Ermənistan batır: “xilas kəməri” isə Moskvada yox, Bakıdadır
Oxunub: 3264
03 Sep 2020 | 09:14
Ermənistan batır:  “xilas kəməri” isə Moskvada yox, Bakıdadır
İşğalçı ölkədə inqilab sonrası məyusluq pik həddə; qərbçi kimi hakimiyyətə gələn Paşinyan necə rusiyapərəst oldu? Ermənistan KİV-i: “O, Qərblə yanaşı, öz xalqını da barmağına doladı...”

Dünən mənfur qonşularımız 29 il öncə (2 sentyabr 1991) uydurduqları “Dağlıq Qarabağın müstəqilik günü”nün ildönümünü bayram ediblər. Söhbət keçmiş DQMV-nin Azərbaycanın tərkibindən qanunsuz şəkildə çıxması haqda bəyannamədən gedir. Ən əvvəl ona görə qanunsuz ki, o vaxt SSRİ hələ rəsmən dağılmamışdı və qüvvədə olan Sovet Konstitusiyasının 6-cı bəndinə görə, “Müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”di.

İşğalçı tərəf göyə də çıxsa, yerə də girsə, bu, bir hüquqi gerçəkdir və ondan heç vaxt qaça bilməyəcək. Necə ki, 30 ildir qaça bilmir: beynəlxalq birlik Dağlıq Qarabağdakı oyuncaq rejimi haqlı olaraq, “dövlət” kimi tanımır. Hətta işğalçı Ermənistanın özü də buna cürət eləmir. Bununla belə, bütün müttəfiq respublikalar Rusiyanın yanından dağılışıb getsə də, bu günədək Rusiyanın ətəyindən bərk-bərk yapışıb qalan “müstəqil Ermənistan”da abırsızcasına “artsax” adlı ikinci erməni dövlətinin varlığından dəm vururlar. 

Ancaq hansı mifik “ikinci erməni dövləti”ndən söhbət gedir, əgər heç birinci - Ermənistan adlı kvazi-dövlətin özü belə baş tutmayıbsa, düşmən ölkənin xarici sərhədlərini rus əsgərləri qoruyursa, onun ərazisində Rusiyanın 7 minlik hərbi kontingenti və iki hərbi bazası varsa, İrəvan mərkəzi aeroportuna belə, FTX (“FSB”) nəzarət edirsə? Biz hələ düşmən ölkənin iqtisadi və energetik baxımından tamamən Rusiyadan asılı olmasını demirik.   

*****

İndi guya inqilabçı baş nazir Nikol Paşinyan bu tilsimi qıracaqdı. Ermənistanı Rusiya orbitindən uzaqlaşdıracaq, inqilab öncəsi verdiyi vədlərə uyğun şəkildə onu KTMT-dən (“Rus NATO-su”) və Avrasiya İqtisadi Birliyindən çıxaracaq, Ermənistanın Türkiyə və İranla sərhədinin mühafizəsini erməni əsgərlərinə həvalə edəcəkmiş.

Bunların heç biri olmadı. Paşinyanın onu hakimiyyətə gətirən narazı kütləyə verdiyi iqtisadi möcüzə, cənnət vədləri də eləcə. Artıq məlum olur ki, bütün bunlar sırf hakimiyyəti ələ keçirmək üçün Nikolun işlətdiyi fəndlər, siyasi bicliklər imiş. Amma vədlər unudulmayıb və belə görünür, bu, ona - “məxməri” baş nazirə ucuz başa gəlməyəcək. Çünki məsələ Ermənistanın xarici siyasət prioritetləri ilə yanaşı, erməni əhalinin xoş güzəranla bağlı ümidlərinin puç olması ilə bağlıdır.

Erməni mediasında Paşinyan hökuməti əleyhinə çoxalan sərt tənqidi yazılar qənaətimizə şübhə yeri saxlamır.

*****

“Gümrüdəki 102-ci bazanın bizim təhlükəsizliyimizin qarantı olduğuna inanan cənab Zoqrab Mnatsakanyana (Ermənistan XİN başçısı - red.) bircə sual vermək istərdim: doğrudanmı siz uzağı pis görürsünüz, yoxsa bizi axmaq sayırsınız?”

“Yeni Müsavat”ın məlumatına görə, Taves Arşakyanın Armenianterpot.com-dakı təhlili məqaləsi bu sualla başlayır.

Müəllif daha sonra Paşinyanın verdiyi və artıq unutduğu vədləri yada salaraq qeyd edir ki, Ermənistanın “inqilabçı” hökumətin Rusiyanın xeyrinə transformasiyası artıq tam sürətlə gedir: “Və təəssüflər olsun ki, son iki il yarımdakı reallıqlar xarici siyasət də daxil, bir çox sahələrdə Nikol Paşinyanın siyasətinin tamamilə transformasiyasına gətirib çıxarıb. Serj Sərkisyanın yanlış xarici siyasət yürütməsi barədə bütün tribunalardan bar-bar bağıran keçmiş alovlu müxalifətçidən indi əsər-əlamət qalmayıb. Nümunə üçün uzağa getmək lazım deyil. Məsələn, xarici işlər naziri Mnatsakanyan İnterfaks-a müsahibəsində  bildirib ki, ”Gümrüdəki 102-ci Rusiya hərbi bazası bölgədə təhlükəsizliyin təmin olunmasına kömək edir və İrəvanın onun saxlanmasında maraqlıdır". Onu da deyib ki, “Ermənistanla Rusiyanın təhlükəsizlik sahəsində ortaq maraqları var və məhz bu qarşılıqlı maraqlar əsasında biz təhlükəsizliyi təmin etmək üçün ortaq hədəf izləyirik. Hərbi baza da bu hədəfə çatmağı mümkün edir”. Halbuki Paşinyan müxalifətçi deputat olduğu zaman, az qala hər gün Rusiya ilə hərbi müqaviləyə yenidən baxılması və 102-ci bazanın Ermənistandan çıxarılmasının zəruliyi barədə danışırdı. Nikol Paşinyan eyni zamanda Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-yə üzvlüyünün ölkəmizin və xalqımızın maraqlarına cavab vermədiyi, gələcəyimizin yalnız NATO, Avropa Birliyi və ABŞ-a bağlı olmasından bol-bol danışardı. Ancaq “məxməri inqilab”ın Ermənistanda qalib gəlməsindən iki il yarım keçib, “yük” isə necə deyərlər, hələ də köhnə yerində qalır. Hələ də biz Avrasiya İqtisadi Birliyinin və KTMT-nin üzvüyük, hərbi baza hələ də ölkəmizin ərazisindədir, Qərbə doğru hərəkətdən isə əsər-əlamət yoxdur".

Erməni şərhçiyə görə, artıq Paşinyan da Köçəryan və Sərkisyan kimi, Qərbdə rusiyapərəst bir siyasətçi kimi qəbul edilir - buradan çıxan bütün nəticələri ilə birgə. “Beynəlxalq təşkilatların Bakının istəklərinə və ”artsax"ı ələ keçirmək xəyallarına necə razılıq verdiyinə baxmaq kifayətdir ki, aydın olsun ki, Qərbdə Paşinyana münasibət artıq inqilabdan sonrakı ilk aylarda olduğu kimi deyil. Ancaq axı təkcə sadəlövh avropalılar və amerikalılar Paşinyana aldanmadı. O, öz xalqını da barmağına dolamağı  bacardı - o xalq ki, 2018-ci ilin aprelində onu Gümrüdən İrəvana qədər müşayiət eləmişdi. O ümidlə ki: birincisi, ölkədə dolanışıq yaxşılaşacaq, ikincisi, biz nəhayət, sivil Qərbin parçası olacağıq, nəinki gözümüz önündə çürüyən Rusiyanın. O Rusiya ki, Ermənistana öz təsirini yalnızca burada geniş şaxələnmiş “beşinci kolon” sayəsində saxlamır, həm də bunu başımız üstündə “Domokl qılıncı” və yumruq kimi asılı qalan 102-ci baza hesabına edir", - deyə məqalənin sonunda vurğulanır.

*****

Ermənistan üzərində “Domokl qılıncı”nı isə yalnızca Bakı və Ankara götürə bilər. Ermənistan həqiqətən də xilas olmaq, Rusiyanın koloniyası olmaqdan çıxmaq istəyirsə, o zaman “xilas kəməri”ni Azərbaycan və Türkiyədən istəməlidir. Yolu bəlli: işğalçı siyasətə, əsassız torpaq iddialarına son qoyub bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanımaq. Əks halda, ermənilərin böyük müsibətləri hələ qabaqdadır. Lap 5 “məxməri inqilab” olsun...  
Oxşar xəbərlər
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
GÜNLÜK
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?