"Düşmən bizi təxribata çəkmək istəyir ki, biz onlara cavab verək, onlar da..."
Oxunub: 2726
06 Oct 2020 | 18:53
Azərbaycan Respublikasının Moldovadakı Səfiri Qüdsi Osmanov Moldova KİV-ə Dağlıq Qarabağ bölgəsində vəziyyət ilə bağlı geniş müsahibə verib. 

Müsahibə olduğu kimi azərbaycan dilində dərc olunur. Müsahibənin rus və rumın dilində mətnləri ilə aşağıdakı linklərdə tanış olmaq mümkündür.






Azərbaycanın Moldovadakı səfiri: Biz əvvəldən münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı idik. 

Sentyabırın 27-i Dağlıq Qarbağda vəziyyət gərginləşdi: ətraf 7 rayonlarda fəal döyüşlər gedir. Azərbaycanda və Ermənistanda hərbi vəziyyət elan olunub, səfərbərlik çağırılıb. Bununla bağlı biz Azərbaycan Respublikasının Moldovadakı Səfiri Qüdsi Osmanovdan bizim bir neçə sualımızı cavablandırmağı xahiş etdik. 

- Cənab Səfir, döyüş bölgəsində vəziyyət necədi? Bu günə zərər çəkmiş şəxslərin sayı nə qədərdir?

- Cəbhədə vəziyyət doqquzuncu gündür ki gərgindir. Sentyabırın 27-i Azərbaycan yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz Ermənistan silahlı güvvələr tərəfindən güclü artilleriya atəşinə tutulmuşdurlar. Bunun nəticəsində 24 dinc sakin həlak olmuş, o cümlədən iki uşaq, hərbçilər arasında da gurbanlar var. 121 nəfər yaralanıb və xəstəxanadadırlar.  300-dən çox yaşayış evlərinə və mülki obyektlərə zərər dəymişdir. Bir neçə gündür ki, Azərbaycanın böyük şəhərlərindən biri Gəncə şəhəri, hansı ki,  qoşunların təmas xəttindən uzaqda yerləşir, erməni silahlı güvvələri tərəfindən atəşə məruz qalıb. Nəticədə insanlar həlak olur, çoxlu yaralananlar var. Sözü gəlmişkən, Gəncə sakini 1943-cü təvəllüdlü Karina Griqoryanda xəsarətlər almışdır. Bu onu göstərir ki, Azərbaycanda indiyə qədər ermənilər yaşayırlar, halbuki Ermənistanda etnik təmizləmə nəticəsində bir dənə də azərbaycanlı qalmaylb. 
Bundan başqa Erministanın taktiki raket silahdan istifadə faktı aşkarlanıb. Gəncə şəhərinə çoxlu raketlər endirilib, kaset tipli silahlardan istifadə olunub, Bakı şəhərinə yaxın Abşeron rayonuna 300 km orta məsafəli raketlər endirilib, su anbarı və elektrik stansiyası yerləşən Mingəçevir şəhərinə hücüm edilib. Hal-hazırda düşmən Ermənistandan Azərbaycanın Bərdə, Tərətər, Ağcəbədi, Beyləqan, Minqəçevir şəhərlərini və digər yaşayış məntəqələrini atəşə tutub, dinc mülki əhali nişana götürülbdür. Bununla düşmən bizi təxribata çəkmək istəyir ki, biz onlara cavab verək, onlarda münaqişəyə üçüncü tərəfi cəlb etsinlər. 
Lakin ən təhlükəlisi odur ki, Ermənistan PPK terror təşkilatının Suriya qanadından, Livandan və Yaxın Şərqdəki digər ölkələrdən terrorçuları istifadə edir. Bundan əlavə, Ermənistan rəhbərliyi «könüllülərin» toplanması və münaqişə zonasına göndərilməsini təşkil etmək üçün dünya ermənilərinə müraciət edib, bütün dünyadan ermənilərin müharibədə iştirak etməyə çağırırlar. Bunu xarici KİV də təstiqləyir. 

- Türkiyə Xarici İşlər nazirliyi Azərbaycana hərbi yardımın göstərilməsinin mümkünlüyünü bildirib. Bunu necə şərh edə bilərsiniz?

- Türkiyə - bizim üçün qardaş ölkədir. Dünya ictimaiyyəti Ermənistanın Azərbaycana hücüm etdiyini öyrənəndə, Türkiyə birinci birmənalı şəkildə Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bəyan etdi, çünki Ermənistan bizim əraziləri 30 il ərzində işğalda saxlayaraq, beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu məhz bundan ibarətdir. O bizə heç bir hərbi yardım göstərmir. Buna heç ehtiyacda yoxdu. Gördüyünüz kimi, biz özümüz təcavüzkara layiqli cavab verməyə qadirik.
Lakin, Ermənistan, məsələn Rusiyadakı səfir Vardan Toqanyanın simasında bildirir ki, türk hərbçiləri Azərbaycan tərəfində döyüşürlər və Türkiyənin silah ötürdüyü, hətta bu müharibənin Türkiyəyə faydalı olduğu söylənilir. 
Bütün bunlar təxribat və feykdir. Ermənistan rəhbərliyi 30 ildir ki, bütün dünya ictimaiyyətini və öz xalqını aldadır. Onlar çox şey dünən danışıblar və indi danışırlar, bizim ölkəmizi bir çox şeylərdə ittiham edirlər. Bunların arxasında heç bir sübut və əsaslar yoxdur.  

- Suriyadan terrorçuların ermənilərin tərəfində vuruşduqlarına dair sizin tərəfinizdə bir sübut varmi?

- Uzun illər ərzində işğal olunmuş ərazilərə suriyalı və livanlı «könüllülərin» köçürülməsi həyata keçirilir, bu hamıya məlumdur. Bunun sübütları açıq mənbələrdə mövcuddur. «Beynəlxalq Fransız radiosu» deyir ki, ermənilərin tərəfində suriyalı, livanlı terrorçular və erməni terror təşkilatı ASALA-nın üzvləri vuruşur. Xankəndidə (Stepanakert) Erməni birləşmələrinin tərəfində xarici terrorçuların vuruşduğunu öz Twitter səhifəsində The Heritage Foundation Ellison adına Xarici Siyasət Araşdırmalar  Mərkəzinin direktoru Luk Coffidə yazır. O düşünür ki, xarici hərbi qüvvələrin olması təhlükəlidir, bu belə də var. 

- Məlum olub ki, Azərbaycan hərbi qüvvələri artıq bir neçə əraziləri götürüblər. Bu belədir?

- Bəli, doğrudur. Azərbaycan öz ərazilərində antiterror xilasedici əməliyyat aparır. Biz düşmənə adekvat cavab verməyə məcbur olduq, xalqımızı, öz sakinlərimizi və torpağlarımızı qoruduq. Yalnız bir gün ərzində Fizuli-Cəbrayıl istiqamətində 8 kənd işğaldan azad olundu. Bundan əlavə, Azərbaycan ordusunun Goranboy istiqamətində apardığı hərbi əməliyyatlar nəticəsində eyni adlı dağ silsiləsinin Murovdağ zirvəsi azad edildi. Həmçinin, Azərbaycanın işğal altında olan torpaqlarını Ermənistanla birləşdirən Vardenis-Ağdərə yolu da nəzarətə götürülüb. Bu, hərbi yüklərin Ermənistandan Ağdərə və Kəlbəcər istiqamətində ötürülməsinin qarşısını almağa imkan verir.
Bundan əlavə, Azərbaycan ordusu Azərbaycan bayrağını Ağdərə rayonunun Madaqiz yaşayış məntəqəsində qaldırdı. Həmçinin Tərtər rayonunun Talış kəndi, Cəbrayıl rayonunun Mehtili, Çaxırlı, Aşağı Maralan, Şeybey, Quycaq kəndləri, Cəbrayıl şəhəri və Fizuli rayonunun Aşağı Abdurrəhmanlı kəndi işğaldan azad olundu. Dünən Cəbrayıl rayonunun daha 3 kəndi azad olundu – Şixali Ağali, Sarıcalı, Məzrə. Hal-hazırda bizim Silahlı qüvvələr Azərbaycan torpaqlarını düşmən işğalından fəal azad etməyə davam edirlər. 

- Necə düşünürsüz, məsələn, Rusiya, Fransa və ABŞ-in çağırdığı kimi, danışıqlar masasına qayıtmaq, müharibəni bitirmək və mövcud vəziyyətdən sülh yolu ilə bir çıxış tapmaq mümkündürmü? 

- Biz əvvəldən münaqişənin sülh yolu ilə həllinin tərəfdarı idik, Azərbaycan 25 ildən artıq danışıqlar prosesində iştirak edirdi. Çünki ümid edirdik və gözləyirdik. Danışıqlarda işğal altında olan Azərbaycan ərazilərinin mərhələli qaytarılması müzakirə olunurdu. Əvvəlcə 5 rayon, sonra daha 2, biz gözləyirdik ki, azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaqlar, sonra isə azərbaycan ilə erməni xalqları sülh içində yaşayacaqlar, necə ki əvvələr yaşayıblar. Lakin nəticədə biz gördük ki, biz yeni müharibə ilə təhdid olunuruq. Prezident İlham Əliyev dəfələrlə həm ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə deyirdi ki, Ermənistana təsir etsinlər. Lakin onlar bizi eşitmirdilər. Azərbaycana bu müharibə lazim deyil, sərf də etmir.
Biz istəyirdik sülh yolu ilə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq, öz torpağlarımızı qaytaraq. 1 milyon qaçğın və məcburi köçkün 30 ildir ki doğma evlərindən didərgin qalıblar. Siz bunu təsəvvür edə bilərsiz? Biz 30 il onlara evlərini qaytarmaq istəyirdik, bir daha qeyd edim ki, sülh yolu ilə. Lakin əgər erməni baş naziri bəyan edir ki, Qarabağ – Ermənistandır və nöqtə, hansı danışıqlar prosesindən danışmaq olar?Ondan qabaq heç kəs bələ bəyanatlar etməyib. Ondan əvvəl əldə edilən hər şeyi məhv etdi. Qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmağımızı tələb edir, yəni 25 ildən artıq mövcud danışıqların formatını pozmağa çalışır. 
Axı işlənmiş prinsiplərin mahiyyəti ondan ibarətdir ki, işğal olunmuş ərazilər azad olunmalı, bir milyona yaxın qaçqın və məcburi köçkün doğma evlərinə qaytarılmalıdırlar. Siyasi baxımdan, bunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər oxşar beynəlxalq təşkilatların sənədləri də tələb edir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur, bu sənədlərə məhəl qoymur və bütün dünya buna göz yumur. Təəssüf ki, bu təşkilatlar Ermənistanı bu qətnamələrə riayət etməyə məcbur etmək üçün bir şey etmirlər. 
Bu yaxınlarda Xarici İşlər Nazirimiz Ceyhun Bayramov, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell ilə söhbətində, Ermənistanın öz ərazisindən dinc  əhalimizə raket atdığını çatdırdı. Aİ-nin Yüksək Nümayəndəsi, öz növbəsində, bölgədəki vəziyyətin ciddi narahatlığa səbəb olduğunu söylədi və bununla yetərləndi, bu günə qədər erməni tərəfinə heç bir təzyiq göstərilməyib. Biz bu vəziyyətdə nə etməliyik? Hərbi əməliyyatlar - məcburi, son çarədir. 30 il daha dözməliyik ki, onlar vətəndaşlarımızı öldürsünlər və ərazilərimizi işğal altında saxlamağa davam etsinlər? Belə çıxır ki, daha danışmaq üçün heç bir mövzu yoxdu və son hadisələr onu sübut edir ki, Ermənistanla münaqişənin sülh yolu ilə həllinə yönəlmiş 30 illik danışıqlar prosesi yalnız Ermənistan tərəfindən bizə qarşı təcavüz aktlarına səbəb oldu. Baxın, münaqişə zonasından uzaq olan şəhərlərimizə və kəndlərimizə ağır silahlardan atəş atırlar və bunu illər ərzində, hətta danışıqlar davam edərkən edirdilər. Bir daha təkrar edirəm, onlar silahlı qüvvələrin təmas xəttindən uzaq olan şəhərlərimizə və kəndlərimizə Ermənistan ərazisindən raket atırlar. Adi mülki şəxslər həlak olur. Biz isə tamamilə qanun çərçivəsində hərəkət edirik - ərazilərimizi xarici silahlı qüvvələrdən azad edirik və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi bərpa edirik. 
Bundan əlavə, tarixə qayıtsaq, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu görürük. 1805-ci ildə Qarabağ Xanlığının xanı İbrahim Xan, Rusiya İmperiyasının generalı Tsitsianovla könüllü Rusiya imperiyasının tərkibinə daxil olmaq barədə müqavilə imzalamışdı. Müqavilənin ermənilərlə deyil, azərbaycanlılarla imzalanması açıq şəkildə qey olunub. Yəni orada azərbaycanlılar yaşayırdı. Yalnız  1828-ci ildə Dağlıq Qarabağa ilk erməni köçürüldü. 1978-ci ildə Dağlıq Qarabağ erməniləri hətta İrandan köçürülmələrinin 150 illiyini qeyd edirdilər və bunun şərəfinə, 1988-ci ildə ermənilər tərəfindən Qarabağ müharibəsinin ilk dövründə dağıdılmış və sonra tanınmaz dərəcədə dəyişdirilmiş bir abidə ucaldılmışdı. Bu tarixi bir həqiqətdir.
Biz özümüzü müdafiə edirik, vətəndaşlarımızı müdafiə edirik, qətiyən bizim əks hücumumuz mülki əhaliyə yönəlməyib. Azərbaycan ordusunun hədəfləri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindəki mövqeləri, hərbi obyektləri və hərbi infrastrukturudur. Bizim hakimiyyət nümayəndələri artıq bildiriblər ki, dinc əhaliyə ağır döyüşlərdən xəsarət almamaq və maneəsiz evakuasiya olunmaq üçün müvafiq şərait yaradılacaqdır. Mülki şəxslərə Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq münasibət göstəriləcək və onların hüquqları qorunacaqdır. Milliyyətindən və dinlərindən asılı olmayaraq onlar bizim vətəndaşlarımızdır.
Bəs danışıqların bu qədər uzanmasının və münaqişənin hələdə  həll olunmamasının səbəbi nədir?
Birinci səbəb, yuxarıda qeyd etdiyim kimi, Ermənistanın bu əraziləri işğal etdiyi və bütün dünyanın bu əraziləri Azərbaycanın bir hissəsi kimi tanımasına baxmayaraq, onları qaytarmaq istəməməsidir. BMT Təhlükəsizlik Şurası, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr kağız üzərində qalır. 28 ildir ki, münaqişənin həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu vasitəçilik məqsədi ilə fəaliyyət göstərir, lakin heç bir nəticə yoxdur. Əslində bu, münaqişənin hələdə həll olunmamasının ikinci səbəbidir və hal-hazırda artıq müharibə həddinə keçib. Yəni Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün vasitəçilər israr etmirlər və Ermənistana təzyiq göstərmirlər. Özünüz düşünün. Erməni əsgəri Azərbaycan ərazisini tərk edən kimi sülh bərqərar olacaqdır. Bu ki, şübhəsizdir. 

- Azərbaycan hərbi əməliyyatları dayandırmaq üçün hansı şərtləri irəli sürür?

- Bizim yalnız bir şərtimiz var, buda qanuni və hamıya məlumdur. Ermənistan Azərbaycan ərazilərini işğaldan azad etməli, Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk etməli, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpa olunmalıdır. Bundan sonra nəhayət bölgədə sülh bərqərar olacaqdır.

- Siz deyirsiz ki, müharibə Azərbaycana sərf etmir, bəs onda kimə sərf edir?

- Məncə, bu, Ermənistan rəhbərliyinin hakimiyyətini qorumaq və vətəndaşlarını ölkədəki iqtisadi və siyasi problemlərdən yayındırmaq cəhdidir. Hücuma keçmədən iki gün əvvəl Ermənistanda əsas müxalifət partiyasının lideri həbs olunmuşdu. Bundan əlavə, bu il Ermənistan respublikası rəhbərliyinin reytinqi xeyli aşağı düşüb. Digər tərəfdən ölkəni daha da böyük bir böhrana aparan pandemiya oldu. Bütün bunlar Ermənistan rəhbərliyinin xalqın etimadını itirməsi fonunda hakimiyyəti qorumaq üçün edilir. Xalqı daxili problemlərdən xarici düşmən obrazına yayındırmağa çalışırlar.

- Siz demək istəyirsiniz ki, bu hücum öncədən planlaşdırılmışdır?

- Əlbəttə. 27-də baş verənləri Ermənistan bir neçə aydır hazırlayırdı. Yalnız bu il, 12 iyul tarixində, Dağlıq Qarabağdakı münaqişə zonasından uzaq, Ermənistan-Azərbaycan sərhədinin Tovuz bölgəsi istiqamətində yerləşən yaşayış məntəqələrinə Ermənistan silahlı qüvvələri tərəfindən atəş açılmışdır. Onda bir neçə dinc sakin və hərbçi həlak oldu. Qarşıdurma dörd gün davam etdi. Ermənistan ərazisində heç bir hərbi hədəfimiz olmadığına görə, Ermənistan silahlı qüvvələri ərazimizdən geri çəkilən kimi, qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Sonra 23 avqust tarixində səhər saat 5.45 radələrində erməni diversiya qrupu ərazilərimizə daxil olmaq cəhdi edərkən zərərsizləşdirilmişdir. Bundan əlavə, erməni tərəfi açıq və nümayişkaranə şəkildə işğal olunmuş ərazilərə  və bizim qədim azərbaycan şəhəri olan Şuşaya Livandan ermənilərin köçürüldüyünü elan etdi, bu da Cenevrə Konvensiyasına ziddir. Bütün bunlar sizin fikrinizcə nədir? Əlbətdə, onlar bizi uzun müddət təxribata çəkirdilər, görəndə ki, heçnə alınmır müharibəyə başladılar. Bütün bu müddət ərzində onlar dövlət sərhədi yaxınlığında silah və canlı qüvvə toplayırdılar. Bizim hökumətimiz dünya ictimaiyyətinə xəbərdarlıq etmişdir ki, Ermənistan müharibəyə hazırlaşır, lakin heç kim buna lazımi diqqət yetirmədi. Beləliklə, sentyabrın 27-də səhər tezdən onlar Azərbaycana hücum etdilər. Təmas xəttində yerləşən dinc sakinlərin yerləşdiyi yaşayış məntəqələrini atəşə tutdular və bu günə qədərdə davam edirlər. Raketlərdən istifadə edirlər.  Təbii ki, günahsız vətəndaşlarımızı və bütün cəbhə boyu mövqelərimizi qorumaq üçün əks hücuma keçməyə məcbur olduq.
Oxşar xəbərlər
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”