“Ermənilər unutmasınlar ki, ən güclü hərbi birləşməmiz İrəvanın 40 kilometrliyindədir...”
Oxunub: 11543
20 Oct 2020 | 11:50
“Ermənilər unutmasınlar ki, ən güclü hərbi birləşməmiz İrəvanın 40 kilometrliyindədir...”
Terrorçu Ermənistanın törətdiyi cinayətlər səbəbindən Rusiya və Fransanın təşəbbüsü ilə əldə olunan hər iki humanitar atəşkəs razılaşmasının ömrü çox qısa oldu. Özü də hər dəfə atəşkəs razılaşması əldə olunduqdan sonra Ermənistan təkcə hərbi mövqelərimizi deyil, yaşayış məntəqələrimizi hədəfə aldı, Gəncə əhalisinə qarşı qadağan olunmuş raketlərdən istifadə etməklə bəşəri cinayət törətdi. Bu barədə və ümumiyyətlə, situasiya ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla danışdıq.  

- Tofiq bəy, məntiqə əsaslansaq, ağır vəziyyətdə olan Ermənistan atəşkəs rejiminin qorunub-saxlanmasında maraqlı olmalıdır. Ancaq bunun əksi baş verir, hətta dinc sakinlərimizə qarşı qəddarlıq nümayiş etdirilir. Sizcə, bunun səbəbi nədir? Ermənistan daxilində hakimiyyətsizlikmi hökm sürür, yoxsa Nikol Paşinyan özü bütün erməniləri ağılsızlığının qurbanına çevirməkdədir?

- Ermənilər tendensiyanı müşahidə edərək görürlər ki, gücləri gün-gündən azalır. Bu məqamda təbii ki, onlara atəşkəs lazımdır. Amma onlar yaxşı başa düşürlər ki, dünənki, yaxud sabahkı atəşkəs tərəflərin niyyəti əsasında mümkündür. Yəni onların istədiyi atəşkəs fərqli bir şeydir. Atəşkəsdən başqa, onlar hansısa qüvvələrin gəlməsilə bağlı müşahidə olunan situasiyanı istəyirlər. Daha doğrusu, artıq başa düşüblər ki, Rusiya onların əvəzinə vuruşan deyil. İkincisi də burada atəşkəsin əldə olunması zamanı hansısa qüvvələrin gəlməsini və bu gün, ya sabah olan təmas xəttində tərəflər arasında yerləşməsini istəyirlər.

- Sülhməramlı, yaxud da müşahidəçi adı altında...

- Bəli. Bəlkə də ilkin mərhələdə müşahidəçi olsun. Hansı ki, bu və ya digər şəkildə zəif də olsa, beynəlxalq qurumları, ya da rusları təmsil eləsin. Ya da hansısa sülhməramlı qüvvələr gətirilsin. Bu mənada ermənilərin istəyi bəllidir. Ona görə də zəif formada qurulan atəşkəsin tərəfdarı deyillər. Zəif mövqe deyərkən coğrafi mövqedən söhbət getmir. Əslinə qalsa, onlar başa düşürlər ki, artıq əraziləri itiriblər. Amma indi təmas xəttində, Ermənistan və Azərbaycan arasında hansısa üçüncü qüvvə müşahidəçi olsun və onlar hərbi əməliyyatların yenidən bərpa olunmasına imkan verməsin. Digər tərəfdən də ermənilər məsələləri uzatma siyasətini - status-kvonu - davam etdirsinlər. İndiki mərhələdə onlar həmişə zərbə altında olacaqlar. Yəni biz görsək ki, yenə uzadırlar, konkret bir şey demirlər, torpaqları azad etmək istəmirlər, o halda atəşkəsin üstündən keçmək heç bir problem yaratmayacaq.

- Amma Azərbaycan Prezidenti qəti şəkildə bəyan edib ki, təmas xətti yoxdur, status-kvonu biz aradan qaldırdıq və Azərbaycanın icazəsi olmadan ərazilərimizə heç bir sülhməramlı qüvvə gətirilə bilməz!  Deməli, ermənilərin bu istəyi də heç zaman reallaşmayacaq, elə deyilmi?

- Təbii. Baxın, ermənilərlə yaxınlıq edən Fransa və Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası olacaq. Amma doğrusu, mən inanmıram ki, məcburən hansısa qüvvələrin yeridilməsi ilə bağlı hansısa qətnamələr qəbul olunsun. Bu, cəfəngiyyatdır, mümkün olan şey deyil. Ermənilər, deyəsən, özlərinin acınacaqlı vəziyyətlərini indiyədək dərk etməyiblər. Hər halda, Paşinyan bunu qəbul etmək istəmir. Çünki o başa düşür ki, indiki mərhələdə əgər müxtəlif yerlərdən səslənən “işğaldakı ərazilər azad olunsun” və sair tələbləri qəbul etsə, bu, onun siyasi taleyinin sonu olacaq. Ona görə də bu siyasi manevrlər davam edir. Amma mən inanmıram ki, indiki mərhələdə atəşkəs mümkündür. Çünki qarşı tərəf, ermənilər atəşkəsin nəyin naminə olduğunu bəyan etməlidirlər. İndi atəşkəs istəyi ondan ibarətdir ki, gəlin, əsirlərin və  həlak olanların meyitlərinin mübadiləsini aparaq.

- Rəsmi Bakı birtərəfli qaydada ermənilərin meyitlərini Tovuz istiqamətində Ermənistana verməyi təklif etdi, amma bunun əvəzində işğalçı ölkə Tovuz daxil olmaqla, digər sərhədboyu rayonları da atəşə tutdu. Paşinyan meyitləri niyə qəbul etmək istəmir?

- Əgər bu, baş versə, onda Ermənistan humanitar atəşkəs adı ilə daha heç nə təklif edə bilməyəcək. Bunun ardınca onlar nə isə siyasi baxımdan təklif etməlidirlər. Yəni o halda deyilməlidir ki, atəşkəs edin, biz bəzi bölgələrdən öz qoşunlarımızı çəkək, qan tökülməsin. Ya da deməlidirlər ki, Azərbaycan əvvəlki mövqelərinə qayıtsın. Yəni hansısa siyasi tələb olmalıdır. İndi humanitar “kozır”ı saxlayırlar əllərində. Bizimkilər isə onları qabaqlayıblar. Bu, çox vacib bir addım idi. İndiki mərhələdə ermənilər atəşkəs istəyəndə nəyə görə bu, bərqərar olmur? Çünki ermənilər özləri buna imkan vermir. Çünki əllərində “kozır” kimi saxlayırlar. Bu məsələ reallaşandan sonra heç olmasa ruslar kimi deməlidirlər ki, 5, ya 7 rayonu azad edirik, əvəzində də erməni əhalinin Qarabağda qalmasına imkan yaradın. Yəni indiki hərbi vəziyyətə uyğun olaraq konkret bir söz deməlidirlər. Ancaq bir söz demirlər və sadəcə, “atəşkəs istəyirəm” söyləyirlər. Bu isə reallaşan məsələ deyil.

- Atəşkəsin təşəbbüsçüsü olan Rusiya və Fransa, sizcə, Ermənistanın təxribatçı hərəkətlərini, siyasi həyasızlığını və avantürasını necə qarşılayır?

- O ölkələrin rəhbərliyi, ən azı bir qismi erməni lobbisinin təsiri altındadır. Hiss olunur ki, Fransa əlində Azərbaycana qarşı heç bir təsiredici amilin olmadığını başa düşür. Rusiya da təsir etmək istəmir və birmənalı deyir ki, bundan qabaq bunu sizə təklif edirdik, ancaq qəbul etmədiniz, dediniz ki, özümüz edəcəyik. Onda özünüz edirsinizsə, edin. Amma erməni lobbisinin və seçicilərinin təzyiqini birtəhər yola vermək üçün bu təşəbbüslər, danışıqlar, atəşkəs çağırışları baş verir. Amma hamı başa düşür ki, indiki mərhələdə Azərbaycan Ordusunun hücumu dayandıracağını gözləmək üçün adam gərək ağlını itirsin. Nəyə görə? Əslinə qalsa, Rusiya da bunu çox istəmir. Çünki hərbi əməliyyatların bərpa olunması ilə bağlı bu və ya digər şəkildə onun da öz məqsədləri var.

- Niyə?

- Ən azı Paşinyanı cəzalandırmaq üçün. Belə fikirlər çoxdur. Hələ Paşinyan cəzasını almayıb axı. Atəşkəsi əldə edəndən sonra deyəcək ki, mən qələbə çaldım. Yəni heç kəs hələ heç bir gizlin məqsədinə nail olmayıb.

- Azərbaycan Ordusu ətraf ərazilərlə yanaşı, keçmiş Dağlıq Qarabağ ərazisini də azad etməyə başlayıb. Bunun hansı anlamı var?

- Mən burada fərq görmürəm. İlk növbədə ona görə ki, bizdə artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur.     

 - Necə düşünürsünüz,  bu qədər qan tökülməsindən, Ermənistanın hər cür terrora əl atmasından sonra Qarabağ ermənilərinə hansısa bir statusun verilməsi masadan kənara qoyulmalı deyilmi?

- Biz bu barədə niyə fikirləşməliyik? Qoy ermənilər fikirləşsinlər və desinlər ki, biz bunu istəyirik. Onda bu məsələyə baxmaq olar. 

- Ermənistan Dağlıq Qarabağdakı terrorçu rejimin “müstəqilliyi”ni tanıyarsa, Azərbaycan da İrəvan Mühacir Respublikasını tanımalıdır deyə təkliflər var...

 - Biz niyə prosesləri qabaqlamalıyıq ki? Bunun variantları çox ola bilər. Ermənilər deyirdilər atəşkəs istəyirik. İndi də  deyirlər bizə kömək edin, daha nələr. Desinlər ki, biz filan ərazilərdən çıxırıq, silahları aparırıq, siz bunun qarşılığında bizə nə deyə, nə verə bilərsiniz? Bunu soruşan var ki?

- Ermənistan bunu demir, əksinə, Qarabağa döyüşmək üçün 100 qadın göndərməyə hazırlaşırlar.

- Şad xəbər olasınız (ürəkdən gülür). Mən Tural Gəncəliyevin icmalarla bağlı təşəbbüsü var idi, onu da tənqid edirdim. Biliriniz nəyə görə? Erməni səndən heç nə xahiş etmir, indidən bunu niyə deyirsən? Bir vaxtlar deyirdik, onlar qəbul etmirdi, daha yaddan çıxaraq da bu məsələni. O məsələnin masaya qayıtması üçün ermənilər təşəbbüs göstərməlidirlər, məntiqə görə.

- Deməli, Ermənistanın terrorçu rejimin “müstəqilliyini” tanıması hədəsi də boşunadır, eləmi?

- Təbii ki, boşunadır. Elə bilirsiniz bunu bizə görə elan etmir? Onların xeyrinə olsaydı, çoxdan elan edərdilər. Çünki bu, artıq qırmızı xətti keçməkdir. Əgər bu qərarı elan etməsələr, sabah gəlib bizdən statusu necə istəyəcəklər? İndi bunlar 2-3 zərbə alandan sonra gəlib deyəcəklər ki, yaxşı, daha qurtardıq, status istəyirik. Onu elan edəndən sonra bu, mümkün olan şey deyil.

- Tofiq bəy, ümumiyyətlə, əhalisinin sayı təkcə Füzuli rayonunun əhalisinə bərabər olan bir bölgəyə - keçmiş Dağlıq Qarabağa - niyə özəl status verilməlidir ki? Sovet imperiyasının Azərbaycana qarşı qəsdi olubsa, nəhayət, bu məsələnin ədalətli tənzimlənməsinin zamanı deyilmi?

- Mən Qarabağ ermənilərinə status verilməsi mövzusu barəsində heç fikirləşmək belə istəmirəm. Vaxtilə danışıqlar apararkən bu, bizim təklifimiz olub ki, işğalı dayandırın, sülhü bərqərar edək, qan tökülməsin, status verək. Ancaq ermənilər imtina ediblər. İndi biz təzədən status söhbətini niyə səsləndirməliyik ki? Ermənilər də desinlər ki, hə, bunlar zəifdirlər, danışıqlar istəyirlər... Bizdə Dağlıq Qarabağ bölgəsi yoxdur, işğal olunmuş ərazilər var.    

- Və Azərbaycanın Dağlıq Qarabağ inzibati ərazi vahidi də yoxdur...        

- Yoxdur, çoxdan, 30 ildir yoxdur. Qurtaraq da Dağlıq Qarabağ, Aran Qarabağ... İşğal olunmuş ərazilərimizdir. Azad edildikdən sonra baxaq, görək nə olacaq.  

- Sonrakı mərhələdə Azərbaycanın qanunları çərçivəsində yaşamaq istəyən Qarabağ erməniləri ilə bağlı araşdırmalar aparmaq lazımdır ki, xalqımıza qarşı cinayət olub, ya yox, elə deyilmi?

 - Bəli, ərizəsini yazsın, sübut eləsin ki, cinayətləri olmayıb, biz araşdırarıq. Baxıb görərik o, Azərbaycanın himnini öyrənib, oxuya bilir, ya yox? Digər ölkələrdə vətəndaşlıq necə verilir?

- ABŞ Konqresinin nümayəndələr palatası erməni lobbisinin təşəbbüsü əsasında Türkiyənin NATO-dan çıxarılması məsələsini gündəmə gətirib. Bu iddialar nəyi dəyişə bilər?

- Fantastik məsələlərdir. İlk növbədə Türkiyə NATO-ya lazımdır. NATO tərkibində ikinci orduya malik olan Türkiyədir. Ermənipərəstlər isə onu çıxartmaq istəyirlər. İmkanları varsa, çıxartsınlar. Türkiyə öz maraqları əsasında hansısa qərar qəbul edir.

- Bugünlərdə İranın mövqeyini necə dəyərləndirirsiniz?

- Mən indiki mərhələdə İranın mövqeyini çox müsbət qiymətləndirirəm. İlk növbədə ona görə ki, İran əhalisinin böyük bir hissəsi, təkcə azərbaycanlılar yox, digər millətlərdən olan insanlar Azərbaycana çox müsbət sevgi ilə yanaşan vətəndaşlardır. Təbii ki, İranın siyasəti onların münasibətindən çox asılıdır. Mən heç vaxt inana bilmərəm ki, kimsə əhalinin yarısının dəstəkləmədiyi addımı atsın. Bu, mümkün olan şey deyil. Təbii ki, bu, ilk növbədə siyasi qüvvələr üçün böyük problem yaradacaq. Dəfələrlə gördük ki, İran vətəndaşları necə sevinclə Arazın o tayından Azərbaycanın şəhər və kəndlərini azad etməsinə, bayrağını ucaltmasına baxırlar. Əslində Xudafərin körpüsünün əksinin ermənilərin pul əsginaslarının üzərində olması İrana da, bizə də təhqir idi.

- Ermənistan ərazisindən Azərbaycana qarşı terror hücumlarının davam edəcəyi halda, sizcə, hansı addımlar atılmalıdır?

- Əgər ermənilər müqaviməti və işğalı davam etdirəcəklərsə, Azərbaycanın həmin atəş nöqtələrini darmadağın etməyə tam ixtiyarı var. Orta əsrlərdən qalma belə bir məsələ var. Deyir ultimatum verirəm, təslim olursan, səni sağ-salamat buraxıram. Atəş açıram, səni əsir götürürəm, öldürmürəm. Amma hücuma keçsəm, öldürəcəyəm. Biz bundan əvvəl danışıqlar vaxtı onlara hansısa kompromisslər təklif edirdik. Amma razı olmadılar. İndi müharibə gedir, qanımız hesabına torpaqlarımızı azad edirik, indi fikirləşək ki, onlara muxtariyyət verək, ya yox? Bu mərhələ artıq keçdi. Müqavimət davam edəcəksə, təbii ki, bizim də mövqelərimiz sərtləşəcək. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını qorumaq üçün hər bir addımı ata bilər. Hələlik biz öz ərazilərimizdə əməliyyat aparırıq. Yəni hər bir addım ölçülüb-biçilməlidir. Digər tərəfdən, ermənilər unutmasınlar ki, Azərbaycanın Silahlı Qüvvələrinin ən güclü hissələrindən biri olan Naxçıvandakı bölmələrimiz Ermənistanın paytaxtının cəmi 40 kilometrliyindədir. Əgər Ermənistan öz ərazisindən Gəncəyə terror hücumlarını davam etdirsə, istisna etmirəm ki, Azərbaycan cavab olaraq Ermənistan ərazisindəki  hərbi obyektləri darmadağın etmək üçün öz gücündən tam şəkildə istifadə edəcək. Bu, normal və adekvat cavab olacaq. 

Musavat.com
Oxşar xəbərlər
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO