Bu günlərdə erməni mediası və tarixçiləri yeni iddia ilə gündəmə gəlib.
Moderator.az xəbər verir
ki, bu günə qədər müxtəlif qondarma dəlillərlə qədim dövlətçilik və
sivilizasiyaya malik olduqlarını isbat etməyə çalışan ermənilər, bu dəfə “səhra
ilanları” ilə gündəmə gəlməyə çalışıb.
Ermənistanda aparılan tədqiqatlar
nəticəsində aşağı hündürlükdə inşa edilən və iki divardan ibarət olan,
kilometrlərlə uzanan tikililərin aşkar edildiyini bildirən erməni arxeoloqları,
bunun dünya tarixində ciddi əks-səda doğuracağı qənaətindədir. Ermənistandakı “səhra
ilanları”nın Misir piramidalarından belə daha qədim olduğunu bildirən erməni
ekspertləri, bu divarların e.ə. XII-VI minilliklərə aid olduğunu vurğulayıb. Erməni
alimlərinin fikrincə, bu tapıntı Ermənistanın “Misirdən daha qədim və zəngin”
sivilziasiyaya malik olduğunu göstərir.
Araşdırmaçılar hələlik “səhra
ilanları”nın hansı niyyətlə inşa edildiyinin dəqiq bəlli olmadığını, bu və digər
suallara cavab vermək üçün cari ilin sentyabr-oktyabr aylarında yeni tədqiqatlara
start verəcəklərini bildirib.
Məlumat üçün qeyd edək
ki, “səhra ilanları”nın həqiqi tarixi tapıntımı, yoxsa ermənilərin növbəti
quramasımı olduğu hələ bəlli deyil. Lakin indiki Ermənistanın tarixi Azərbaycan
torpağı olduğunu nəzərə alsaq, deyə bilərik ki, əgər həqiqətən də belə bir
tapıntı varsa, bu sivilizasiyanın yaradıcısı ermənilər deyil, bu torpaqların əsl
sahibi olan Azərbaycan xalqıdır.
Seymur ƏLİYEV