Şeyxülislamın “səninləyik, Azərbaycan əsgəri” mesajı - QMİ sədri düşmənə nəyi xatırlatdı?
Oxunub: 4076
18 Jul 2020 | 15:36
Şeyxülislamın “səninləyik, Azərbaycan əsgəri” mesajı  - QMİ sədri düşmənə nəyi xatırlatdı?

İyulun 12-dən Azərbaycan-Ermənistan sərhədində-Tovuz istiqamətində düşmən təxribatı nəticəsində başlanan hərbi toqquşmalar bütün ölkəni ayağa qaldırıb.

Düşmənin hucumunu dəf edən zaman şəhid olan zabit və əsgərlərimizin dəfni böyük izdihamla müşayət olundu. Azərbaycan xalqı öz ordusuna dəstək vermək üçün bütün gecəni meydanlarda qaldı. Yüz minlərlə insan “Qarabağ” hayqıraraq əsgərlərimizi çağırır, minlərlə vətəndaş könüllü cəbhəyə yollanmaq üçün hərbi komisarlıqların həyətinə cəm olurlar.

30 ildən çoxdur ki, davam edən Qarabağ münaqişəsi ən müxtəlif periodlarında qələbə və məğlubiyyətləri ilə cəmiyyətin yaddaşına yazılıb. 26 ildir davam edən sülh danışıqları nəticəsiz qalır, beynəlxalq güclərin biganə nəzələrləri altında status-kvo davam edir.

Tovuz döyüşləri zamanı ölkənin bütün ictimai-siyasi müstəvisi vahid halda birləşdi, dövlətə dəstək nümayiş etdirdi. Bu gün hər kəs öz çevrəsində bu mübarizəyə qoşularaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırılması üçün çalışır.

Bu sırada Qafqaz Müsəlmanları İdarəsi və onu rəhbəri Şeyxülislam Allahşükür Paşazadə mühüm yer tutur.

Şeyx “Səninləyik, Azərbaycan əsgəri!” yazdı

Özünün sosial şəbəkədəki rəsmi  səhifəsində “Səninləyik, Azərbaycan əsgəri!” yazan Şeyx Azərbaycan ordusunun haqq davasına xeyir-dua verdi, şəhidlərimizin həlakından sarsılan xalqa “Allah yolunda şəhid olanlara “ölü” deməyin. Əksinə, onlar diridirlər” müqəddəs kəlamı ilə təsəlli oldu, “Düşmənlə döyüş meydanındakı ölüm istənilən bir məkan və zamanda can, namus və malın müdafiəsi zamanı möminlərin ölümü Allah yolunda şəhadətdir”- yazdı.

General Polad Həşimovun şəhid olmasını göz yaşı içində qarşılayan Şeyxülislam onun dəfni günü “Qarabağ savaşında şəhadət zirvəsini fəth edən ilk döyüş generalımızla xalqımız vidalaşmaqdadır. Cənab General Biz hamımız əsgərik. Ruhun şad olsun”-deyə bəyan etdi.

Bu gərgin günlərdə A.Paşazadənin verdiyi bəyanat bir daha Azərbaycan xalqının Qarabağla bağlı vahid mövqeyinin nümayişi oldu.

“Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfin üzərindədir, törətdiyi cinayət əməllərinə görə bu dövlətin siyasətbazları Allah və bəşər məhkəməsi qarşısında cavab verəcək”- deyə bəyan edən QMİ sədri işğalçı Ermənistanın bu çirkin təxribatını qətiyyətlə pislədiklərini, dünya ictimaiyyətini və beynəlxaq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın hüquqi cəzalandırılması üçün səy göstərməyə çağırdı.

“Azərbaycan Ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaradıb”-deyə vurğulayan A.Paşazadə bu narahat günlərdə Ali Baş Komandan, dövlətimiz, xalqımız və Vətən torpaqlarını müdafiə edən ordumuzla həmrəy olduğunu bir daha  bəyan edib.

QMİ sədri qanlı müharibənin ilk günündən Azərbaycan ordusunun yanında olub, vətənin müdafiəsinin təşkili üçün səylə çalışıb. Şeyxülislam dəfələrlə ağır döyüşlərin getdiyi cəbhə xəttinə gedərək əsgərlərlə birgə olub, onlara mənəvi güc verib.

Din xadimlərinə ünvanladığı müraciətində “moizələrimizdə özümüzü əsgər kimi hiss etməliyik. Biz Vətənimizi işğaldan azad etməliyik və edəcəyik”,-deyən Allahşükür Paşazadə Qarabağ davasını torpağı işğal olunmuş Azərbaycan xalqının ədalətli davası olduğunu bəyan edib. 2017-ci ildə Moskvada erməni katalikosu Qaragenlə görüşü zamanı ona “Qarabağ müharibəsi işğal olunmuş 7 rayonda, Azərbaycan ərazisində gedir. Bura Azərbaycan ərazisidir” – deyən QMİ sədri işğalın dünyada tanıdılması üçün fəaliyyət göstərib.

“Dini müharibə yox, ərazi işğalı!”

Zaman-zaman Qarabağ  münaqişəsini dünyaya dini zəmində müharibə kimi təqdim etməyə çalışan erməni siyasi dairələri “təqib olunan əzabkeş xrstianlar” adı altında saxta göz yaşı axıtmağa və xain ərazi iddalarını dini don geyindirməyə cəhd ediblər.

Bu zaman müddətində erməni kilsəsi qarşıdurmanın fəal iştirakçısı kimi işğalçı hakimiyyətin siyasətinə dəstək verərək bütün humanist prinsiplərinin əleyhinə çıxaraq qanlı qarşıdurmada barışdırıcı missiya ilə çıxış etməyib.

Şeyxülislam ilk gündən Qarabağ münaqişəsinin dini zəmin daşımadığını bəyan edərək bütün beynəlxalq müstəvidə bu iddianı dağıdan fəaliyyət aparıb. Erməni katolikosu ilə  müxtəlif nufuzlu din xadimlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda münaqişəni belə rəngdə təqdim edilməsinə qətiyyətlə əleyihinə çıxan A.Paşazadənin birmənalı mövqeyi dünyada bu qanlı müharibənin dini yox, ərazi işğalı ilə nəticələnən işğalçı mahiyyətini açıqlayıb.

Münaqişənin başladığı ilk illərdən QMİ millətlərarası nifrətin dərinləşməməsi üçün bütün imkanlarını səfərbər edib. Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadə atdığı bütün addmlarında ardıcıl olub.

1993-cü ilin fevralında İsveçrənin Montre şəhərində QMİ sədri Allahşükür Paşazadə və katalikos 1-ci Vazgen arasında keçirilən görüş zamanı hər iki dini lider imzaladıqları birgə müraciətdə bəyan etdilər ki, Qarabağ münaqişəsi dini motiv daşımır.

2017-ci ilin sentyabrında Moskvada Danil monastırında Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə katolokos Qareginlə baş tutan sonuncu görüşdə  ona “biz din xadimləriyik, hərbçi deyilik. Problemin elə həll yolunu tapmalıyıq ki, xalqlara ziyan gəlməsin. Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub”- demişdi.

Bu illər ərzində QMİ sədri ən müxtəlif səviyyələrdə keçirilən tədbirlərdə Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini bəyan edib.

Bu yöndə dünya katoliklərinin “döyünən ürəyi” sayılan Vatikanda Roma Papası ilə görüşlərində Şeyxülislam Azərbaycanın problemi ədalətli və ərazi bütövlüyü hesabına həllini ifadə etmişdi. 2004-cü ildə Vatikanda Papa İohan Pavellə görüşü zamanı Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəndə Vatikan münaqişənin sülh yolu ilə həlli ilə bağlı Azərbaycanın mövqeyini bəyəndiyini bəyan etmişdi.

Azərbaycanı dəstəkləyən müsəlman dövlətləri

Azərbaycanın etibarlı mühüm platformalarından olan İslam Əməkdaşlıq Təşkilatı daim ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və işğalçı Ermənistanı pisləyib.

1991-ci ildə Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təkidi sayəsində İslam Konfransı Təşkilatının (indiki adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edilən Azərbaycan bu gün müsəlman ölkələrinin etibarlı tərəfdaşına çevrilib.

İƏT  çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qəbul edilmiş sənədlər təşkilatın müntəzəm keçirdiyi toplantılarda hər dəfə yeni bəndlər əlavə edilərək xeyli təkmilləşdirilib. Xocalı faciəsi beynəlxalq təşkilatlar sırasında ilk dəfə olaraq məhz İƏT tərəfindən soyqırımı aktı kimi tanınıb.

Eyni zamanda hər il fevralın 26-da A.Paşazadənin Xocalı soyqırımı ilə bağlı bəyanatı səslənir, bu qətliamın təşkilatçıları lənətlənir.

Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrlə yalnız milli mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də ciddi şəkildə bağlayır.

İslam Əməkdaşlıq Təşkilatı və onun üzvü olan dövlətlər Azərbaycanın haqq işinin tərəfdarı kimi münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsinə dəstək verilməklə İslami həmrəylik ideyasına sadiqdir.

Səmavi dinlərin rəhbərlərinin vahid mövqeyi

QMİ sədrinin müxtəlif dini konfessiya rəhbərləri ilə görüşləri zamanı Azərbaycan dövlətinin Qarabağla bağlı mövqeynin ardıcıl  müdafiəçisi kimi çıxış edib.

A.Paşazadə bununla yanaşı ölkəmizdə yaşayan müxtəlif dini konfessiyaları Azərbaycanın haqlı davasına səfərbər etməklə bu mövqeni təkcə QMİ-nin deyil, bütün səmavi dinləri təmsil edənlərin vahid mövqeyi kimi nümayiş etdirib. Dünya Azərbyacanda fəaliyyət göstərən bütün dini konfessiyaların Qarabağ münaqişəsi ilə bağlı birgə mövqeyinin şahidi olub.

Ötən il Bakıda keçirilmiş Dini Liderlərin 2-ci Sammiti bu baxımdan əlamətdar oldu.

Zirvə görüşünün mühüm nailiyyətlərindən biri sammit iştirakçılarının Qarabağla bağlı mövqelərinin bəyan etməsi oldu.  Sammit Birləşmiş Millətlər Təşkilatını beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırdı.

Bununla bağlı imzalanmış Bəyannamədə əksini tapmış “işğal” sözü çox mühümdür.  Dünyanın nufuzlu dini və ictimai xadimləri, dövlət rəsmiləri “Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından öz dərin narahatlıqlarını ifadə edərək” dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dəstək verməyə səsləyib.

Bütün dinlər insanlar arasında sülhü və barışı təbliğ edir, amma vətəni qorumağı və düşmənin xain hucumuna müqaviməti də vacib sayır. Bu baxımdan Azərbaycanın məruz qaldığı xain hucum, işğal edlimiş ərazilərinin azad edilməsi uğrunda mübarizəsi cəmiyyətin bütövlüyündən keçir. Bu zaman cəmiyyəin önündə olan ictimai xadimlərin fəaliyyəti bu prosesin  indikatoruna çevrilir, dövlətin və cəmiyyətin vahid mövqe tutmasında öz töhfələrini verir.

Emin ABBASOV

Oxşar xəbərlər
13:13, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana GƏLİR
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
12:57, Bu gün
Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıb
12:55, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB + FOTO
12:54, Bu gün
Vladimir Putinin andiçmə mərasimi başladı - YENİLƏNİR + CANLI YAYIM
12:53, Bu gün
Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
12:52, Bu gün
Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” - FOTO/VİDEO
12:51, Bu gün
Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək
12:48, Bu gün
Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
12:47, Bu gün
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
12:43, Bu gün
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
12:38, Bu gün
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
12:34, Bu gün
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
12:30, Bu gün
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək
12:26, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilir - FOTOLAR
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:00, Bu gün
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:16, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 13:27
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
06 May 2024 | 13:34
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 13:24
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 13:27
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
06 May 2024 | 13:34
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 13:24
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər