Paşinyan – uğursuz dövlətin ən uğursuz rəhbəri…
Oxunub: 1488
17 Oct 2020 | 16:18
Paşinyan – uğursuz dövlətin ən uğursuz rəhbəri…
Prezident İlham Əliyevin son günlər ardıcıl şəkildə nüfuzlu xarici TV-lərə verdiyi müsahibələri izlədikcə, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti olaraq, ilk aylarda, illərdə gerçəkləşdirdiyi xarici səfərləri xatırlayıram. (O səfərlərin bir hissəsində televiziya jurnalisti olaraq iştirak etmişəm). Yaxşı yadımdadır, dövlət başçısı hər səfərində, getdiyi ölkənin ictimai fikrinə təsir edən qurum və quruluş təmsilçiləri ilə görüşür, əlində çubuq, xəritə üzərində Ermənistan-Azərbaycan elanolunmamış müharibəsini, Qarabağda yaşananları izah edir, gerçək durumu öyrədirdi. Təsəvvür edin, o illərdə biz həm işğala məruz qalmış, həm də haqsız beynəlxalq münasibətsizliklə, ikili standartlarların sərt şəkildə üz-üzəydik. Məsələn, işğalçının təhriki ilə 1992-ci ildə ölkəmizə qarşı tətbiq olunmuş 907-ci düzəliş tam qüvvədəydi. Heydər Əliyevin bir müəllim siqləti və böyük siyasət ustası, dövlət xadimi praktikası ilə izah etdikləri sonrakı illərdə öz bəhrələrini verməyə başladı.



Bu yazıda məqsədim 90-cı illərin tarixcəsindən bəhs etmək deyil; demək istəyirəm ki, Prezident İlham Əliyev az qala hər gün nüfuzlu xarici TV-lərə müsahibə verməklə, həm həqiqətlərimizi tirajlayır, həm qəti mövqeyimizi dünyaya bəyan edir; beləliklə, maarifləndirir, öyrədir – dərs keçir. Bəli, məhz dərs keçir. İlham Əliyev zamanında doğrudan da müəllimlik edib – özü də, vaxtı ilə təhsil aldığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu bir diplomatiya və elm-təhsil ocağında. Və daha üstün bir məktəbin – Heydər Əliyev dövlət idarəetmə, diplomatiya və siyasət məktəbinin ən layiqli müdavimi olan İlham Əliyevin həyatıında, fəaliyyətində uduzmaq yoxdur. Əslində, İlham Əliyevin muhatabı siyasət, diplomatiya və dövlət idarəetməsi işində usta biri olsa, o zaman, söhbət də, müzakirə də, debat da, görüş də çox maraqlı mübarizə vəd edər – o verilişə baxmaq, öyrənmək çox xoş olar. Ancaq qarşıdakı piyada birisi olunca, açıq ara fərq görünür, necə deyərlər, mübarizə getmir. Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın “RİA Novosti” agentliyinə müsahibələrinə baxdıqdan sonra bu fikirlərdə yanılmadığıma bir daha əmin oldum…



Peşəkar televizya aparıcısı Dmitri Kiselyovun verilişində ölkə rəhbərlərinə eyni suallar verildi, eyni cavab imkanı yaradıldı. Nə gizlədək, son günlər, təəssüf ki rus TV-lərinin Ermənistana və Azərbaycana münasibətdə ədalətdən uzaq davrandığını, yönləndirici, təhrikedici üsullara əl atdığını müşahidə etməkdəyik; belə bir ortamda Dmitri Kiselyov və Maksim Şevçenko kimi azsaylı aparıcıların peşəkarlarlığı yaxud neytrallığa meylliyi önəmlidir.



Kiselyovun verilişində həm haqlı tərəfi təmsil etdiyinə, həm intellektual imkanlarına görə İlham Əliyevin şəriksiz öncüllüyü, bütün veriliş boyu (hər suala cavabda) özünü göstərdi. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatların qiymətləndirilməsindən tutmuş, sərbəst sualadək… rusdilli auditoriya kimin kim olduğunu görməkçün yaxşı imkan qazandı.



 



Özünü mürəkkəb vəziyyətə salmış Ermənistan hakimiyyəti indi cəhənnəmə tək getmək istəmir, öünə yoldaş axtarır. Həm haqsız, həm məğlub olan bir dövlətə hansısa dövlətin səmimiyətlə yanaşması indandırıcı deyil. Əgər haqlıykən məğub duruma düşmüş olsaydı, o başqa məsələ olardı. Bura onu da əlavə edək ki, Ermənistan həm balaca, həm imkansız, həm də binədən uğursuz dövlətdir; Ermənistan Respublikası bir “proje dövləti” olduğu üçün, 102 illik mövcudluğu ərzində həmişə başqalarına yük oldu, özü boyda problem oldu. İndi belə bir “zəngin dövlətçilik ənənəsi” üzərində hökumət qurmuş təcrübəsiz Paşinyan, gah Soros uşağı kimi, gah Rusiya xilaskarlığına güvənirmiş kimi dəyişik havalarda rəqs etmək istəyir. Lakin o, ümumiyyətcə oynamasa daha yaxşı olardı. Hazırda öz başına və ölkəsinin başına gələnlərdə vaxtı ilə Şuşadakı yöndəmsiz rəqsinin özünəməxsus rolu olduğu danılmazdır.



Paşinyan nə masada danışıqlardan, nə hərb meydanında davranışdan normal şəkildə söz aça bilmir. Danışıqsa – ədalətli sülhə xidmət etməlidir; kompromissə - Azrəbaycanın 30 ilə yaxın dözüm göstərməsi, məsələnin həll yolu tapılması üçün danışıqlar yoluna uzun illər sadiq qalması özlüyündə kompromis kimi qəbul edilməlidir. Lakin səbatsız Paşinyan indi elə seytnot durumundadır, istənilən hərəkəti onun sonuna xidmət edir – məsələ bir az tez, bir az gec baş tutmasındadır…



  



Ermənistan hökumətinin “Axilles dabanı” Qarabağda ədalətli sülhdür, ümumən ədalətli davranmaqdır. Kiselyovun kompromislə bağlı sualına cavab verməyən yaxud cavab verə bilməyən Paşinyan, o sualı daha iki dəfə eşitməli oldusa da, əlbəttə, yuxarıda vurğuladığımız səbəblər üzündən və “Azərbaycanfobiya” mərəzindən çıxış edərək, doğru-dürüst cavab verə bilmədi; yanılmıramsa, üçüncü dəfə də o sualı eşitdi, lakin cavab, əlbəttə, yox idi. Bəli, bu, xaraktersiz hökumətin xaraktersiz başçısı idi!



 



Paşinyan üç dəfə eşitdiyi, komromislə bağlı sualdan ha yayındı yayına bilmədi. Uğursuz dövlətin ən uğursuz rəhbəri, kompromis kimi xalqların öz müqəddəratını təyin etməsini, ardınca isə bu müddəanı “qırmızı xətt” kimi göstərdi. – Anadolular demiş: Nə əlaqə? Ona görə, Kiselyov sualı ikinci dəfə təkrarladı; ancaq erməni baş nazir yenə kompromis barədə suala yanaşmadı. Nəhayət, üçüncü dəfə təkrarlanan sual qarşılığında belə, “Soros uşağı”, “Biz Azərbaycanın hazır olduğu proporsional kompromislərə hazırıq” kimi bir “cavab” verdi.



Bu üç dəfə təkrarlanan suala Paşinyanın “cavab”ı yetərlidir ki Rusiya vergi ödəyiciləri düşünsün: bizim ölkənin milyardlarla vəsait hesabına başa gələn silahları Ermənistana nə üçün hədiyyə edilir? Üstəlik, əgər o silahlar, Azərbaycan kimi xarakterli, ləyaqətli bir qonşuya qarşı çevrilmək, günahısız insanların qanını tökməkçün ayarlanacaqsa?!. Dəyərmi?! Əsla, yox!



Artıq, yaxşı olar ki, o silahlar bir daha göndərilməsin. Bu hər üç tərəf üçün xeyirlidir: pulsuz sulah verən Rusiya, daha da borclanan Ermənistan və dinc əhalisi hədəf alınan Azərbaycan üçün. Necə olsa, enində-sonunda Azərbaycan Silahlı Qüvvələrinin dronları tərəfindən bərtaraf ediləcək ya da ermənilər döyüş meydanında qoyub qaçacaq. Ən çox ziyan çəkən Ermənistan olacaq. İstərlərsə, bir azca düşünsünlər…  



 



Yaxşı xatırlayıram, biz orta məktəbdə oxuyarkən, SSRİ tarixində Ermənistan SSR-nin elan olunmasından bəhs olunan fəsildə, belə bir cümlə yazılmışdı: dünya erməniləri tarixdəki ilk erməni dövlətinin yaranmasını böyük sevinclə qarşıladı, bayram etdi. Bəli, bu SSRİ tarixşünaslığının akademik baxışı idi: tarixdə ilk erməni dövləti! Həmin o, ilk erməni dövləti 102 il ərzində dövlət ola bilmədi, ən yumşaq şəkli ilə desək, kamil dövlət olmaq imkanı qazanmadı. Dünyanın, regionun indiki həssas dönəmində, mürəkkəb corğafiyada, tarixdəki ilk erməni dövlətinin başbilənləri müdrik davranmağa mütləq şəkildə borcluydu. Azərbaycan kimi qədim dövlətçilik ənənələri üzərində qurulmuş müstəqil dövlətin uzaqgörən dövlət başçısı qarşısında Paşinyan kimi gerizəkalı biri durub. Daha doğrusu, duruş gətirə bilmir. Ermənistan hakimiyyətinin yeganə düzgün yolu mehriban qonşuluq, birgəyaşayış normalarına əməl etmək, ona aid olmayanlar uğrunda mənasız mübarizədən qaçmaq, onsuz da məhdud imkanlarını cəfəngiyyata xərcləməməkdən keçirdi! “RİA Novosti” tamaşaçısı gördü ki, Rusiyanın forpostu olan bir ölkənin “Soros uşağı” Baş naziri, eyni vaxtda iki stulda oturmaq, həm işğalçı həm haqlı olmaq, həm məzlum həm qalib görünmək… mərəzindən qurtula bilmir. Nəhəng Rusiya belə bir diametral fərqlilikləri “sinxronizasiya etməy”ə çalışan şıltağın mənasız oyunlarında məsuliyyət daşımağın nə qədər yararsız olduğunu gördü. Kiselyovun verilişi, bu mənada, yaxşı video-imkan, video-müqayisə yaratdı…



Azərbaycan Prezidentinin yetkin natiqliyi, uğurlu diplomatiyası, təmkinli siyasəti qarşısında kəkələyən, zorən diplomat və isterik Baş nazir vardı... Bu, İlahi ədalətin təcəssümü kimi gəldi mənə! Artıq “həm suçlu, həm güclü” obraza dözüm göstərmək heç kəsə lazım deyil. Ermənistan bütün limitləri xərcləyib. O və onu idarəedənlər məntiqi sonluğun astanasındadır.



DÖVLƏTİMİZ VAR OLSUN!



Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Qənirə Paşayeva
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı