"Ermənistana verilmiş Zəngəzuru, Dərələyəzi, Göyçəni istəməliyik, xəyanətin bir cəzası olmalıdır"
Oxunub: 4391
30 Oct 2020 | 23:16
Müsahibimiz Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlıdır. 

- Qafar bəy, ermənişünas alim kimi bu gün yaşanan hadisələrin fonunda əvvəlcə çağdaş erməni ideologiyasının əsasları ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Biz bu gün həddindən çox şovinistləşmiş bir erməni toplumu ilə üz-üzəyik. Onlar reallığı, dünyanın qəbul etdiyi dəyərləri qəbul etmək qabiliyyətinə malik deyillər. Onlar hüquqi və tarixi baxımdan Azərbaycana məxsus ərazilərə iddia edərkən də məsələyə həmişə o şovinist duyğularla yanaşıblar. Artıq bu, xəstəlikdir və erməni genetikasının əsasını  təşkil edir. Bu səbəbdən də onlar insanların rəngini və fiziki özəlliklərini, bir-birindən üstünlüyünü əsas götürən irqçilik fəlsəfəsini mənimsəmiş şəxslərə üstünlük verirlər. Bu gün dünyada terrorçu kimi tanınan şəxslər - başda Andranik Ozanyan olmaqla Stepan Şaumyan, Dro, Njde, Varujan Karapetyan, Monte Melkonyan, Vazgen Sarkisyan və bunu kimilər - Ermənistanda qəhrəman hesab olunurlar. Mənim bu məsələlərlə bağlı Türkiyədə "Erməni düşüncə sistemi və ideologiyası" adlı kitabım çıxıb. Orada ermənilərin ən qədim dövrlərdən indiyə qədərki düşüncə sistemini araşdırmışam. Son nəticədə erməni milli düşüncəsi terrora gəlib çıxır.

- Bəs, onlar bu ideyaları həyata keçirmək üçün hansı üsullara əl atırdılar və öz məqsədlərinə nə dərəcədə nail ola bilirdilər?

- Ötən əsrin 20-ci illərində ermənilər artıq terroru hərtərəfli mənimsəmişdilər. Terrorçubaşı Şahan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında  Erməni İnqilabçı Federasiyası - "Daşnaksütyun"  partiyasının  İrəvanda keçirdiyi IX qurultayında yeni terror aksiyalarına başlamaq haqqında qərar verilmişdi.  Bu aksiyalardan birinin adı "Nemezis əməliyyatı" idi.

Bəhanə də o idi ki, guya 1915-ci ildə Osmanlı imperiyası erməniləri soyqırıma məruz qoyub, 1918-ci ildə Bakıda erməni əhalisinin qətli təşkil edilib və onların qisası alınmalıdır. Bu əməliyyatda qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatlara  Şərqi Anadolu torpaqlarında suçsuz insanlara divan tutmuş terrorçu Armen Qaronun (Garegin Basdırmaçıyan)  rəhbərlik etməsi qərara alınmışdı. Qətliamçıların qərargahları kimi İstanbulda fəaliyyət göstərən "Çakatamart" ("Ön cəbhə") və Bostonda çıxan "Droşak" ("Bayraq") qəzetlərinin redaksiyaları seçilmişdi. "Nemezis"in  ölüm siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Onların içərisindən 41 nəfər "əsas günahkar" elan edilmiş və öldürülmələrinə qərar verilmişdi.

Bilirsiniz ki, bundan sonra Cümhuriyyət xadimləri, Osmanlı imperiyasının nüfuzlu şəxsləri sui-qəsdlər nəticəsində öldürüldülər.  Daha sonra ASALA ortaya çıxdı. Onun da insanlara yanaşması eyni idi. Türk düşmənçiliyi  burada əsas idi və bunlar yenə irqçilik xəstəliyinə tutulmuşdular. Sonralar Qarabağda da eyni şeyi davam etdirdilər. 

Bu terror aksiyalarına etiraz edən ermənilər də eyni aqibətlə üzləşirdilər. Onlar ya öldürülür, ya ölkədən qovulur, təqib olunurdular. Normal düşüncəli adamların irqçi ölkədə yaşamaları mümkün deyildi.

- Qafar bəy, bu günlər Qarabağda işğal altındakı torpaqlarımız uğrunda qızğın döyüşlər gedir. Gəlin söhbətimizin məcrasını bir az dəyişək. Mümkündürsə, sentyabrın 27-dən öncə Ermənistandakı vəziyyəti dəyərləndirəsiniz. Həmin günlər cəbhə bölgəsində təxribatların törədilməsi çox güman ki, Ermənistan hakimiyyətinin təkbaşına verəcəyi qərar deyildi. Niyə bu addımı atdılar, nəyə nail olmaq istəyirdilər?

- Mən həmişə demişəm, Ermənistan dövlət kimi çox  perspektivsizdir, ermənilərin Cənubi Qafqazda kiminsə hesabına yaşamağı hədəfləyən bir xüsusiyyəti var. Rusiya uzun illər bu dövləti yaşatmaq üçün hər şey verdi, Gümrü şəhərində hərbi bazasının olmasından istifadə edən Ermənistan hər zaman Rusiyadan hərbi baxımdan da yararlandı. Amma sonda Ermənistan bütün digər dövlət və toplumlara etdikləri xəyanəti  Rusiyaya da etdi. Rusiya üçün artıq Ermənistan elə də əhəmiyyətli bir müttəfiq deyil.  Rusiya da artıq anlayıb ki, Azərbaycan hər mənada etibarlı partnyor ola bilər. Müharibədən qabaq  bizim cəmiyyətdə bir Rusiya əndişəsi vardı, bir çoxları düşünürdü ki, Qarabağı azad etməyə başlasaq,  Rusiya Ermənistana kömək edəcək. Mən müharibə öncəsi açıqlamalarımda da demişdim, bizim öz ərazilərimizdə antiterror əməliyyatları aparmağımıza nəinki Rusiya, heç başqa ölkələr də qarışa bilməzlər. Beynəlxalq hüquq bizə ədalətli bir savaş aparmağa imkan verəcək. Bu gün onun şahidi oluruq. Biz Ermənistan ərazisində hərbi əməliyyatlar aparmasaq, heç bir ölkə, heç bir beynəlxalq təşkilat işimizə əngəl ola bilməz. Biz əslində, BMT-nin qətnamələrini həyata keçiririk. Həmin qətnamələrdə isə Ermənistanın işğalçı ordusunun qeyd-şərtsiz bizim ərazilərimizdən çıxarılması tələb olunur. Ermənistanda bütün bunları hesablamamışdılar, onlar məsələyə hələ də 90-cı illərdəki təsəvvürlə yanaşırdılar və bunun kökündən yanlış olduğunu dərk edə bilmirdilər. Artıq dünya dəyişib və yeni düzən deyilən bir anlayış önə keçib. Küçədən hakimiyyətə gətirilmiş Paşinyan siyasi səbatsızlığı,  Rusiyanın ona mənfi münasibəti, onun dar, məhdud təfəkkür tərzi, Dağlıq Qarabağ məsələsinə qeyri-diplomatik yanaşması bizim xeyrimizə işlədi. 27 sentyabrda onlar Azərbaycana hücum edərkən necə cəzalandırılacaqlarını hesablaya bilmədilər. Bir məqamı da qeyd etmək lazımdır ki, bu illər ərzində Azərbaycan da öz ərazi bütövlüyünü təmin etmək üçün ciddi hazırlıq işləri görmüşdü. 2016-cı ilin Aprel döyüşlərində də, builki Tovuz hadisələrində də bir gün bu əməliyyatların olacağının  siqnalı verilmişdi. 

- Paşinyan hökuməti niyə Putindən istədiyi dəstəyi ala bilmədi? Yoxsa bu bizəmi belə görünür? Rusiya Ermənistandan imtina edə bilərmi?

- Əslində, bu suala yuxarıda qismən cavab verdim. Putin ağıllı siyasətçidir. O bildirdi ki, hərbi əməliyyatlar Azərbaycanın ərazisindən kənara çıxmadığı təqdirdə bu işə qarışmayacaqlar. Ermənilər bu bəyanatı gözləmirdilər. Rusiya Ermənistana görə Türkiyəni qarşısına almaz. Artıq Türkiyə bu proseslərin içərisindədir.

- Niyə beynəlxalq təşkilatlar 30 ildir davam edən danışıqlar prosesində ortaq həll yolu tapa bilmədilər?

- Danışıqlar prosesini izləyən şəxs kimi deyim ki, ATƏT-in Minsk qrupu bu dövr ərzində məsələnin Ermənistanın xeyrinə həll edilməsinə çalışıb.  Bununla bağlı bir neçə plan təklif olunmuşdu. Ən son Madrid prinsipləri idi. Orada da son nəticədə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün bir referendum keçirilməsi təklif olunurdu. Bu referendum nəticəsində Dağlıq Qarabağ de-yure də ermənilərin əlinə keçəcəkdi və torpaqlarımız tamamilə itiriləcəkdi. Son çıxışlarının birində Prezident İlham Əliyev dedi ki, artıq burada heç bir referendumdan söhbət gedə bilməz.

- Bizi düşündürən mövzulardan biri də hazırda Qarabağ ərazisində erməni əhalisinin  yerləşdirilməsi məsələsidir. 1994-cü ildə atəşkəs imzalandıqdan və hərbi əməliyyatlar dayandıqdan sonra işğal edilmiş ərazilərə 90-lardan bu yana təqribən 35 min erməni əhalisi köçürülüb. Ərazilərimiz işğaldan azad edildikdən sonra o əhalinin vəziyyəti necə olacaq? Onlar Ermənistan hökuməti üçün siyasi qurbanlar idilərmi?

- Bilirsiniz, Dağlıq Qarabağda yaşayan əhaliyə hər zaman milli-mədəni azadlıq verilib, elə Sovet hakimiyyəti zamanlarında orada yaşayan əhalinin durumu digər Azərbaycan rayonlarında yaşayan əhalinin durumundan xeyli yaxşı idi. Nankor çıxdılar. Mən bilmirəm, bu qədər hadisələrdən sonra onlar hansı üzlə bizim torpaqlarda yaşamaq istəyəcəklər. Onlara isə  danışıqlar zamanı şübhəsiz, mədəni müxtariyyət təklif olunacaq. Bu artıq dövlət başçısının dilindən də səsləndirilib.  İşğal olunmuş bölgələrimizə gətirilib yerləşdirilən əhaliyə gəlincə, onlar ölkəmizi tərk etməlidirlər. Ermənilər o qədər qudurmuşdular ki, bu rayonlarımızda məskunlaşma proqramı hazırlayıb həyata keçirmişdilər. Bu qanunsuz məskunlaşma ilə bağlı mənim 2014-cü ildə  "İşğal və məskunlaşdırma fitnəkarlığı" adlı kitabım çap olunub. Çox qəribədir ki, ATƏT-n bu məsələlərlə bağlı yaratdığı Faktaraşdırıcı missiyası bütün bunlara göz yumurdu. Baxın, deyirsiniz məsələ niyə həll olunmurdu? ATƏT-in Minsk qrupu ölkələrinin hər üçündə erməni diasporu güclüdür və həmin ölkələr Ermənistanın tərəfini tuturdular. İndi Türkiyənin vasitəçilik məsələsi müzakirə predmeti olmalıdır. Azərbaycan prosesdə Türkiyənin vasitəçi kimi iştirakına çalışmalıdır.

- Hazırda Ermənistandakı vəziyyəti ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycanın siyasi vəziyyətinə bənzədirlər. Siz bu haqda nə deyə bilərsiz?

- Ermənistan mənim nəzərimdə dövlət deyil. Bundan öncə də bir qrup mafiozun əlində olan quldur qaydaları ilə idarə olunub. Onu dövlət eləmək mümkün deyil. Birincisi, sən bu torpağın sahibi olmalısan. Bu torpaqlar ermənilərə aid deyil, bizimdir. Mənim rəhbərliyimlə elan olunmuş və fəaliyyəti də millətimiz tərəfindən təqdir olunan İrəvan Türk Cümhuriyyəti ermənilərə qanunsuz verilmiş bu ərazilərin varisidir. Gec-tez bu ərazilər onun əsl sahiblərinə keçəcək. Bunun mücadiləsi də nəticə verəcək. Qarabağda olduğu kimi.

- Müharibənin dayandırılması istiqamətində nə kimi həll yolları önə sürülə bilər?

- Mən müharibənin tam kapitulyasiyaya qədər davam etdirilməsinin tərəfdarıyam. Ermənistan məğlub olduğunu etiraf etməlidir. Bundan sonra 30 il ərzində Azərbaycan vurulan zərərlərə görə Ermənistanı təzminat ödəməyə məhkum etmək lazımdır. Ac-yalavac ölkə təzminat ödəyə bilməyəcək. Bunun yerinə biz vaxtilə qanunsuz şəkildə Ermənistana verilmiş Zəngəzuru, Dərələyəzi, Göyçəni istəməliyik. Onsuz da gələcəkdə bu torpaqlarımızı alacağıq. Onlar bu torpaqlarda yaşamaq haqqını itiriblər. Xəyanətin bir cəzası olmalıdır deyilmi? (525.az)
Oxşar xəbərlər
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA