Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib
Oxunub: 1331
01 Oct 2020 | 13:20
Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib
Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. 

Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idi. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Fəal döyüş əməliyyatları aparılır;

Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə qardaş ölkə və müttəfiqdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyə mənəvi dəstək göstərir və Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına Azərbaycan ilə həmrəy olduğuna və dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır;

İnformasiya məkanında Ermənistanın SU-25 döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulması haqqında xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Azərbaycan bütün məsuliyyəti ilə bəyan edir ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur;

Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə dəfələrlə bəyan edilib ki, illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan edilib ki, danışıqların formatına da sadiqik.

Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, danışıqlar Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparılsın. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Dövlət sərhədindəki bizim mövqelərəmizə hücum edilib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Azərbaycan danışıqlara sadiqdir, lakin Ermənistan tamamilə əks hərəkətlər görür;

Onların hərəkətlərinin və bəyanatlarının xronologiyası aşkar göstərir ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Prezident İlham Əliyev BMT Baş Assambleyasının tribunasından çıxış edərkən demişdi ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar dövlət sərhədindəki yaşayış məntəqələrə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi. Ermənistan ərazisində heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı.

Ermənistan açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar şüurlu provokasiyalar, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Azərbaycan təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdi, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər.

Daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Bu gün Ermənistanda Soros rejimi mövcuddur. Paşinyan çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə hücum etməzdən iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir.

Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən qismən səfərbərlik elan edilib. 2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır, insan ehtiyatlarına ehtiyacımız yoxdur. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin.
Oxşar xəbərlər
01:33, Bu gün
"Qiyamət günü buzlağı" nə zaman dağılacaq?" - Alimlərdən proqnoz
20 Sep 2024 | 23:39
“Şər bucağında qırılma” və ya Rusiyadan üz çevirənlər artır
20 Sep 2024 | 23:08
Südlü düyü sıyığı enerji bombasıdır
20 Sep 2024 | 23:00
Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırmaq istəyir
20 Sep 2024 | 22:55
“Elə bilirlər ki, mən bunu istəmirəm”- Fədayə Laçına niyə fəxri ad verilmir?-AÇIQLAMA
20 Sep 2024 | 22:55
Rusiyadan İsrailə xəbərdarlıq: Sizi bağışlamayacaqlar!
20 Sep 2024 | 22:51
MAQATE Konfransı Rusiyaya Zaporojye AES-i dərhal Ukraynanın nəzarətinə qaytarmağa çağırış edib
20 Sep 2024 | 22:50
“Red Bull” onu qovacaq? – Özü də bilir ki…
20 Sep 2024 | 22:45
İsraildən açıqlama: İstənilən ssenariyə hazırıq!
20 Sep 2024 | 22:40
"Neftçi"nin baş məşqçisi: Təəssüf ki, azarkeşləri sevindirə bilmədik
20 Sep 2024 | 22:32
Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?
20 Sep 2024 | 22:27
Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı...
20 Sep 2024 | 22:20
Qışda Ukraynada gündə 20 saata qədər rabitə kəsintisi gözlənilir
20 Sep 2024 | 22:16
“Küləkli havada qayıqla təhlükəli vəziyyətə düşmüşük, yaxşı balıqçı ona deyərəm ki..”- qızıl balıq tutub onu suya buraxan balıqçı-FOTO+ÖZƏL
20 Sep 2024 | 22:08
Polis rəisi hakimi öz otağında qətlə yetirdi
20 Sep 2024 | 22:00
Yuxu problemi nədən qaynaqlanır?
20 Sep 2024 | 21:43
“Onlar monitor arxasında şirə dönən səviyyəsiz adamlardır” - QALMAQAL
20 Sep 2024 | 21:35
"Qarabağ" "Neftçi"ni darmadağın edir - Canlı
20 Sep 2024 | 21:30
EBRD Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayıracaq
20 Sep 2024 | 21:25
Sürücülərə XƏBƏRDARLIQ
20 Sep 2024 | 21:21
"Rusiya ordusu cinayətkarlar bandasına çevrilib" - Rusiya Dövlət Dimasında kommunist deputatdan etiraz
20 Sep 2024 | 21:20
“Putin zarafat edib” - Lavrov
20 Sep 2024 | 21:18
Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı
20 Sep 2024 | 21:17
"Yüksəliş" müsabiqəsinin qalibinə İqtisadiyyat Nazirliyində vəzifə verildi
20 Sep 2024 | 21:13
İlk qar bu tarixdə yağacaq - Sinoptiklərdən xəbərdarlıq
20 Sep 2024 | 21:00
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO
20 Sep 2024 | 20:50
Yeməyin xarab olmaması üçün soyuducuda belə saxlayın
20 Sep 2024 | 20:43
SOCAR BP ilə memorandum imzaladı
20 Sep 2024 | 20:35
Bu payızda çox xoşbəxt olacaq BÜRCLƏR
20 Sep 2024 | 20:27
Qaqauz lideri Rusiya səfərini yarımçıq qoydu
20 Sep 2024 | 20:19
Rusiya və Çinin bu addımı ABŞ-ı qorxuya saldı: Ordu hərəkətə keçdi
20 Sep 2024 | 20:12
Orduda silsilə tədbirlər keçirildi
20 Sep 2024 | 20:09
Kamala Harris Putini Batı xanla müqayisə edib
20 Sep 2024 | 20:05
Zelenski İrana sanksiya tətbiq etdi
20 Sep 2024 | 20:00
Hazal Kayanın toydakı geyimi tənqid olundu - VİDEO
20 Sep 2024 | 19:55
ABŞ və üç Avropa ölkəsi Rusiya xammalından asılıdır - KİV
20 Sep 2024 | 19:48
Ülviyyə çəkiliş meydançasında əsəbiləşdi! - VİDEO
20 Sep 2024 | 19:40
Axşam nə yeyək ki kökəlməyək?
20 Sep 2024 | 19:33
Xoşqədəmə itkin düşən Rasimin müzakirəsini aparmaq qadağan edildi - MƏHKƏMƏ
20 Sep 2024 | 19:25
30 il sonra nəşi tapılan şəhidimiz dəfn edildi - FOTO
20 Sep 2024 | 19:20
Hizbullahdan İsrailə cavab reaksiyası
20 Sep 2024 | 19:15
ABŞ Azərbaycana daha 2 minaaxtaran it göndərdi - FOTO
20 Sep 2024 | 19:08
Macar nazir: "Ukraynanın qaz tranzitini dayandırması bizi maraqlandırmır"
20 Sep 2024 | 19:00
İnsultdan qorunmaq üçün ağlagəlməz üsul
20 Sep 2024 | 18:55
Konqresdə ölkəmiz “hədəf”ə alındı
20 Sep 2024 | 18:48
Balın uşaqlar üçün təhlükəsi nədir?
20 Sep 2024 | 18:40
Pensiya alanlara ŞAD XƏBƏR
20 Sep 2024 | 18:33
Bərdədə kişi arı sancması nəticəsində öldü
20 Sep 2024 | 18:25
Bu Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olunacaq
20 Sep 2024 | 18:20
Məhkəmədə öpüş yolu ilə sevgilisinə narkotik vermək istədi
20 Sep 2024 | 18:13
Yunan-Roma güləşçilərimiz beynəlxalq turnirə qatılacaq
20 Sep 2024 | 18:05
Ən sağlam çay növü müəyyən edilib
20 Sep 2024 | 18:00
Şəhid qardaşının qisasını döyüş meydanında alan Vətən Müharibəsi Qəhrəmanı...
20 Sep 2024 | 17:55
İcma: "Bu ittihamlar azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürüdür"
20 Sep 2024 | 17:50
Ədalət təmsilçimizdən YÜKSƏK NƏTİCƏ: Azərbaycanın karate tarixində bir ilk – FOTOLAR
20 Sep 2024 | 17:45
“Ermənistan Zəngəzur dəhlizinə razı olmasa, sabitlik pozulacaq” – Cavanşir Feyziyevlə müsahibə
20 Sep 2024 | 17:43
Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - Fotolar
20 Sep 2024 | 17:39
"Biz tezliklə qaniçən və cinayətkar sionist rejiminin məhvinin şahidəri olacağıq " - SEPAH komandanı
20 Sep 2024 | 17:35
Bilal Qəhrəmanovun qalıqları Gədəbəydə dəfn edildi - FOTO
20 Sep 2024 | 17:32
“Mətbuatımız heç vaxt xalqa 44 günlük Vətən müharibəsindəki qədər yaxın olmayıb”
20 Sep 2024 | 17:30
Bu yolda avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
20 Sep 2024 | 17:26
Çin Sosial Elmlər Akademiyasının nümayəndələri BDU-da - FOTO
20 Sep 2024 | 17:21
Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı…
20 Sep 2024 | 17:17
Elgiz Polşada həyatının şokunu yaşadı – VİDEO
20 Sep 2024 | 17:12
Nura Suridən Almaxanıma DƏSTƏK: "Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" - FOTO
20 Sep 2024 | 17:07
İlham Əliyev onları təltif etdi - SİYAHI
20 Sep 2024 | 17:02
Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi
20 Sep 2024 | 16:59
“Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir... Bu, onun öz mövqeyi deyil...”
20 Sep 2024 | 16:56
ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma – İran və Rusiya kənarda qalır
20 Sep 2024 | 16:50
Pənahəli xanın ocağından görüntülər - VİDEO
20 Sep 2024 | 16:46
"Yeməyə görə Xalq artistlərini sıraya düzüb, üstlərinə qışqırdı... "- Almaxanımdan daha bir qalmaqallı AÇIQLAMA
20 Sep 2024 | 16:41
İlkin də bu yoldan şikayətçidir - FOTO
20 Sep 2024 | 16:37
Prezident Qarabağ Universitetində çıxış etdi - VİDEO
20 Sep 2024 | 16:33
"Livandakı partlayışlar terror aktının tamamilə yeni növüdür" - Zaxarova
20 Sep 2024 | 16:28
Köpək balığı qadını parçaladı - DƏHŞƏT!
20 Sep 2024 | 16:24
Səhiyyə Nazirliyi Zəngilanda tibbi baxışlar təşkil edib - FOTO
20 Sep 2024 | 16:20
Cavanşir Məmmədovun bloger nəvəsi özünə ev aldı
20 Sep 2024 | 16:16
19 saylı Yol İdarəsinin müdiri Nazim Eynallı ilə bağlı ŞOK iddia - Katibəsi ilə cinsi...
20 Sep 2024 | 16:10
"Neftçi" rəhbərliyi toplaşdı, olduqca VACİB QƏRAR verildi - SON DƏQİQƏ
20 Sep 2024 | 16:05
Milyonlarla manat pul, mindən çox bank kartı, 110 mobil nömrə - Azərbaycanda ŞOK ƏMƏLİYYAT - VİDEO
20 Sep 2024 | 16:00
Türk aktyor erməni sevgilisindən ayrıldı - FOTO
20 Sep 2024 | 15:55
Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul yazdırıb – FOTO
20 Sep 2024 | 15:50
"Bayden Putini ruhlandırır, Şolts kimi "əsəbi zəif olanları" qorxudur" - "The Economist"
20 Sep 2024 | 15:44
Bağçada azyaşlıya qarşı zorakılıq: Müəllim uşağın saçını yolub, döydü - ANBAAN VİDEO
20 Sep 2024 | 15:38
Bu kartof ki var... - Oxuyun, öyrənin, belə yeyin
20 Sep 2024 | 15:32
Maaş, pensiya, müavinət və təqaüdlərlə bağlı hamını SEVİNDİRƏCƏK XƏBƏR
20 Sep 2024 | 15:26
110 illiyi qeyd olunan Aşıq Nabata NAXÇIVANDA BİGANƏLİK – FOTOFAKT + VİDEO
20 Sep 2024 | 15:20
Bürclərə TÖVSİYƏ: Oktyabrın 5-dək həyatı dəyişdirən qərarlar verməyin
20 Sep 2024 | 15:15
Livanda “peycer terroru”nun sirli tərəfləri - Dünyanı gözləyən YENİ TƏHLÜKƏ - ŞOK FAKTLAR
20 Sep 2024 | 15:11
İlin sonunda “13-cü pensiya” veriləcək - Kimlər alacaq?
20 Sep 2024 | 15:06
Eminin xanımı lüks qarderobunu göstərdi - FOTOLAR
20 Sep 2024 | 15:00
Nazir xanım polkovniki buna görə vəzifədən azad etdi
20 Sep 2024 | 14:55
Xuramanın oğlunun səhhəti pisləşdi - FOTO/VİDEO
20 Sep 2024 | 14:50
Mətanət İsgəndərlinin keçmiş gəlininə bahalı maşını və lüks bağ evini KİM ALDI? - FOTO/VİDEO
20 Sep 2024 | 14:45
"Ukrayna elə indi NATO-ya qəbul edilməlidir" - Boris Conson
20 Sep 2024 | 14:40
“Prens”in yaradıcısı, azərbaycanlı biznesmenlə MÜSAHİBƏ - FOTOLAR
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 14:35
Azərbaycanlı aparıcı özünə bahalı avtomobil aldı - VİDEO
20 Sep 2024 | 14:31
Rayonlarda pensiya ödənişi niyə gecikir? - Rəsmi CAVAB
20 Sep 2024 | 14:27
Benzinin qiyməti qalxdı! - 2,03 AZN
GÜNLÜK
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
20 Sep 2024 | 08:42
“Kürəkənim maşın sürməyimə icazə vermir...”- İlk avtomobil sürən xanım sənətkar-ÖZƏL+FOTO
20 Sep 2024 | 12:23
Yol polisinin saxladığı maşından arvadı və məşuqu düşdü - VİDEO
20 Sep 2024 | 08:21
Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 08:26
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi...
20 Sep 2024 | 08:10
Yaddaşı gücləndirən ədviyyat növləri - Müntəzəm istifadə edin
20 Sep 2024 | 10:30
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO
20 Sep 2024 | 10:27
“Ermənilərin Qarabağdan kütləvi köçünü Qərb kəşfiyyatı təşkil edib...”- Maraqlı iddia
20 Sep 2024 | 11:43
“Tramp “KQB” agentidir?.. Sui-qəsd cəhdlərini “FSB” təşkil edə bilərmi?..”- Ekspertdən cavab...
HƏFTƏLİK
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
15 Sep 2024 | 20:14
Formula 1 həyəcanı başa çatdı - FOTOLENT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
15 Sep 2024 | 23:12
Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
18 Sep 2024 | 23:03
Dollar ucuzlaşa bilər: Vacib qərar açıqlandı
16 Sep 2024 | 16:16
COVID-in yeni versiyası dünyada sürətlə yayılır
18 Sep 2024 | 22:02
Livanda partlayışlar: Ölənlərin sayı 14-ə çatdı - VİDEO
18 Sep 2024 | 08:35
Yəhudi hərbi ekspert Livanda peycerlərin partladılmasının bəzi təfərrüatlarını açıqladı...
17 Sep 2024 | 17:10
Salyana başçı təyin olunan Rüstəm Xəlilov KİMDİR… – DOSYE
AYLIQ
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
20 Sep 2024 | 08:42
“Kürəkənim maşın sürməyimə icazə vermir...”- İlk avtomobil sürən xanım sənətkar-ÖZƏL+FOTO
20 Sep 2024 | 12:23
Yol polisinin saxladığı maşından arvadı və məşuqu düşdü - VİDEO
20 Sep 2024 | 08:21
Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 08:26
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi...
20 Sep 2024 | 08:10
Yaddaşı gücləndirən ədviyyat növləri - Müntəzəm istifadə edin
20 Sep 2024 | 10:30
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO
20 Sep 2024 | 10:27
“Ermənilərin Qarabağdan kütləvi köçünü Qərb kəşfiyyatı təşkil edib...”- Maraqlı iddia
20 Sep 2024 | 11:43
“Tramp “KQB” agentidir?.. Sui-qəsd cəhdlərini “FSB” təşkil edə bilərmi?..”- Ekspertdən cavab...