"Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın..."
Oxunub: 1468
29 Oct 2020 | 06:56
Quranda yazıldığına görə, savaş məcburiyyət halında əl atılan və mütləq müəyyən insani və əxlaqi sərhədlər çərçivəsində gerçəkləşdirilməli olan arzuolunmaz və məcburi yoldur.

Yer üzündə müharibələri ortaya çıxaranların inkarçılar olması, Allah`ın isə savaşa razılıq göstərməməsi bir ayədə belə açıqlanır:

"...Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz! (Maidə, 64)

İman gətirənlər hər hansı bir anlaşılmazlıq halında müharibənin məcburi olduğu vəziyyətə qədər gözləməli, yalnız qarşı tərəfdən bir hücum gəldiyi və müharibədən başqa alternativ olmadığı zaman savaşa girməlidir. “Bəqərə” surəsində bu vəziyyət “Əgər onlar (vuruşdan və Allah`a şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz ki, Allah bağışlayan və rəhm edəndir”. (Bəqərə, 192) şəklində açıqlanır. Yəni möminlər öncə qarşı tərəfin addımını gözləməklə, sülh və anlaşmanı üstün tutmaqla, ancaq qarşı tərəfdən hücum təhlükəsi gəldiyi halda, özlərini müdafiə etmək məqsədilə savaşmaq missiyasına yüklənirlər.

Peyğəmbərimizin (s.ə.v) və müsəlmanların hicrət edib öz üsul-idarələrini qurduqları Mədinə şəhərinin indiki görünüşü.Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) həyatına baxarkən də aydın görə bilərik ki, müharibə ancaq məcburi hallarda, yalnız müdafiə məqsədi ilə tətbiq edilən metoddur.

Quranın Peyğəmbərimizə (s.ə.v) vəhy olunması tam 23 il davam etdi. Müsəlmanlar bunun ilk 13 ilini Məkkədəki bütpərəst qayda-qanunların hakim olduğu çərçivədə yaşadılar və böyük təzyiqlərlə qarşılaşdılar. Bir çox müsəlman fiziki işgəncələrə məruz qoyuldu, bəziləri öldürüldü, çoxunun evi və mal-mülkü qarət edildi, onlar ardıcıl şəkildə həqarət və hədə-qorxularla qarşılaşdılar. Buna baxmayaraq, müsəlmanlar gərginliyə və qarşıdurmaya baş vurmadan yaşamağa davam etdilər və onlarla düşmənçilik edən bütpərəstləri həmişə sülhə çağırdılar.

Bütpərəstlərin təzyiqləri dözülməz həddə çatanda müsəlmanlar daha çox müstəqil və dost bir mühitin olduğu Yəsrib (sonradan Mədinə) şəhərinə hicrət edərək burada öz hakimiyyətini qurdular. Öz siyasi quruluşlarını bu şəkildə təşkil etdikdən sonra belə müsəlmanlar Məkkənin təcavüzkar bütpərəstlərinə qarşı savaşa girişmədilər. Ancaq aşağıdakı ayənin vəhyindən sonra Peyğəmbərimiz (s.ə.v) öz ümmətinə savaş üçün hazırlıq əmrini verdi:

Zülmə məruz qaldıqlarına görə vuruşanlara izn verilmişdir. Allah, həqiqətən, heç bir xaini və nankoru sevməz! O kəslər ki, haqsız yerə, ancaq: “Rəbbimiz Allah`dır”,- dediklərinə görə yurdlarından çıxarıldılar... (Həcc, 39-40)

Qısası, Allah müsəlmanlara savaş iznini təzyiq və zülm gördükləri üçün vermişdir. Başqa sözlə, icazə verilən savaş sadəcə olaraq müdafiə məqsədli bir savaşdır. Başqa ayələrdə isə müsəlmanlara lazımsız qızışdırıcılıqdan və ya lazımsız yerə qarşıdurma, gərginlik yaratmaqdan çəkinmələri üçün xəbərdarlıq edilmişdir:

"Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddini aşanları sevməz!" (Bəqərə, 190)

Bu ayələrin vəhyindən sonra müsəlmanlarla bütpərəst ərəblər arasında döyüşlər baş verdi. Müsəlmanlar bu savaşların heç birində döyüşü qızışdıran tərəf olmamışdır. Bundan başqa, Peyğəmbərimiz (s.ə.v) bütpərəstlərin bir çox tələblərini qəbul edən sülh razılaşmasını (Hüdeybiyyə sülhünü) qəbul edərək sülh və təhlükəsizlik şəraitini təmin etdi və bütpərəstlərə sülh içində yaşamağa imkan verəcək sosial quruluş təsis etdi. Razılaşmanı pozan tərəf yenə bütpərəstlər oldu və bu halda, yeni döyüş vəziyyəti yarandı. Amma müsəlmanların sayının sürətlə artması nəticəsində İslam ordusu bütpərəst ərəblərin qarşısında davam gətirə biləcək gücə sahib oldu və Peyğəmbərimiz (s.ə.v) bu güclü ordu ilə Məkkə üzərinə yeriyib şəhəri fəth etdi. Bu fəthdə heç bir şəkildə qan axmadı, bir adamın burnu belə qanamadı. Peyğəmbərimiz (s.ə.v) əgər istəsəydi, fəth etdiyi şəhərdəki müşrik liderlərdən intiqam alardı. Amma Peyğəmbərimiz (s.ə.v) müşriklərin heç birinə toxunmadı və onları əfv edərək inancları içində sərbəst buraxdı. Bu yüksək xarakterə heyran olan müşriklər daha sonra könüllü şəkildə İslamı qəbul edəcəkdilər.

Təkcə Məkkənin fəthində deyil, Peyğəmbərimizin (s.ə.v) dövründə aparılan bütün savaş və fəthlərdə günahsız və müdafiəsiz insanların haqları ciddi şəkildə qorunmuşdur. Peyğəmbərimiz (s.ə.v) möminlərə bununla bağlı bir neçə dəfə xəbərdarlıq etmiş, öz əməlində onlara nümunə olmuşdur. Necə ki, bir hədisində savaşa çıxan möminlərə: “Rəsulullahın dini ilə səfərə çıxın. Ancaq ixtiyar, qadın və uşaqlara toxunmayın. İslah və ihsan elindən olun. Allah mühlisləri sevər”, -şəklində müraciət etmişdir
Uşaqları öldürməyin, kilsələrdə ibadət edən kimsələrə toxunmayın. Qadınları, yaşlı adamları öldürməyin. Ağacları yandırmayın və kəsməyin. Evləri də dağıtmayın!

Hz. Muhəmmədin (s.ə.v) bu sülhsevər və mülayim siyasəti Allah`ın Quranda bildirdiyi İslamı əsaslardan bəhrələnmişdir. Allah Quranda iman gətirənlərə müsəlman olmayan kimsələrə qarşı da mehriban davranmalarını əmr edir:

"Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxaran və çıxarmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır! "(Mumtəhinə, 8-9)


Yuxarıdakı ayələr bir müsəlmanın müsəlman olmayan insanlara qarşı münasibətini bildirir. Bir müsəlman müsəlman olmayan insanların hamısına qarşı mehriban davranmalı, sadəcə olaraq İslama düşmən münasibəti göstərənlər müsəlmanların varlıqlarına hücum edərlərsə və bu da müharibəyə səbəb olarsa, müsəlmanlar bu müharibəni də yenə ədalətlə şəkildə və insani sərhədləri aşmadan aparmalıdırlar. Hər cür barbarlıq, lazımsız qarşıdurma və gərginlik, haqsız təcavüz yasaqdır. Başqa bir Quran ayəsində Allah müsəlmanlara bu mövzuda xəbərdarlıq edir və düşmənlərinə qarşı hiss etdikləri qəzəbin onları ədalətsizliyə sürükləməməsinin lazım gəldiyini xəbər verir:

"Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!" (Maidə 8)

Cihad anlayışının mənası

Araşdırdığımız mövzunun lazımınca aydınlaşdırılması üçün gərək olan digər əhəmiyyətli bir anlayış da “cihad” anlayışıdır.

“Cihad” kəlməsinin tam tərcüməsi “cəhd”, “səy”dir. Yəni İslama görə, “cihad etmək” “cəhd etmək”, “səy göstərmək” mənasını verir. Peyğəmbərimiz (s.ə.v) ən böyük cihadın insanın öz nəfsinə qarşı etdiyi cihad3 olduğunu açıqlamışdır. Nəfsdə məqsəd insanın eqoist həvəsləri və tamahkarlığıdır.

Cihad kəlməsini Quran əxlaqı ilə qiymətləndirdiyimiz zaman bəlli olur ki, insanlara zülm edənlərə, onlarla ədalətsiz davrananlara, işgəncə və əziyyət verənlərə, ən qanuni insan haqlarını pozanlara qarşı ədaləti, sülhü, bərabərliyi hakim bərqərar etmək üçün edilən fikri mücadilə də bir cihaddır. Eyni şəkildə, ateist fikirlərə qarşı aparılan hər cür elmi mücadilə də tam mənası ilə bir cihaddır.

Bunun kimi fikri və mənəvi mənalarının yanında fiziki bir mücadilə olaraq savaş da cihad sayılır. Amma bu savaşın yuxarıda tərif etdiyimiz şəkildə müdafiə məqsədli və sərbəst savaş olması lazım gəlir. Cihad anlayışının günahsız insanlara yönələn bir hücum əməlini, yəni terroru tərif etmək üçün istifadə edilməsi isə çox böyük və haqsız bir yanlışlıq olacaqdır.

Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
08 May 2024 | 10:21
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
08 May 2024 | 10:21
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir