Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlərrn -BDU-nu fərqlənmə diplomu ilə bitirən məzunlar danışır
Cəmiyyət
Oxunub: 1631
10 Aug 2020 | 15:58
Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlərrn -BDU-nu fərqlənmə diplomu ilə bitirən məzunlar danışır


Dörd il əvvəl başladıqları yolu bu gün onlar fərqlənərək bitirirlər. Artıq seminarları, həyəcanlı imtahanları, ev tapşırıqlarını, kurs işlərini, sərbəst işləri və daha nələri geridə qoyub yeni bir başlanğıcın astanasındadırlar. Onlar Azərbaycanın ilk ali təhsil ocağı, təhsilin flaqmanı sayılan Bakı Dövlət Universitetinin fərqlənmə diplomu ilə bitirən məzunlarıdır. Bugünkü məzunlarımız da kövrək notlarla məzunu olduqları fakültəni başa vurdular. Qarşılaşdıqları çətinliklər onları heç vaxt ruhdan salmadı. BDU yeniliklərə açıq olan, müasir metod və texnikalara malik, ölkəmizin bütün sahələrdə tərəqqisinə töhfə verməyə qadir, yararlı mütəxəssislər yetişdirdi.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi mütamadi olaraq tələbə və məzunların fikir və təəssüratlarını ictimaiyyətə təqdim edir. Bugünkü mövzumuzun, sözün həqiqi mənasında, qəhrəmanları Bakı Dövlət Universitetini bu il fərqlənmə diplomu ilə bitirən məzunlarından bir neçəsidir.

Fizika fakültəsinin məzunu Dilarə Piriyeva: BDU-da təhsil almaq uşaqlıq xəyalım olub. Orta məktəb illərində hər il televiziya ekranlarından BDU-da keçirilən məzun gününü izləyəndə o hissləri doğrudan da yaşayırmış kimi qəribə bir həyəcan keçirirdim. Nəhayət, 2016-cı ildə 561 balla Fizika fakültəsinin fizika ixtisası üzrə ingilis bölməsinə daxil oldum. İlk dərs gününü səbirsizliklə gözləyirdim, yeni insanlar, yeni müəllimlər, yeni və fərqli mühit... Fakültəmizdə təşkil olunan Ali məktəb tələbələrinin Respublika elmi konfransında iştirak edib, “Ən yaxşı tələbə tədqiqat işi”nə görə diplomla təltif olunan tələbələr sırasında olmuşam. II kursda oxuyarkən BANM-da təşkil olunan Ümummilli Lider Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş “Respublika Tələbələrin Elmi Texniki Konfransı”nda I dərəcəli diploma layiq görülmüşəm. Universitet həyatımın maraqlı keçməsində TEC, TGT, THİK kimi tələbə təşkilatlarının da böyük rolu olub. Tələbə Elmi Cəmiyyətində zamanlarda tələbələrin elmə olan marağını artırmaq məqsədilə, elmi seminarlar, konfranslar və layihələr təşkil etmişəm. Fakültəmizi müxtəlif yarışlarda, təhsil sərgilərində təmsil etmişəm. Universitetimizin 100 illiyinə həsr olunmuş tədbirdə Fizika fakültəsini təmsil edən heyətin üzvü olmuşam. Bütün bunları qeyd etməkdə məqsədim, universitet tələbələrinin və tələbə adını daşıyacaq abituriyentlərin elmi tədbirlərə vaxt ayırmalarının vacibliyini vurğulamaqdır. Sevdiyiniz ixtisas üzrə təhsil alırsınızsa, bütün çətinliklərin öhdəsindən gələ bilirsiniz.

Jurnalistika fakültəsinin məzunu Nərmin Məmmədova: Dönüb arxada qoyduğum dörd ilə baxdığım zaman hər anını doya-doya yaşadığımın fərqinə varıram. Bakı Dövlət Universitetinə qəbul olmaq mənim uşaqlıq arzum idi. Məktəb illərində hər zaman mənə hansı peşəyə yiyələnmək istədiyimi sual verdiklərində, mən ağız dolusu “Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olacam” deyirdim. Nə xoş ki, bu arzu indi bir xatirəyə çevrilib. Azərbaycanın ilk ali təhsil ocağının məzunu olmaq böyük qürurdur, yaxşı ki, mən də BDU-nun məzunuyam! Universitetimizin tələbəsi və məzunu olan hər kəsə, xüsusilə jurnalist ixtisasını bitirlənlərə hər yerdə yaşıl işıq yanır. Fərqlənmə diplomunu əldə etməyi çox arzulayırdım. Dörd ilimi hər zaman oxuyaraq, çalışaraq, müəllimlərimin nümunə göstərdiyi məsuliyyətli tələbələrdən biri olaraq başa vurmuşam. Hər semestrdə özümlə yarışırdım desək, lap yerinə düşər. İmtahan nəticələrimi yüksək tutmağa, akademik göstəricimdə hər zaman irəliləyiş əldə etməyə çalışırdım. Çətin, məsuliyyətli, əyləncəli və ən əsası təcrübələrlə dolu dörd il idi...

Bakı Dövlət Universitetində ixtisasım üzrə aldığım təhsil digər universitetlərdəkindən xeyli fərqlənirdi. Bunu digər tələbə dostlarımla danışarkən, həm də öz müşahidələrim əsasında müəyyən edə bilirdim. Mən ixtisasımla bağlı hər zaman uğur qazanmışam. Fakültəmizdə mütəmadi şəkildə tədbirlər, seminarlar, təlimlər təşkil olunurdu. Peşəkar media nümayəndələri ilə tez-tez bir araya gəlir, onlardan yeni-yeni biliklər öyrənirdik. Jurnalistika fakültəsinin təşkilatçılığı ilə, bu cür tədbirlər və seminarlar çox keçirilirdi. Tələbəlik illəri unudulmaz olur deyirdilər, elə imiş. Dostlarımla birlikdə yaddaşımıza həkk olan yüzlərlə xatirəmiz var: qrup yoldaşlarım, fakültə tələbələri ilə keçirdiyim hər gün mənə görə yaddaqalan idi – akt zalında quruluş verdiyimiz tamaşalar, tele-radio studiyasında ərsəyə gətirdiyimiz verilişlər, layihələr. Hazırda Baku TV-də xarici xəbərlər departamentində müxbir kimi çalışıram. Dörd il ərzində nəzəri cəhətdən öyrəndiklərimin təcrübədə tamaşaçıya təqdim edə bilmənin qürurunu yaşayıram. Karyerama fokuslanmaq və bu yolda uğur əldə etməyi planlayıram. İnanıram ki, məndə alınacaq.

Tarix fakültəsinin məzunu Əfsanə Rüstəmli: BDU-ya olan sevgim hələ universitetə qəbul olmamışdan qabaq yaranmışdı. Qəbul olacağım universiteti, gələcək tələbəlik həyatımı düşünərkən hər zaman BDU-nu xəyal edirdim. Qəbul imtahanında 602 bal topladıqda seçiminin əminliklə BDU oldu. Universitetdə tam 6 il, 4 il bakalavr, 2 il isə magistratura pilləsində təhsil aldım. Tələbəlik illəri mənə təkcə elm, savad qazandırmadı. Eyni zamanda bir şəxsiyyət olaraq yetişməyimdə də əvəzedilməz rol oynadı. Məncə hər bir insanın həyatında universitet illərində qazandığı təcrübəni heç nə əvəz edə bilməz.

Tələbəlik illərində aktiv sosial həyat da vacibdir. Bu baxımdan BDU-da tələbələr üçün əlverişli şərait yaradılıb. Mən də bir çox seminarların, tədbirlərin iştirakçısı olub, müxtəlif sertifikatlar əldə etmişəm. Universitetimizdə Qazaxıstandan, Türkiyədən gələn tətqiqatçılar və tələbələrlə elmi mübadilələr aparmışıq. İmtahan sessiyalarında böyük səylə çalışan tələbələr hər zaman yüksək qiymətləndirilir. Magistraturaya qəbul olmağa qərar verdikdə isə düşündüyüm tək məqam vardı: qəbul imtahanında yüksək bal toplamaq və yenidən BDU-nu seçmək. Çox şükürlər olsun ki, 2018-ci ildə tarixçi ixtisası üzrə qəbul imtahanında respublika üzrə ən yüksək balı (117) toplayıb yenidən BDU-ya daxil oldum. Magistr illərim də bakalavr illəri qədər maraqlı və məhsuldar keçdi. Öyrəndiklərimi möhkəmləndirib, biliklərimi daha da genişləndirdim və fərqlənmə diplomuna layiq görüldüm.

Abituriyentləri məhz BDU-nu seçməyə dəvət edirəm. Respublikanın qocaman ali təhsil ocağının onlara istədikləri və gözlədikləri təhsili verəcəyindən əminəm.

Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu Samirə Məmmədli: Bakı Dövlət Universiteti mənə ixtisasım üzrə lazımi bilik və təcrübələr verdi, ziyalı professor-müəllim kollektivinin əhatəsində öyrənmək fürsəti yaratdı, yaxşı dostlar qazandırdı. Təhsil aldığım ixtisas üzrə bir neçə müəssisədə təcrübədə olmuşam. Universitetdə, kitabxanalarda təşkil olunan konfranslarda, seminarlarda iştirak edərək ixtisasım üzrə məlumatlar əldə etmişəm. Fakültəmizdə tədris olunan biliklərin həm nəzəri, həm təcrübi tərəfin öyrənmişəm. Debatlar, yarışmalar, özəl günlərlə bağlı keçirilmiş tədbirlər Universitet həyatımı daha da rəngarəng edib. 2020-ci ildə Tələbə Elmi Cəmiyyətinin sədri olmuşam. Magistraturada təhsil aldığım müddətdə bakalavrların dərs prosesində iştirak edərək pedaqoji təcrübə toplamışam. Bu proses biliklərimi təkrarlamaqda və möhkəmlətməkdə mənə çox kömək olub.

Ölkənin ən nüfuzlu Universiteti olan Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmək həqiqətən də çox qürurvericidir. Universitetdə təhsil aldığımız müddətdə çalışmağın önəmini daha yaxşı dərk etdik, oxuduq, öyrəndik, imtahanları uğurla başa vurduqda sevincdən yerə göyə sığmadıq. Bu gün Universiteti fərqlənmə ilə bitirməyin qürurunu yaşayıram.

Hüquq fakültəsinin SABAH qrupları məzunu Sevinc Sadıqova: Unudulmaz tələbəlik illərini Bakı Dövlət Universitetində keçirmək çox sevindiricidir. Təhsil aldığım ixtisasın bütün sirlərini, dərinliklərini öyrənmək həvəsi mənim bu nailiyyətə çatmağımda əsas rol oynadı. SABAH qruplarında yaradılan imkanlar, müəllim kollektivi və qrup yoldaşlarımızla rəqabət mühiti oxumağa daha da həvəsləndirirdi. Tələbələrin əksəriyyəti kimi seminarlara, imtahanlara hazırlaşmaq, sərbəst işlər yazmaq üçün çox çalışmışam.

Təhsil aldığım müddətdə Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmişəm. Tələbə “Hüquq” jurnalının icraçı redaktoru vəzifəsində çalışaraq bu sahənin incəliklərini öyrənmişəm. İmitasiya məhkəmə müsabiqələrində iştirak edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində çalışmışam.

Gələcəyin ədalətli, savadlı hüquqşünaslarından biri olmaq istəyirəm. Xüsusən Azərbaycan Respublikasının dövlət strukturlarında çalışmaq ən böyük arzumdur. Mən hər zaman fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam.

Geologiya fakültəsinin məzunu Elnur Qasımov: Danılmaz faktdır ki, 100 illik tarixi olan Bakı Dövlət Universiteti dünyəvi ali təhsil ocağı kimi dünya elminə, mədəniyyətinə, siyasətinə layiqli töhfə verən yüzlərlə tarixi şəxsiyyətlər yetişdirib. Təhsilimin bakalavr və magistratura pilləsini BDU-da başa vurmuşam. Əlbəttə ki, belə böyük tarix yazmış bir universitetdən məzun olmaq mənin üçün də şərəfdir. Universiteti fərqlənmə diplomu ilə bitirmək çox az sayda tələbəyə nəsib olur. Bunun üçün gündəlik dərslərdə iştirak edib, standart tapşırıqları həll etmək kifayət etməz. Mən də bir tələbə kimi tədris müddətində mümkün qədər çox bilik əldə etmişəm, üçüncü kursdan etibarən AMEA-nın Geologiya və Geofizika İnstitutunda böyük laborant vəzifəsində çalışmağa başladım. Tələbə kimi AMEA-da çalışmaq mənim üçün çox böyük uğur idi. Çalışmağa başladığım andan etibarən çoxsaylı respublika və beynəlxalq konfranslarda iştirak edib beynəlxalq sertifikatlara, SOCAR-ın Fəxri fərmanına layiq görülmüşəm. Əlavə olaraq SOCAR-ın 2019-2020-ci il üzrə “Daxili Təqaüd Proqramı”nın qalibi və 2019-cu il “Yay məktəbi”nin iştirakçısı olmuşam. Bütün bu sadaladığım uğurlarımda Bakı Dövlət Universitetinin rolu danılmazdır.

İxtisasıma marağım çox böyükdür. Bu səbəbdən istəyirəm gələcəkdə doktoranturaya daxil olub elmi fəaliyyət göstərim. BDU-da təhsil aldığım müddət ərzində müəllimlərimin elmi biliklərə yiyələnməyimdə əvəzsiz rolu oldu. Onların hər birinə minnətdarlığımı bildirir, hazırda BDU-də təhsil alan tələbələrə müvəffəqiyyətlər arzu edirəm.

Biologiya fakültəsinin məzunu Səkinə Rzayeva: Bakı Dövlət Universiteti 4 il ərzində mənə mükəmməl dostluqlar, məzun olduqdan sonra da ünsiyyətimizin davam edəcəyi müəllimlər və auditoriya qarşısında çıxış etmək qabiliyyəti qazandırdı. İkinci kursdan etibarən Bitki fiziologiyası kafedrasında aparılan elmi təcrübələrə qoşuldum, elmi konfransda çıxış etdim. Üçüncü kursda oxuyanda “İlin ən yaxşı tələbəsi” adına layiq görüldüm. Bakı Dövlət Universitetindən fərqlənmə diplomu ilə məzun olmaq qürurverici hissdir. Bunun üçün mənə dərs deyən professor-müəllim heyətinə sonsuz minnətdaram. Çəkilən əziyyət heç zaman yerdə qalmır. Mən çox şanslıyam ki, Bakı Dövlət Universitetinin məzunuyam.

Biz də BDU ailəsinin bir üzvü olan bütün məzunlarımıza uğurlar arzu edirik. Əminik ki, hər zaman Bakı Dövlət Universitetinin onlara qazandırdığı bilik və bacarıqları daha da təkmilləşdirərək vətənimizin, ölkəmizin inkişafında böyük səylə çalışacaqlar.
Oxşar xəbərlər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
GÜNLÜK
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
04 May 2024 | 11:25
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:42
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
04 May 2024 | 11:35
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
04 May 2024 | 11:38
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
04 May 2024 | 11:39
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:31
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
04 May 2024 | 11:36
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
04 May 2024 | 11:25
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:42
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
04 May 2024 | 11:35
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
04 May 2024 | 11:38
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
04 May 2024 | 11:39
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”