Bu gün həbsdə olan Müsavat başqanının
müşaviri Yadigar Sadıqovun məhkəməsidir. Şirvan Apellyasiya Məhkəməsində
Y.Sadıqovun həbsinin 1 ay uzadılması barədə qərardan şikayətinə baxılacaq. Bu
xəbəri müsavatçı məhbusun hüquqlarını müdafiə komitəsinin rəhbəri Elman Fəttah
musavat.com-a verib. E.Fəttah bildirdi ki, Y.Sadıqov oktyabrın 3-də Lənkəran
rayon polis şöbəsindən Bakı İstintaq Təcridxanasına gətirilib:
“Bilirsiniz ki, Yadigar bəy istintaq adı ilə Lənkəran polisində saxlanılırdı. Ayın 3-də gətirilib. Vəkili Xalid Bağırov onunla oktyabrın 4-də görüşüb. Saxlanma şəraitindən narazılıq etmir. Ehtimal var ki, təcrixanada istintaq hərəkətləri aparılsın, üzləşdirmə olsun. Ayın 23-dək məhkəmə istintaqı başlanacaq”.
E.Fəttah qeyd etdi ki, Y.Sadıqov
seçki debatlarını izləyir: “Vəkilinin verdiyi məlumata görə, bütün debatları
izləmək imkanı var və seçkidə iştirak edərək səs verəcək. Yadigar bəy Cəmil
Həsənli kimi ziyalının vahid namizəd elan olunmasını yüksək qiymətləndirir”.
Moderator.az