\"Yalnız həqiqəti demək yox, o həqiqəti necə demək də, özlüyündə bir hadisədir\"
Oxunub: 2392
12 Oct 2020 | 21:12
\
İşğalçı Ermənistan xarici havadarlarının və şəbəkələşmiş erməni lobbisinin yaxından dəstəyi ilə öncəbhədəki mövcud durum haqqında beynəlxalq səviyyədə “informasiya vakkuumu” yaratmağa çalışır. Düşmən , öz yalan, hiyləgər siyasətini ənənəvi və yeni audito­ri­yalara sırı­mağa uğursuz cəhdlər göstərməkdədir. Daha öncələr də belə olub və necə deyərlər, biz artıq öyrəncəliyik: işğalçı hansı situasiyada harda, kimlərlə və necə addım ata bilər? – bizim bu suala qarşı sabit cavab­larımız vardır.
Azərbaycan Respublikası hələ əks-hücum əməliyyatından öncədən işğalçı ölkə tərəfindən törədilən ardıcıl, məqsədyönlü təxribatları, o cümlədən informasiya təxribatlarını və erməni yalanlarını sistemli şəkildə faş etdi, həqiqəti gün üzünə çıxardı. Bütün mümkün vasitələrdən istifadə etməklə, beynəlxalq səviyyədə ifşa etmə işi bugün də davam edir. Doğrusu, bu iş özlüyündə öncəbhədəki iş qədər önəmlidir, başqa sözlə, informasiya cəbhəsindəki mübarizə öncəbhədə əsgərlərimizin göstərdiyi fədakarlıqları tamamlanmaqdadır.
Hələ iyulda Ermənistanın Tovuza təxribatçı hərbi hücumundan öncə, hadisənin gedişində  və hadisədən sonra, Azərbaycan Prezidentinin bütün beynəlxalq plat­formalarda işğalçı Ermə­nistanın iç üzünü, təcavüzkar siyasətinin ifşa etməsi, ən yeni dönəm informasiya savaşımızda xüsusi səhifə təşkil edir. Beynəlxalq hüquq norma və prinsip­lərindən uzaq, daha doğrusu, həmin norma və prinsiplərə qarşı çıxan Ermənistanın Azərbaycana qarşı yeni işğal planları qurduğu Prezident tərəfindən bütün dünyaya duyuruldu. Örnək olaraq, cənab Prezidentin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı təsirli çıxışını xatırlatmaq istərdim. Ermənistanın tək­zibedilməz faktlarla sübuta yetirilən yeni işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyət tərə­fin­dən gərəkən təpkini almaması, işğalçıya xəbərdarlıq edilməməsi onu daha da ərköyün­ləşdirdi, yeni təxribatlara həvəsləndirdi. Və nəhayət, sentyabrın 27-də Ermənistan öz təcavüz­karlığını daha qanlı fazaya keçirdi. – Həmin istirahət günü, səhər saat 6-da başlayan yeni erməni təxribatına cavab olaraq, ordumuz bütün cəbhə boyu əks-hücuma başlamalı oldu.
Müharibənin yeni fazası başlayandan bəri Prezident İlham Əliyev dünyanın 10 nüfuzlu TV kanalına (“CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, “TRT Haber”, “Rossiya-1”, “Pervıy Kanal”, RBK) geniş mü­sahibələr verdi, Ermə­nistanın Azərbaycana qarşı başlatdığı elanolunmamış müharibənin  tarixi, səbəbləri, hazırkı du­rumu, eləcə də dövlətimizin, xalqımızın haqlı möv­qeyi haqqında danışdı. Ermənistanın işğal­çılıq siyasətinə münasibətdə əsas götürülməli olan tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran dövlət başçımız, Azərbaycanın haqlı mövqeyini təkzibolunmaz faktlarla açıqladı. Necə deyərlər, hər kanalın öz dili ilə danışan cənab İlham Əliyevin verdiyi cavablar peşəkar dövlət xadimi, qətiyyətli Ali Baş Komandan, ustad diplomat və səmimi həmsöhbət örnəyini bütün dünyaya bir daha göstərmiş oldu. Mən bu məqamları, müsahibələrin ana mövzusundan, Azərbaycan hə­qiqətlərinin yayılmasından az önəmli hesab etmirəm. Yalnız həqiqəti demək yox, o həqiqəti necə demək də, özlüyündə bir hadisədir.
Bu yerdə, RBK kanalına müsahibədən bir parçanı örnək gətirmək istərdim. Jurnalistin danı­şıqlarda Rusiyanın rolu barədə sualına cavabında cənab Prezident deyir: “...biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüş­lərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı. Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alın­maqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbay­canla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir – onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq.” – Nəzərə alaq ki mərkəzi iqamətgahı Moskvada olan RBK, Rusiyanın, ümumən rusdilli auditoriyanın nüfuzlu kanallarındandır. (Əlavə edim ki, müsahibənin mətni kanalın saytında yerləş­diril­dikdən qısa müddət sonra 42.637 baxış olmuşdu.)
İnternet resurslarından başqa, müsahibə kanalın özündə yayınlanarkən tanış olanların daha böyük, çox­minli sayını nəzərə alsaq, yalnız bir müsahibə ilə həqiqətlərimizin hansı miqyasda tirajlan­dığını təsəvvür etmək mümkündür.) Bir rus kanalında Rusiya haqqında həqiqətlərin bu qədər səmimi, açıq səsləndirilməsi sıradan hal sayıla bilməz. Bu sözlər Rusiyanın Ermənistanın sülh­tanımaz davranışlarındakı məsuliyyət payının mükəmməl xəritəsini cızır. Mən bu sözləri Rusiyanın vergiödəyicilərini, məmurları, siyasi qurumları... ümumən rus vətəndaşlarını sadə bir sualın cavabına dəvət kimi qəbul edirəm: Rusiyaya yük olan ərköyün Ermənistana bu qədər aşırı və faydasız dəstəyə dəyərmi?..
Biz öz yazılarımızda, çalışma­larımızda, təbii ki daha çox Azərbaycan həqiqətlərinə vurğu edirik; burada, artıq qeyd etdiyimiz kimi, RBK-nın aid olduğu ölkənin həqiqətləri də təsvir edilir. Dövlət başçımızın həm RBK, həm dirgər nüfuzlu TV-lərə müsahibələri gələcək dip­lomatlar, poli­toloqlar üçün yaxşı “video dərs”lərdir; ümidvaram uyğun ali təhsil ocaq­la­rımız­dakı dəyərli müəllimlərimiz bunu nəzərə alacaq...   
Beləliklə, işğalçı Ermənistanın erməni lobbi şəbəkəsi və güclü havadarlara arxa­lanaraq, yeni­dən özü üçün münbit informasiya mühiti yaratmaq planı pozuldu.
Bütün ictimaiyyət gördü ki Azərbaycanın dövlət başçısı Ali Baş Komandan kimi döyüş cəb­həsində nə qədər məqsədyönlü addımlar atırsa, informasiya cəbhəsində də eyni məqsəd­yön­lülüklə, qətiyyətlə dövlət və milli maraqlarımızı qoruyur.
Bir sözlə, Prezidentin müsahibələrində Azərbaycana qarşı “feyk-nyus”lar ifşa edilir, Ermə­nistanın yalan üzərində qurulmuş informasiya maşınına sarsıdıcı zərbə vurulur.
Prezident İlham Əliyevin məsələlərə operativ müdaxiləsi və reaksiyası, durumu ən düzgün şə­kildə qiymətləndirmək və idarə etmək bacarığını bariz şəkildə göstərir. Dövlət başçısı taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməli olması ilə bağlı şəxsi örnək göstərir.
Cənab Prezidentin istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın sözünü və mövqeyini ifadə edir, vətəndaşın ürəyindən xəbər verir. Bu müsahibələr bir daha nümayiş etdirir ki, Azərbaycan xalqı öz rəhbərini onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabı­liyyətinə malik lider hesab edir, ona güvənir və tam dəstəkləyir. Əlbəttə, belə bir dəstək hər dövr üçün qiymətlidir, ancaq etiraf edək ki indiki həssas dönəmdə özəlliklə böyük önəm daşıyır.
Prezidentin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr rəhbərin xalqa, xalqın rəhbərə ülvi duyğularının və qarşılıqlı hörmətinin təcallasıdır.
DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva
Oxşar xəbərlər
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi