Moderator.az-ın Türkiyə mediasına istinadən
verdiyi xəbərə görə, 6 telekanala danışan qaradərili prezident bildirib ki, ABŞ
Suriya münaqişəsinin həllində diplomatik yola hazırdır.
Obama, “Fox News”a verdiyi müsahibədə Rusiyanın
Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi təklifi barədə
fikir bildirərkən deyib.
“Biz bu diplomatik yolu da izləyəcəyik. Çox ümid
edirəm ki, bu məsələ qeyri-hərbi yolla həll edilə bilər”, - deyə qeyd edib..
Ağ Ev rəhbəri qeyd edib ki, Bəşər Əsədə qarşı
diplomatik təzyiqlər davam etdirilməlidir. Amerika rəsmisi daha sonra “Əsədin
gücü uşaqlara çatar, bizə gücü çatmaz”, - deyə sözlərinə əlavə edib.
Obama, kimyəvi silahların təhvil verilməsinin
Suriyadakı vətəndaş müharibəsini həll etməyəcəyini, amma ölkədə siyasi həll
üçün danışıqlarda baza yarada biləcəyini vurğulayıb