"Bu o demək deyil ki, Rusiya ilə bütün münasibətlərin kəsilməsinin tərəfdarıyam"
Oxunub: 3643
21 Aug 2020 | 12:04
Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi “TurAz-2020” təlimlərindən cəmi bir həftə sonra Rusiya Hərbi Dəniz Donanmasına aid gəmilərin Bakıya gəlməsi və rus əsgərlərinin gül-çüçəklə qarşılanması cəmiyyətimizdə birmənalı qəbul olunmadı. Bir çox siyasi partiyalar bu təmtəraqlı qarşılanmanı sərt dillə tənqid etdilər. Bəs Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov bu barədə nə düşünür?
 
Moderator.az İlyas İsmayılovun Ovqat.com-a müsahibəsini təqdim edir::


 
- Hər bir dövlətin gücünü təkcə onun öz hərbi qüdrəti, iqtisadi potensialı müəyyənləşdirmir. Onun gücü həm də tərəfdaşlarının kimliyi, regional və qlobal təsir imkanları gücüylə ölçülür. Bu mənada müasir çağımız yeni hərbi blokların ortaya çıxmasını, dünya dövlətlərinin müxtəlif alyanslarda təmsil olunmasını tələb edir. Təsadüfi deyil ki, Şərqi Avropanın kiçik dövlətləri üzv və tərəfdaş olduqları NATO qüvvələri sayəsində yerləşdikləri geosiyasi məkanda özlərini təhlükəsiz hiss edə, yeri gələndə suverenliklərinə qənim kəsilmiş qüvvələr qarşısında ötkəm mövqe sərgiləyə bilirlər. Qarşılıqlı əməkdaşlıqlar NATO qüvvələrinə genişlənmək imkanı verdiyi kimi, tərəfdaşlarını da təhlükəsizlik çətiri altına alır. Məhz bunun nəticəsidir ki, Polşa Almaniyadan çıxarılan ABŞ hərbi qüvvələrinə böyük məmnuniyyətlə öz torpağında dislokasiya şəraiti yaratmağa çalışır. Bilir ki, ABŞ hərbi qüvvələrinin onun ərazisində yerləşdirilməsi Polşa üzərində yaradılmış ən güclü təhlükəsizlik qalxanı olacaq. Yeri gələndə Varşavanın bu addımı müasir dünyamızın suverenliyinin qarantı olan nüvə silahından belə daha çəkindirici gücə sahiblənmək deməkdir. Çünki hansı tərəfdə yer alırsansa, həm də onun hərbi qüvvəsinə ortaq olursan. Düzdür, bu cür tərəfdaşlıq və ortaqlıqların gətirdiyi risklər də az deyil. İstər-istəməz iki dövlət arasında hərbi hesablaşmalarda ön cəbhəyə, potensial döyüş poliqonuna çevrilirsən. Amma dövlətlərə qarşı hərbi təhdidlər real və güclüdürsə, onların ön cəbhəyə, yaxud hərbi poliqona çevrilmək seçənəyi də qaçılmazdır. Hər bir dövlətin öz ərazilərini qorumaq, vətəndaşlarını xarici təcavüzlərdən müdafiə etmək mükəlləfiyyətləri var və bu mükəlləfiyyətlər onu bəzi riskləri göz önünə almağa vadar edir.


 
Azərbaycana gəlincə, nə yazıq ki, ölkəmiz də bu gün hərbi təhdidlə üz-üzədir və bu təhdid birbaşa dövlət suverenliyimizə, müstəqilliyimizin qarantı olan iqtisadi potensialımıza, bir dövlət kimi mövcudluğumuza qarşı yönəlib. Ermənilərin son hücumunun Tovuz rayonuna edilməsi bu mənada təsadüfi deyildi. Bilirsiniz ki, Tovuz rayonu Azərbaycanın enerji və kommunikasiya xətlərinin keçdiyi mühüm ərazidə yerləşir. İqtisadiyyatımızın 90%-nin asılı olduğu neft və qaz kəmərlərinin keçdiyi rayonun strateji yüksəkliklərinin ələ keçirilməsi ölkəmizin iqtisadi gücünü ciddi təhdid altında qoya bilərdi. Azərbaycanı bu gün ayaqda tutan əsas iqtisadi bazamız işləməz hala gələrdi. Beləcə, ölkə özünü dolandırmaq imkanlarını itirə, cənubdan və şimaldan gələn təhdidlərə qarşı duruş gətirə bilməzdi. Belə bir zamanda Türkiyənin Azərbaycana ciddi dəstək verməsi, qardaş ölkə prezidentinin və Silahlı Qüvvələrinin misligörünməmiş şəkildə mövqe ortaya qoyması bizi gözləyən pis ssenarilərin pozulması ilə nəticələndi. Bundan dərhal sonra Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin birgə keçirdiyi “TurAz-2020” təlimləri məkrli düşmənlərimizə verilmiş ən ciddi cavab oldu. Türkiyə bu təlimlərlə həm Ermənistana, həm də onun arxasında dayanan qüvvələrə Azərbaycana ediləcək hücumlara laqeyd qalmayacağını göstərdi. Hətta hərbi təlimlər sırasında Türk F-16-larının İrəvanı vuracaq qədər yaxın məsafəyə qədər uçmaları Ermənistanda ciddi təşviş doğurdu. Türkiyə bu manevrlə həm də Cənubi Qafqazda mühüm aktyorluq iddialarını ortaya qoydu. Görünür, bu mesajdan sonra Rusiya hərbi gəmilərinin Bakıya gəlməsi də təsadüfi deyildi. Rusiya bu addımla Cənubi Qafqazı heç kiminlə bölüşməyəcəyini göstərmiş oldu.


 
- Məsələ də elə bundadır. Azərbaycanı ən ağır günündə yüksək səviyyədə müdafiə edən Türkiyənin bu mesajından sonra Bakıya gələn rus hərbi gəmilərinin xüsusi təmtəraqla qarşılanması nəyə lazım idi? Axı biz heç Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarı, onunla bərabər gələn generalları belə, o cür qarşılamamışdıq. Sizcə, rəsmi Bakı bununla hansı mesajları vermək istəyirdi?

- Səmimi desək, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmilərinin rəhbər heyətinin xüsusi təmtəraqla qarşılanmasını, ayaqlarının altına qırmızı xalı salınmasını, rus hərbçilərinin önündə azərbaycanlı rəqqasların oynamasını rəsmi Bakının mövqeyi kimi qiymətləndirmirəm. Bilirsiniz ki, mən ölkə başçısı İlham Əliyevin bir çox siyasətini bəyənmirəm və bunu açıq şəkildə ifadə edirəm. Amma şair Məmməd Arazın məşhur bir sözü var:

“Haqsızın yoluna kötüklə çıxıb,
Haqqını qoşdunmu Haqq qədəminə?”

Şairin sözü olmasın, İlham Əliyevin haqqını da haqq qədəminə qoşmaq lazımdır. Onun həmin qarşılanma mərasimindən qabaq Rusiya prezidenti Vladimir Putinə zəng edib, Moskvanın Ermənistanı 400 ton ağırlığında silah sursatla təchiz etməsi barədə iradını bildirməsi və Prezidentin Mətbuat Xidmətinin bunu açıq şəkildə yayması rəsmi Bakının əsl mövqeyi idi. İlham Əliyevin bu çıxışı Kremli də təəccübləndirmişdi. Rus mətbuatı bunu açıq şəkildə dilə gətirir və heyrətlərini gizlətmirdi. Bundan cəmi bir neçə gün sonra rus hərbi gəmilərinin Bakıya gəlməsi və o cür qarşılanması İlham Əliyevin sözügedən mövqeyi ilə bir araya sığmır. Görünür, Azərbaycanın hərbi strukturlarında hələ də Ali Baş Komandan ünvanı daşıyan şəxsin iradəsindən kənar işlər görən qüvvələr var və onların bəzi özfəaliyyətləri rəsmi Bakını çətin vəziyyətdə qoymaq niyyəti güdür. Üstəlik, Rusiya hərbi gəmilərinin rəhbər heyəti də ölkə başçısının onlarla maraqlanacağı səviyyənin adamlar deyildilər. Səhv etmirəmsə, rus hərbi heyətinin ən yüksək rütbəlisi 1-ci dərəcəli kapitan səviyyəsində idi. Bu fakt əslində Rusiyanın özünün də Bakıda keçirilməsi nəzərdə tutulan “Beynəlxalq Ordu Oyunları-2020” yarışlarına diqqətinin göstəricisidir. Başqa sözlə desək, bu yarış ciddi əhəmiyyət daşımayan tədbir idi. O başqa məsələdir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bu özfəaliyyəti və rus gəmilərinin təmtəraqla qarşılanmasının media qurumlarında xüsusi təbliği xoş niyyətli olmaya da bilər. Amma bunun ölkə rəhbərliyi tərəfindən edildiyinə inanmıram. 


 
Digər tərəfdən, qonağın necə qarşılanması yox, kim tərəfindən qarşılanması əsasdır. Belə deyək, Rusiyadan sənin yanına bir əsgər yoldaşı gəlir. Sən onu gül-çiçəklə qarşılayırsan, ayağının altına xalı sərirsən, qurban kəsirsən, cibindən 5-10 manat verib rəqqasələr tapıb qonağının qarşısında oynadırsan. Elə həmin gün ölkəyə Rusiya prezidenti Vladimir Putin də gəlir. Onun qabağına həmkarı çıxır. Amma qabağında qoyun kəsmir, rəqqasə oynatmır. Bu, bəyəm o deməkdir ki, Azərbaycanda sənin əsgər yoldaşın hansısa İvan Putindən daha yüksək səviyyədə qarşılandı? O deməkdir ki, rəsmi Bakı bu iki fərqli qarşılanma ilə sənin əsgər yoldaşın hansısa İvanı Rusiyanın prezidenti kimi görmək istəyir? Fikrimcə, biz Türkiyə ilə Rusiya ordularının Bakıda necə qarşılanmasına məhz bu aspektdən yanaşmalıyıq. Bilirsiniz ki, Türk generalları Azərbaycanın Ali Baş Komandanı ünvanını daşıyan şəxs tərəfindən qəbul olundu. Bəs rus hərbçilərini qarşılayan kim idi? - kontr-admiral Sübhan  Bəkirov...
 
- Yəni deyirsiniz ki, bu, kontr-admiral Sübhan Bəkirovun öz şəxsi təşəbbüsü idi?
 
- Yəqin ki. Bilirsiniz; bizdə gözə girməkdə həddini aşmaq ənənəsi var. Bunu qonaqpərvərlik kimi başa düşürük. Amma fikirləşmirik ki, həddimizi aşmağımız xaricdən necə görünür. Cəlil Məmmədquluzadənin məşhur bir hekayəsi var – “Qurbanqulu bəy”. Bizim bəzi məmurlar hələ də Qurbanqulu bəyin prototipləridir. Bir rus görən kimi yanındakı itinə “Molodes sobak” demək üçün dəridən-qabıqdan çıxırlar. Qaldıra bilməyəcəkləri yükün altına girib sonra qaçıb tövlədə gizlənirlər. Azərbaycan hakimiyyətinin ən böyük günahı bu cür Qurbanqululara vəzifə verməkdir. Sonra da onların yarıtmaz səhvlərinin bəlasını özləri çəkirlər.
 
- İlyas müəllim, yeri gəlmişkən, Siz də prokurorluq orqanlarında general rütbəsinə bərabər status daşıyıbsınız. Odur ki, sizə bir sual vermək istəyirəm. Amma bir anektodla başlamaq istəyirəm suala.
 


- Buyurun.
 
- Deyirlər ki, Azərbaycanın Müdafiə naziri Pakistana səfər etmək istəyir. Bu barədə rəsmi Pakistanın müvafiq orqanlarına məktub yazılır. Məktuba cavab gəlmir. Rəsmi Bakı İslamabada zəng vurub məktubun çatıb çatmaması ilə maraqlanır. Cavab verirlər ki, məktub çatıb. Amma sizin general polkovnikinizi qarşılamağa adam tapa bilmirik. Bizim Müdafiə Nazirliyimizdəki zabitlərin ən yüksək rütbəsi general-leytenantdır. Hörmətli Zakir Həsənovun qabağına onu çıxarsaq, Azərbaycana ayıb olar. Bir neçə ay gözləyin, Baş Qərargah rəisimiz general-polkovnik ünvanı alsın, sonra Zakir Həsənov ölkəmizə təşrif buyursun. Sözsüz ki, bu anektoddur. Amma ciddi məna kəsb edir. Siz necə düşünürsünüz, rus hərbi donanmasının 1-ci dərəcəli kapitanının qabağına kontr-admiralın çıxarılması nə dərəcədə doğrudur? Yenə deyirəm, sabiq general olduğunuz üçün bunu soruşuram. Siz Baş prokuror olanda Həştərxanın hansısa qəsəbəsinin prokurorunun qabağına özünüz çıxardınız?
 
- Nə demək istədiyinizi başa düşürəm. Amma özüm haqqımda danışmağa və müqayisə predmetinə çevirməyə lüzum görmürəm. Sadəcə onu demək istəyirəm ki, Azərbaycanda generallıq rütbəsini oyuncağa çeviriblər. Layiq oldu-olmadı, kimdən xoşları gəlirsə, çiyinlərinə generallıq paqonu yapışdırırlar. Nəticədə Azərbaycanda generalların sayı az qala nəinki Pakistanı, hətta Çini də keçir. Halbuki general olmaq üçün ciddi təcrübə keçməlisən, rəhbərlik etdiyin hərbçilərin sayı, əhəmiyyəti və s. kimi amillər bu rütbəyə uyğun olmalıdır. Bizdə isə 30 yaşlı cavan oğlana belə, yubiley hədiyyəsi kimi generallıq rütbəsi bağışlayırlar. Amma həmin cavan oğlanların hərbi təcrübələri olmadığından tez-tez bu cür səhvlərə yol verirlər. Rütbələrini asan qazandıqları üçün hansısa I kapitanın ayağına getməyi, qədəmlərinin altına qırmızı xalça salmağı öz zabit ləyaqətlərinə yaraşdırırlar. Çünki çiyinlərində böyük ulduzlar parıldasa da, bu, onların xarakterində öz əksini tapmır. Adları general olsa da, özləri mahiyyət etibarilə kapitan, leytenant səviyyəsində qalırlar. Yalnız leytenantlar kapitanların ayağının altına qırmızı xalı sala bilərlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi Xəzərdəki qarşılanmadan dərs çıxarmalı, generalların rütbələrini yenidən gözdən keçirməlidirlər. Ən əsası isə Azərbaycanla Türkiyə arasındakı münasibətlərə şüurlu və ya şüursuz kölgə salan hərbçilər cəzalandırılmalıdır.
 


- Belə başa düşürəm ki, siz də Türkiyə-Azərbaycan hərbi ittifaqının yaradılmasının tərəfdarısınız. Sizcə, bu, Azərbaycanın Qoşulmama Hərəkatının üzvlüyünə zidd deyilmi?
 
- Niyə zidd olsun? Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığını gücləndirməsi hansısa bloka qoşulması mənasına gəlmir. Bu iki dövlət arasında çox yaxın strateji əlaqələr var və bu əlaqələr genişləndirilməlidir. Qoşulmama Hərəkatı demilitarizasiya siyasəti deyil ki. İstənilən dövlət hansısa hərbi bloka qoşulmasa belə, öz hərbi qüdrətini artırmalıdır. Hərbi qüdrətin artırılması isə yaxın dövlətlərin birgə fəaliyyətindən keçir. Məsələn, bu yaxınlarda deyəsən sizin saytınızda oxudum ki, Azərbaycanın Xəzər dənizindəki hərbi donanması Aralıq dənizində Türkiyəylə bərabər təlimlərə qatılacaq. Hərbi Dəniz Donanmamızın təcrübə toplaması üçün belə təlimlərə xüsusi ehtiyac var. Üstəlik, Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Bu müttəfiqliyi bizim ortaq dəyərlərimiz müəyyənləşdirir. İstəsək də, istəməsək də, biz bu ortaq dəyərlərin tələb etdiyi bütün sahələrdə bir yerdə olmalıyıq.
Amma bu o demək deyil ki, mən Rusiya ilə bütün münasibətlərin kəsilməsinin tərəfdarıyam. Rusiya bizim yaxın qonşumuzdur. Ortaq tarixi, mədəni əlaqələrimiz var. Milyonlarla soydaşımız o ölkədə yaşayır. Sözsüz ki, bizim Rusiya ilə də qarşılıqlı faydalı əməkdaşlıqlarımız olmalıdır. Amma bu əməkdaşlıqlar milli ləyaqət hissimizi itirməmək şərtilə qurulmalıdır.
Oxşar xəbərlər
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 07:30
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 07:30
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?