Elçin Şıxlı: \"Televiziya hər şeyin gözəl olduğunu göstərmək üçün deyil\"
Oxunub: 1968
07 Jul 2020 | 18:06
Elçin Şıxlı:  \

Növbəti televiziya mövsümü sona çatır. COVİD-19 bütün sahələrə olduğu kimi, teleməkana da təsirsiz ötüşmədi. Bu təsir özünü televiziyalara münasibətdə də göstərdi. Sosial medianın dominantlığının artdığı indiki şəraitdə pandemiya yeni tendensiyanı ortaya çıxardı – daha çox sosial şəbəkələrdən məlumat almağa üstünlik verən izləyici, oxucu yenidən ekran qarşısına qayıtdı, televiziyanı daha ciddi xəbər mənbəyi kimi qəbul etdi.
Azərbaycan Televiziyası üçün də gərgin bir mövsüm geridə qaldı. Bəs ictimai fikir nədən ibarətdir – Ana Televiziya adlandırılan AzTV öz işinin öhdəsindən nə qədər gələ bildi? Tanınmış ictimaiyyət nümayəndələri növbəti mövsümdə telekanladan nələr gözləyirlər?

Sorğuda bu suallara cavab axtarmışıq.

 

Cahangir Məmmədli (Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor):
- Azərbaycan Televiziyası son 1-2 ildə  hətta heç bir televiziyada olmadığı qədər yeniliklərə imza atıb. Xüsusilə maarifləndirici proqramları  - “Hədəf”, “Çıxışa doğru” kimi verilişləri qeyd edə bilərəm. Televiziyanın yeni formatları nümunə yaradır. Maarifçilik pandemiya dövründə çox əhəmiyyətlidir. AzTV bu baxımdan infodemiyaya şərait yaratmaması ilə seçilir.
İnanıram ki, son mövsümdə yenilikləri ilə teleməkanda iz buraxan AzTV bu istiqamətdə işini davam etdirəcək. İnternet telekanalların göbələk kimi artdığı indiki şəraitdə xaricdən Azərbaycana qarşı yönəlmiş informasiya təzyiqində AzTV-nin əks-cəbhə kimi rolu olduqca vacibdir.

 

Elçin Şıxlı (Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru):

- Azərbaycan Televiziyasında cüzi də olsa, dəyişiklik hiss edirəm. Müəyyən çalışmalar, cəhdlər var. Ancaq gözləntilərim ondan ibarətdir ki, plülarizm təmin olunsun, televiziya daha cəsarətli olsun. Başa düşürüəm, AzTV dövlət televiziyasıdır. Amma yuxarılardan gələn derektivləri olduğu kimi tətbiq etmək olmaz, jurnalist bu işi bildiyi kimi – peşəkar kimi etməlidir. Televiziya hər şeyin gözəl olduğunu göstərmək üçün deyil. Televiziyanın fəaliyyəti iadərçilərə də kömək etməlidir – həqiqəti bilmək və doğru qərarlar qəbul etmək baxımından. AzTV-dən növbəti mövsümdə daha cəsarətli və rəngarəng olmağı gözləyirəm. 

 

Hikmət Babaoğlu (Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor):

- Çoxillik, zəngin efir ənənələri olan Azərbaycan Televiziyası son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymağı bacarıb. Bu mərhələ üslub fərqi, yeni yanaşma tərzi, hadisələrə obyektiv təqdim etmə forması ilə və eyni zamanda, informasiya istehlakçısının  zövqünü təmin etməklə seçilir. Düşünürəm ki, bu, Azərbaycanın ən böyük auditoriyaya malik olan kanallardan birinin əldə etdiyi ciddi nailiyyətdir. Azərbaycan Televiziyası istər əyləncə və şou proqramlarında yeni keyfiyyət mərhələsinə keçdi, istərsə də xəbər və analitik veriliş siyasətində xeyli dəyişikliklər əldə edə bildi. Eyni zamanda, bu böyük kollektivin gəncləşməsi prosesini, yeni çağırışlara uyğunlaşmasının şahidi oluruq ki, bütün bunlar tamaşaçının da diqqətindən yayınmır. Əminəm ki, bundan sonrakı mərhələdə də Azərbaycan Televiziyası daha böyük uğurlara imza atacaq.

 

Jalə Əliyeva (Milli Məclisin deputatı):

- Azərbaycan Televiziyası bu mövsümdə də çox sayda ilklərə imza atdı, böyük bir tamaşaçı auditoriyasını ekran qarşısına cəlb etdi. Azərbaycan Televiziyası bu mövsümdə həm də fədakarlıq nümayiş etdirdi – bütün dünyanı silkələyən COVİD-19 pandemiyası şəraitində bu bəladan maksimum az itki ilə çıxmağımız üçün səfərbər olan, atdığı addımlarla vətəndaşın yanında olan Azərbaycan dövlətinin, dövlət başçısı cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq, günün 24 saatı vətəndaşları məlumatlandırmaq və maarifləndirmək üçün Azərbaycan Televiziyasının bütün komandası ayaq üstdə qaldı, dövlətimizin, xalqımızın yanında oldular. Həkimlərimiz, polislərimiz kimi mətbuatımız, televiziyamız da bu aylarda qəhrəmanlıq göstərdi.

 

Qulu Məhərrəmli (Media məsələləri üzrə ekspert, professor):

- Televizya məkanında gedən dinamik proseslər AzTV-də də hiss olunur. Yaxşı haldır ki, efirdə açıq müzakirələr də aparılır. Ancaq bu müzakirələrin sərhədlərinin genişlənməsini, azadlıq və sərbəstliyin artırılmasını arzu edirəm. Nəzərə almaq lazımdır ki, cəmiyyət yarımçıq həqiqəti qəbul etmir. Əlbəttə, AzTV-də inkişaf var, ancaq nöqsanlar da var. Tezliklə televiziyanın bu nöqsanlardan azad olunmasını istərdim.

 

Rauf Arifoğlu (“Yeni Müsavat” Media Qrupunun rəhbəri):

- Ölkəmiz üçün ağır dönəm sayılan karantin günlərində AzTV mötəbər və dürüst  informasiya qaynağına çevrildi, insanlarımızın istinad nöqtələrindən biri olmağı bacardı. Canlı skayp bağlantıları, aktual mövzulara dair açıq müzakirələr, peşəkarlığın ön plana keçirilməsi bu televiziyaya, onun efirinə marağı artırdı. Əvvəlki kimi, efirdə monotonluq yoxdur. Ölkənin  bütün siyasi spektri, bütün fikir cərəyanlarının təmsilçiləri burada özünü ifadə imkanı əldə edib. Bu, böyük uğur və lazımlı istiqamətdir. Gələcək üçün AzTV-dən canlı yayım konseptindəki verilişlərin sayını artırmağı gözləyirəm. Bir də, cəmiyyətdəki rəy liderlərinin AzTV efirində tez-tez görünməsini, onların iştirakı ilə "açıq oturum", müzakirə janrında proqramların hazırlanmasını arzulayıram.

 

Vüqar Zifəroğlu (BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri üzrə elmlər doktoru):

- Son mövsümdə Azərbaycan Televiziyası həm auditoriyasını genişləndirə bildi, həm də reytinqini yüksəltdi. Televiziyanın yayımladığı bir çox ictimai-siyasi proqramlar trenddə birinci yerdə oldu. Bu, son bir neçə ilin ən ən yüksək göstəricisi hesab oluna bilər. Ümumiyyətlə, AzTV-dən son dövrlərdə peşəkarlıq, həm keyfiyyət baxımından edilən dəyişikliklər göz qabağındadır. Mənə elə gəlir ki, heç kim bunu mübahisə predmetinə çevrə bilməz. Televiziyanın əməkdaşlarına bu yolda uğurlar arzu edirəm, inanıram ki, gələn mövsümdə də analitik, sosial-siyasi məzmunlu, maraqlı verilişlərin, tok-şouların sayı daha çox olacaq. Televiziyanın başlıca funksiyalarından biri də cəmiyyəti maarifləndirməkdir. Böyük tarixi inkişaf yolu keçmiş, məktəb ənənəsi olan Azərbaycan Televiziyasının rolu bu baxımdan çox böyükdür. Son dövrlərdə bu məzmunda dəyişikliklərin şahidiyik.

 

Ələsgər Məmmədli (Media məsələləri üzrə ekspert, hüquqşünas)

- AzTV-ni bir media hüququ eksperti olaraq illərdir izləyir, monitoriqn edirəm.  Televiziyalar hüquqa uyğun və media standartlarına, habelə etikasına ciddi əməl edərək efirdə olmalıdır. Lakin AzTV bu standartları gözləmədən sistemli şəkildə sadəcə rəsmi məlumatları və rəsmi tərəfin təşviqatını efirə verirdi və cəmiyyətin maraqlarını təmsil edən tərəflərin balanslı iştirakı yox idi. Son dönəmlər bu baxımdan bir dəyişim hiss edilir. Aktual məsələlər canlı proqramlarda müzakirəyə çıxarılır və cəmiyyətin müxtəlif təbəqlərindən olan şəxslərin mövqelərinə də yer verilir. Gözləntim budur ki, AzTV bundan sonra hətta fərqli siyasi tərəflərin də görüşlərinə yer versin və aktual məsələlərdə iqtidara münasibətindən aslı olmayaraq hər görüşə yer ayırsın. Təsisçisi dövlət olsa da, o, bütün cəmiyyətin TV-si olmağa cəhd etsin və olsun!

 

Osman Gündüz (Azərbaycan İnternet Forumunun prezidenti):

- Əvvəlki dövrlərdə verilişlərdə müşayiət olunan durğunluq ruhu aradan qalxıb. Ən diqqətçəkən məqamlardan biri maraqlı tərəflərin iştirakı ilə canlı verilişlərin təşkili yeni tendensiyadır. Hesab edirəm ki, yeni cəlb olunmuş kadrlar, dinamika AzTv-nin imicini müsbət istiqamətdə xeyli dəyişdirib. Amma əlbəttə, demək olmaz ki, AzTV tam olaraq dəyişib və rəqabətədavamlı, nəhəng informasiya resursuna çevrildi – bu, tez olardı. Arzu edirəm ki, bu televiziya xarici telekanllarla rəqabət apara biləcək səviyyəyə gəlib çatsın. Bu gün dünyada qlobal informasiya savaşı gedir və düşünürəm ki, televiziya öz imkanlarından, ona ayrılan dövlət qayğısından istifadə edərək, rəqabətqabiliyyətli informasiya resursuna çevrilə bilər.

 

Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti):

- AZTV-də aparılan islahatlar kanalda həm məzmun, həm də vizual baxımdan müsbət keyfiyyət dəyişikliklərinə gətirib çıxarıb. AZTV-nin ictimaiyyət, vətəndaş cəmiyyəti və ekspert icması üçün qapılarını açması, daha geniş auditoriyaya xitab etməyə can atmasını yüksək qiymətləndirirəm. Mədəniyyətimiz, tariximiz, ədəbiyatımız, musiqimiz, teatr sənətimzlə bağlı yeniliklər, keçmiş təcrübə ilə əlaqədar AZTV çox yüksək peşəkarlıqla verilişlər, sənədli filimlər hazırlayır. COVİD-19-la mübarizə çərçivəsində kanal maarifləndirmə, əhalinin obyektiv məlumatlandırılması üçün çox çalışır. Yaxın perspektiv üçün izləyiclərə fərqli nöqteyi-nəzərləri əks etdirən fikir mübadiləsi, diskusiyalara daha geniş yer verən talk-şou tipli verilişlər hazırlanmasını zəruri hesab edirəm. Həmçinin xəbər xidmətinin daha geniş spektri əhatə etməsini arzulayıram.

 

Çingiz Abdullayev (Xalq yazıçısı):

- Son bir ildə hamımız AzTV-də böyük dəyişikliklərin şahidiyik. Çox maraqlı, təcrübəli, gənc insanlar gəlib kanala. Görürük ki, dəyişməyə çalışırlar və nail olurlar. Arzu edirəm ki, bundan da böyük zirvələrə qalxsınlar. Özüm “Ağ&Qara”nın, “Bakı Nadejda ilə” verilişlərinin qonağı olmuşam. Tezliklə koronavirus problemi yer üzündən yoxa çıxsın, biz də qayıdaq əvvəlki həyatımıza. Proqramlarımızda ürəkaçan mövzulardan danışaq, koronavirus statistikası verməyək.

 

Günel Anarqızı (Yazıçı, “Bakı Kitab Mərkəzi”nin rəhbəri):

- AzTV yaxşılığa doğru dəyişib, son zamanlar daha çox yeniliklər, kreativ yanaşma, ümumilikdə yaradıcı yanaşma qabarıq şəkildə gözə çarpır. Bu, yeni rəhbər, yeni menecmentin uğurudur. AzTV hələ inkişaf edəcək, müsbət dəyişiklər görəcəyik.

 

Mənsum İbrahimov (Xalq artisti):

- AzTV ailəmlə birgə oturub rahat şəkildə baxa biləcəyim bir televiziyadır. Təbii ki, hər zaman da milli-mənəvi  dəyərlərə yüksək qiymət verən peşəkar komandası var. Yeniliklər də göz qabağındadır. Həm də Bədii Şuranın üzvü kimi deyə bilərəm ki, AzTV gözümüzün qabağında hər gün dəyişməkdədir. Təbii ki, birdən-birə ideal ola bilməz hər şey. Çatışmayan detallar da var hələ ki. Karantin düvründə çox operativ çalışmaları xüsusi diqqətə layıqdir.

 

Nurəddin Mehdixanlı (Xalq artisti):

- Bu gün Azərbaycanımızda ciddi dəyişikliklər, islahatlar baş verir. Bu, təbii ki, Azərbaycanın dövlət olaraq daha möhkəmlənməsinə xidmət edən islahatlardır. Könül istərdi ki, bunlar davam etsin.  Həmin islahatlar, həmçinin, Azərbaycan teleməkanında da gedir. O cümlədən də bizim ilk TV – AzTV-nin  fəaliyyətində də  ciddi dəyişikliklər baş verir və bu, bizi sevindirir. Mən bir sənət adamıyam və mənim üçün bu sahədə görülən işlər çox maraqlıdır”.

 

Mehriban Ələkbərzadə (“Yuğ” teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi):

- Düşünürəm ki, son zamanlar Azərbaycan Televiziyası öz böyük ve uğurlu dəyişiklikləri, yeni təqdimatları, gündəmin əsas (istər siyasi, istər sosial, istərsə də mədəni) hadisələrinə kreativ baxışları ilə son 10 ildə ilk dəfə diqqəti bu qədər özünə cəm edə bilib. Sanki illərdir baxmağı arzulamadığımız AzTV... Artıq  yeni siması ilə tamaşaçısını özünə qaytarır. Azərbaycan Televiziyasına rəhbərliyin gənc və enerjili şəxsə tapşırılması elə dinamik dəyişikliklərdə özünü göstərdi. Cağdaş dünyamıza açılan uğurlu pəncərələr (yeni və zövqlü proqramlar, canlı verilişlər) bu gün ölkə TV kanalları içində həm də xüsusi zövqü ile seçilir. Xüsusi olaraq pandemiya şəraitində maarifləndirmə işi olduqca tədqirəlayiqdir.

 

İradə Tuncay (“Ədalət” qəzetinin baş redaktoru):

- AzTV ölkənin bir nömrəli kanalıdır və əsas yükün onun üzərin düşməyi də təbiidir. Mütləq mənada, əlbəttə ki, dəyişib. Birdən-birə nəyisə dəyişmək, alt-üst edib, dağı dağ üstünə qoymaq olmur və təbii ki, mümkün deyil”.

 

Faiq Ağayev (Xalq artisti):

- Azərbaycan teleməkanının qocaman, ağsaqqal kanalı - doğma AzTV son ildə etdiyi dəyişikliklər ilə sonsuz sevindirir məni. Tamaşaçı sevgisini keyfiyyətli, zövqlü verilişlər ilə halalcasına qazanır. Sükanı belə saxlayın, əziz peşəkarlar! Uğurlarınız hamımızın nailiyyətidir, biz birlikdə güclüyük!”

 

Hacı Şahin (Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı):

- AzTV hər zaman bir məktəb, nümunə olub. Televiziyamızın ən peşəkar təmsilçiləri, əsasən, bu məktəbin yetirmələridir. Son bir ildə isə dövlət kanalındakı dəyişikliklər, yeni format və yeni layihələr tamaşaçı zövqünü oxşayır. Şəxsən özüm də AzTV-də yayımlanan bir neçə verilişi sevə-sevə izləyir və yeni buraxılışı gözləyirəm. Gənc kadrlar yaşlı televiziya ustadlarının layiqli xələfləri olduğunu sübut etdilər. Ümid edirəm ki, ölkənin bir nömrəli kanalı heç vaxt reytinqə qaçmayacaq, tamaşaçıda yüksək zövq formalaşdıracaq, hər zaman peşəkarlıq və yaradıcılığın etalonu olacaq.

Oxşar xəbərlər
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı