Keçmişdən gələcəyə nə daşıyırıq?
Cəmiyyət
Oxunub: 1142
16 Jul 2020 | 16:56
Keçmişdən gələcəyə nə daşıyırıq?
Fəlsəfi-tarixi-publisist düşüncələrim

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

Yunus Oğuz

On altıncı yazı

a) Tarix ibrətdir

Görürsünüzmü bir qadın Rusiyanı və ərini necə qurtardı?  Fərz edin ki, bu döyüşü osmanlılar udacaqdı. Bir təsəvvür edin. O zaman tamam başqa tarix yazılacaqdı. Pyotr (əgər çar kimi qalacaqdısa) Xəzər dənizinə girə bilməyəcək, Türküstan işğal olunmayacaqdı, yüz ildən sonra Rusiya Avropada jandarm rolunu oynamayacaq, Gülüstan və Türkmənçay biabırçı müqavilələri olmayacaq və Azərbaycan iki yerə bölünməyəcəkdi. 1854-cü ildə Krımda  Sevastopol uğrunda döyüş də olmayacaqdı. Bir sözlə tarix xeyrimizə yazılacaqdı. Beynəlxalq münasibətlərdə Rusiya deyil, Osmanlı dövləti önə çıxacaq və dönməz inkişaf xəttini götürəcəkdi. Amma, heyhat, ... əfsus... Bir nəfərin atdığı addım və etdiyi səhv hərəkət (sədr-əzəm Baltaçını nəzərdə tuturam)  dövlətin gələcəyini müəyyənləşdirdi. Məgər bu ibrət deyilmi? Deməli sədr əzəm dövlət adamı deyildi və dövlət təfəkkürü ondan çox-çox uzaqlarda idi. İndiki məmurlar arasında şəxsi mənafe, mala, mülkə, qadına həris olanlar azdırmı? Əlbəttə var. Kifayətdir ki, bu gün milli və dövlət şüuruna sahib olan gənclər yetişdirək, amma bu iş çox ləng gedir.Tək bir nəfər tarixin gərdişini dəyişdi.Bundan sonra Osmanlı dövləti  qərbdə itirdiyi torpaqların əvəzini şərqdə kompensasiya etməyə çalışdı.Burada isə tarixi dəyişən bir nəfər də meydana çıxmışdı: Nadir xan-Nadir şah. Əvvəl xalq qəhrəmanı və xilaskar hesab edilən Nadir şah.  Onun dövründə osmanlılar tərəfindən Azərbaycanda nə qədər ərazi fəth edilmişdisə, hamısı geri qaytarıldı, üstəgəl Nəcəf, Kərbala, Bəsrə və başqa torpaqlar.

Nadir şah xaraktercə çox güclü milli hisslərə malik bir şəxsiyyət idi. Onda etnik kimlik hətta o qədər güclü idi ki, Əmir Teymur kimi Qurani-Kərimi əzbər bilməsinə baxmayaraq, danışdığı dil türk dili idi. O kimliyi ilə fəxr edirdi. Azərbaycana sevgisi həddən artıq böyük idi və yaratdığı, ucu-bucağı görünməyən dövlətdə dörd bəylərbəyliyindən biri Azərbaycan bəylərbəyliyi adlanırdı və yalnız qardaşı İbrahim xana onun idarəetməsini etibar etdi. Faktiki olaraq Nadir şah müasir Bütöv Azərbaycanın cizgilərini çəkmiş oldu. Düşünürsünüz, bunu bilərəkdən etməyib? Mən isə əksinə fikirləşirəm. Çünki onda genetik yaddaş  var idi və Əmir Teymurdan, ondan əvvəl hunlardan, göytürklərdən, xəzərlərdən, səlcuqlardan, qaraqoyun və ağqoyunlulardan, ondan sonra qızılbaşlardan ötürülən genetik yaddaş içində yaşayırdı. O bunların hamısını bilirdi. O bilirdi türk olmaq nə deməkdir! O bilirdi din milli kimliyə nə qədər zərbə vurub! Bu səbəbdən etnos birliyi üçün şiəlikdən imtina etdi. O gələcəyi görən adam idi. Görürsünüzmü, tək bir insan tarixi dəyişməyə necə cəhd edir? Və buna qismən də müvəffəq oldu. Mənbələrdən bir hadisəni yazım. Kəlat yaxınlığında (Kəlat şəhəri avşarların baş şəhəri olub) böyük oğlu Rzaqulunun toyu idi. Nadir şahın bundan xoşbəxt günü olmazdı ki? Yeri gəlmişkən Rzaqulunun birinci oğluna  Əmir Teymura rəğbətini (o zaman hələ Nadir şah Türküstana yürüş etməmişdi) göstərmək üçün Şahruh adını vermişdi. Şahruh Teymurun dördüncü oğlunun adı  idi və bu ad Azərbaycanla çox sıx bağlı idi. Faktiki olaraq Teymurilərin "qızıl dövrü" (1405-1447) onun adı ilə bağlı olub. Toy zamanı qızılbaş gəncləri şərabdan sonra rəqs edə-edə şiə ayinini həyata keçirmək istəyiblər. Toy çadırında bütün bunları izləyən Nadir şah əmr edib ki, bu gənclər dərhal cəzalansınlar, çünki qurultayın qəbul etdiyi qərar pozulmuşdu. Bu barədə çox danışmaq olar, amma Nadir şaha xas olan bir əsas əlaməti qeyd edim. Bu möhtəşəm insan üçün türk törələri əsas idi. Bəlkə də Oğuzlardan, Dədə Qorquddan gələn törələr idi, bilmək olmaz, çünki Dədə Qorqud onun dövründə tamam yaddan çıxmışdı, hətta el, yəni şifahi ədəbiyyatda o zaman onun adını çəkən yox idi. Onun haqqında yazan müəlliflərin heç biri Oğuz əfsanələrindən, yaxud həqiqətlərindən yazmır, olan hadisələri heç bir xatirə kimi də vermirdilər. Artıq yeni yaddaş tarixi yaranmışdı və Nadir şahda genetik yaddaş güclü olduğundan o bunun fərqində idi. Din onun üçün törədən, gələnəkdən arxada idi. Bilirdi ki, din eli, obanı parçalayır, necə ki, yüz illərdir sünnü-şiə müharibəsi gedirdi. O başa düşürdü ki, etnos birliyi daha güclüdür və bütün tayfaları əvvəlcə qılınc gücünə birləşdirər (o belə də etdi) sonrası Allah Kərimdir... Amma, onun kimi nə Hindistanda, nə Türküstanda, nə şimalda tatarlar və noqaylar, başqurdlar, yakutlar, nə də qərbdə osmanlılar fikirləşirdilər. Hələ mən Misiri və Suriyanı onun dövründə heç ağlımdan keçirmirəm. Çünki bu iki diyarda bir vaxtlar buraları idarə edən türklər artıq ərəbləşmişdilər. Suriyanın əsas ideoloji mərkəzi olan Hələb artıq tam ərəbləşmişdi, hətta Nəsiminin varisləri belə özlərini ərəb hesab edirdilər. Misirdən isə heç danışmağa dəyməzdi. Onun dövründə Misir məmlüklük dövlətinin əsasını qoyan Səlahəddin Əyyubdan və ilk dəfə dövlətini Türkiyə, özünü Qurd oğlu adlandıran, qardaşının adı isə Turan olandan yalnız xoş xatirələr qalırdı. Buna görə də Avropa ədəbiyyatına minnətdar olmalıyıq ki, o İngiltərə kralı şir ürəkli Riçarda Qüds uğrunda döyüşdə qələbə çaldığı üçün tarixdə belə qaldı. Yoxsa onu da heç xatırlayan olmayacaqdı. Osmanlı mollabaşılar isə Nadir şahı yenə də qızılbaş hesab edir və Şah İsmayılın vaxtında olduğu kimi fətva oxuyurdular. Əslində Nadir şah həm türk, həm də xristian dünyasında tək qalmışdı. Haşiyədən kənara çıxaraq söyləyim ki, o zaman bütün Avropa ədəbiyyatı və hökmdarlar Nadir şahın ordusunu "qızılbaş" ordusu adlandırırdı. Bunda qismən həqiqət də vardı, çünki Nadir şahın ordusunu əsasən Şah İsmayılda olduğu kimi avşar, qacar, rumlu, təkəli, türkmən, bayat, və sairə türk tayfaları təşkil edirdi, amma papaqlarında on iki qırmızı zolaq yox idi. Yalnız bu qırmızı zolaqlar Səfəvi və Avşar dövlətlərini fərqləndirirdi. Bir də Şah İsmayılda dövlətin adı (Ağqoyunlular dövləti Bayandur adlanırdı) Səfəvi, Nadir şahın dövründə isə Avşar dövləti adlanırdı.  Bu onların möhürlərində (necə ki, Qacar dövlətində belə idi) belə təsbit olunmuşdu. Bir ciddi məsələnin üstündən keçmək günah olardı. Belə ki, Avropa mətbuatında və saraylarında eynilə, Çar sonradan sovet Rusiyasında bu ərazilərdə yüz illərlə hökmranlıq türk sülalələrinin dövlətlərinə ya fars(pers), ya da İran dövləti deyirdilər. Bunun da özəl səbəbi vardı. Yüz illərlə sünnü-şiə qarşıdurması onların xeyrinə oynayıb. Avropa və Rusiya dünyanı diz üstə çökdürən türklərin nə dini, nə də etnik birliyini istəyib. Əksinə, həmişə çalışıblar ki, şərqdə güc olan qüvvələrin arasında həm dini, həm də  etnik təfriqə salsınlar. Buna da çox zaman nail olublar. Bu baxımdan osmanlılara türk, qızılbaşlara isə fars demələri təəccüblü deyil. "Parçala, hökm et!" prinsipi həmişə işləyir. Bu o zaman da, sovet vaxtında çox gözəl işləyirdi. Bunun səbəbidir ki, Türkiyədə bizi hələ də yanlış olaraq "azəri" adlandırırlar. Bu onların günahı deyil, əsrlərlə formalaşmış ictimai fikrin təzahürüdür, baxmayaraq soyumuzun çoxluq yaşayan hissəsində (İranda yaşayan azərbaycanlılar nəzərdə tutulur) azərbaycanlılar özlərini türk adlandırırlar. Bu, dünyada bizi aşağılamaq üçün böyük bir siyasətin tərkib hissəsi idi və bu gün də davam edir. Şükürlər olsun ki, müstəqil dövlətimiz hər kəsə etnik kimliyini müəyyənləşdirməyə imkan verdi, o cümlədən də biz türklərə. İndi çoxları başa düşürlər ki, Azərbaycan vətəndaşı olmaq milli kimlikdən imtina etmək deyil. Yadıma 1995-ci ildə Türkmənistana, onun baş şəhəri Aşqabada səfərimlə bağlı bir əhvalat düşdü. Əslində Aşqabada getməyim Azərbaycanda daha qalmaq istəməməyim olmuşdu. O zaman Kiyevdə yaşayırdım və Bakıda Azərbaycanın Bütövlüyü Uğrunda bir cəmiyyət qeydiyyatdan keçirtmişdim. Cəmiyyətin üzvləri çox dinamik və fəal idilər. Gah piketlər keçirir, gah da görüşlərdə olurdular. Azərbaycan gənclərinin bütün təbəqələri demək olar ki, bu cəmiyyətdə təmsil olunurdular. İranın Bakıdakı səfirliyi demək olar ki, bu gənclərdən qorxurdu. Gənclər neçə dəfə piket keçirmişdilər. Hətta elçiliyin qarşısında məsələ qoymuşdular ki, niyə bu elçilik ola-ola siz giriş divarına sovetlərdən qalma "baş konsulluq" lövhəsini vurursunuz? Nə isə bu başqa bir mövzudur. Bir gün cəmiyyətin rəhbərliyi mənə, Kiyevə zəng etdi ki, qarşıdan gələn parlament seçkilərində sənin namizədliyini vermək istəyirik. Mən də etiraz etmədim. Bakıya dönəndə aydın oldu ki, namizədliyimi Lənkəran kənd dairəsindən irəli sürüblər və qeydiyyatdan da keçmişəm, alternativim, yəni rəqibim də Hadı Rəcəbli. Əvvəl-əvvəl namizədliyimə ciddi yanaşmayan bu zat təbliğatım nəticəsində gördü ki, bu xına o xınadan deyil. Kəndlərin də çoxusu talış kəndləridir. Buna baxmayaraq uğurlu təbliğat Hadı Rəcəblini məcbur etdi ki, ortaya etnik kimlik qoysun və talışların yalnız talışa səs verməsini israrla qeyd etsin. Bu da kömək etməyəndə sifarişlə saxtakarlıq yolu ilə deputat seçildi. Çox sonralar Hadı Rəcəbli müsahibələrinin birində deyəcəkdi ki, əslim Ərdəbildəndir və tər-təmiz türkəm. Sadəcə olaraq atam o zamanlar dolanışıq dalınca mən uşaq olanda talış kəndlərindən birinə gəlib və mən talışlara qaynayıb qarışmışam. Milli kimlik belə itir e...

Ardı var
Oxşar xəbərlər
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
GÜNLÜK
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 13:37
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 13:37
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb