"Mətbuat tariximizdə Əbdürrəhman Fətəlibəyli-Düdənginski" - Nəsiman Yaqublunun araşdırması
Oxunub: 4915
08 Jul 2020 | 12:03
Əbdürrəhman Fətəlibəyli (Düdənginski) 1908-ci ildə Azərbaycanda Naxçıvanın Şərur rayonunun  Düdəngə kəndində anadan olub.Bəzi imzalarını da həmin kəndin adı ilə “Düdənginski” adlandırıb.
Ə. Fətəlibəyli gənc yaşlarından əsgər getmiş, Azərbaycan diviziyasında xidmət etmişdir. 30-cu illərdə o, Moskvada Hərbi Akademiyada təhsil almış, Leninqradda  (indiki Sankt-Peterburq) hərbi xidmətdə olmuşdur. 1939-cu ildə Ə. Fətəlibəyli  Finlandiya müharibəsində iştirak etmiş və “Qırmızı ulduz” ordeni ilə təltif edilmişdir. 1940-cı ildə sovet qoşunları Pribaltikanı işğal edərkən  Leninqraddan Riqada yerləşən hərbi qərargaha göndərirlər. Burada isə o, döyüşlərin birində əsir düşərək almanlar tərəfə keçir. Almaniyada həbs düşərgəsində olarkən Azərbaycan legionunun təşkilində və Milli Azərbaycan Qurultayının keçirilməsində fəallıq göstərir, çoxlu sayda əsirləri ölümdən qurtarır. İkinci Dünya müharibəsindən sonra İtaliyada, Misirdə olur, Türkiyəyə gedir, nəhayət Almaniyada “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına başçılıq edir.

“Azadlıq” radiosu fəaliyyətə başladığı ilk gündən Ə. Fətəlibəyli sovet hökuməti əleyhinə  verilişlər hazırlayırdı. 

Ə.Fətəlibəylinin “Azadlıq” radiosunda müəllifliyi və redaktorluğu ilə efirə gedən verilişlərdə sovet dövlətinin və Kremlin  mövqeyi kəskin olaraq tənqid edilirdi.

Ə. Fətəlibəyli 1951-ci ildə Münhendə ABŞ dövlətinin dəstəyi ilə Azərbaycan və rus dillərində “Azərbaycan” jurnalını nəşr etdirir. Qeyd edək ki mühacir və legionerlərin 1950-ci illərdəki bu fəallığı Sovet dövlətini ciddi narahat etməyə başladı. Sovet dövləti məhz  həmin dövrdə öz məxfi idarəsinə kommunist ideoligiyasına qarşı kəskin mübarizə aparanları sıradan çıxarmaq tapşırığını verdi. 

1954-cü ilin noyabrın 20-də “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyasının baş redaktoru Ə. Fətəlibəyli   Münhenin “Alpenplate-6” meydanındakı bir mənzildə qətlə yetirildi. 

Qeyd edək ki, mayor Ə. Fətəlibəylinin qətli ilə bağlı Almaniyada nəşr edilən  “Abendzeytunq”, “Der stern” və “Kuik” qəzetlərində geniş məlumatlar verildi. Törədilmiş qətlin səbəbi açıqlandıqda bütün Almaniya, eləcə də qərb ictimaiyyəti sifarişli bir ölümün baş verdiyini anladılar. 

Ə.Fətəlibəyli  Münhen yaxınlığında Noy-Ulm şəhərindəki qəbirstanlıqda qardaşı Seyfullanın məzarı yanında dəfn edildi. 


Ə.Fətəlibəylinin  mətbu fəaliyyəti

Ikinci Dünya müharibəsindən sonra Azərbaycan legionerləri Türkiyədə M. Ə. Rəsulzadənin, Almaniyada isə Ə. Fətəlibəylinin rəhbərliyi altında olan mü-vafiq qurumlarda fəaliyyətə başladılar.
Əllinci illərdən başlayaraq «Amerikan Komitəsi» ayrı-ayrı mühacirlərin yaratdığı təşkilatları, xüsusilə mətbu orqanları maliyyələşdirirdi. 1951-ci ildə Münhendə Ə.Düdənginski və C.Hacıbəylinin redaktorluğu ilə «Azərbaycan» jurnalının ilk sayının nəşri mühacirləri və legionerləri çox sevindirmişdi. Bu münasibətlə mühacirlərin redaksiyaya göndərdiyi təbrik məktubları çox maraq-lı idi. Mühacirlər yazırdılar: «Çox hörmətli redaksiya! Vətənimizin adını daşı-yan jurnalın ilk sayını aldıq. Oxuyub çox məmnun qaldıq... Azad və müstəqil Azərbaycana eşq olsun! Hörmət və şərəflə: Atabəy Şamil, Tahir Heydərzadə, Səfər Ağaoğlu, Ismayıloğlu, Həsən Əziz. Münhen. 30.03.1952”.

Eyni zamanda, Ə. Fətəlibəyli Ceyhun Hacıbəyliyə   göndərdiyi məktublar-da «Azərbaycan» jurnalının nəşri ilə bağlı çətinliklərin olduğunu qeyd edirdi. Göstərirdi ki, maddi imkansızlıqdan  jurnalın 2-ci sayını nəşr etmək çətinləşib. “Amerikan Komitəsi" isə maddi yardımı reallaşdırmamışdır. Hətta buradan Noy-Ulm şəhərinə getməyə də pul yoxdur. Lakin, mövcud imkansızlığımıza baxmayaraq, jurnalın növbəti sayını nəşr etdirəcəyik.

Lakin, Azərbaycan təşkilatları arasında fikir ayrılığının və müxtəlif yanaş-maların olması da  bu yardımların alınmasında çətinlik yaradırdı. Ə. Fətəlibəy-linin 1952-ci ilin martın 27-də C. Hacıbəyliyə göndərdiyi məktubda bu prob-lemlərin geniş şərhi verilirdi.

Əllinci illərdən başlayaraq mühacirlərin fəaliyyətində siyasi, mətbu, ideo-loji yazılara üstünlük verilirdi. Türkiyənin Ankara şəhərində «Azərbaycan» jur-nalında, Almaniyanın Münhen şəhərində isə eyni adlı dərgidə mühacirlər fəaliy-yətlərini davam etdirirdilər.

Ə. Fətəlibəylinin  əllinci illərdəki mətbu fəaliyyəti xüsusi olaraq dəyərlən-dirilməlidir. Məşhur legionerin həmin dövrdəki ilk məqalələrindən biri tanınmış musiqi xadimimiz, böyük bəstəkar Ü. Hacıbəyliyə həsr edilmişdir. Müəllif öz məqaləsini belə adlandırmışdır: «Azərbaycan xalqının böyük oğlu». Ə. Fətəlibəyli məqalədə Üzeyir bəyin Azərbaycan musiqisi tarixindəki mövqeyini yüksək dəyərləndirir və böyük bəstəkarın Sovetlər Birliyində kommunist reji-minin qurbanı olduğunu göstərirdi. Belə ki, 1920-ci ilə qədər «Leyli və Məc-nun», «Şah Abbas», «Əsli və Kərəm», «Şeyx Sənan», «Rüstəm və Söhrab» ki-mi operalar yazan, «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan» operettalarını hazırlayan Ü. Hacıbəyli Sovet dövründə 1938-ci ilə qədər susma-ğa məcbur oldu. Üzeyir bəyi isə hər tərəfdən təzyiq altında saxlayırdılar. Ə. Fə-təlibəyli yazırdı: «Üzeyir bəyin bu susma dövründə Azərbaycan musiqisi və bil-hassə opera sənəti olduqca gerilədi. Sovetlər başqa yollara baş vurdular. Bir çox kompozitorlar dəvət etdilər. Bunların içərisindən kompozitor Qliyer, se-vimli kompozitorumuz Zülfüqar Hacıbəylinin «Aşıq Qərib» operasını, çox fi-kirləşmədən və utanmadan «Şah Sənəm» operasına «çevirdi». Rus və başqa Avropa operalarından istifadə etmək istədilər. Bu səmərəsiz təcrübələrə çox vaxt və para məsrəf etdikdən sonra, Sovetlər 18 il yaradıcı illərdən məhrum et-dikləri Üzeyir Hacıbəyliyə həyasız üzlərini çevirməyə məcbur oldular».

Ə. Fətəlibəyli haqlı olaraq qeyd edirdi ki, Sovetlər Birliyində hansı cəhdlər göstərilsə də, Ü. Hacıbəylinin adını Azərbaycan tarixindən, Şərq və Türk-mü-səlman musiqisindən ayrı tutmaq qeyri-mümkündür.

Ə. Fətəlibəyli «Sovet təcavüzünün Koreyada məhvi» məqaləsində isə So-vetlər Birliyinin siyasəti tənqid edilməkdədir. Müəllif yazırdı: «Koreyada mü-haribəni törədən Kreml bütün dünyada müharibə alovunu yaymağa çalışır. Si-yasi Büro bütün Asiyada müharibəni genişləndirmək üçün Koreya avantüra-sından birbaşa Yaponiyaya hücum etmək üçün istifadə məqsədini güdür. Eyni zamanda Sovetlər bütün imkanlarından istifadə edib Avropada müharibəyə ha-zırlığı davam etdirir, Şərqi Almaniyada Silahlı Qüvvələrini bərpa edir, azad dünyaya hücum etmək üçün bütün kommunist qüvvələri səfərbərliyə alır». 

Ə. Fətəlibəyli sovetlərin təcavüzkar siyasətini ifşa edərək göstərir ki, Sovet dövləti 1950-ci ilin iyunun 25-də Koreyanın şimalında hazırladığı ordunun kö-məyi ilə Cənubi Koreyaya qarşı müharibəni başladı. Sovet dövlətinin bu təca-vüzkar siyasətini ABŞ-ın BMT-dəki nümayəndəsi belə açıqlayırdı: “Burada sxem çox asandır: hansısa ölkədə kommunist üsyanı təşkil etmək, sonra təca-vüzkara kömək üçün öz diviziyalarını göndərmək və onları «könüllülər» adlan-dırmaq, sonra isə hücumun qurbanlarına göstəriləcək beynəlxalq köməyə etiraz etmək“. 

Ə.Fətəlibəyli ABŞ nümayəndəsinin bu fikrini əsas götürüb qeyd edirdi ki, burada Stalinin hərbi doktrinasının qısa və dəqiq xarakteristikası verilmişdir. Müəllif göstərir ki, Kreml təəssüflər ki, Sovet təcavüzünün dünya xalqlarının ciddi etirazı ilə qarşılanacağını unutmuşdu. 

Belə ki, məhz bu təcavüzdən sonra bütün dünya xalqları vahid, azad dün-ya uğrunda mübarizə aparmaqdadırlar. Ə. Fətəlibəyli məqalənin sonunu belə yekunlaşdırırdı: «Azad xalqların müasir mübarizəsinin əsas əlamətlərindən biri odur ki, o yalnız öz ölkəsi daxilində kommunizmə qarşı yönəlməmişdir, eyni zamanda bu mübarizə dünya xalqlarının azadlığını və milli müstəqilliyini təhlü-kəyə salan, yeni müharibə təşkilatçısı olan Sovet imperializminə qarşı istiqa-mətlənmişdir».
Ə. Fətəlibəyli «Kommunizm xalqlara həyat təmin edə bilərmi?» məqalə-sində isə kommunist ideologiyasının mənasızlığını sübuta yetirir. Müəllif göstə-rir ki, bolşeviklərin marksizmdə diqqət yetirdikləri başlıca xətt proletariatın diktaturasıdır. Burada bütün qalan suallar ona tabe edilmişdir. Proletariatın diktaturası üçün başlıca vasitə sinfi mübarizə və vətəndaş müharibəsidir. Mark-sa görə proletariat diktaturasının başlanğıc mərhələsi bütün köhnəni və keçmiş dövlət maşınını dağıtmaq, ikinci mərhələdə isə yeni dünya qurmaqdır. Müəllif göstərir ki, marksizmi əsas götürən Stalin özünün qəddar prinsipləri ilə üzərin-də qurduğu sosializmdə siniflər mübarizəsini əsas götürür və qeyri-proletar ele-mentləri məhv edir. Ə. Fətəlibəyli  Lenin və Stalinin dövlət quruculuğundakı səhvlərini açıqlayaraq U. Çörçillin Lenin haqqında dediklərini əsaslı sayır: «P-roletar inqilabının dahi rəhbəri öz həyatında iki dəfə səhv etmişdir: birincisi, o, doğulanda; ikincisi, dünyadan köçəndə. Əgər o, doğulmasaydı, kommunizm--bolşevizm və bolşevik inqilabı olmazdı. Əgər o, ölməsəydi, kommunizmin məh-vini və həyata keçmədiyini böyük bir realist kimi anlayıb öz enerjisini başqa is-tiqamətə yönəldərdi».

Ə. Fətəlibəyli bu məqaləsində sosialist quruluşunun ciddi nöqsanlarını göstərir və haqlı əsaslandırır ki, kommunist inqilabı başqa ölkələrdə baş tutma-dı. Bu müddətdə həmin dövlətlərdə orta təbəqə artdı, möhkəmləndi və varlandı. Maraqlıdır ki, Ə.Fətəlibəyli  bu yazısında bolşeviklərin nəzəriyyəsini tənqid edərkən bir çox tanınmış filosofların əsərlərini, ideyalarını da təhlil edir. Məsə-lən, Feyerbaxın materialist təlimlərindən danışarkən onun Hegelə münasibətin-dəki nöqsanları da göstərir.

Ə. Fətəlibəyli  «Kommunizm xalqlara həyat təmin edə bilərmi?» məqaləsi Sovet gerçəkliyinin tənqidi baxımından dəyərlidir. Azərbaycan Milli Birlik Məclisinin birinci sessiyasındakı çıxışını sonradan bu adla nəşr etdirən Ə. Dü-dənginski kommunizmi bir nəzəriyyə olaraq təhlil etdikdən sonra belə qənaətə gəlir: «Kommunizm nəzəriyyəsi hələ Rusiya inqilabına qədər həyatda inkar edilmişdi. Hakimiyyəti ələ keçirən Lenin onu yalnız NEP-lə (Yeni Iqtisadi Siya-sət) qoruyub saxlaya bildi ki, bu da bütünlüklə kommunizmdən uzaqlaşmaq demək idi. Nə vaxt ki, dünya proletar inqilabı özünü doğrultmadı, Avropa xalqlarının geniş inkişaflı milli hissləri buna imkan vermədi və Türkiyədəki mil-li azadlıq hərəkatı milli inqilabla başa çatdı, onda Lenin partiyadakı ideoloji parçalanmanı və Sovet hökumətinin mövcudluğunu dünya qarşısında qorumaq üçün «Bir ölkədə sosializmin qurulmaq imkanları» nəzəriyyəsini irəli sürdü».

Ə. Fətəlibəyli «SSRI-yə qarşı psixoloji müharibə haqqında» olan əsərində isə Qərb-SSRI münasibətlərini ciddi təhlil edir. Kommunist rejiminə qarşı mü-haribənin vacibliyindən danışan Ə. Fətəlibəyli məqaləsini belə yekunlaşdırır: «SSRI-yə qarşı psixoloji müharibənin digər növləri aşağıdakılardır: «iqtisadi tədbirlər, Marşall planı, Trumen doktrinası, qərb ölkələrinin birgə diplomatik fəaliyyəti, Atlantika Paktı və s. SSRI-yə qarşı psixoloji müharibənin ən öldürü-cü zərbəsi Vahid Azad Dünya Uğrunda Hərəkat olacaq ki, onun da əsasını Amerika Komitəsi ilə əməkdaşlıq edən Sovet xalqlarının Azadlığı Liqası təşkil edəcək».

Ə. Fətəlibəyli məqalələrində Sovet dövlətinin siyasətini kəskinliklə tənqid edir, onun iç mahiyyətini göstərirdi. O, «Kreml hürr dünyanın gözü önündə hürriyyət əleyhinə «Xalqlar» Konqresi çağırdı» adlı yazısında Moskvanın tə-şəbbüsü və maddi yardımı ilə 1952-ci ilin dekabrın 12-də Vyanada keçirilən «Xalqların Sülhü Müdafiə» Konfransını «Politbüronun» növbəti oyunu adlan-dırırdı. 

Göstərirdi ki, Sovet dövləti əslində bu konfransla öz daxili və xarici siya-sətindəki neqativ cəhətləri pərdələmək məqsədi güdür. Ə. Fətəlibəyli fikrini belə yekunlaşdırırdı: «Dağınıq halda olan antikommunsit ictimai təşkilatlarının bir-ləşərək tək və hürr bir dünya uğrunda böyük bir hərəkət yaratmalarının zamanı artıq gəlmiş. Bu hərəkət bütün dünya hürriyyəti uğrunda Sovet imperializminə qarşı amansız hərəkətə keçməlidir». 

Ə. Fətəlibəyli «Sovet-Fin hərbi» əsərində isə sovet dövlətinin bəzi gizli hərbi planlarını açıqlayırdı. Göstərir ki, Qızıl Ordunun Siyasi Idarə müdiri Kremlin tapşırığını ifadə edərək bildirirdi ki, almanlar Polşanı 18 gündə məğlub etdi, biz isə 3 milyon 800 minlik Finlandiyanı bir həftəyə məğlub etməliydik ki, bütün Avropa bizə baş əysin. Lakin bunun əksinə olaraq Sovet qoşunları finlə-rin qəhrəman müqaviməti ilə üzləşdilər, tezliklə 7-ci ordunun rəhbərliyi də də-yişdirildi. Bu, Sovet Ordusunda ciddi problemlərin olduğunu göstərirdi. Ə. Fə-təlibəyli yazırdı: «Bütün dünya Fin əsgərlərinin qəhrəmanlığına heyran idi. Fin-lərin həyatı və zəhmətsevərlikləri daha artıq heyranlığa layiqdir».
Ə. Fətəlibəyli  «Kommunizm - utopiyadır» məqaləsində öz fikirlərini «P-roletar diktatorluğu», «Proletarlaşma və dövlət nəzəriyyəsi», «Diamat» bölmə-lərində qruplaşdırır, geniş təhlillər aparır, kommunizmin nəzəri fikirlərinin mənasızlığını göstərir və yazırdı: «Əgər cəzalandırdığı Sovet xəncəri kommu-nizmin özünə büsbütün zidd olan hansı bir forma yaradardı, əcəba? Şübhəsiz ki, bu forma bütün insani hürriyyətləri ehtiva edən kommunizmə daban-dabana zidd olan demokrasi olacaqdı».
Ə. Fətəlibəyli yazılarında Azərbaycan legionerlərinin vətənimizin azadlığı və müstəqilliyi uğrunda döyüşən insanlar olduğunu daima vurğulayırdı. Onun general Lazar Biçeraxova yazdığı açıq məktubda bu məqamlar belə açıqlanırdı: «Stalin Hitlerlə Polşanı bölən, Baltik ölkələrinin müstəqilliyini əlindən alan, Finlandiyanı darmadağın edən vaxt biz nəfəsimizi içimizə çəkib Ingiltərə, Fran-sa, Skandinaviya və b. Avropa ölkələri tərəfindən SSRI-yə qarşı müharibə baş-lanacağını gözləyirdik. Biz o vaxt həm Stalinə, həm də Hitlerə qarşı onlarla tə-bii müttəfiq ola bilərdik. Lakin... məsələ başqa cür oldu. Qərb ölkələrinin vətən-pərvərlik borcu onları SSRI, bizi isə Almaniya ilə bağladı. Bizim xatirimizə Qərb dövlətləri Kremllə ittifaqdan imtina etmədikləri kimi biz də onların xatiri-nə, atalarımızın ənənələrini tapdalayıb xalqımızı kölə halına salmış Böyük Ru-siya və Sovet Ittifaqı uğrunda vuruşa bilməzdik».

Nəsiman Yaqublu
Tarix elmləri doktoru, professor

Oxşar xəbərlər
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı