Əsəd kimyəvi silahlarını Putinə təhvil verəcək
Oxunub: 3151
11 Sep 2013 | 11:43
Əsəd kimyəvi silahlarını Putinə təhvil verəcək

Suriya Rusiyanın kimyəvi silahları təslim etmək təklifini qəbul edibModerator.az  “Qafqazinfo”-ya   istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Valid əl-Muallim açıqlama verib. Onun sözlərinə görə, kimyəvi silahlara beynəlxalq nəzarət tətbiq etməklə bağlı Rusiya tərəfinin təklifini qəbul edən Suriyanın əsas məqsədi ABŞ-ın bu ölkəyə qarşı təzyiqlərini azaltmaqdır. XİN rəsmisi bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla keçirilən görüşün ardından qarşı tərəfin kimyəvi silah məsələsində etdiyi təklifə Suriya axşam saatlarında müsbət cavab verib.


Obama şərt qoydu

Əgər Suriya prezidenti Bəşər Əsəd kimyəvi silahları təhvil versə, hərbi zərbə mütləq dəqiqliklə qeyri-müəyyən zamana qədər təxirə salına bilər. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama ABC televiziyasına müsahibəsində deyib.
Obama Fox News-a müsahibəsində isə deyib ki, ABŞ Suriya probleminin qeyri-hərbi yolla həllini arzulayır: "Biz diplomatik yolla gedəcəyik. Mən səmimi olaraq, deyirəm ki, bu problem siyasi vasitələrlə həll edilə bilərdi".
Məlumatda deyilir ki, Obama, eyni zamanda, ABŞ-ın Suriyaya hərbi zərbələr endirməsi üçün qətnamənin konqresdə təsdiqlənməsinə də çalışacağını dilə gətirib: "Düşünürəm ki, biz bütün əyləcləri buraxmamalıyıq. Onlar başa düşməlidirlər ki, biz sözləri havaya buraxmırıq".

Senat səsverməni təxirə saldı
Məlumatda bildirilir ki, Çoxluq Lideri Demokrat Harri Reyd bununla bağlı verdiyi açıqlamada “Səsvermə olmadan öncə Prezident Obamanın öz iddiasını Senata və Amerika xalqına təqdim etmək fürsəti olduğuna əmin olmaq istəyirəm” deyib. Senator əməliyyat planının 11 sentyabrda Senatda səsvrməyə təqdim edilməsinin təxirə salınmasını belə izah edib: “Beynəlxalq müstəvidə Suriyanın kimyəvi silahdan istifadə edib-etməməsi məsələsi müzakirələrə səbəb olub. Belə bir vaxtda ABŞ-ın əməliyyatı nə qədər tez yox, nə qədər mükəmməl həyata keçirəcəyi önəmlidir”.

CNN-nin Senatda apardığı sorğunun nəticələrinə görə Suriyaya qarşı hərbi əməliyyata 20 senator dəstək versə də, 25 senator əleyhinə olduğunu qeyd edib. 55 Senator isə qərarsız olduğunu bildirib. Hakimiyyət nümayəndələri 11 sentyabr səsverməsinin təxirə salındığına baxmayaraq, bu həftə içində yekun qərar qəbul ediləcəyini açıqlayıblar. 

Suriyanın vurulmasını dəstəkləyənlərin sayı 24-ə çatdı

ABŞ-ın Suriyaya hərbi müdaxilə ilə bağlı çağırışına daha 14 dövlət qoşulub. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Ağ ev açıqlama yayıb. Yeni qoşulan dövlətlər bunlardır: Albaniya, Xorvatiya, Danimarka, Estoniya, Almaniya, Honduras, Macarıstan, Latviya, Litva, Mərakeş, Qətər, Rumıniya və Birləşmiş Ərəb Əmirliyi.
Xatırladaq ki, ötən həftənin sonunda 11 dövlət Suriyada kimyəvi silah tətbiqinin məsuliyyətini Bəşar Əsəd rejiminin daşıdığını bildirməklə yanaşı, bu ölkəyə qarşı hərbi əməliyyatları başlayacağı halda ABŞ-ı dəstəkləyəcəklərini bəyan etmişdi. 11 dövlətin təmsilçisi Suriyada kimyəvi silah tətbiqi ilə bağlı bəyanat verərək, bildirib ki, BMT Təhlükəsizlik Şurası (TŞ) «iflic» vəziyyətdədir və kimyəvi silahdan istifadənin qadağan edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin tədbirlər görməsi vacibdir.
«Biz beynəlxalq ictimaiyyətin uzunmüddətli fəaliyyətinə, o cümlədən Suriyanın kimyəvi silah anbarının törətdiyi təhlükəyə cavab olaraq, BMT-nin qətnaməsinə sadiqik» - deyə, sənəddə vurğulanıb.
Bəyanatın mətnini Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə, Britaniya və ABŞ təmsilçiləri imzalamışdılar. Beləliklə, ABŞ-ı dəstəkləyənlərin sayı 24 çatıb.

Britaniya hərbi müdaxiləyə qarşı

«Suriyadakı vəziyyət yalnız siyasi yolla nizamlanmalıdır». Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu açıqlamanı Böyük Britaniyanın baş naziri Devid Kemeron verib. 
O bildirib ki, münaqişə edən tərəfləri danışıqlara cəlb etmək yönündə fəaliyyətini davam etdirəcək: «Sankt-Peterburqda «Böyük-20»-liyin liderləri, o cümlədən Vladimir Putinlə görüşdə biz bu məsələni müzakirə etmişik. Britaniya Cenevrədəki ötən danışıqlara əsasən münaqişə edən tərəflərin dialoqa cəlb edilməsi işinə başçılığını davam etdirəcək. Ona görə də biz hesab edirik ki, sabit və demokratik Suriyadakı vəziyyətin tənzimlənməsi üçün yeganə vasitə siyasi yoldur».
Bununla yanaşı hökumət başçısı qeyd edib ki, müxalifətə hərbi olmayan yardımları davam etdirəcək. Kemeron bildirib ki, Britaniya kimyəvi silahdan istifadə edənlərin cəzalandırılmasına nail olmaq niyyətindədir. O, BMT müfəttişlərindən araşdırmaları başa çatdırmasını istəyib.

«Əvvəl hərbi müdaxilə, sonra sülh konfransı»

«ABŞ yalnız hərbi zərbələrdən sonra Suriya üzrə Cenevrədə sülh konfransının keçirilməsinə nail olmaq niyyətindədir». Lent.az-ın «BBC»-yəə istinadən məlumatına görə, bu açıqlamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Süzan Rays verib. Onun sözlərinə əsasən, ABŞ diplomatik səylərini «məhdud hərbi zərbələrdən sonra» bərpa edəcək. 
Dövlət Departamentinin təmsilçisi Mari Harf isə bildirib ki, Birləşmiş Ştatlar Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsinə çox şübhə ilə yanaşır. Vaşinqtonda bunun vaxt uzatmaq üçün bəhanə olduğu qənaətindədirlər.

«Zərbə endirin, Əsəd yalan danışır»

Suriya Azadlıq Ordusunun komandanı Səlim İdris sentyabrın 9-da Qərb dövlətlərini Bəşar Əsəd rejiminə bağlı ordunun mövqelərini vurmağa çağırıb. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, «əl-Cəzirə» telekanalına müsahibəsində belə bir çağırış edib.
«Biz zərbə endirməyə çağırır, Əsəd rejiminin yalan danışdığını xəbərdarlıq edirik»-deyə, S.İdris bildirib. O, Moskvanı Dəməşqlə sıx əlaqə saxladığı üçün kəskin tənqid edib.

Əsəd: “Peşmanam”

Suriya prezidenti Bəşər Əsəd ölkədə vətəndaş müharibəsi başlayangündən bəri ilk dəfə ABŞ telekanalına müsahibə verib. CBS kanalının müxbiri Çarli Roz prezident Bəşər Əsəddən müsahibə aldığını bildirib. 
CBS kanalının xəbər bülleteninə qoşulan Roz Əsədə baş verən kimyəvi silah hücumu və Suriyaya qarşı hərbi müdaxilə ilə bağlı suallar verdiyini bildirib. Roz Əsədin 1500-ə yaxın insanın ölümü ilə nəticələnən kimyəvi hücumla heç bir əlaqəsi olmadığını, belə bir əmr vermədiyini iddia etdiyini deyib. 
"Kimyəvi hücumla bağlı peşmanlıq hissi keçirirsinizmi?" sualına Əsəd, "Bəli, peşmanam" cavabını verib.

İran əsgərləri Suriyada

Bu arada, İran əsgərlərinin Suriyadakı qarşıdurmalarda aktiv iştirak etdiyini göstərən görüntülər yayınlanıb. AzVision.azxarici mətbuata istinadən xəbər verir ki, müxalif güclər tərəfindən ələ keçirilən kameradakı görüntüdə Tehranın Bəşər Əsəd rejimini qorumaq məqsədilə daxili qarşıdurmalardakı iştirak etdiyi görünür.
Əl Cəzirə telekanalında yayımlanan görüntüdə əks olunur ki, İran əsgərləri Hələbdə bir hərbi qərargahda taktika mövzusunda fikir mübadiləsi aparırlar və daha sonra da xarabaya çevrilmiş şəhərdə avtomobillə gəzirlər. Eyni zamanda videoda görünür ki, suriyalı əsgərlər iranlıların əmrlərinə riayət edirlər.

Türkiyədə təhlükəsizlik toplantısı

Dünən Türkiyənin paytaxtı Ankarada isə Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkənin təhlükəsizlik məsələləri ilə bağlı görüş keçirilib. Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir ki, görüşdə Baş nazirin müavini Bəşir Atalay, Baş Qərargahın rəhbəri Nejdət Özəl, XİN rəhbəri Əhməd Davudoğlu, daxili işlər naziri Müəmmər Gülər, müdafiə naziri İsmət Yılmaz və Türkiyə Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan iştirak edirlər.
İclas zamanı Suriya böhranı daxil olmaqla regiondakı problemlərin müzakirə ediləcəyi gözlənilir.

"Əsəd rejimi qətllərdə sərhəd tanımadı"

Suriyada kimyəvi silahın istifadəsindən əvvəl də 200 min insan öldürülüb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
"Kaş ki, bu gün göstərilən qərarlılıq 2 il öncə göstərilərdi. Əgər 2011-ci ildə Hamada kütləvi qətllər olarkən qərarlar verilsəydi, hadisələr buraya qədər gəlib çıxmazdı", - deyə Davudoğlu bildirib.
Davudoğlu vurğulayıb ki, Bəşər Əsəd və onun komandası qətllərdə sərhəd tanımadı.

Oxşar xəbərlər
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq