Rusiya Dövlət Dumasında Suriyadakı vəziyyət barədə müzakirələr zamanı Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycandan da danışıb.
ANS
PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, RLDP lideri regionu
gərginləşdirən əsas oyunçunun İsrail olduğunu deyib: “Bir şeyi anlamaq
istəmirsiniz - burada əsas oyunçu İsraildir. O, İrandan qorxur. İranın
dağıdılması barədə qərar qəbul edilib, qoşunları İran sərhədinə çıxarmaq üçün
Suriyanı məhv etmək lazımdır”.
O,
gələcəkdə güclü miqrant axınının yaşanacağını bildirib: “Suriyanı artıq iki
milyon tərk edib, İrandan isə 20 milyon gedəcək. İran azərbaycanlıları
müharibədən qorxaraq şimala qaçacaqlar, Bakı buna duruş gətirməyəcək və onları
yerləşdirə bilməyəcək”.