Mübariz Mənsimov:"Mən prezidentin yanındayam”
Oxunub: 11445
25 Sep 2013 | 16:37
Mübariz Mənsimov:

Tanınmış iş adamı, PALMALİ Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov yap.org.az saytına müsahibə verib. Moderator.az həmin müsahibəni təqdim edir:  

- Mübariz müəllim, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı mövcud vəziyyəti necə qiymətləndirmək olar?

- Son 10 ildə Azərbaycanda müşahidə edilən sosial-iqtisadi tərəqqi mahiyyət və miqyasına görə Azərbaycan tarixində görülməmiş bir hadisədir. Bu hadisə Vətəndən uzaqda dahi aydın şəkildə görünür. 20 ilə yaxındır ki, Vətəndən uzaqdayam və son on il ərzində əldə edilən nailiyyətləri bir fenomenal olay kimi görürəm. 

Hər bir ölkənin iqtisadi qüdrət göstəricisi hesab edilən Ümumi Daxili Məhsul Azərbaycanda bu dövr ərzində 3 dəfədən çox artmışdır. Neft və qaz sahələri ilə yanaşı, iqtisadiyyatın şaxəli inkişaf etdirilməsində mühüm nailiyyətlər qazanılmışdır, yeni iş yerləri yaradılmış və əhalinin həyat səviyyəsinin yüksəldilməsində vacib uğurlar əldə edilmişdir. Məni ən çox sevindirən Azərbaycanda yoxsulluq səviyyəsinin 9 dəfə azalmasıdır. 

Belə bir inkişafın özülündə duran ən mühüm amillərdən biri sahibkarlığın iqtisadiyyatın əsas aparıcı qüvvəsinə, yəni “lokomotivinə” çevrilməsidir. Bu gün özəl sahibkarlıq qurumları artıq həm daxili bazarın tələbatının ödənilməsində, həm də ölkənin ixrac potensialının artırılmasında həlledici rola malikdir. Burada bazaryönümlü islahatların gecikmədən və səmərəli şəkildə aparılması önəmli rol oynayıb. 

Sahibkarlığın dəstəklənməsi və investisiya mühitinin yaxşılaşdırılması sahəsində Azərbaycanda əldə olunan uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ilbə-il müsbət qiymətləndirilməsi də prezident İlham Əliyevin gördüyü işlərin və yürütdüyü siyasətin nə qədər doğru olduğunu göstərir. 

- Sizcə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı necə həyata keçirilir? 

- Dünya ölkələrinin təcrübəsi göstərir ki, sürətli iqtisadi artım və sənayeləşmə mövcud olan ölkələrdə paytaxtlar və iri meqapolislər daha sürətlə inkişaf edir, ucqar kənd yerləri və ətraf bölgələr isə geridə qalır. Bəzən belə inkişaf modeli ona gətirib çıxarır ki, ucqar bölgələrdə işsizlik artır, yoxsulluq dərəcəsi yüksəlir. 

Azərbaycanda isə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri də ölkənin regionlarının tarazlı inkişaf etdirilməsidir. Dövlət səviyyəsində qəbul olunmuş məqsədli proqramlar vasitəsilə Azərbaycanın bölgələrində həm sosial, həm də istehsal infrastrukturunun inkişafı imkan verir ki, bölgələrdə sosial məsələlər də daha səmərəli şəkildə həll olunsun. 

Bu söylədiklərimi tez-tez ölkəmizin Cənub bölgəsinə getdiyim və bilavasitə apardığım müşahidələrə, araşdırmalara görə söyləyirəm. Hazırda regionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramı həyata keçirilir və bu il yekunlaşmaq üzrədir. Proqramın icrası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daimi nəzarətindəndir və əminəm ki, adıçəkilən Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələr tam və artıqlaması ilə yerinə yetiriləcəkdir. Bildiyim qədər Azərbaycan Respublikasının Prezidenti regionların sosial-iqtisadi inkişafı üzrə yeni 5 illik Dövlət Proqram üzərində çalışır. Bu olduqca sevindiricidir, çox qürurluyam. 

- Sizin Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı sərəncamlarına münasibət necədir? 

- Bayaq dediyim kimi, sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Əlamətdardır ki, işgüzar mühitin qabaqcıl beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindəndir. Buradan, xaricdən baxanda, məsələn, Azərbaycanda sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipi ilə həyata keçirilməsi, yaxud sahibkarlara güzəştli şərtlərlə kredit verilməsi ancaq alqışlanmalıdır. Bu bizim beynəlxalq iqtisadi çevrələrdəki reytinqimizi də xeyli yüksəldir, ölkənin investisiya cəlbediciliyini daha da yüksəldir. 

İşlə əlaqədar çox səyahət edirəm, ayın 15-20 günü İstanbuldan kənardayam, hər gün müxtəlif miqyasda iş adamları, sahibkarlarla qarşılaşır, fikir mübadiləsi aparıram. Bu gün onların hamısı ölkəmizə, onun sabahına inanır, inamla yatırımlar həyata keçirirlər. Bu da nəticə etibarı ilə iqtisadiyyatın inkişafında və onun strukturunun şaxələnməsində öz əksini tapır. Bütün bunlar əsas məqsədə xidmət edir - yeni iş yerlərinin yaradılması və əhalinin sosial rifahının yaxşılaşdırılması. 

- Sizcə, Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər sahəsində və bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün nə etmək lazımdır? 

- Türkiyə-Azərbaycan iqtisadi münasibətləri son illər sevindirici dinamika nümayiş etdirməkdədir. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində, yəni 1990-2000-ci illərdə bu münasibətlər əsasən ticarət əlaqələri ilə məhdudlaşırdısa, bu gün həm ikitərəfli ticarət daha da genişlənir, həm də iqtisadi əməkdaşlıq yeni mərhələyə - sıx iqtisadi inteqrasiya mərhələsinə qədəm qoymaqdadır. Türkiyə kapitalının Azərbaycan iqtisadiyyatında fəal iştirakı, eyni zamanda, Türkiyədə də Azərbaycan mənşəli kapital qoyuluşlarının geniş vüsət alması məhz bundan xəbər verir. 

Mənə elə gəlir ki, biz artıq elə bir mərhələyə yaxınlaşırıq ki, dünya iqtisadi arxitekturasında Türkiyə və Azərbaycan vahid mövqedə yer almaları gündəmdə durur. Dövlət səviyyəsində həyat keçirilən iqtisadi əməkdaşlıq, o cümlədən artıq öz bəhrəsini vermiş və bu gün də verən Baklı-Tiflis-Ceyhan kəməri, tikilməkdə olan və yaxın gələcəkdə istifadəyə veriləcək Bakı-Tiflis-Qars dəmir yolu, həmçinin qarşıdakı yaxın illərdə həyata keçiriləcək TANAP layihəsinin kimi irimiqyaslı enerji və logistik layihələrin reallaşdırılması bu məsələnin gerçəkliyə çevrilməsinə etibarlı zəmin yaradır. 

Bununla yanaşı, bu gün çox vacib bir məsələ, fikrimcə, iki ölkə arasında iqtisadi, digər əlaqələr üçün əngəl ola biləcək, bu əlaqələri hər hansı şəkildə əngəlləyə biləcək maneələrin araşdırılması və onların tezliklə aradan qaldırılması olmalıdır. İkitərəfli ticarət, əmək miqrasiyası, qarşılıqlı investisiya mühitinin optimallaşdırılması, həmçinin iqtisadi qanunvericiliyin eyniləşdirilməsi aktual istiqamətlər kimi qeyd edilə bilər. 

- Azərbaycan ”“ Türkiyə iqtisadi əlaqələrinin indiki vəziyyəti gələcəkdə bu ölkələrin iqtisadi güc mərkəzlərinə çevrilməsinə stimul verə bilərmi? 

- Düşünülmüş və ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu mümkün ola bilər. Azərbaycan Cənubi Qafqazda, Türkiyə Yaxın Şərqdə iqtisadi güc mərkəzinə çevrilə bilər. Artıq bu istiqamətdə gərəkli addımlar atılmış və müsbət nəticələr var. Bu işlər qarşıdakı illərdə daha mütəşəkkil qaydada aparılmalı, zəruri islahatlar həyata keçirilməli, biznes mühiti yaxşılaşdırılmalı, təhsilin və səhiyyənin inkişafına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, vacib infrastruktur layihələrinin gerçəkləşdirilməsi davam etdirilməlidir. Bununla bərabər, yaxın qonşu ölkələrlə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq əlaqələri daha da gücləndirilməli, beynəlxalq hüquq münasibətlərinə riayət olunmalıdır. 

Qitələrə yayılmış Palmali Vətənim, onun parlaq gələcəyi üçün hər zaman maddi və mənəvi dəstəyini əsirgəməyəcəkdir. 

- Palmali Şirkətlər Qrupunun Azərbaycanda daha hansı layihələri gözlənilir? 

- Bildiyiniz kimi Lənkəranda bizim modern süd və süd məhsulları zavodumuz var. Qeyri-təvazökarlıq kimi olmasın, apardığımız bazar araşdırmaları bizim Pal Süd brendinin xalq tərəfindən sevildiyini göstərir. Buraya böyük miqdarda kapital qoymuşuq, bu zavod cənub bölgəsinin ən önəmli quruluşlarından biridir. Təbii ki, mən və mənim komandam bu brendin daha da inkişaf etdirilməsi üzərində düşünür, böyük planlar üzərində çalışır. Düşünürəm ki, Palmali-nin Azərbaycanda kənd təsərrüfatı və qida sektoruna yatırımları durmadan davam edəcəkdir. 

Dəniz daşımaçılığı, yəni gəmiçilik bizim əsas işimizdir. Lakin, Sizin də bildiyiniz kimi bu gün 30 minə yaxın çalışanımızla biz gəmiçilik xaricində həm də turizm, otel biznesi, inşaat, aviasiya, tərsanəçilik, liman işlətməsi, media və b. sahələrdə də fəaliyyət göstəririk. Bu fəaliyyətlər dünyanın 20-dən çox ölkəsindəki ofis və təmsilçiliklərimiz vasitəsilə aparılır. Yaxın zamanda Vətənimdə başqa sahələrə də irimiqyaslı yatırımlar qoymağı planlayır və bununla da Dövlət Başçımızın yürütdüyü uğurlu iqtisadi siyasətə öz dəstəyimizi göstərməyi düşünürəm. 

Azərbaycanımızı önümüzdəki illərdə daha da böyük zirvələrə daşımaq üçün Böyük Millətimiz birlik və bərabərlik içində gecə-gündüz demədən çalışmalı, Qarabağımızın xoş sabahı uğrunda hər şeyimizi fəda etməliyik. Mən də çoxmillətli və çoxminli Palmali ailəsi ilə birlikdə hər zaman xalqımın, onun Prezidentinin yanındayam. 

Qarşıdakı Prezident seçkilərində mən səsimi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevə verəcəyəm. Müdrik və uzaqgörən xalqımızın da namizədinin möhtərəm İlham Heydər oğlu Əliyev olduğuna inanıram.

 

 

Oxşar xəbərlər
12:27, Bu gün
Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür