“Qarabağın azadlığı hər şeydən öncə şərəf məsələsidir”
Oxunub: 3871
10 Oct 2020 | 10:05
“Qarabağın azadlığı hər şeydən öncə şərəf məsələsidir”

“Erməni xisləti dəyişən deyil, odur ki, daim ayıq-sayıq olmalıyıq”

 

Artıq 14-cü gündür ki, Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları davam edir.

 

Moderator.az olaraq peşəkar cərrah Mahmud İsmayılovla söhbətimizdə ordumuzun uğurlu hərbi əməliyyatları ilə yanaşı, ölkədəki mövcud durum, xalq-dövlət birliyi və s. kimi məsələləri şərh etməyə çalışdıq.

 

-Mahmud müəllim, artıq iki həftədir ki, hərbi əməliyyatlar davam edir. Öncə bu əməliyyatların gedişatı ilə bağlı düşüncələrinizi bilmək istərdik.

 

-Əvvəla, hərbi əməliyyatlar zamanı şəhid olan hər bir döyüşçümüzə Allahdan rəhmət diləyirəm. Allah onlara qəni-qəni rəmət eləsin, qəbirləri nurla dolsun. Inanıram ki, bu dəfə şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqını isə təbrik edirəm. Nəhayət ki, səbr kasamız daşdı, dövlətlə xalqın birliyini təmin edib düşmənlə müqəddəs müharibəyə başladıq. Bu münasibətlə həm xalqımızı, həm də Ali Baş Komandanımızı təbrik edirəm. Inanıram ki, bu müharibə bizim qələbəmizlə başa çatacaq, xalqımız bu bəladan birdəfəlik xilas olacaq.

 

Hər zaman bildirmişəm ki, biz Qarabağı kəndbəkənd, postbapost geri qaytarmalıyıq. Şükür Allaha ki, həm geosiyasi vəziyyət, həm də dövlətimizin qüdrəti buna imkan verdi, torpaqlarımızı geri almağa başlamışıq. Bu əməliyyatlar işğaldakı bütün torpaqlarımız tam azad olunana qədər davam etdirlməlidir və etdiriləcək. Yalnız bu torpaqlar azad ediləndən sonra biz hərbi əməliyyatları dayandıracağıq.

 

-Torpaqlar azad ediləndən sonra Qarabağdakı ermənilərlə bağlı hansı addımlar atılmalıdır?

 

-Qarabağda yaşayan ermənilərin müqəddəratına gəlincə, hər zaman bildirmişik ki, onlar Azəbaycan vətəndaşlarıdır. Azərbaycanda çoxsaylı millətlərin nümayəndələri yaşayır. Qarabağdakı ermənilər də istəsələr, burada yaşaya bilərlər. Təbii ki, əgər onlar müharibədə iştirak edib qan töküblərsə, soyqırımında iştirak ediblərsə, o zaman bir cinayətkar kimi qanun qarşısında cavab verməlidirlər. Onların digər xalqlardan heç nəyi artıq deyil. Onlar sovet dönəmində də Azərbaycanın dilbər guşələrində yaşayıblar. Əgər istəsələr, yenə də qalıb burada yaşaya bilərlər.

 

1995-ci ildə Yuqoslaviya dağılanda Serb Kraynası deyilən bir respublikası var idi. Onlar hətta muxtariyyətlə də razılaşmır, müstəqil dövlət olmaq istəyirdilər. Hansı ki, bu respublika Xorvatiyanın “göbəyində” yaradılmışdı. O zaman xorvatlar beynəlxalq vəziyyyətdən istifadə edərək güc topladılar və cəmi bir həftə ərzində Serb Kraynasını dağıtdılar və 25 il ərzində bu qurumu yada salan kimsə yoxdur. Ermənilərin Qarabağda qurduğu “dövlətcik” sabun köpüyü kimi bir şeydir və biz torpaqlarımızı azad edəndən sonra “DQR” deyilən bir şey mövcud olmayacaq. Bu qurama “dövlət” tarixin zibilliyinə atılacaq.

 

-Sizcə Qarabağ problemninin sülh və ya mühariə yolu ilə həll edilməsindən asılı olmayaraq, Azərbaycan xalqına qarşı hərbi cinayətlərdə iştirak edən ermənilərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi təmin olunmalıdırmı?

 

-Şübhəsiz. Biz ermənilərə heç vaxt Azərbaycan torpağından çıxıb gedin deməmişik. Xocalıda,  Ağdabanda millətimizin nümayəndələrini çarmıxa çəkənlər əlbəttə ki, öz cəzasını çəkməlidir və çəkəcək də.

 

Bu günlərdə təqdim edilən videodan da gördünüz ki, işğal edilən ərazilərimizdə ələ keçən, Ermənistandan gəlib düşmənin işğal etdiyi torpaqlarımızda satıcı işləyən qadınla əsgərlərimiz çox mədəni şəkildə rəfdar etdi. Halbuki, bir anlıq düşünün ki, hər şey tərsinədir, Azərbaycan qadını erməni əsgərlərinin qarşısına çıxb, onda onun başına hansı müsibətlərin gətiriləcəyini hər kəs təsəvvür edir. Bizim əsgərlərimizlə erməni qadını ilə nəzakətlə davrandılar, həmin qadın Bakıya gətirildi. Ölkəmiz bütün dünyaya göstərdi ki, ordumuzun mülki şəxslərlə heç bir işi yoxdur.

 

-Mahmud müəllim, Ermənistanın Azərbaycan ordusuna qarşı mübarizəyə müxtəlif terror təşkilatlarının nümayəndələrini cəlb etməsi ilə bağlı rəsmi məlumatlar mövcuddur. Ermənilərin bir çox hallarda mülki şəxs kimi təqdim etdiyi bu şəxslərin də, əslində terror təşkilatlarının nümayəndəsi olması ehtimalı necə, mövcuddurmu?

 

-Qeyd etdiyiniz kimi, ermənilərin mülki şəxsləri cəbhə xəttinə, habelə işğaldakı torpaqlarımıza gətirməsi, burada yerləşdirməsi ilə bağlı vaxtaşırı məlumatlar yer alıb. Mən isə hesab edirəm ki, onların heç biri mülki şəxslər deyil. Onlar hərbçilər, terrorçular və onların əlaltılarıdır. Bu şəxslərə ona görə mülki paltar geyindirirlər ki, Azərbaycan ordusunun zərbəsi nəticəsində bu şəxslər həlak olanda, onların şəklini çəkib “Azərbaycan mülki insanları öldürür” deyə aləmə car çəksinlər. Topun, “Qrad”ın yanına  mülki paltardakı bu şəxslərin tez-tez müşahidə edilməsi bundan xəbər verir. Əgər sən mülki şəxssənsə, o zaman hərbi texnikanın, tankın, topun yanında nə işin var? Orada nə axtarırsan? Bu, erməni hiyləsindən başqa bir şey deyil.

 

-Erməniləri bir millət, bir toplum kimi necə xarakterizə edərdiniz?

 

-Ermənilər çox hiyləgər, satqın, yaltaq, qapıdan qovanda pəncərədən gələn, pəncərədən qovanda damdan girən bir millətdir. Eyni zamanda, çox qorxaq millətdirlər. Atam hər zaman deyirdi ki, erməni qan gördüsə, öldü. Bu millətin xisləti budur.

 

Ermənilər 70-ci illərdə bir abidə qoymuşdular. Bu abidə onların Dağlıq Qarabağa köçməyinin 150 illiyi ilə bağlı idi. Bu abidə Qarabağa köçməkləri münasibəti ilə qoyulsa da, sonradan bunu başqa adla adlandırmağa başladılar. O vaxtdan daha 50 il keçib. Bu gün onların Qarabağa köçməklərindən 200 il ötüb. 200 ildə ermənilər addım-addım bizim torpaqlarımızı əlimizdən alıblar. Bu 200 ildə ilk dəfə olaraq öz torpaqlarımızı geri almağa başlamışıq.

 

-Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində atılan addımlar ölkə başçısı,  Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin tarixdəki yerinə və statusuna necə təsir göstərəcək?

 

-Bilrisiniz, bəzən elə vətəndaşlarımız olurdu ki, onlar bunca müddət ərzində torpaqlarımızın işğaldan azad edilməməsi ilə bağlı narahatlıqlarını bildirirdilər. Mənsə bildirirdim ki, geosiyasi vəziyyəti nəzərə almaq lazımdır. Geosiyasi vəziyyət imkan verən kimi, Ali Baş Komandan ordumuza müvafiq əmr verəcək, torpaqlarımızın işğaldan azad edilməsinə başlayacaq.  Çünki bu, hər şeydən öncə şərəf məsələsidir. Hər bir dövlət başçısı bu qələbəni qazanıb adını tarixə yazdırmaq istərdi. Möhtərəm prezidentimiz də bu tarixi fürsəti əldən vermədi. Bu qələbədən sonra onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Bu, belə də olmalıdır.

 

-Sizcə Qarabağla bağlı məlum situasiyanın bu həddə gəlib çatmasında Ermənistanın baş nazirinin hansı rolu oldu?

 

-Paşinyan hakimiyyətə gələndən bizim bir çox siyasətçilər, politoloqlar hər gün onun əleyhinə danışaraq bildirir ki, o, Ermənistanı bərbad günə qoyub, Ermənistanı idarə edə bilmir, Ermənistan dağılacaq və s. Bəs biz nə istəyirik? Mənsə hesab edirəm ki, şükürlər olsun ki, Ermənistanda hakimiyyətə Paşinyan kimiləri gəlib. Biz çalışmalıyıq ki, Paşinyan hakimiyyətdə maksimum çox olsun. Bizim Ermənistan adlı dövlətlə işimiz yoxdur. Paşinyan bizi məcbur etdi ki, gəlin torpaqlarınızı alın. Paşinyan bilirdi ki, o, bu məsələdə hər hansı güzəştə getsə, dərhal hakimiyyətdən salınar. Bizə elə Paşinyanın Ermənistanı bərbad günə qoymağı laızmdır. Məgər bizə lazımdır ki, Ermənistan çiçəklənsin? Nəyimizə lazımdır? Paşinyanın hakimiyyətə gəlməyi bizim üçün şans oldu və bu gün biz bu şansdan istifadə edirik.

 

-Ölkə başçısı mütəmadi olaraq televiziyalar vasitəsi ilə xalqa ordumuzun qələbə xəbərlərini çatdırır, işğaldan azad edilən yaşayış məntəqələrinin adlarını açıqlayır. Bu xəbərləri eşidən zaman hansı hislər keçirirsiniz?

 

-Hər bir yaşayış məntəqəsinin azad edilməsi ilə bağlı məlumat alanda, istər-istəməz ağlayıram. Bu, qəhərdimi, sevinc göz yaşlarıdırmı bilmirəm. Susuz səhrada qalan insanın ciyəri su üçün necə yanırsa, bizim də bu illər ərzində ciyərimiz torpaqlar üçün o cür yanıb. Şükür ki, indi o suyu açıblar və ciyərimizin yanğısı sönməkdədir. Mən fürsətdən istifadə edib Ali Baş Komandana demək istəyirəm ki, xahiş edirəm, işğaldan azad edilən kəndlərin hamısının adını eyni gündə çəkməyin. Mümkünsə, onların adını 2-3 saatdan bir ayrı-ayrılıqda çəkin ki, sevincimiz də davamlı olsun. O qədər səbirsizləşmişik ki, növbəti qələbə xəbərini almaq üçün 1-2 gün belə gözləyə bilmirik.

 

Inanıram ki, tezliklə qələbəyə qovuşacağıq. Mən 30 il ərzində xalqımızın, dövlətimizin bu qədər bir olduğunu görməmişdim. 

 

-Mahmud müəllim, aydındır ki, işğladakı torpaqlarımız azad ediləndən sonra, Azərbaycanın digər bölgələrində məskunlaşan məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq. Sizcə o zaman məcburi köçkünlər üçün Bakı, Sumqayıt və s. şəhərlərimizdə salınan qaçqın şəhərciklərinin aqibəti necə olacaq? Buradakı evlərin kimlərə verilməsi, bu evlərdə kimlərin məskunlaşması daha ədalətli və məntiqli olar?

 

-Bütün məcburi köçkünlərimiz illərdir ki, həsrətlə öz el-obalarına köçəcəkləri günü gözləyir. Əminəm ki, dövlətimiz tərəfindən işğaldan azad ediləcək rayonların bərpa planı çoxdan mövcuddur. Bu plan müəyyən əlavə və dəyişikliklərlə yüksək səviyyədə həyata keçiriləcək və insanlarımızın yenidən bu torpaqlarda məskunlaşdırılması təmin ediləcək.

 

Bakı, Sumqayıt, Abşeron və s.ərazilərdə məcburi köçkünlər üçün tikilən binalara gəlincə, hesab edirəm ki, bu evlər evsiz hərbçilərimizə verilməli, onların mənzilə olan ehtiyacı bu evlər hesabına təmin edilməlidir. İnanıram ki, dövlət bu evləri hərbçilərimiz, müharibədə şəhid olan insanlarımızın ailə üzvləri, müharibə əlilləri arasında bölüşdürəcək. Bu insanlarımız da evlə təmin olunacaq.

 

Yəqin ki, müharibə başa çatandan sonra bu böyüklüyündə ordunu saxlamağa ehtiyac olmayacaq. 15-20 ildir ki, səngərdə qalan, torpaqlarımızı düşməndən qoruyan hər hansı bir zabiti, hərbi qulluqçunu sonda evsiz kimi taleyin ümidinə buraxmaq olmaz. Düşünürəm ki, boşaldılan qaçqın şəhərciklərindəki evlərin bu insanlara verilməsi daha ədalətli və faydalı olar.

 

-Qarabağla bağlı daha hansısa arzunuz, tövsiyyəniz varmı?

 

-Mən işğalda qalan digər torpaqlarımızın ən qısa zamanda azad edilməsini arzu edirəm. Xocalının, Kəlbəcərin, Şuşanın, Laçının azad ediləcəyi günü səbirsizliklə gözləyirəm. Xocalının, Daşaltının, Ağdabanın qisası qiyamətə qalmayacaq. Xalqımıza qarşı vəhşiliklər törədən erməni hərbçiləri öz cəzasını alacaq. Necə ki, artıq onların əksəriyyəti öz cəzasını alıb, hərbçilərimiz tərəfindən cəhənnəmə vasil ediliblər. Yerdə qalanları da eyni aqibət gözləyir.

 

Erməni xisləti heç vaxt dəyişməyəcək.  Onlar Avropa və dünyadakı diplomatlarımıza, hərbçilərimizə qarşı hücumlarını, məkirli fəaliyyətlərini davam etdirəcəklər. Buna görə də, dövlətimiz də, xalqımız da daim ayıq-sayıq olmalıdır. Hər bir azərbaycanlı, hər bir türk anadan olandan ölən günə kimi ermənilərdən gələ biləcək təhlükəni daim nəzərə almalıdır.

 

Seymur ƏLİYEV

Oxşar xəbərlər
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO