Evimizdəki möcüzə, fərqində olmadığımız sərvət, aydınlıq paylayan “əsgərlər”...
Araşdırma
Oxunub: 2008
20 Oct 2020 | 17:03
Evimizdəki möcüzə, fərqində olmadığımız sərvət, aydınlıq paylayan “əsgərlər”...


Bu il “Azərişıq” ASC-nin yaranmasının 5 illiyi tamam olur. Belə ki, 10 fevral 2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə  “Bakıelektrikşəbəkə” ASC-nin bazasında yeni bir qurum - “Azərişıq” ASC yaradıldı ki, bu da yeni bir dönəmin başlanması demək idi.

 

Nəhəng abonent ordusu, miqyası heyrət doğuran xidmət və bu günlə yanaşı, gələcəyə məsul olanlar...

 

“Azərişıq” ASC-nin fəaliyyəti üçün xarakterik olan ən başlıca məqam onun nəhəng abonent ordusuna xidmət etməsidir. Belə ki, hazırda “Azərişıq” ASC 2,7 milyon abonentə xidmət göstərir ki, bu da olduqca yüksək göstəricidir. Hər il elektrik şəbəkəsinə 70 min yeni qoşulmanının mövcud olduğunu da nəzərə alsaq, bu rəqəmin hansı sürət və sıçrayışla artdığını təsəvvür etmək olar.

Çoxmilyonlu abonentlərə keyfiyyətli xidmət göstərmək, bu günün tələblərini ödəməklə yanaşı, həm də gələcək artım və ehtiyacları hesablayaraq addım atmaq “Azərişıq” ASC-nin günlük fəaliyyətinin məğzini təşkil edir. “Azərişıq” ASC 5 il bundan öncə yaransa da, son 10 ildə ölkənin enerji sisteminə 2 milyard manat məbləğində vəsait qoyulub ki, bu onun müasirləşməsinə verilən diqqətdən xəbər verir.  Lakin bu da bir həqiqətdir ki, elektrik enerjisinə ola tələbat günümüzün insanının ən mühüm, vazkeçilməz tələbatlarından biri, bəlkə də birincisi olsa da, elektrik enerjisi, onun necə əldə edilməsi, hansı mürəkkəb prseslər sonrasında abonentlərə çatdırılması haqqında çox az adamın məlumatı mövcuddur. Bu baxımdan elektrik enerjisini hər kəsin istifadə etdiyi, lakin heç də hər kəsin dərk etmədiyi möcüzə hesab etmək olar.

 

Anbarlaşdırılması imkansız olan sərvət: İstifadə etmək mümkündür, sahiblənmək isə əsla!

 

Hər birimizin ev və iş həyatının ayrılmaz tərkib hissəsinə çevrilən elektrik enerjisini çoxsaylı möcüzəvi xüsusiyyətlərə malikdir ki, bunlardan biri onu anbarlaşdırmağın, ona sahiblənməyin mümkünsüzlüyüdür. Belə ki, neftdən,  qazdan, sudan və digər sərvətlərdən fərqli olaraq,  istehsal edilən elektrik enerjisini anbarlamaq, onu “dar gün üçün” qoruyub saxlmaq mümkün deyil.

Elektrik enerjisi istehsal edildiyi andaca istehlak edilməlidir. Əks halda, istehsal edilən elektrik enerjisi ilğım kimi yoxa çıxacaq, əbədilik itiriləcəkdir. Mütəxəssislərin bidlridiyinə görə, elektrik enerjisinin istehsalı ilə istehlakı arasında vaxt fərqi saniyənin 10-da 1-i qədərdir. Bu rəqəmin özü elektrik enerjisinin istehlakı ilə istehsalı arasındakı zamanın nə qədər ani olduğunu göstərir.

Qeyd edək ki, elektrik enerjisini anbarlaşdırmağın mümkün olmaması, onun istehsal edildiyi andaca istehlakı zərurəti enerji satışını mürəkkəbləşdirən ən mühüm problemlərdən biri hesab edilir.

 

Bakı ilə Parisi eyniləşdirən  inkişaf: Rəqəmlər dünən və bu gün haqqında nə deyir?

 

“Azərişıq”ASC-nin ən böyük uğurlarından biri elektrik enerjisi itkilərinin qarşısını böyük ölçüdə alması, vəsait yığımını yüksəltməsidir. 2006-cı ildə Bakıda istehlak edilən elektrik enerjisinə görə pul yığımı 80% idisə, bu gün bu rəqəm 98%-dir. İtkilərə mübarizə və pul yığımına görə Bakı London, Paris, Berlin kimi şəhərlərlə eyni pillədə qərarlaşır. Regionlarda isə itki 7-9,5% səviyyəsindədir ki, yenidənqurma işləri sayəsində bu itkilərin də azaldılması nəzərdə tutulur.

 

Saxtakarlara qarşı texnoloji tərk-silah: İnsanlara yalan deyə bilərsiniz, bu sayğaclara isə yox!

 

Yuxarıda “Azərişıq”ASC-nin 2,7 milyon abonentiniun olduğunu qeyd etmişdik. Hansı ki, bu, 2,7 milyon sayğac deməkdir. Bundan əlavə, hər il 300 minə qədər sayğac dəyişdirilir ki, bu da onların texniki baxımdan köhnəlməsi, yaxud kənar müdaxilə nəticəsində yararsız vəziyyətə düşməsi ilə bağlıdır. Azərbaycanda istifadə edilən elektrik sayğaclarının təxminən 7 il istismar müddəti mövcuddur.

“Azərişıq”ASC tərəfindən həyata keçirilən modernləşdirmə tədbirlər çərçivəsində müasir texnologiya əsasında hazırlanan sayğacların sayı sürətlə artmaqdadır. Belə ki,  bu gün ölkəmizdə 350 min smart kart sayğacları mövcuddur ki, bu sayğaclardan istifadə abonentdən qabaqcadan ödəniş həyata keçirməyi tələb edir. Başqa sözlə desək, bu cür sayğaclara malik abonentlər öncədən kartlarına istədikləri məbləğdə vəsaiti daxil edib, daha sonra bu vəsaiti kart vasitəsi ilə sayğaca yükləməlidir.

Bundan başqa, smart sms tipli sayğaclar da var ki, bu sayğaclar abonent və “Azərişıq”ASC əməkdşalaırnın müdaxiləsi olmadan, tamamilə onlayn şəkildə fəaliyyət göstərir. Proqram təminatı əsasında işləyən bu sayğacların bütün göstəricilərini onlayn şəkildə “Azərişıq”ASC mərkəzlərində oxumaq, lazımi çıxarışlar etmək, elektrik təminatını kəsmək və ya bərpa etmək mümkündür.

Maraqlı məqamlardan biri də smart kart və smart sms tipli sayğaclardan həm də sayğaclara müdaxiləni məşğuliyyət halına gətirən, yaxud elektrik enerjisinin pulunu ödəmək istəməyən bəzi abonentlərə qarşı önləyici tədbir olaraq tətbiq edilməsi ilə bağlıdır. Belə ki, bəzi abonentlər sayğaca müdaxilə edərək istehlak etdikləri enerji sərfiyyatını azaltmağa, beləliklə də daha az vəsait ödəməyə cəhd edir. Bu cür halların mütəmadi şəkildə təkrarlanması fonunda “Azərişıq”ASC həmin vətəndaşlara samrt kart və smart sms tipli sayğac quraşdırmaqla hər cür kənar müdaxilənin qarşısını alır.

 

“Azərişıq”ASC-nin mühəndisi, İqtisad Elmlləri üzrə doktrant Fərid Zalıyev hesab edir ki, buna səbəb sözügedən sayğacların kənar müdaxilələrə hədsiz həssas olması, bu barədə nəzarət və idarəetmə mərkəzlərini anındaca məlumatlandırmasıdır. Başqa cür desək, bu gün məlum sayğaclar saxtakarlığa qarşı etibarlı texnoloji sədd rolunu oynayır ki, bu da enerji oğurluğu hallarının qarşısını almağa imkan verir. Lakin bu, o demək deyil ki, smart kart və ya smart sms tipli sayğaclar ancaq problemli abonentlərə tətbiq edilir. Bu tip sayğaclara keçid günün tələbidir və gələcəkdə bütünü abonentlərin öncədən ödəniş tələb edən bu cür sayğaclarla təchiz edilməsi nəzərdə tutulur.

 

Arxa cəbhənin əsgərləri, yaxud müharibə “Azərişıq” ASC-nin çevikliyi haqqında nələri isbatladı?

 

Sentyabrın 27-dən etibarən düşmən təxribatlarına cavab olaraq ordumuzun başlatdığı uğurlu əks-hücum əməliyyatları “Azərişıq”ASC-nin maddi-texniki və əməliyyat gücü haqqında maraqlı faktlar ortaya qoydu. Belə ki, sentyabrın 27-dən 2 oktyabr tarixinə qədər Ermənistan ordusunun raket zərbələri nəticəsində cəbhəyanı bölgələrdəki 250 elektrik xətti, o cümlədən 30-dan çox transformator məntəqəi sıradan çıxarıldı ki, onların hər biri “Azərişıq”ASC əməkdaşlarının operativ müdaxiləsi sayəsində qısa zamanda bərpa edildi. Düşmən zərbələri nəticəsində zərər görən digər elektrik qurğu və avadanlıqları da çevik şəkildə təmir edildi və ya yeniləri ilə əvəzləndi.

Oktyabrın 1-də cəbhə xətti boyunca yerləşən rayonlara səfər edən “Azərişıq” ASC sədri Vüqar Əhmədov yaranmış vəziyyətlə yerindəcə tanış olub, sözgüedən ərazilərin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı zəruri göstərişlər verib.

“Azərişıq”ASC-nin döyüş şəraitində, hərbi əməliyyatların davam etdiyi bir zamanda ortaya qoyduğu bu xidmət nümunəsi adıçəkilən qurumun öz işini savaş dövrünün tələblərinə yetərincə uyğunlaşdırdığını göstərdi. 

Hərbi əməliyyatlar fonunda “Azərişıq” ASC Azərbaycan ordusuna maddi baxımdan göstərdiyi dəstəklə də diqqət çəkdi. Belə ki, “Azərişıq” ASC-nin əməkdaşları bir aylıq maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü ki, bu da sözügedən qurumun maddi anlamda da Azərbaycan ordusunun yanında olduğunu göstərdi. 

Arxa cəbhənin fədakar əsgərləri kimi xalqa gecə-gündüz xidmət edən “Azərişıq”ASC əməkdaşları erməni işğalçılarına qarşı bilavasitə mübarizəyə də töhfə verməkdədir. Belə ki, 27 sentyabr tarixindən etibarən “Azərişıq” ASC-nin 319 əməkdaşı könüllü şəkildə ordu sıralarına qoşularaq vətənin müdafiəsində hərbçi kimi iştirak etməkdədir. Bütün bu faktlar “Azərişıq” ASC əməkdaşlarının həm ön, həm də arxa cəbhədəki aktivliyindən, “aydınlıq paylayan əsgərlər” obrazında çıxış etdiyindən xəbər verir.

 

“İndiki məqamda cəbhəyanı bölgələrin fasiləsiz elektrik enerjisi ilə təminatı ikiqat vacibdir, çünki...”

 

Saytımıza açıqlama verən millət vəkili Vahid Əhmədov, hazırkı şəraitdə cəbhəyanı bölgənin elektrik enerjisi ilə fasiləsiz şəkildə təmin edilməsinin mühüm önəm kəsb etdiyini bildirdi:

 

“İndiki məqamda cəbhəyanı bölgələrin fasiləsiz elektrik enerjisi ilə təminatı ikiqat vacibdir. Çünki hazırda müharibə gedir. Belə bir şəraitdə cəbhəyanı bölgələri dayanıqlı elektrik enerjisi ilə təmin etmək, əhalidən tutmuş müxtəlif təsərrüfat sahələri, strateji obyektlər və s.-nin işinin normal təminatı baxımından vacibdir. Hərbi əməliyyatların başlamasından qısa müddət sonra “Azərişıq”ASC rəhbərliyinin bölgəyə səfəri, zərər görən elektrik xətləri və avadanlıqlarının qısa zamanda bərpası təqdirəlayiqdir”.

 

Gələcəkdə elektrik enerjisindən istifadə bizi necə “varlandıracaq”?

 

Məlum olduğu kimi, hazırda əhali abonenti üçün 1kVt elektrik enerjisinin dəyəri 7 qəpikdir. Əgər abonentin orta aylıq istehlakı 300 kilovat-saatdan çoxdursa, o zaman 1kVt elektrik enerjisinin qiyməti 11 qəpikdən hesablanır ki, bu da beynəlxalıq təcrübədə tətbqi edilən və özünü doğruldan təcrübədir. Lakin “Azərişıq” ASC-nin yaxın gələcəyə yönəlik layihələri göstərir ki, qarşıdakı illərdə elektrik enerjisindən düzgün istifadə istehlakçıların elektrik enerjisinə görə ödəyəcəyi vəsaitə əsaslı şəkildə qənaət etməyə imkan verəcək, bu mənada onları “varlandıracaq”. Bu yenilik gecə-gündüz tariflərinin tətbiqi fonunda baş verəcək ki, məlum dəyişikliyin 2022-ci ildə tətbiqi nəzərdə tutulub. Bu tətbiq gecə zamanı elektrik enerjisindən istifadə edənlərin istehlak etdiyi elektrik enerjisinə görə daha az vəsait ödəməsinə yol açacaq ki, məqsəd insanları elektrik enerjisindən gecə istifadəyə həvəsləndirmək, bununla da elektrik enerjisi itkilərinin və şəbəkənin hədsiz yüklənməsinin qarşısını almaq, enerjidən daha səmərəli istifadə etməkdir. Xatırladaq ki, inkişaf etmiş dövlətlərin bir çoxunda məhz bu tarif sistemindəmn istifadə olunur ki, nətəcədə həm dövlət, həm də vətəndaş qazanır.

Regional tarif sistemləri də mövcuddur ki, bu da kənd və şəhərdə istifadə edilən elektrik enerjisinə görə fərqli tariflərin tətbiqi deməkdir. Bu tarifdə insanların şəhərə axınının qarşısını almaq, kənd yerlərində əhalinin sosial durumunu yaxşılaşdırmaq, məhsul istehsalında maya dəyərini aşağı salmaq məqsədi ilə kənddə elektrik enerjisinin istehlakına görə daha az ödənişin tətbiqini nəzərdə tutur.

 

2025-ci illə bağlı heyrətamiz plan-proqnoz: Ağıllı şəbəkələr, onlayn nəzarət sistemi, çoxmənbəli qidalanma...

 

“Azərişıq”ASC-nin 2025-ci ildə həyatımıza gətirəcəyi yeniliklərdən biri də ağıllı şəbəkələrin idarəetməsinə keçidlə bağlı olacaq. Belə ki, 5 il sonra tətbiq ediləcək bu yenilik bütün şəbəkənin sayğaclarını onlayn oxumağa, habelə yarımstansiyaların vəziyyətinə onlayn şəkildə nəzarət etməyə imkan verəcək. Bundan başqa, binaların bir deyil, bir neçə mənbədən idalanması təmin olunacaq ki, bu da elektrik enerjisinin təminatında fasiləsizliyi təmin edəcək. Hansı ki, bu yenilik də inişaf etmiş dövlətlərin təcrübəsində öz əksini praktik şəkildə tapmaqdadır.

 

“Azərişıq” ASC ekologiyamızın keşiyində: “Heç nə”dən yaradılan “möcüzə”!

 

“Azərişıq”ASC-nin son 5 ildə atdığı mühüm addımlardan biri də alternativ enerji mənbələrinə daha çox maraq göstərməsidir. Tükənən enerji mənbələrindən fərqli olaraq, külək, günəş kimi tükənməyən enerji mənbələrindən istifadənin perspektivi “Azərişıq”ASC-nin fəaliyyətində öz əksini tapmaqdadır. Hazırda Yaşmada külək stansiyası fəaliyyət göstərir ki, bu da bəlli miqdarda elektrik enerjisi almağa imkan verir.

“Yeni Yaşma” Külək Elektrik Parkında 500 hektarlıq ərazidə 80 min badam və 20 min zeytun ağacı, Zirədə yerləşən ekopark ərazisində 20 min ağac əkilib ki, bu da “Azərişıq”ASC-nin ekologiyamıza verdiyi önəmi göstərir.

“Təmiz Şəhər” ASC-də tullantılar yandırılaraq elektrik enerjisi alınır ki, nəticədə istehsalçılar nəinki öz tələbatlarını ödəyir, qalan enerjini “Azərişıq”ASC-yə satırlar. Nəticədə, adi məişət tullantılarından – “heç nə”dən  dövrümüzün ən böyük möcüzəsi – elektrik enerjisi istehsal edilir. Bununla da, ekologiyaya nəinki heç bir ziyan dəymir, əksinə, o əsaslı şəkildə yaxşılaşdırılır, daha baxımlı vəziyyətə gətirilir.

Ölkəmizdə günəş panelləri vasitəsi ilə də elektrik enerjisi alınır ki, buna daha çox müxtəlif obyektlər, təsərrüfatlar maraq göstərir.

Hazırda alternativ enerjidən alınan elektrik enerjisinin miqdarı az – cəmi 1-1,2% olsa da, yaxın gələcəkdə bu sahədə də ciddi inkişafın baş verməsi gözlənilir.

 

Seymur ƏLİYEV

 

Oxşar xəbərlər
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür