yaxşı xatırlayıram.. Mən Dubayda idim, yuxuma girmişdi. Səhəri gün qayıdıb Azərbaycana gəldim və o günün sabahı biz Ofeliya xanımı itirdik. Mənə agah olmuşdu elə bil. Anam üçün təcili yardım gələndə atamdan da gəlməyini xahiş etdim. Bir də gördüm ki, atam qardaşımla içəri daxil oldu. Bir xeyli oturdu, hal-əhval tutdular. Getmək istəyəndə bağıraraq onu saxladım və getməməsini  yalvardım.. O da mənə qəribə bir baxışla baxaraq geri qayıtdı.. 5 dəqiqə keçmədi ki, Ofeliya xanım haqqın rəhmətinə qovuşdu.

- Eldar bəy, sizə son sualımı verəcəyəm. Bu sualın cavabı oxuculardan da çox özümə maraqlıdır. Səhv etmirəmsə sizin ailədə, nəsildə bir çox yaxınlar bir-birləri ilə incikdir. Hətta yaxşı xatırlayıram, o vaxt Siyavuş müəllim dünyasını dəyişəndə əminizdən müsahibə istəsəm də imtina etmişdi. Bəs sizin necə, qardaşınız Çingizlə, digər qohumlarınızla münasibətləriniz bu gün nə yerdədir?
- 30 il bundan əvvəl qohumluq əlaqələrimiz çox sıx idi, hər kəsin bir bağı var idi, biz də sıra ilə hər həftə bir qohumun bağına yığışardıq. Atam dünyasını dəyişəndən sonra bu gəl-getlər tədricən yığışdırıldı. O ki, qaldı onlar arasında olan incikliyə.. Bəlkə də var idi.. Vallah bunu dəqiq bilmirəm, deyə bilmərəm. Bu gün demək olar ki, biz xeyirdə, şərdə görüşürük və nadir hallarda zəngləşirik. Əmimlə, bibim oğlu ilə danışıb, hal-əhval tuturam. O ki, qaldı qardaşım Çingizlə münasibətimizə..  Bizim hər zaman onunla münasibətimiz soyuq olub. Bu da ondan irəli gəlirdi ki, o həyatının ən yaxşı illərini həbsxanada keçirmişdi, mən onu görmədən böyümüşdüm. Öz kefində idi, tutulurdu, buraxılırdı, daha sonra yenə də tutulurdu. Çox vaxt Siyavuş müəllim qardaşımı aralı saxlayırdı ki, mənə təsir etməsin. Qardaşlıq münasibətimiz demək olar ki, olmayıb. Ondan qardaş qayğısı görməmişəm. Qardaşlığın nə olduğunu heç vaxt bilmədim və təbii ki, o da bilmədi. Amma bütün bunlara rəğmən biz qan qardaşıyıq, nadir hallarda da olsa görüşürük, çalışırıq ki, münasibət saxlayaq. Çox vaxt da görüşümüz ancaq onun problemlərini həll etməkdən irəli gəlirdi. Yenə də deyirəm, çox nadir hallarda zəngləşib, bir-birimizlə hal-əhval tuturuq. Təbii ki, bu addımı da kiçik qardaş kimi mən atıram.

Oxşar xəbərlər
22:00, Bu gün
Makron "Avropanı müdafiə etmək üçün" radikal addım atmağa hazırdır
21:55, Bu gün
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
21:51, Bu gün
Dövlət Komitəsi xalq artisti Əlixan Səmədovu 60 illik yubileyi münasibətilə təbrik edib
21:48, Bu gün
DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib
21:15, Bu gün
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
21:12, Bu gün
İsDB-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb
21:09, Bu gün
Əməkdar artist dayanacaqlardan şikayət etdi: “Maaşımızın yarısı gedir” - VİDEO
21:06, Bu gün
"İsrail yaxın zamanlarda Rafahda əməliyyata başlayacaq" - Mahmud Abbas
21:01, Bu gün
Qarabağın koloritini yazan yazıçı İsi Məlikzadə - FOTO
20:50, Bu gün
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
20:49, Bu gün
Tiflisdə müxalifət yenidən mitinq keçirir
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
GÜNLÜK
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO