\"Görünür, Fondun da istəyi odur ki, daha sanballı qəzetlər çap olunsun...\"
Oxunub: 2652
06 Jul 2020 | 10:48
\
Moderator.az “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin yenisabah.az saytına müsahibəsini təqdim edir:

- Rəşad müəllim, KİV DF-nin elan etdiyi müsabiqənin qaliblərinin siyahısında “525-ci qəzet” də var. Amma bu, heç kimi təəccübləndirmədi. Çünki siz həmişə müsabiqələrdə qalib olmusunuz...

- Hər halda sən yaxşı müşahidəçisən və ümumi fikri təcəssüm etdirən juranlistlərdən birisən. Sən elə düşünürsənsə, yəqin elə görünür. Amma mən bir müddət əvvəl müsahibələrimin birində də demişdim ki, özümü məğlub adam sayıram. Məğlub adam olmaq məsələsini gələcəkdə səninlə daha geniş aspektdən müzakirə edərik. Bunun kökləri, mənim keçirdiyim hisslər başqa söhbətin mövzusudur. Mətbuatda qalib kimi görünürəmmi? Müstəqil mətbuatın ilk qaranquşları sırasında “525-ci qəzet”in də adı çəkilir. Azərbaycanın nüfuzlu insanları “525-ci qəzet”i məktəb adlandırırlar. 

Biz çətin, məşəqqətli yollar keçmişik. 1998-ci il qəzetin çox parlaq dövrü idi. Bizim illik dövriyyəmiz 700 min manata çatmışdı. Fkirləşirdik ki, qarşıdakı illərdə də bu temp davam edəcək və “525-ci qəzet” daha da inkişaf edəcək. Biz bu inkişafı nədə görürdük? Həmişə arzum olub ki, Azərbaycanda 100 səhifəlik qəzet çıxsın. 1998-ci ildə Amerikada olanda orda 100 səhifəlik qəzet görüb, çox heyrətlənmişdim. Düşünürdüm ki, qəzetin dövriyyəsi, iqtisadi gücü artdıqca, işçilərimizin da maaşı artacaq, maddi vəziyyəti yaxşılaşacaq. O vaxt jurnalistikanın gələcəyi parlaq görünürdü. 

Sonra tale elə gətirdi ki, həm qəzet satışı, həm reklam bazarı məhdudlaşdı və biz dövlətin dəstəyinə ehtiayc duyduq. Bu barədə fikirlərimi həm ümummilli lider Heydər Əliyevlə, həm də Prezident İlham Əliyevlə görüşdə iki dəfə bildirmişəm. Demişəm ki, siz yazılı mətbuatı məhv olmaqdan xilas etdiniz. Amma mənim 100 səhəfəlik qəzet buraxmaq arzum elə arzu olaraq da qaldı. Bu vəziyyətdə qalib sayılırammı? Buna sən özün qərar verərsən. 

Amma keçən ilin mart ayında KİV Fondu bizim qəzeti ikinci kateqoriyaya daxil edib, həftədə 3 dəfə çıxmağına qərar verəndə, mən dərin böhran keçirdim. O vaxt fikirlərimi ayrı-ayrı məsul şəxslərə bildirsəm də, bunu ictimaiyyətə açıqlamağı məqsədəuyğun saymadım. Amma içimdə bir inam vardı ki, “525-ci qəzet”, onun tarixi, keçdiyi yol, qarşısına qoyduğu vəzifələr, ən əsası da maarifçilik missiyası iflasa uğramamalıdır. Güman ki, bunu duyanlar, dəyərləndirənlər oldu. Arxada qalan 1 il 3 aylıq dövrdə bir az fasilə oldu. Gündəlik qəzet buraxmağa vərdiş etmiş kollektiv iki gündən bir işləyəndə, bir az əl-qolumuz soyudu. Yenidən gündəlik nəşrə qayıtmağımız dostlarımızı sevindirdi. Çox adam bizi təbrik etdi. Həm onlara, həm də Fondun rəhbərliyinə təşəkkür edirəm.

- KİV Fondunun yeni şərtləri sizi qane etdimi? Qurumun ədalətli qərar qəbul etdiyinə əminsinizmi?

- KİV Fondunun yeni icraçı direktoru Əhməd İsmayılovla bir dəfə görüşmüşük. Aramızada səmimi söhbət oldu, fikir mübadiləsi apardıq. O, fikirlərini dilə gətirdi, mən yazılı mətbuatın taleyilə bağlı düşüncələrimi bölüşdüm.  Əhməd İsmayılov mənə xoş təsir bağışladı. Gənc olsa da, məsul vəzifəyə təyin olunub. İnanıram ki, vəzifəsinin öhdəsindən layiqincə gələcək. Yeni şərtlər elan olunanda demişdim ki, texniki məsələlər, xüsusilə sənəd işləri bir az yüngülləşdirilməlidir. Bu məsələyə dərhal reaksiya verildi. Deyildi ki, gələcəkdə prosedur daha da sadələşdiriləcək. 

Açığı, “525-ci qəzet” kimi tarixi, ənənələri olan bir mətbu orqanın yazılarının ayrı-ayrı ekspertlər tərəfindən qiymətləndirilməsi bizə qəribə gəldi. Amma bu da bir yenilik idi. Nəticədə, müsabiqədə qalib gəldik. Və qalib olduğumuz istiqamətdə məqalələr hazırlanaraq, qəzetdə dərc olunacaq. Bunlar gündəlik işlədiyimiz mövzular olduğu üçün hər hansı əndişəmiz yoxdur. Fərdi jurnalist müsabiqəsində də yeniliklər olub. Mən bu yenilikləri də müsbət qiymətləndirirəm. Əvvəllər bu sahədə müəyyən məhdudiyyətlər vardı. 

Artıq həmin məhdudiyyətlər aradan qalxıb. İndi ən müxtəlif sahələrdə çalışan jurnalistlər müsabiqəyə yazı təqdim edə bilərlər. Ümid edirəm ki, Milli Mətbuat Günü ərəfəsində nəticələr elan olunanda biz indiyə kimi adını qaliblər sırasında görmədiyimiz şəxslərin də mükafatlandırılmasının şahidi olacağıq. İnanıram ki, bu yeniliklər peşəkarların önə çıxmasına səbəb olacaq.

- Bir neçə il əvvəl ən azı 38 qəzet müsabiqənin qalibi olurdu. Hazırda cəmi 18 qəzetə etimad göstərilib. Məsələyə bu kontekstdən yanaşanda, çap mətbuatının gələcəyini necə görürsünüz?

- Sosial şəbəkələr mövcud olmayanda, çap mətbuatının gələcəyinə nikbin baxırdım. Sosial şəbəkələr yaranandan sonra düşündüm ki, yaxın gələcəkdə qəzetlərin kağız variantına ehtiyac olmayacaq. Yeni medianın yaranması medianın formasının dəyişməsinə səbəb oldu. Kino çəkilməyə başlayanda da oxşar situasiya yaranmışdı. O vaxt da deyirdilər ki, teatr sıradan çıxacaq. Buna rəğmən, mən ənənəvi medianın tədricən sıradan çıxacağına şübhə etmirəm. Texnoloji inkişaf bunu qaçılmaz edir. 

Bu baxımdan Fondun maliyyələşdirdiyi qəzetlərin sayının azalması təbiidir. Görünür, Fondun da istəyi odur ki, daha sanballı, həm görünüş etibarıyla, həm də məzmunca daha dolğun qəzetlər çap olunsun. Bu prosesin davam edəcəyini düşünürəm.

- Siz 8 il KİV Fondunun Müşahidə Şurasının üzvü olmusunuz. KİV DF-nin daha effektiv fəaliyyət göstərməsi, fərdi jurnalist müsabiqələrində obyektivliyin təmin olunması üçün hansı təklifləri vermisiniz?

- Səkkiz il Fondun Müşahidə Şurasının üzvü olmuşam və xeyli təkliflər vermişəm. Hətta yadımdadır ki, ikinci və üçüncü yerləri tutan jurnalistlərə diplom verilməsini dayandırmağı da mən təklif etmişəm. Elə jurnalist var ki, evində 10 diplom var. Bilirsiniz, əvvəlki rəhbərlik balanslı siyasət yürüdürdü. Çalışırdı ki, əsas mətbuat orqanlarının hamısının əməkdaşları qalib oslun. Düzdür, elan olunmuş şərtlər üzündən bəzi jurnalistlər müsabiqəyə qatıla bilmirdi. Mən bunu ədalətsiz sayırdım. Dəfələrlə təklif etmişdim ki, bəlkə elə bir variant tapaq ki, özlərinin də xəbəri olmadan bayramlarda peşəkar jurnalistləri mükafatlandıraq. Tez-tez özüm ekspert olurdum. Gücüm ona çatırdı ki, məni heyrətləndirən yazılara yüksək qiymət verib, onların qalib olmasını təmin edirdim. 

Amma yeni şərtlər imkan verəcək ki, real rəqabət mühiti yaransın. Əvvəlki balanslı siyasət, yəni hamını razı salmaq niyyəti ortadan qalxacaq. İndi daha keyfiyyətli yazıların uğur qazanması mümkün olacaq. Əvvəllər nüsabiqəyə təqdim olunan yazıların 90 faizi şablon idi. Məqalələrin əksəriyyəti bir-birini təkrarlayırdı. Bu isə sağlam rəqabət mühitini zədələyir, jurnalistlərdə pessimist ovqatın yaranmasına səbəb olurdu. Jurnalist fikirləşirdi ki, bu dəfə mükafat almışamsa, gələn dəfə mənə yer verməyəcəklər. Hesab edirəm ki, indi daha münbit şərait yaranıb. Özünə güvənən, yazdığı mövzunu daha geniş əhatə edən jurnalistlərin qalib olmaq şansı daha yüksəkdir. Buna görə də bütün jurnalistləri həm indiki, həm də gələcəkdə keçiriləcək müsabiqələrdə daha fəal iştirak etməyə səsləyirəm.

- Milli Mətbuat Günü ərəfəsində jurnalistlərin mükafatlandırılması gözlənilir. Rəhbərlik etdiyiniz redaksiya fəxri ad almaq üçün kimlərin namizədliyini irəli sürəcək. Bu dəfə ədalət prinsipinin qorunacağına inanırsınızmı? Yoxsa, əvvəllər olduğu kimi yenə dost-tanış, qohum-qardaş irəli çəkiləcək?

- Ədalətsizliklərin olmasıyla bağlı deyilənlərin müəyyən qismiylə mən də razılaşıram. Ola bilsin ki, haqqı olmayan hansısa insanlar, ev alıblar, fəxri ad alıblar, amma haqqı çatan jurnalistlər kənarda qalıblar. Amma bu, ümumi prosesdə 5-10 faiz təşkil edir. Amma mətbuata dövlət qayğısından danışanda həmişə ümummilli lider Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğını xüsusi qeyd edirəm. 2013-cü ildə iki dəfə Prezident İlham Əliyevlə görüşdə iştirak etdim. Hər iki tədbirdə çıxış edib, jurnalistlərə göstərdiyi qayğıya görə dövlət  başçısına minnətdarlığımı bildirdim. Həm jurnalistlərin mənzil vəziyyətinin yaşılaşdırılması məqsədilə çoxmərtəbəli binaların inşası, həm də yazılı mətbuata dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması təqdirəlayiq haldır. 

Mən hələ 1999-cu ildə Heydər Əliyevlə görüşdə demişdim ki, jurnalistlərin məvacibi azdır. Onlar aldıqları maaşla özlərinə ev ala bilmzələr. Amma İlham Əliyevlə görüşdə dedim ki, artıq arzular, xəyallar gerçəkləşir. Təəssüf ki, sonradan jurnalist adına iddia edən xeyli adam ortaya çıxdı. Adam heyrət edir ki, bunlar hardan çıxdı. Hesab edirəm ki, həqiqi jurnalistlərin əməyinə qiymət verilməlidir. Ehtiyacı olanlara ev verilməlidir, haqqı çatıb fəxri ad almayanlara fəxri ad verilməlidir. Güman  edirəm ki, müxtəlif səbəblərdən kənarda qalan adamlar bu dəfə layiq olduqları qiyməti alacaqlar. Ədalət prinsipinin gözləniləcəyinə əminəm. 

Mən həmişə ədalətin qalib gələcəyinə inanmışam. Bizim qəzetdə də xeyli təcrübəli və istedadlı əməkdaş var. Onların bəziləri fəxri ad alıb. Biz haqqı çatan jurnalistlərin namizədliyini irəli sürəcəyik. Və əminəm ki, bizim bu qərarımız cəmiyyət tərəfindən müsbət qarşılanacaq. 

Mətbuatın 145 illiyinin dövlət tərəfindən qeyd olunması çox mühüm hadisədir. Biz düşünürdük ki, pandemiya ilə əlaqədar mətbuatın yubileyi arxa planda qalacaq. Amma Cənab Prezident buna imkan vermədi, milli mətbuatımızın yaranmasının 145 illiyinin dövlət səviyyəsində qeyd olunmasıyla bağlı sərəncam imzaladı. Buna görə də Prezident İlham Əliyevə təşəkkür edirəm.
Oxşar xəbərlər
13:00, Bu gün
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:48, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:46, Bu gün
Azərbaycan-Bolqarıstan sənədləri imzalandı
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:36, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:24, Bu gün
"Real" "Bavariya"nı qəbul edəcək - Çempionlar Liqası
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 13:38
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 14:34
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
07 May 2024 | 13:21
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 13:38
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 14:34
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
07 May 2024 | 13:21
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB