Milli Şura növbəti mitinqini keçirdi
Oxunub: 10927
22 Sep 2013 | 20:12
Milli Şura növbəti mitinqini keçirdi
Bu gün Milli Şura Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (M.Seyidov küçəsi, 3155-ci məhəllə)  mitinq keçirib.

Musavat.com-un mitinq keçirilən ərazidən verdiyi məlumata görə, saat 15.30-dan etibarən insanlar meydana toplaşmağa başlayıblar. Polis mitinqdə iştirak edənləri yoxladıqdan sonra əraziyə buraxıb. Prosesə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun başçılıq edib. 

Mitinqə yaşı 18-dən az olan şəxslər buraxılmayıb.

Minval.az saytının  məlumatına görə, mitinqdən öncə saxlanılanlar olub. Nuru Abdullayev, Tural Sadıqlı, Anar Qurbanov saxlanılıb. Digər bir məlumata görə isə Müsavat başqanının müşaviri Tural Abbaslı döyülüb.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və Müsavat başqanı İsa Qəmbər və AXCP sədrli Əli Kərimli meydana daxil olduqda böyük coşqu yaşanıb, gurultulu, sürəkli alqışlar səslənib. 

 
Aksiyanın təşkilat komitəsi mitinqin keçirilməsini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıb.Mitinqdə ilk çıxışı AXCP sədri Əli Kərimli edib. O bildirib ki, Cəmil Həsənli 12 dəiqə müddətində hakimiyyəti darmadağın etdi: "Əziz həmvətənlərim artıq bir neçə gündür ki, Azərbaycan uğrunda vətən uğrunda bu millətin uğrunda İctimai televiziyada bir döyüş gedir. Bu döyüşdə sizin təmsilçiniz, xalqın təmsilçisi professor Cəmil həsənli gözlənilməz, dəqiq zərbələri ilə hakimiyyəti artıq sarsıdıb. Hakimiyyətdəkilər çıxılmaz vəziyyətdədirlər və məcbur olublar vəxtilə öz əqidəsini, düşərgəsini satmış xəyanətkarları köməyə çağırıblar və xalqımız düşünür ki, bu çarəsizlərin ümüdi mənəvi şikəstlərə qalıb. Qələbə yaxındadır, qələbə bizimlədir, qələbə Cəmil Həsənli ilə gələcək".

Daha sonra çıxış edən tanınmış vəkil, Aslan İsmayılov seçkilərdə Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyəcəyini bildirb: “Əziz həmvətənlərim, mən həyatım boyu yüzlərlə mitinqlərdə iştirak etsəm də, bu mənim cəmi ikinci çıxışımdır. Bir dəfə 1998-ci ildə vətən uğrunda döyüşmüş, əllərini, ayaqlarını, gözlərini itirmiş Qarabağ Əlilləri Cəmiyyətinə divan tutulandan sonra mən çıxış etmişəm. Onda da hamınızı çağırmışam ki, susmayaq. Biz onda susduq. Məhz ona görə biz bu günə düşdük. Bu mənim ikinci çıxışımdır. Və əsla mənim çıxışım hardasa mənə qarşı olan haqsızlıqlara qarşı deyil. Mənə qarşı olan haqsızlıqlara mən hüquq çərçivəasində gücüm çatdığı qədər müqavimət göstərirəm, gec də olsa istəyimə nail oluram. 1995-ci ildə də vəkillikdən qovdular 2005-ci ildə də o cür bərpa etdilər. 2010-cu ildə parlament seçkilərində səsimi aldılar, amma bu il  Azərbaycan hökuməti Strazburqda məndən oğurladıqları səsin hesabatını verirlər. Mən özümə görə heç vaxt heç kimə ağız açmamışam. Bizim hər birimizin həmin debatlarda qürurumuzu, ləyaqətimizi, əxlaqi mənəvi dəyərlərimizi tapdalayıblar. Debatlarda  göstərdilər ki, bu Azərbaycan xalqını hafizlər, oruclar təmsil edir. Bunu məqsədyönlü edirlər ki insanları seçkilərdən iyrəndirsinlər. Həmin o tədbirdə bütün varlığı ilə bu xalqa xidmət etmiş, ağır təbiətli, əxlaqlı, nəfsi tox olan, Azərbaycanı canı qədər sevən Cəmil Həsənlinin qismində bütün Azərbaycan xalqını təhqir etdilər. Mən ona görə burdayam”.

Mitinqdə daha sonra çıxış edən sabiq Azərbaycan Respublikasının Daxili İşlər Naziri, milli azadlıq hərəkatının liderlərindən biri İsgəndər Həmidov bildirdi ki, Cəmil Həsənli 18 dəqiqəlik debatda dediyi sözlər öz ünvanına çatıb. İTV-dəki debatda Cəmil Həsənlinin ətrafındakıların hamısı  İlham Əliyevin siyasətini dəstəkləyir. Deməli orada 48 dəqiqə İlham Əliyevə məxsusdur, cəmi 6 dəqiqə Cəmil Həsənliyə? 

****
Sonra söz keçmiş vicdan məhbusu Tural Abbaslı çıxış etdi.

**** 
Aparıcı bildirdi ki, hakimiyyət üçün ən böyük dəyər bu dövlətin sərvəti, qızılı, neftidir. Amma ən böyük dəyər bu dövlətin insanlarıdır. Dövlət də, onun sərvətləri də insanımız üçün olmalıdır.

Sonra Eldar Namazov çıxış etdi. Dedi ki, Mlli Şuranın regionlarda da kampaniyası artıq başlayıb. O, bu məsələ ilə bağlı Ağstafada olduğunu dedi və o bölgənin salamanı çatdırdı. 

“Bölgə insanlarımızın bu seçki ilə bağlı mesajlarını ümumiləşdirilmiş şəkildə belə ifadə etmək olar: “İlham, bəsdir!”, - deyə o bildirdi.

***

Aparıcı Milli Şuranı Rusiyaya bağlamaq istəyənlərə cavab verdi. Dedi ki, bu ittihamları səsləndirənlər zamanında Azərbaycanın müstəqilliyinə qarşı çıxanlardır. "Milli Şurada cəmlənən qüvvələr isə Azərbaycanın müstəqilliyi uğrunda meydanlarda savaş veriblər. İndi mübarizənin növbəti mərhələsi yaşanır. Müstəqilliyinə nail olduğumuz Azərbaycanın sərvətlərinin ədalətli bölgüsünə, xalqa çatmasına nail olmalıyıq və olacağıq", -deyə o bildirdi

****

Haha sonra Müsavat başqanı İsa Qəmbər çıxış etdi:

"Heç bir qüvvə xalqın qarşısını kəsə bilməz. Biz mütləq qalib gələcəyik. Bizi ittiham edirdilər ki, iddialarından əl çəkə, başqasəna güzəştə gedə bilmirlər. İndi isə deyirlər ki, niyə özləri iddia ortaya qoymurlar, ziyalı bir şəxsin arxasında gizləniblər.

Bu tamamilə əsassız fikirdir. Biz iddiamızdan geri çəkilməmişik. Bizim iddiamız vəzifə, prezidentlik iddiası deyil. Azərbaycanın azad, demokratik ölkə olması, sərvətlərimizin xalqımıza çatması, Qarabağın azadlığıdır. Biz bu iddialarımızdan heç vaxt geri çəkilməyəcəyik.

Biz Cəmil bəyin arxasında gizlənməmişik. Biz Cəmil bəyin yanındayıq, ona olan hücumların qarşısındayıq. Bunu İlham Əliyev və ətrafındakılar yaxşı bilsin.
Debatlarda gördünüz ki, əksər namizədlərin hədəfi Cəmil bəydir. Onlar hətta ləyaqətsizcəsinə, Cəmil bəyin ailə məsələlərinə qarışdılar. Amma Cəmil bəy adekvat cavab verməyib, çox sərrast şəkildə Əliyevlər ailəsinin xalqdan oğurladıqları hesabına qurduqları biznesindən danışdı.

Bütün həqiqətlər açıqlanmalıdır. Bizim namizədin, bizim tələbimizlə bütün həqiqətlər açılacaq.

İsa Qəmbər siyasi məhbusların adlarını çəkib, onları salamladı. Bildirdi ki, onların azadlığa çıxmasına az qalıb.

Müsavat başqanı İlham Əliyevi prezidentliyə namizədliyini geri götürməyə çağırdı:

"Bilirik ki, Cəmil bəy bütün xalqın, o cümlədən İlham Əliyevin prezidenti olacaq. Həmişə Heydər və İlham Əliyevlərin istefasını tələb etmişəm. Bu gün isə İlham Əliyevə təklif edirəm ki, prezidentliyə namizədlikdən istefa versin, namizədliyini geri götürsün. Tam ciddi deyirəm, İlham, namizədliyini geri götür. Azərbaycan xalqı naminə, xalqı nəzərə almırsansa, özünü düşünərək, namizədliyini geri götür"..

****
Azadlıq qəzetinin saytının verdiyi məlumata görə, Sonda Milli Şuranın vahid namizədi Cəmil Həsənnli çıxış etdi:

Ey uca millətim! Ey 1918-ci ildə cümhuriyyət yaratmış qurucu babaların şərəfli nəvələri.
Biz Milli Şuramızın müəyyən etdiyi yolla gedirik. Əmin ola bilərsiniz ki, yurdumuzu sarmış bu zülm və istibdad rejimin axırına çıxacağıq.

Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Yaşa, ey sevgili millət, yaşa, var ol.

Milli Şuranın müəyyən etdiyi yol, milli birlik yoludur. Bu kriminal rejim bizi vaxtından əvvəl dəfn etmək istəyirdi. Sizlər bu meydana toplaşıb mesaj verdiniz ki, biz diriyik, gəlirik.
Ey azadlığa təşnə olan vətəndaşlarımız, ey Azərbaycan demokratiyasının körpə fidanı olan gənclərimiz, gözü yaşlı əsgər anaları, əmin olun ki, ədalət bərpa olunacaq, hər kəsin haqqı özünə qaytarılacaq.

And olsun şərəfimə. Qara günlü millətin ziyalısı ağ kəfəndə dəfn oluna bilməz. Biz bu zülmün qarşısında dayanmalıyıq. Həzrət Əlinin bir söz var: Zülmü görüb ona etiraz etməmək, zalımın yanında olmaqdır. Millət qəddini düzəldib göstərməlidir ki, bu vətənin sahibi mənəm.

Millətimiz yaşlaşdıqca həbsdə olan siyasilərimiz cavanlaşır. Bu adamların günahı nədir? Allah sevgisi. Allah sevgisinə vətən sevgisini qatmaqdır. Bu hökumət narkotikaya o qədər uyub ki, narkotik itithamı bunların hüquq sisteminin əsasına çevrilib.

Gəlsin mənimlə debata, izah etsin ki, 10 ildə bu torpağın 1 qarışı niyə azad olunamdı? Korrupsionerin vətən-torpaq sevgisi ola bilməz. Bunlar Qarabağ problemmini də hakimiyyətdə qalmaq üçün alver predmetinə çeviriblər. Bu seçki deyil, seçki görüntüsüdür, xalqın haqqına, hüququna həqarətdir. Qoy onlar öz əməllərindən, xalqın fəlakətləri üzərində sərvət toplamalarından utansınlar. Bunlar mif yaradırdılar ki, Azərbaycanın sülalə hakimiyyətindən başqa yolu yoxdur. Heç kəs bu ölkəni Şimali Koreyaya döndərə bilməz. Ey, şərəfli millətin şərəfli varisləri. Səsinizlə tarix yaradın. Vətənimizi və özünüzün qurtuluş haqqına sahib çıxın. Millətin içindəki ortada olmalıdır. Haqq uğrunda, ləyaqətli həyat uğrunda mübarizə milli mücadiləmizin əsasını təşkil edir.

Sonda mitinq qətnamənin oxunması ilə başa çatdı.
Oxşar xəbərlər
14:06, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO