3M və ya VƏTƏNDAŞ ANLAYIŞI...
Oxunub: 1581
05 Jul 2020 | 12:56
3M və ya VƏTƏNDAŞ ANLAYIŞI...
Əkbər QOŞALI

Bu gündən respublikamızda “COVİD-19” pandemiyası ilə bağlı daha yeni bir dönəm başlayır – paytaxt Bakı başda olmaqla, ölkəmizin bir çox şəhər və rayonunda ciddi karantin rejimi uzadılır, yeni qadağalar, qaydalar qüvvəyə minir. Nəzər alsaq ki Bakı respublikanın döyünən ürəyidir, üstəlik, ikinci və üçüncü böyük şəhərlərimiz də karantin rejiminə tabe tutulur, ayrıca, karantinə tabe tutulan digər şəhər-rayonlarımız fərqli bölgələrimizdə yerləşir... demək, bu karantin rejimi ümum-respublika səciyyəsi da¬şıyır. Ancaq həmən də vurğulamalıyıq: bütün bu qadağalar, məhdudlaşmalar müvəqqəti xarakter daşıyır və pandemiyanın yayılmasının qarşısının alınması işinə xidmət edir. Onu da mütləq vurğulamalıyıq ki, cənab Pre¬zidentin tapşırıqları, şəxsi nəzarəti sayəsində, bu qlobal bəlanın qarşısının alınması məqsədi ilə önəmli işlər görülüb (və görülməkdədir). Mövzuya az-çox bələd olan kəslərin görməsi, etiraf etməsi çətin deyil ki, operativ qərarlara uyğun informasiya-kommunikasiya imkanları – proqram təminatı yaradılıb, yaradılır; maarifləndirmə işi aparılıb, aparılır; həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə “COVİD-19”a qarşı bəşəri mübarizəyə özünəməxsus Azərbaycan töhfələri verilib, verilir; olumlu təşəbbüslər, ideyalar irəli sürülüb, sürülür... 
Məhz cənab Prezidentin birbaşa rəhbərliyi ilə, tez bir zamanda geniş məzmunlu tədbirlər planı hazırlandığını, o planın icrasına başlanıldığını qeyd edərkən, həmin o tədbirlər planında vətəndaşın sağlamlığının düşünüldüyünü deməliyik; eləcə də, qlobal bəladan birbaşa təsirlənən sahələrdə çalışanların sosial durumu və biznesin aktivliyinin qorunması nəzərdə tutulmaqdadır.
Bəs, belə bir ortamda hansı ilkin və ya sabitləşmiş sonucları, ümumiləşdirmələri fərqləndirə bi¬lərik? Başqa nələr diqqəti cəlb edir? Daha hansı tövsiflər vardır? 
İndiyədək həyata keçirilən tədbirlər “COVİD-19”un geniş yayılmasının qarşısını almağa, sosial-iqtisadi aktivliyin tez bir zamanda bərpasına imkan verdi. Bu da, öz növbəsində, əhalinin psixoloji durumuna, sosial ovqatına müsbət, qalıcı izlər bəxş etdi.
Vətəndaş görür ki, digər ölkələrlə müqayisə etsək, respublikamızda daha qabaqlayıcı tədbirlər həyata keçirilib; bu tədbirlər hesabına koronovirusla mübarizə işində uğurlu sonuclar əldə edilib; lakin çox təəsüflər, karantin rejimi yumşalandan sonra yoluxma səviyyəsində günbəgün artım görsəndi. – Rəsmi göstəriclər açıqca bəlli edir ki, təxirəsalınmaz, gözardı edil¬mə¬yəcək vacib tələblərə o qədər də güclü əməl edilməyib, bu da, yoluxma səviyyəsinin artmasına rəvac verib. Təsəvvür edin ki hələ son günlər yenidən ciddi karantin rejiminin tətbiqi hesabına, dinamikada müsbət meyillər güc¬lən¬mək¬dədir; yəni, virusa yoluxma səviy¬yə¬sinin daha da kəskinləşməsinin qarşısı, məhz davamlı preventiv tədbirlər sonucunda alınır. – Siyasi iradə - var, dövlət vəsaiti – var, imkanlı şəxslərin, işadamlarının yardımı – var, ixtisaslı kadrlar – var, xəstəxanalar (o cümlədən) modul tipli yeni xəstəxanalar – var, beynəlxalq ideya və fikir mübadiləsi – var... – necə deyərlər, var da, var! – Bax, bu varlar da öz sırasında, əmin-amanlığın, inamın, əhalinin sağlamlığının var-lığını şərtləndirməkdədir.
Bəli, məhz bu “VAR”ların təmin edilməsi, əldə edilmiş müsbət so¬nucların qorunması, tirajlanması – “COVİD-19”-un geniş yayılmasının qarşısının tam alınması üçün karantin rejiminin yenidən bərpası zərurətini də yaratmış olub. Ötən ayın üçüncü ongünlüyündən başlayan karantin rejimi bu gün tamamlanır, lakin yoluxma səviyyəsi hələ də yüksək olduğu üçün, (daha öncədən məlumat verməklə) karantin 5 iyuldan yenidən uzadılır və ya bugündən etibarən yenilənmiş karantin rejimi tətbiq olunur. 
Yəqin xatırlatmağa xüsusi ehtiyac yoxdur ki “COVİD-19” ölkəmiz üçün spesifik deyil və əldə olan məlumatlar da təsdiq edir ki karantin rejimi yumşaldılan bütün ölkələrdə infeksiyanın yayılması müşahidə olunur. Ona görə də, indi əksər ölkələr karantin rejimini yenidən sərtləşdirir. Əlbəttə, bu məqamda bir daha vurğulamalıyıq ki karantinlər, qadağalar, təcridlər heç də könüloxşayan, qəlbi riqqətə gətirən, hələ-hələ bir qələm adamının öyməli olduğu hadisə deyil; amma, ancaq və lakin bunlar ölümdən yaxşıdır, ağırlaşmalardan, nəfəs kəsilmələrindən, boğulmalardan yaxşıdır! Ən əsası: hamımız idrak edirik ki bu sərt rejimlər əbədi deyil, gecədən gündüz çıxacaq, qaranlıqlar yarılacaq! Və hər birimiz, dövlət babanın məcburən atmalı olduğu addımları anlayışla qarşılamaqla, özümüz də bu işə töhfə verməklə Günəşi, gündüzü yaxınlaşdırmış oluruq. Bunu kim istəməz?.. Gəlin bu məqamda yerəbaxan olmayaq, Günəbaxan olaq... 
Dünyanı gözəllikmi, sevgimi, sənətmi xilas edəcək? – fikirlər fərqlidir, hətta deyərdim, dağınıqdır, bizim bu dağınıqlığı yığıb-yığışdırmağa, bəlkə məsələyə bir qədər səlislik gətirməyə indilərdə (bu darmacalda) elmimiz, eşqimiz çatarmı? – hələ bilmirəm; üstəlik, rəhmətlik Lütfizadənin “qeyri-səlis” nəzəriyyəsi çıxandan bəri, səlislik də məna dərinliyini itirib, sanki... Odur ki, gəlin hələlik, “dünyanı anlayış xilas edəcək” deyək. – Anlayış! – “nə gözəl səslənir bu söz”. – Ustad Bəxtiyar Vahabzadə bu sərzənişli səslənişi VƏTƏNDAŞ üçün etmişdi (Ruhu şad olsun!); olsun – bizim də burdakı, bu dəmki sözümüz VƏTƏNDAŞ ANLAYIŞI olsun..!
Çox da ümumi fikirlərə, fəlsəfi-bədii ricətə varmadan, mövzunun özünə qayıtmaq istərdim. Deməli, karantin rejiminin tətbiqini, uzadılmasını və sərtləşdirilməsini anlayışla qarşı¬lamaq şüurlu, peşəkar vətəndaşlıqdır – rəhmətlik Qalib Əhmədov demiş, vətənkeş¬lik¬dir. – Problem – ümumxalq prob¬lemidir, daha doğrusu problemdən çıxış vəzifəsi ümumxalq vəzifəsidir. Və gözəgörünməz bəla ilə mübarizədən qalib çıxmaq üçün hamı səfərbərolma öhdəliyi daşıyır..! Bu öhdəliyin mənəvi planı, dərinliyi, üfüq qazanması... öz yerində, bununla belə, sadə, sadə, çox sadə və üçcə tələb var ki – onu etmək mümkündür də mümkündür. – Buna 3M də deyə bilərik: 
1) maska, 
2) məsafə,
3) mədəni sanitar(-gigiyenik) davranış!

Əlbəttə, infeksiya qaydalarına əməl edilməsi, yalnız əsgərlərin, çevik polisin – ümumən dövlət orqanlarının nəzarət etməsi ilə deyil, vətəndaş anlayışı və sadədən sadə 3M tələbinə uyum sağ-lamaqla təsirli sonuclara gətirib çıxara bilər. Bu, həm hər bir vətəndaşın fərdi işi, həm də ümumxalq işidir! – Məşhur kəlamda deyildiyi kimi: Hamı bir nəfər, bir nəfər hamı üçün...
Və məhz bu şüura yiyə dursaq, o zaman, pandemiya tez başa çatacaq; çatsın da, zatən, çatsın...

Beləliklə, 
-“COVİD-19”un mövcudluğu kimi, yayılması da spesifik xarakter daşıyır;
-hələlik bu sahədə vahid dünya təcrübəsi, hamı tərəfindən qəbul görmüş elmi sonuc, 
sınaqdan keçmiş vaksin mövcud deyil;
-infeksiyanın yayılmasının qarşısını almaq üçün ən ümumi qəbul görmüş yanaşma, bizim 3M dediyimiz sadə qaydalara hamı tərəfindən (və ciddi!) əməl etməkdən keçir.

Başqa hansı tibbi (elmi) fikirlər daha yayğındır, inandırıcı və məntilidir? –
a) İstənilən epidemiyanın qarşısını almaq üçün onun lokallaşdırlması və izolyasiya edilməsi tələb olunur;
b) Ppandemiyanın qarşısını almaq üçün hər bir xəstənin tapılması, onun müalicəyə cəlb edilməsi vacibdir;
c) Yoluxanların özünü təcrid etməməsi artıq sosial deyil, cinayət məsuliyyətidir..! 

Uzun sözün qısası, çevrəmizdə, məsələn, ictimai nəqliyyatda hamının maska taxmasına ən yaxşı nəzarət çevik polisdən daha çevik reaksiya verməli olan sərnişinlərin özündən keçir. Bu, ictimai nəzarətin bir qolu, ictimai təşviqin ta özüdür. İctimai nəqliyyatı niyə qabardırıq? – məlumunuz, bugündən Bakı metrosu öz işinə yenidən ara verəcək; bu da, avtobuslara tələbatı artırmış olacaq; lakin burada da təlaş keçiriləcək bir hal yoxdur – öncəki karantin dövründə olduğu kimi, əlavə av-tobuslar xəttə buraxılacaq, əhalinin rahatlığı mümkün miqdar təmin ediləcək. (Proses monitorinq olunacaq, sıxlıq olan yerlərə yenə avtobuslar cəlb olunacaq).
Bu sırada, yəqin başqa bir həyati vacib ehtiyaca da qısa vurğu yapmaqda yarar var: bu da, hər bir adi rahatsızlığa görə “Təcili tibbi yardım”a deyil, məhz ərazi üzrə təhkim edilmiş poliklinikalara müraciətlə bağlıdır. Əlbəttə, vətəndaş ev ortamında özünü müalicəyə deyil, məhz peşəkar mü¬da-xiləyə üstünlük verməlidir. Poliklinikaya isə telefon üzərindən müraciət olunması Operativ Qə¬rar-gahın da, TƏBİB-in də, sadə məntiqlə hər birimizin də dediyi, dedirtidiyidir... – Belə olunca, “Təcili tibbi yardım”a müraciət sıxlığını aradan qaldırmaq imkanı genişlənmiş olcacaq. – Bir sözlə, həkim nəzarəti olmadan, müxtəlif dərmanlardan istifadə, əlavə problemlərə yol aça bilər. – Elimizin bu barədə yaxşı sözü var: “Qaşınmayan yerdən qan çıxartmayaq”..!
Koronovirusa yoluxan adamların həkimə müraciət etməməsi, sonradan infeksiyanın yayılmasına, daha çox cana qəsd etməsinə səbəb olur... Deməli, vətəndaşlar ya özünün ya tanıdığı-bildiyi birinin infeksiya ilə yoluxması və ya şübhəli xəstəlik əlamətləri daşıması barədə, aidiyyatı üzrə məlumat verməli və bundan nəinki çəkinməməli, tam tərsinə, bunu bir vicdan borcu bilməlidir. – Həm yo-luxmuş vətəndaşın özünün tez sağalması, həm də, ölkədə infeksiya ilə mübarizəyə dəstək üçün zəruri olan bu yanaşmanın özü də, onun təbliği də... əllə toxunulan, adi gözlə görünən, aydın eşidiləndir... – Bununla da, biz sadə bir həqiqətdən danışmış bulunuruq...
Sonda, gəlin bir daha o fikrə ortaq çıxaq ki pandemiya rejiminə əməl edilməsinin məsuliyyəti hamı tərəfindən dərk olunmalı, ümumvətəndaş anlayışı ilə süslənməlidir.
Tanrı vətəndaşımıza, vətənimizə, dövlətimizə zaval verməsin!
Dövlət bayrağımız da, sağlıq-salamatlıq bayrağımız da uca olsun!
Oxşar xəbərlər
19:23, Bu gün
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
19:11, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
19:05, Bu gün
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
18:59, Bu gün
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
18:55, Bu gün
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
GÜNLÜK
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı