\"Türkiyə Azərbaycanda bazası olsa da, olmasa da Azərbaycanı dəstəkləyir və dəstəkləyəcək\"
Oxunub: 3355
04 Sep 2020 | 00:33
\
III ordu korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanovla müsahibəni təqdim edirik:

– Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlığı Təşkilatı (ŞƏT) üzv-dövlətlərinin müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün bu gün Moskva şəhərinə yola düşüb. Azərbaycan 24 sentyabr 1993-cü ildən MDB-nin tamhüquqlu üzvü, 10 iyul 2015-ci ildən isə ŞƏT-in dialoq üzrə tərəfdaşıdır. ŞƏT NATO və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi hərbi blok, yaxud təhlükəsizlik məsələləri üzrə açıq müntəzəm toplantılar keçirən təşkilat deyil. Bu baxımdan ŞƏT və MDB müdafiə nazirlərinin görüşü böyük maraq kəsb edir…

– Bilirsiniz ki, hərbi əməkdaşlıq Azərbaycan dövlətinin yürütdüyü siyasətin bir qoludur. Düşünürəm ki, hansı təşkilat çərçivəsində olub-olmamasından asılı olmayaraq Azərbaycan əməkdaşlığa ilk növbədə öz maraqları və qarşılıqlı maraqlar nöqteyi-nəzərindən yanaşır. Əgər ŞƏT-lə əməkdaşlığın Azərbaycan Silahlı Qüvvələrinin gələcək inkişafında, təşkilata üzv dövlətlərlə əlaqələrimizin daha da möhkəmlənməsində hansısa rolu olacaqsa, əlbəttə, biz bu əməkdaşlığa razılıq verəcəyik.

Ölkəmiz bütün bunları götür-qoy edib qərar verəcəkdir. Ona görə də hələlik bu barədə nəsə demək tezdir. Amma artıq Müdafiə nazirinin MDB-ŞƏT üzv-dövlətlərinin müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Moskvaya getməsi, keçiriləcək görüşlərdə iştirak etməsi göstərir ki, Azərbaycan bu məsələ ilə ciddi şəkildə maraqlanır və bununla bağlı ölkəmizin özünəməxsus mövqeyi və yanaşması var. Bir daha qeyd etmək istəyirəm ki, əgər bütün bunlar hamısı Azərbaycanın dövlətçiliyinə və ümumiyyətlə Silahlı Qüvvələrinin inkişafına hansısa fayda verəcəksə Müdafiə naziri Azərbaycan Prezidentinin yürütdüyü siyasətdən və onun göstərişlərindən irəli gələn lazımi addımlar atacaqdır.

– ŞƏT-də təmsil olunan aparıcı dövlətlərdən biri Çin Xalq Respublikasıdır. Təşkilatın mənzil-qərargahı da Pekində yerləşir. Çin-Azərbaycan hərbi və hərbi-texniki əməkdaşlığının hazırkı səviyyəsi barədə nələri qeyd etmək mümkündür?

– Mən deyərdim ki, bizim Çinlə hərbi əməkdaşlığımız gündən-günə inkişaf edir. Çin Azərbaycan üçün hərtərəfli maraqlı bir ölkədir. Rəsmi Pekin Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Çinlə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək üçün böyük perspektivlər var. Ona görə ki, Çinin hərbi-sənaye kompleksi inkişaf edib. Çin böyük və güclü orduya malik bir dövlətdir. Azərbaycanın Çindəki səfirliyində hərbi attaşelik – yəni Müdafiə Nazirliyinin nümayəndəsi fəaliyyət göstərir. Biz Çinin Azərbaycandakı səfirliyi, onların hərbi attaşeliyi ilə çox sıx əlaqədəyik. Zənnimcə, Azərbaycanın Çinlə əməkdaşlıq sənədlərinə imza atması müsbət haldır.

Hazırda Çinlə hərbi və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir. İki ölkə qarşılıqlı olaraq hərbi kadrların hazırlığı ilə məşğul olur. Bu əməkdaşlıq günü-gündən genişlənməkdədir və düşünürəm ki, bu əməkdaşlıqdan bizim silahlı qüvvələrimizə ancaq fayda gələ bilər.

– MDB-nin üzvü və ŞƏT-in dialoq üzrə tərəfdaşı olan Ermənistanın müdafiə naziri David Tonoyan da məlum görüşdə iştirak etmək üçün Moskvadadır. O, Rusiya paytaxtında Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşməyə hazır olduğunu bildirib. Ancaq əlavə edib ki, azərbaycanlı həmkarının belə bir istək ifadə edəcəyinə şübhə edir...

– Bilirsiniz, birincisi Azərbaycan heç vaxt, heç kimdən qorxmayıb, çəkinməyib və heç bir görüşdən, danışıqdan qaçmayıb. İlk növbədə ona görə ki, Azərbaycanın işi haqq işidir. Torpaqları işğal olunan ölkə Azərbaycandır. Azərbaycan regionda özünə güvənən, güclü silahlı qüvvələrə malik yeganə güc mərkəzidir. Azərbaycan dünyada 50 ən güclü orduya malik ölkədən biridir. Ermənistandan hər cəhətdən üstünük. Bu baxımdan Tonoyan ola bilsin ki, bu görüşdən qaçsın. Azərbaycan Müdafiə nazirinin onun qarşısında qoyacağı suallara cavab tapmaq lazımdır. Bir var Ermənistanda o cəmiyyətə hesablanmış populist çıxışlar edəsən, bir də var üz-üzə oturub konkret söhbət edəsən. Mən bu görüşü istisna etmirəm. Çünki belə çoxtərəfli görüşlər zamanı Rusiya tərəfi görüşün keçirilməsinin təşəbbüskar ölkəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi çəkiyə malik ölkə kimi iki ölkənin nazirlərinin görüşünün keçirilməsinə çalışır. Şəxsi düşüncəm bundan ibarətdir ki, Azərbaycanın Müdafiə naziri belə bir görüşə razılıq verməklə düz edər. Azərbaycanın mövqeyini bir daha ortaya qoyar. Tonoyanın populist çıxışlarına bir daha qiymət verər. Azərbaycanın Müdafiə naziri heç vaxt, heç bir görüşdən qaçmır. Onun deməyə sözü, çatdırmağa fikri var.

– Rusiyanın “Nezavisimaya qazeta” nəşri sentyabrın 1-də elektron versiyasında “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” başlıqlı məqalə yerləşdirilib. Məqalə müəllifi Vladimir Muxin yazıda heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyə hərbi bazasının olduğunu bildirib. Bu iddiaya münasibət bildirməyinizi istərdik...

– Bilirsiniz ki, Azərbaycan hələlik öz ərazisində başqa dövlətlərin hərbi bazasının yerləşdirilməsi ilə bağlı qərar qəbul etməyib. Bu başlıca məqamdır. Əgər ərazimizdə hər hansı baza yerləşəcəksə, o zaman qanunvericiliyə hansısa dəyişikliklər edilməli, hüquqi baza yaranmalıdır. Həmin hüquqi bazanın əsasında hansısa taktiki addımlar atıla bilər. Türkiyə və Azərbaycan ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən bildirdi ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Bu, Azərbaycanın siyasətidir.

O ki qaldı Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsi məsələsinə, mən buna böyük ehtiyac olduğunu düşünmürəm. Çünki əgər hərbi təyyarələr Türkiyənin aerodromlarından qalxsalar və Azərbaycanın hava məkanında hansısa döyüş tapşırığı yerinə yetirmək istəsələr bu istəyi yerinə yetirməkdə hansısa məhdudiyyətlə üzləşməyəcəklər. Hərbi təyyarələrin uçuş imkanları bu döyüş tapşırığını yerinə yetirməyə imkan verəcək. Məsələn, Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. Hərbi təlimlər zamanı təyyarələr sərhədi bu tərəfə keçirlər. Oradan uçuşlar aparır, oradan da hansısa tədbirlər görürlər. Yəni Türkiyə hərbi təyyarələrinin Azərbaycan ərazisindəki bazalarda yerləşməsi, yaxud bunun üçün Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılması mütləq deyil. Əgər Azərbaycanın ehtiyacı, hüquqi bazası və sair məsələlər buna cavab verəcəksə, ərazimizdə Türkiyə hərbi bazasının yaradılması istisna olunmur. Ancaq bu gün bunun üçün hüquqi baza yoxdur. Türkiyə Azərbaycanda bazası olsa da, olmasa da Azərbaycanı dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək. Mən belə düşünürəm.

– “Nezavisimaya qazeta”nın məlum məqaləsində bir məqam da var. Bu, daha ciddi ittiham sayıla bilər. Guya Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçü gətirilib...

– Gəlin, açıq danışaq. Birincisi, 500 muzdlu Azərbaycan üçün heç nə edə bilən deyil. Yəni biz 500 muzdlu gətirsək belə onlar heç nəyi dəyişə bilməzlər. Digər tərəfdən Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Ona görə ki, Azərbaycan Ordusu özü artıq peşəkar ordudur, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin 80 faizi müqavilə əsasında müddətdən artıq xidmət edir. Azərbaycan Ordusu yaxın gələcəkdə artıq tam peşəkar ordu olaraq tanınacaq. Bu gün bizim bütün mütəxəssislər demək olar ki, peşəkarlardır. Yəni hərbi xidməti başa vurandan sonra bəziləri 5, bəziləri 10 il qalıb orduda xidmət edirlər. Məsələn, bir şəxs 10 il tank ekipajında xidmət edir. Bizə onun yerinə gəlməsi üçün nə muzdlu lazımdır? Bizim xüsusi təyinatlılarımız demək olar ki, hamısı peşəkar heyətdir. Bizim hansısa muzdlu əsgərlərə nə ehtiyacımız var? Məntiq də deyir ki, bu gün Azərbaycanın heç bir muzdlu əsgərə ehtiyacı yoxdur.

Muzdlu əsgərlərə Ermənistanın ehtiyacı ola bilər. Ona görə ki, biz birincisi onların ordusunda olan vəziyyəti bilirik. İkincisi biz onlarda olan demoqrafik problemlərdən xəbərdarıq. Üçüncüsü də, Ermənistan ordusunun şəxsi heyəti daha çox müddətli hərbi xidmət keçən əsgərlərdən ibarətdir. Onların peşəkarlığı bu gün muzdlu əsgərlərin peşəkarlağından qat-qat geri qalır.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusu özü bu gün peşəkar ordudur. Hansısa peşəkarları Azərbaycan Ordusuna gətirməyə nə ehtiyac var? Ona görə də biz “Nezavisimaya qazeta”nın bu məqaləni hansı məqsədlər üçün dərc etdiyini bilirik. Düşünmürəm ki, burada ermənilərin əli olmasın. (teleqraf.com)
Oxşar xəbərlər
23:05, Bu gün
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
22:52, Bu gün
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
22:50, Bu gün
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
22:26, Bu gün
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
22:25, Bu gün
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
21:44, Bu gün
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
21:34, Bu gün
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:01, Bu gün
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı