“Türkiyə Qarabağı artıq özününkü sayır” - Birgə təlimlərdən sonra nələr olacaq?
Oxunub: 1802
07 Aug 2020 | 10:07
“Türkiyə Qarabağı artıq özününkü sayır” - Birgə təlimlərdən sonra nələr olacaq?
Azərbaycanda qardaş ölkənin hərbi bazalarının yaradılması üçün nələr tələb olunur? Politoloq: “Türkiyə 15 və ya 20 il bundan əvvəlki ölkə deyil...”

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020" birgə taktiki-uçuş təlimləri davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər. Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

İyulun 29-da başlayan genişmiqyaslı hərbi təlimlər 10 avqustadək davam edəcək. Azərbaycan və Türkiyədə qürurula qarşılanan, dost ölkələrin və xalqların maraqla, düşmənlərin və onların müttəfiqlərinin narahatlıqla izlədiyi təlimlərdən sonra hadisələrin baş verəcəyi çoxlarını maraqlandırır. Xüsusilə də Azərbaycanda əksəriyyət belə hesab edir ki, 102 ildən sonra ölkəmizə, əslində isə ikinci Vətəninə gələn Türkiyə ordusu hansısa formada burada qalsa, bu, hər iki ölkənin maraqları baxımından tarixi əhəmiyyətli hadisə olar. Tovuz döyüşlərindən sonra Türkiyə rəhbərliyi dəfələrlə ən yüksək səviyyədə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün hansı qərarlar verəcəksə, yanında olacağını bəyan edib. Bu günlərdə hər iki dövlət rəhbərliyinin qarşılıqlı olaraq dostluq və qardaşlıq mesajları verməsi də bədxahlarımızın bağrını yaran məsələdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirləri sosial şəbəkələrdə geniş əks-səda doğurub və rəöbətlə qarşılanıb. Sitat: “Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir. Biz bütün məsələlərdə bir yerdəyik... Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik”.

Yalnız dost və qardaş ölkələr bir-birinə bu cür gözəl sözlər ünvanlaya bilər. Dəfələrlə bəyan olunub ki, Azərbaycanın inkişafı Türkiyənin, Türkiyənin də uğurları Azərbaycanındır. Çətin günlərdə qardaş Türkiyəni öz ordusu ilə birlikdə quruda, havada yanımızda görmək özü də olduqca xoş duyğular yaratmaqdadır.

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif ...
Maraqlı bir məqam ondan ibarətdir ki, işğalçı Ermənistan Tovuz döyüşlərindən sonra dəstək ala bilmədiyi Rusiyadan üz çevirməyə başlayıb. Düzdür, bir neçə gün bundan əvvəl PUA-larla bağlı birgə “kabinet təlimi” keçirdilər. Lakin bu, sadəcə görüntü xətrinə idi. Ermənistan görür ki, Sorosun ayağına və puluna bağlı “ipiqırıq” Paşinyan rejiminə görə Türkiyə və Azərbaycanla əlaqələri korlamaq istəməyən Rusiya İrəvanın 56 km-liyindəki Türkiyə qırıcılarına reaksiya vermir, Türk əsgərinin Azərbaycanda möhtəşəm “əzələ nümayişi”nə adi qaydada yanaşır, o halda antirus əhval-ruhiyyəni işə salır.

Budur, Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb. APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin saytı məlumat yayıb. Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq.  Hazırda Ermənistanda Rusiyanın “Birinci kanal”, “RTR Planeta”, “Rossiya. Kultura” və dövlətlərarası “Mir” telekanalı, habelə ABŞ-ın CNN telekanalı açıq yayımlanır. Qərar qüvvəyə minəndən sonra Ermənistan ərazisində yalnız “Mir” telekanalının açıq yayımına icazə veriləcək. Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfirliyi bir qədər əvvəl İrəvanın bu niyyətindən narahatlığını bildirmişdi. Rusiya tərəfi bəyanatlarında dəfələrlə vurğulamışdı ki, məsələnin nizamlanması üçün dialoqa hazırdır.

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam edir – FOTOSESSİYA ...
Diqqətçəkən budur ki, Ermənistanın müdafiə naziri Türkiyə-Azərbaycan birgə təlimlərindən sonra bir sıra səfirlər, o cümlədən Rusiyanın İrəvandakı diplomatı ilə görüşüb dəstək istəsə də, görüşlərdən “əlləri ətəyindən uzun” döndü. Bundan əvvəl Tonoyanın KTMT-yə telefon zənginin də nəticəsi olmadı. Və İrəvan həmişəki kimi, şantaja əl atdı. Onsuz da Ermənistand monoetnik ölkədir və ruslar da bu ölkəni tərk ediblər. İndi isə telekanalları qapadır. Hər halda, proses Azərbaycanın maraqlarına uyğun cərəyan edir. Qonşu Rusiya bir daha görəcək ki, faşist Nijdeyə abidə qoyanlar Rusiyaya qarşı bigər əməllərə də əl atmaqdadırlar və onlara görə Türkiyə və Azərbaycan kimi etibarlı qonşular, müttəfiqlərlə münasibətləri pozmağa dəyməz. Belə bir situasiya Türkiyənin Azərbaycanda hərbi mövcudluğuna yaşıl işıq yandırır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ilk dəfədir  Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər təkcə Azərbaycan və Türkiyədə deyil, həmçinin Rusiyada, Ermənistanda, o cümlədən bölgədə marağı olan uzaq ölkələrdə bu qədər böyük maraq doğurub: “Bunun iki səbəbi var: birinci səbəb odur ki, Azərbaycan cəmiyyəti işğal altındakı torpaqların boşaldılmasını sürətləndirmək istəyir və bu zaman Ermənistanla aparılan danışıqların fayda verəcəyinə inanmır. Azərbaycan prezidenti və cəmiyyəti müharibənin qaçılmaz olduğunu yaxşı bilirlər. Tovuz istiqamətindəki döyüşlər və ondan sonra Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri istər-istəməz belə təəssürat yaradıb ki, iki qardaş dövlət işğal altındakı torpaqların azad olunması üçün birgə addım atmağa hazırdır. Birgə hərbi təlimlərə olan marağın ikinci səbəbi Türkiyənin bölgədə artan rolu ilə əlaqəlidir. Türkiyə 15 və ya 20 il bundan əvvəlki ölkə deyil. Türkiyə bölgənin aparıcı gücünə çevrilib. Türkiyə heç kimlə, o cümlədən ABŞ, Rusiya və ya Avropa İttifaqı ilə hesablaşmadan və məsləhətləşmədən istənilən istiqamətdə hərbi əməliyyat həyata keçirir və bu əməliyyatları Türkiyənin milli və təhlükəsizlik maraqları ilə izah edir. Suriyada, Liviyada, İraqda, Aralıq dənizi hövzəsində güclənən Türkiyə Cənubi Qafqazı da öz maraqları siyahısına daxil edib”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris ...
E.Şahinoğlu hesab edir ki, artıq Rusiya da bununla hesablaşmaq məcburiyyətində qalıb: “Ermənistanın baş naziri Nikol Paşinyan isə elə bilir ki, Türkiyə əvvəllər olduğu kimi, Azərbaycan torpaqlarının işğalına seyrçi qalacaq. Ancaq əgər Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla son telefon söhbəti zamanı bu ölkənin Azərbaycan-Ermənistan qarşıdurmasındakı rolunu qəbul etdiyinə dair fikirlər söyləyibsə, kiçik və kasıb Ermənistan buna qarşı heç nə edə bilməz. Paşinyan bunu qəbul etmək istəmirsə, onun əsas rəqibi, eks-prezident Robert Köçəryan anlayıb. Köçəryan iki gerçəyi anlayır. O deyib ki, Azərbaycan cəmiyyəti müharibə istəyir və bu amillə hesablaşmaq lazımdır. Köçəryan həm də onu anlayıb ki, Türkiyəni artıq Cənubi Qafqazdan uzaq saxlamaq mümkün deyil. Əslində bunu Paşinyan da anlayır, səsləndirməyə qorxur ki, zəif görünməsin. Ancaq reallıqdan qaçmaq mümkün deyil. Reallıq isə budur ki, Türkiyə hakimiyyəti və cəmiyyəti Dağlıq Qarabağı artıq özününkü sayır. Yəni Dağlıq Qarabağ və ətraf rayonların işğalı Azərbaycan üçün nədirsə, Türkiyə üçün də odur və qardaş dövlət özünə də aid olduğunu hesab etdiyi torpaqların növbəti illər üçün işğal altında qalmasına dözüm nümayiş etdirmək istəmir. Bu, yaxşı mənada Azərbaycana da bir təzyiq mənası daşıyır ki, torpaqları işğaldan azad etmək əməliyyatını sürətləndirmək lazımdır. Bu zaman Türkiyə heç nədən və heç kimdən çəkinmədən Azərbaycanın yanında olacaq”.

Türkiyə hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi ehtimalına gəldikdə, politoloq qeyd etdi ki, bu istiqamətdə gərəkən addımlar atılmalıdır: “Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 2010-cu ildə imzalanan anlaşma hər iki dövlətə imkan verir ki, hərbi əməkdaşlığı üst səviyyəyə qaldırsın. Həmin sazişə əsasən, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər kollektiv özünümüdafiə hüququndan istifadə edə bilərlər. Sazişin digər maddəsinə görə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi üçün lazımi planlaşdırma həyata keçirə bilərlər. Ancaq mənə elə gəlir ki, bu sazişi gücləndirməyə ehtiyac var. Yaxşı olardı ki, hərbi təlimlərin davam etdiyi müddətdə qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə dair danışıqlara başlanılsın. İlk növbədə Naxçıvanda hərbi baza yaradılmalıdır. Bu, bizə təminat verər ki, Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılması uğrunda hərbi əməliyyatlara başlasaq, düşmən Naxçıvan istiqamətində bizə təhlükə yarada bilməyəcək. Azərbaycanla Türkiyə öz aralarında imzalayacağı yeni sazişə görə Qars müqaviləsinin əhatə dairəsi bütün Azərbaycana inikas etdirməlidir. Bununla işğalçı ölkə daima qorxu və panika içində olacaq. Necə ki, birgə təlimlər zamanı Türkiyənin hərbi təyyarələrinin Ermənistan sərhədinə yaxınlaşması İrəvanda güclü panika yaratmışdı. Bizə də bu lazımdır”.

Paralel qaydada Bakının Ermənistana birbaşa və ya dolayısı ilə dəstək verən ölkələrə sərt təpkisi öz təsirini verməkdədir. Tovuz döyüşləri zaman Serbiyadan Ermənistana daşınan minaatanlar üçün tranzit ölkə rolunu oynayan Gürcüstan artıq səhvini anlayıb. Belə ki, iki həftədir Gürcüstan tərəfi Rusiyadan Ermənistana yüklərin sərhədi keçməsinə icazə vermir. Sənaye məqsədləri üçün istifadə olunan partlayıcı maddələrdən bəhs edilir. Amma bu partlayıcıların Azərbaycana qarşı istifadə edilməyəcəyinə təminat yoxdur. Ermənistanın “Aravot” nəşrinin yazdığına görə, Rusiya partlayıcı maddələri ilə yüklənmiş bir neçə yük maşını Rusiya tərəfdən Larsdakı bütün prosedurlardan keçib, lakin gürcü tərəfi onların Gürcüstan gömrük sərhədini keçməsini qadağan edib. Bekor QSC-nin direktoru Fred Nazaryan bu partlayıcı maddələrin ikitərəfli bir məqsəd olduğunu, bu da onların hərbi əhəmiyyətə sahib olduqlarını, ancaq qeyri-hərbi şirkətlərin bütün icazə sənədlərinə sahib olduğunu bildirib. Fred Nazaryan hesab edir ki, yükün gecikməsi Ermənistanla sərhəddə son döyüşlərdən sonra Azərbaycan tərəfinin müdaxiləsi ilə əlaqəli ola bilər.

Düşmənin hərbi cəhətdən təcrid olunması üçün bütün addımların atılması zəruridir, bu istiqamətdə daim ayıq-sayıq olmaq lazımdır. Qardaş Türkiyə də Gürcüstana müəyyən mesajlar verə bilər. Tiflis anlamalıdır ki, Ermənistan təkcə Türkiyə və Azərbaycana deyil, həm də Cavaxetiya bölgəsinə iddia edir...(musavat.com)
Oxşar xəbərlər
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi