Yapon “Nikkei”si və fransız “Fiqaro”su –\r\n -Həqiqətlərimizin yeni ünvanları
Oxunub: 1551
25 Oct 2020 | 22:49
Yapon “Nikkei”si və fransız “Fiqaro”su –\r\n -Həqiqətlərimizin yeni ünvanları
Azərbaycan Prezidentinin yeni möhtəşəm müsahibələri haqqında fikirlərimi bölüşməmişdən öncə, nüfuzlu Rusiya nəşri “Nezavisimaya Qazeta”nın baş redaktoru, tanınmış jurnalist, ictimai xadim Konstantin Remçukovun fikirlərini paylaşmaq istərdim. Baş redaktor Prezident İlham Əliyevin son müsahibələrini əsas gətirərək deyir: “Son həftə içində mən gördüm ki, Azərbaycanın bu müharibədəki hədəfləri daha aydındır. Öncəki həftələrdə mənə elə gəlirdi, bu, iki ölkə arasında periodik olaraq Dağlıq Qarabağ ətrafında baş verən növbəti gərginlikdir. Ancaq bu həftə özəlliklə də Azərbaycan Prezidenti İlham Əliyevin televiziya çıxışları və müsahibələrindən sonra anladım ki, bu, Azərbaycanın öz ərazilərini azad etmək uğrunda savaşıdır. Hansı ki, həmin ərazilər 30 il qanunsuz olaraq, işğal altında saxlanılıb. …Bununla da, bir növ münaqişə ilə bağlı təsəvvür dəyişir. Bu müharibə Azərbaycan öz ərazilərini tam azad edənə qədər davam edəcək. O ərazilər ki, Azərbaycan qanunsuz olaraq Ermənistan tərəfindən işğal edildiyini bildirir. Daha bir maraqlı məqam isə odur ki, hazırlıq və öncədən toplanmış resurslar ilk baxışda göründüyündən daha çoxdur”.

Diqqətli oxucular təsdiq edər ki, cənab İlham Əliyevin məşhur xarici media orqanlarına ardıcıl müsahibələri haqqında mən də, bir çox həmkarım da ürək sözlərini qələmə alıb. Çox şadam ki, bizim gəldiyimiz qənaətlər öz həyati təsdiqi tapır. Başqa ölkələrdən verilən reaksiyalar, sürətlə dəyişən, ilıqlaşan beynəlxalq ictimai fikir, hətta, “ev tapşırığı suallar”la çıxış edən xarici jurnalistlər də həqiqətin alternativsiz üzü ilə tanış olur, öz ilkin mövqelərində yanıldıqlarını görürlər. Bird aha o fikrdəyəm ki, cənab Prezidentin xarici media orqanlarına ard-arda verdiyi hadisə müsahibələr ordumuzun uğurlarının beynəlxalq aləmdə qəbul görməsində, diplomatlarımızın əlini gücləndirməkdə özünəməxsus rol oynayır.

Növbəti belə müsahibələr nüfuzlu “Nikkei” (Yaponiya) və “Fiqaro” (Fransa) qəzetinə verildi. Hər biri başdan-başa öyrənilməyə, öyrədilməyə layiq bir “diplomatiya dərsi” olan müsahibələrdən bir neçə məqama diqqət edək:

-           Öncəki satus-kvo artıq mövcud deyil, təmas xətti yoxdur. İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır;

-           Müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir;

-           Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər danışıqları mənasız edib;

-           Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır”, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deməsi, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verməsi, Azərbaycana hücumlar, danışıqların aparılmasını mənasız edir;

-           Azərbaycan Ermənistan hökumətinə sübut etdi ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər.

-           Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır;

-           Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, atəşkəsi pozmamlı, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd göstərməməli, işğal olunmuş bütün Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir;

-           Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq;

-           Bu gün Azərbaycanda minlərlə erməni əsilli insan yaşayır;

-           Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Orada heç bir milli azlıq yaşaya bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar;

-           Ermənistanda ən böyük icma olan azərbaycanlılar həmin ərazidən qovulub, Azərbaycanlıların bütün tarixi, dini abidələri dağıdılıb, Azərbaycan mədəniyyətinin izləri silinb. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib;

-           Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək;

-           Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra ermənilər daha yaxşı yaşayacaqlar, digər vətəndaşlar kimi, onlara da bütün sosial və iqtisadi imtiyazlar şamil ediləcək;

-           Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır və Azərbaycan dövləti digər xalqlar, milli və etnik azlıqlar kimi, onların da hüquqlarını tam müdafiə etməyə hazırdır.

-           Azərbaycan dövləti həmişə humanizm prinsiplərinə sadiq olub və hazırda gedən hərbi əməliyyatlarda da bu, aydın görünür;

-           Azərbaycan Ermənistan kimi dinc əhaliyə qarşı müharibə aparmır, yalnız hərbi hədəfləri vurur;

-           Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil. Ermənistanın baş naziri bunu etiraf edib. Həmin döyüşçülərin köklü erməni olması şübhə doğurur və bunu təsdiq edən məlumatlar mövcuddur.

 

Əziz oxucular (tanaşaçılar) fikir veribsə, çox uzaq coğrafiyaları təmsil etsələr də, Azərbaycan Prezidentinə sual verən jurnalistlər, Azərbaycan-Ermənistan elanolunmamış müharibəsinə dair suallarla yanaşı, Gürcüstan, İran, özəlliklə, Türkiyə ilə bağlı suallardan əl çəkə bilmir.  Burada durum elədir ki, necə deyərlər, istənilən “şübhəli sual” belə sual verən tərəfin deyil, cavab verən tərəfin xeyrinə nəticələnir. Yəni Gürcüstanla bağlı sual hər kəsi düşüncəyə dəvət edir: Gürcüstan da bir xristian ölkəsidir və Azərbaycanla, Türkiyə ilə yüksək səviyyəli ölkələrarası münasibətlər, strateji işbirliyi içində inkişaf etməkdədir. Deməli, problem din mənsubiyyətində deyil, Ermənistanın işğalçı, terrorçu, qonşuyayovuşmaz siyasətindədir. Bu fikri Azərbaycanın (eləcə də, qardaş Türkiyənin) etnik, dini zənginliyi bird aha təsdiq edir. Hər şey bir yana, Azərbaycanda (və Türkiyədə) onminlərlə erməni bugün də yaşayır. Təsəvvür edin: Xocalı soyqırımı törədən, Türkiyəni qondarma soyqırımda ittiham edən bir ölkənin millətdaşları Azərbaycanda və Türkiyədə yaşayıb, yaşayır və yaşayacaqdır! – Bu danılmaz fakt qarşısında dünya erməniliyinin uzun illər anti-türk, anti-müsəlman qaratəbliğatı bir qara qəpiklik olur. “Hər ziyanda bir xeyir var” deyib atalar, indi müharibə alovları (Gəncədə, Tərtərdə, Goranboyda, Ağcabədidə, Beyləqan, Bərdə və b. yerlərdə)  dinc insanları yaxsa da, evlər dağılsa da, Ermənistanın illərlə qondardığ yalan səltənənitin dağıldığını da görürük, erməni təbliğatının öldüyünü görürük. Əlbəttə, bizim günahsız insanların qanı yerdə qalmır, əlbəttə, döyüş meydanında qələbələr qazanırıq, lakin vurğuladığımız bu məqamlar da unudulmamamlıdır. Çünki məhz beynəlxalq anti-türk, anti-müsəlman təbliğatı ilə haqq-ədaləti müdafiə edəsi dövlət, qurum-quruluşlarda şübhələr yarada bilmişdilər. Təsəvvür edin, dünyanın bir çox ölkəsində anti-müsəlman ritorikası ilə avamlı çıxış edən,özlərini “xristianlığın son qalası” adlandıran Ermənistan İranla danışıqlarda başqa maska taxır, sonra işğal bölgəsinə dönür, bir başqa maska taxır və məscidlərə donuz doldururdu… Bu mənada, müzəffər Azərbaycan əsgəri öncəbhədə, səbatlı diplomatlarımız diplomatik-siyasi cəbhədə maska yırtmaqla məşğuldur həm də… Bütün bu kardinal fikir dəyişiklikləri, dünya birliyinin dərin düşüncələrə dalması sahəsində Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin çoxfunksiyalı titanik çalışmaları dərsliklər mövzusudur, qürur qaynağımızdır! Prezident yalnız müsahibə vermir, dərs keçir, maarifləndirir, öyrədir. “Yaşa, Prezidentim, yaşa, Millətinlə baş-başa” – “İstiqlal” orenli Xalq şairi Fikrət Qocanın bu məşhur misraları son günlər dilimizdən düşmür!

 

Qeyd etdik ki, xarici jurnaslitlər Gürcüstan, İran və Türkiyə ilə bağlı suallar verir. Gürcüstanı dedik; İranın sual dövriyyəsinə daxil olunması da, dövlət sərhəddi boyu ərazilərimizin azad edilməsi – yeni gerçəklik yaranması ilə bağlı hesab oluna bilər. Unutmayaq ki, işğalçı ölkə güney cəbhəsindəki yenilgi ilə yalnız torpaq, şəxsi heyət və texnika itirmədi, daha başqa itkiləri də oldu və bu, erməni dostlarını pəjmürdə etməkdədir…

Hər fransız jurnalistinin Türkiyə ilə bağlı tikanlı sual verməsinin səbəbini hər bir azərbaycanlı başa düşür; belə sualı yapon jurnalistinin də verməsi sual yaratmamalıdır, məncə. Yanılmıramsa, Yaponiyanın Avropadakı ən intensiv ticari-iqtisadi bağları Fransa ilədir… Əlbəttə, biz bir jurnalistin mövqeyini bütün Yaponiyaya şamil etmirik. Qətiyyən! Yaponiya özü başıbəlalar çəkmiş bir Şərq ölkəsidir və bizi anlayanlar orda daha çoxdur.

 

Türkiyə ilə bağlı sualların çoxluğu bizi qətiyyən rahatsız etmir, tam tərsinə, bütün müsahibə boyu Türkiyədən, Türkiyə-Azərbaycan işbirliyindın suallar versələr də qəbulumuzdur.

Cənab Prezident deyir:

-           Türkiyə Azərbaycan üçün qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur;

-           Türkiyə indi təkcə Güney Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır;

-           Türkiyə və Rusiyanın prezidentləri, xarici işlər nazirləri, müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu məsələni müzakirə ediblər;

-           Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir;

-           Türkiyə nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Türkiyənin prosesdə iştirakı ona sabitlik gətirəcək.

            Uzun sözün qısası, zərurət yarandığı hallarda müharibə alovunun söndürülməsində, ədalətli sülhün təminində - nizamlanma prosesində Türkiyənin fəal iştirakı bütün maraqlı tərəflər üçün eyni dərəcədə sabitləşdirici amildir – bu, belə qəbul edilməlidir. İlk növbədə, Ermənistan və erməniyanlılar bu həqiqəti nə dəqər tez idrak etsə, o qədər yaxşıdır.

Yazımı cənab Prezidentin yapon jurnalistin müvafiz sualına verdiyi tarixi ayarlı cavabla yekunlaşdırmaq istərdim: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Azərbaycan danışıqlar zamanı buna razılıq verməyib və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. …Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar”

DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva
Oxşar xəbərlər
19:18, Bu gün
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
19:14, Bu gün
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
19:12, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
19:03, Bu gün
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
19:01, Bu gün
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
18:59, Bu gün
Bakı-Sumqayıt qatarının şüşəsini sındıran və yola daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunub
18:50, Bu gün
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
18:49, Bu gün
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
18:46, Bu gün
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
18:39, Bu gün
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
18:33, Bu gün
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
18:05, Bu gün
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
18:00, Bu gün
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
17:55, Bu gün
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
17:50, Bu gün
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
17:45, Bu gün
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
17:40, Bu gün
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
17:35, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
17:30, Bu gün
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
17:25, Bu gün
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
17:20, Bu gün
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
17:17, Bu gün
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
17:15, Bu gün
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
17:10, Bu gün
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
17:07, Bu gün
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
17:05, Bu gün
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
17:03, Bu gün
COP29-un rəsmi saytı istifadəyə verildi
17:00, Bu gün
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
16:56, Bu gün
İyunda ardıcıl beş gün iş olmayacaq
16:52, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
16:50, Bu gün
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
16:47, Bu gün
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
16:42, Bu gün
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
16:40, Bu gün
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
16:37, Bu gün
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
16:35, Bu gün
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
16:32, Bu gün
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
16:27, Bu gün
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
16:22, Bu gün
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
16:20, Bu gün
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
16:17, Bu gün
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
16:15, Bu gün
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:05, Bu gün
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
GÜNLÜK
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
AYLIQ
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib