Onun boyasız dodaqlarını qəşəngcə... - Arvadımı qıcıqlandıran belarus qadın
Oxunub: 25503
18 Aug 2020 | 15:31
Onun boyasız dodaqlarını qəşəngcə... -  Arvadımı qıcıqlandıran belarus qadın
Moderator.az kulis.az-a istinadən Kamran Nəzirlinin "Russo, mənim xəyallarım, zəhərli hörümçəklər və pandemiya" yazısını təqdim edir.

(“Janrı olmayan yazılar” silsiləsindən)

Nənəm “hindu qanı” deyəndə dədəmin evə gətirdiyi Nikolay qızıllarını və iri məbləğli (həm də iri ölçülü!) kağız əskinasları nəzərdə tuturdu. Dədəm də “qara gün”lərin uzaqda olmadığına, çox qarışıq zəmanədə yaşadıqlarına eyham vuraraq deyərdi ki, dünyada bulud var.

Karantin mənim yaddaşıma axır ki, müəmmalı qərib bir nəfəs gətirdi və indi, dünyanın epidemioloji vaxtında birdən-birə nənəmlə dədəmin “eyhamları” niyə yadıma düşdü, bilmirəm; bəlkə elə mənim yaddaşım da o fransız Jak Russonunku kimi yoluxub?

Yaddaşı gərək yoluxmağa qoymayasan, yoluxdu ha, iş bitdi, olursan yazıq adam. Bu quyruğu uzun dünyada bütün yazıq adamlar yoluxurlar və ölürlər. Və bütün yazıq adamların başı həmişə qapazlı olur, onları qarğış da, xəstəlik də tez tutur.

Hərdən mənə vəhy gəlir: elə Russonu da qarğış tutub, Allahın qarğışı. Çox qəribə və yazıq adam olub, yazıq! Ona görə yox ki, fransızlara inqilabi-minqilabi moizələr oxuyarmış, yaxud ruhi xəstəymiş, ya da elə onu-bunu izləmək, təqib eləmək şakəri varmış. Heç soyadı “rus” sözüylə başladığına görə də yox! Ona görə ki, Russo bir balaca bizim Mirzə Cəlilin Novruzəlisinə bənzəyir. Adam Allaha məktub yazıb və poçt qutusu dura-dura gedib məktubu qoyub kilsədə, mehrabın altına, elə orda da durub gözləyib ki, Allahdan cavab gələcək. Gözləyib, gözləyib, çox gözləyib, özü üçün xəyallar qura-qura gözləyib...axırda görüb ki, cavab gəlmir. Və sonra anlayıb ki, Allah yoxmuş...Yazıqlar olsun! Gərək gözləyəydi, səbr edəydi Novruzəli kimi, səbrin sonu dadlı olur!

Yenə deyirəm, ilin-günün bu qorxulu epidemioloji çağında Russonu xatırlamağım bəlkə də mənim uşaqlıq xəyallarımla bağlıdı; əlli il öncə mən də elə onun kimi xəyalpərəst idim, məktub yazardım; intəhası, mənim məktublarımın ünvanı yox idi, heç özüm də bilmirdim məktubları kimə yazıram, nə üçün yazıram və hara göndərəcəm. Və o məktublara görə mənə kim cavab verəcək?!

Xəyallarım yaşıdlarımınkından çox fərqliyidi: mən Allah barədə düşünmürdüm, nə Russonu, nə də Mirzə Cəlili tanıyırdım. Bizim mahalda kilsələr və poçt qutuları da yox idi, poçt idarələri vardı; evimizin qabağındakı gümbəzli məscid indi də salamatdı, vaxt vardı, ordan səhər, günorta və axşam Məşədi Şıxəlinin yanıqlı azan səsini eşidərdim və o səs hərdən bütün xəyallarımı əsir-yesir edib qəlbimi sızladardı, uzun qış gecələrində məni tənhalığa, soyuq və qaranlıq bir küncə çəkilib lampa işığında ünvansız məktublar yazmağa vadar edərdi.

O məktublardan bəziləri indi də durur, vərəqləri saralıb nəmişlikdən kif iyi versə də, oxumaq mümkündü. Elə dünən birini maraqla oxudum; görün nə yazıram - atama deyəcəm mənimçün velosiped alsın, qonşuda var axı! Atama deyəcəm mənimçün fotoaparat alsın, qonşuda var axı! Atama deyəcəm mənimçün qol saatı alsın, özü də İsveçrəninki, axı qonşuda var!.. Niyə mənimki olmasın? Atama deyəcəm... atama deyəcəm...Sonra yazıram ki, axı mən qonşudan daha yaxşıyam, daha yaxşı oxuyuram, daha yaxşı yeyib-içirəm, daha sağlamam, diriyəm, ağıllıyam, fərasətliyəm, sözəbaxanam...Mənim haqqım buna çatır... Sonra yazıram ki, mən də atam kimi böyük adam olacam, qızıl medal alacam, instituta girəcəm... Atam mənə istədiklərimi almasa, özüm alacam, işləyib alacam...öz evim olacaq, kitab-filan yazacam... və sair və ilaxır...

İndi arvadımla oturmuşam televizora baxıram, “Hörümçəklər aləmində” verilişinə; Natali Qromıko adında belaruslu bir cavan qadın hörümçəklərdən danışır, mən isə öz-özümə gülürəm. Xəyallarım qol-qanad açıb, gah uçub gedir barıt çəlləyi üstündə duran gözəl Belarusa, gah viruslu və əyləncəli Fransaya, gah poçt qutusuna girib-çıxır, gah dünən oxuduğum uşaq məktublarımın ürəkbulandırıcı qoxusuna bürünür, gah da hörümçək torlarından danışan qadının ala gözlərinə qonur. Qadın əvvəlcə özü haqqında məlumat verir: mənim bir tərəfim fransalıdır, Russonun törəmələrindənəm. (Pah atonnan, elə mən də bayaq Russo barədə düşünürdüm!) İstədim deyəm ki, ay canı yanmış, mən də Mirzə Cəlilin törəmələrindənəm...biz elə biri-birimizə uyğun gəlirik. (Bunu ürəyimdə deyirdim ki, arvad eşitməsin!). Nəsə, dilim-ağzım qurudu, yana-yana güldüm.

- Mirzə, gülməli şey göstərirlər bəyəm?- divanın bir küncünə qısılıb gözlərini gah mənə, gah da televizor ekranına tuşlayan arvadım qəfil soruşdu.

- Heç, elə belə, uşaqlığım yadıma düşdü...(Hiss edirəm ki, nəsə, arvadımın da xəyalları qanadlanıb, dalğındı).

Natali bülbül kimi ötürdü:”...bütün hörümçəklər az və ya çox dərəcədə zəhərlidi; onların saysız-hesabsız növləri var və günü-gündən də çoxalırlar. Hörümçək təbiət üçündü, ev üçün deyil. Evdə görəndə adamda qorxu, stress yaradır, iyrənirsən, dərhal onlardan canını qurtarmaq istəyirsən. Lakin qədim əlamət də var: hörümçəyi öldürsən, bəlaya düşərsən. Bəs nə etməli?..”

Birdən arvadım dedi:

- Mirzə, kaş sən biznesmen olaydın!

- O hardan girdi ağlına? – təəccüb elədim.

- Deyirəm, bax, hər şeyimiz var – adımız-sanımız, suyumuz, çörəyimiz, evimiz-eşiyimiz... Bircə pulumuz yoxdu!

Mənim bir qulağım Natalidən asılmışdı:”... Hörümçəklərlə bağlı inanclar ta qədimdən mövcuddur, bizdə də var. Ümumiyyətlə, hörümçək toru dəva-dərmanın qatışığının tərkib hissəsi olub. Qədimdə insanlar evdə hörümçək toru olmasaymış dərman düzəldə bilməzmişlər. Buna görə də hörümçəklərin öldürülməsi pis əlamət sayılarmış. Lakin biz sizinlə 21-ci əsrdə yaşayırıq. Soyuq dəyəndə, ya da asqırıb-öskürəndə, ya da elə virusa yoluxanda hansı yerimizəsə hörümçək və ya hörümçək torunu dürtməzlər...İndi müasir həblər, dərmanlar, yaxud vaksinlər var...”

- Lap ələ salıb e, bizi!- dedim.

- Ədə, düz deyirəm, ələ niyə salıram, - arvad dərhal belaruslu qadının əvəzinə cavab verdi.

- Nə deyirsən e? Qoy baxaq da.

- Deyirəm, bircə pulumuz yoxdu...

- Əhh, jurnalistin də pulu olar?

- Elə bax, mən də onu deyirəm də. Gərək jurnalist olmayaydın.

- Jurnalist olmasaydım, səni mənə verməzdilər! - az qala bozardım.

- Necə yəni? Nə demək istəyirsən?

- Sovet vaxtı jurnalistin hörməti-izzəti, ad-sanı vardı. Şərəfliydi. Amma biznesmenin, yəni o zamankı dillə desək, alverçinin isə... Səncə, alverçiyə qız verərdilər?

Arvad mısmırığını sallayıb xeyli susdu. Əlindəki pultu hikkəylə qabağıma tulladı. Mən də altdan-altdan baxıb sezdim ki, ürəyində nəsə götür-qoy edir, nəsə tikanlı söz demək istəyir. Özümü o yerə qoymadım, heç təmkinimi də pozmadım, şirin uşaqlıq xəyallarım da uçub getmişdi.

- Xalxın kişiləri qaz vurub qazan doldurur, mənimki də telvizora baxır...

- Bə neynim? Karantindi də... Əhh! - deyə əlimi televizora uzadıb şəstlə əlavə elədim:

- Xalxın arvadlarının ağzından qəşəngcə hörümçəklər çıxır, adam istəyir onun boyasız dodaqlarını qəşşəngcənə...

- Nə? Nə dedin?

- ...iynə-sapla tiksin! (Yaxşı qurtardım, işləri az qala korlamışdım!)

Qəfil sorğu-sualın dumanlı havası başımı gicəlləndirmişdi, ölüvay olmuşdum.

- Niyə, bəyəm indiki jurnalistlər bizneslə məşğul olmur?- arvad davam elədi.

- Olur! Onlar əsl jurnalist deyil!- səsim bir azca dirildi.

- Bə əsl jurnalist kimdi?

- Onları öldürdülər... (Bilmədim o sözü niyə dedim, bəlkə o belaruslu qadın məni çaşdırmışdı!)

Natali səsini qaldırmışdı:”...Öldürmək istəmirsinizsə, xakəndazla götürüb çölə atın. Adətən hörümçəklər həşərat və cücülərin, xırda birələrin çox olduğu yerlərdə peyda olurlar. Ya da künc-bucağı, zirzəmisi, ya da ayaq az dəyilən xəlvəti yerlərdə olurlar. Niyə hörümçəklər çoxalır? Çatı çox olan yerlər, müdafiəsiz pəncərələr, açıq qalmış qapılar və s...getdikcə çoxalır, ona görə... Hörümçəklər həm də uzun müddət saxlanmış və istifadə edilməmiş əşyalarla gəlir... Ev hörümçəkləri insana zərər gətirmir. Çünki çox xırda və bədən quruluşca zəifdilər. Dişləyəndə isə spirt və ya yodla sürtmək kifayətdi ki, sağalasan...”

- Bu da sənin ev hörümçəklərin...- özümə toxtaqlıq verib arvada çəpəki baxdım.

“...Onların həyatına son qoymaq üçün gərək evini təmiz saxlayasan. Mübarizə metodlarından ən əsası isə ardıcıl təmizlik işlərinin aparılmasıdı. Hərdən gərək evdə xırda təmir işləri də görəsən. Səmərəli metodlardan biri kimyəvi dərmanlardı...”

- Ev, çöl hörümçəkləri...hamısı eyni zibildi...Elə əsl pandemiya bunlardı, vallah! - Natali artıq arvadımı da qıcıqlandırmışdı. Amma görünür arvadımın ayrı marağı da vardı, yenə qəfil sual verdi:

- Mirzə, on min dolların olsa, neylərsən?

Düzü, diksindim. Gördüm arvad bic-bic mənə baxdı.

- Neylərəm? Kreditlərimi verərəm!

- Bəs əlli min dolların olsa?

Başladım yerimdə qurcalanmağa. Nəsə elə bil canıma istilik gəldi birdən-birə.

- Neylərəm... necə yəni neylərəm?.. Kreditlərimi bağlayandan sonra gedərəm özümüzə geniş bir ev alaram. Birotaqlıdan canımız qurtarar.

- Bəs yüz minin olsa...

- Yüz min? (Gözlərimdən od çıxdı, canım əməlli-başlı isindi ha! Elə bir hala düşdüm ki, pandemiya onun yanında qələt eləyir!)

- Hə, hə, yüz min...- arvad israr elədi.

Arvad sonuncunu elə şövqlə dedi ki, az qaldı məni tok vursun, elə bildim indicə durub o “yüz mini” hardansa çıxarıb tullayacaq qabağıma və deyəcək:

“Di dur ayağa, az bu hörümçəklərlə uğraş, get kreditlərini bağla, dalısı Allah kərimdi...”

- Allaha and olsun, baxmaram karantinə-marantinə, dombalağ aşaram, dombalağ... Onsuz da dünya dombalağ aşır, özü də burda yox, gedərəm Russonun vətəninə, çıxaram Eyfel qülləsinə, ordan da dombalağ...

- Bəsdi görüm, ədə, dombalağa bax! Russo hardan ağlına gəldi? “Şor” gözlərini də o köpəyin qızından çəkmirsən bayaqdan...- televizoru işarə elədi, ona elə gəldi ki, mən ciddi söhbət edirəm. - Elə buna görə pul yetirmir də Allah. Sənin kəramətinə bələddi...Qudurarsan...

Düzü, çox pərişan oldum. Ona görə yox ki, Allah mənə pul yetirmir. Və heç ona görə də yox ki, mən ümumiyyətlə anadangəlmə hündürlükdən qorxuram, o ki ola Eyfel qülləsi! Ona görə ki, dünya virusa yoluxandan bizim evimizdə heç vaxt bu qədər külli miqdarda pul söhbəti olmamışdı. Biz həmişə beş-on manatın söhbətini edərdik. Hə, bax belə! Söhbətimiz az qala şirin bir xəyalla bitəcəkdi ki, birdən bərkdən asqırdım. Arvad söyüncək dik atıldı:

- Ədə, daha gətirmə... Tək səbr bizə düşür.

- Aaaz, yox e, deyəsən hərarətim qalxır! Mən də o məsələ... yəqin yoluxuram...
Oxşar xəbərlər
12:41, Bu gün
Bölgələrdə kartofun qiyməti ucuzlaşdı (VİDEO)
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:19, Bu gün
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
GÜNLÜK
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 13:37
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 13:37
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında