"Ramiz Mehdiyev vəzifədə olanda belə danışmırdılar, indi niyə onun arxasınca danışırlar?"
Müsahibə
Oxunub: 2294
30 Jun 2020 | 18:55
Kadr islahatları, yüksək vəzifəli şəxslərin korrupsiya əməllərinin üzə çıxması, bəzi icra başçıları və yüksək vəzifəli şəxslərin cinayət başında yaxalanaraq həbsə atılması son aylar ən çox müzakirə olunan mövzulardandır. Baş verənlərin fonunda iqtidardakı Yeni Azərbaycan Partiyasının (YAP) ünvanına sərt tənqidlər, bu siyasi gücün öz hakim rolunu itirdiyinə dair fikirlər irəli sürülür. Hətta “köhnə qvardiya”nın revanşa hazırlaşdığı barədə iddialar da səslənir.

YAP-ın qurucularından biri və Siyasi Şurasının üzvü, keçmiş deputat, 5 il icra başçısı işləmiş və son 10 ildə işsiz olan Musa Musayev “Press Klub”un mövzu ilə bağlı suallarını cavablandırıb:

– Müstəqilliyin ilk illərində hamımızın böyük arzularımız vardı: güclü dövlət qurmaq, xalqın birliyini təmin etmək, Qarabağ probleminin həllinə nail olmaq, azad, firavan bir cəmiyyətdə yaşamaq…

– Bunların hamısına nail olunub. Yadınızdadırsa, 1993-cü ilin may-iyun hadisələri elə bir vəziyyətə gətirib çıxardı ki, dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi yarandı. Buna görə Azərbaycan xalqı da, o vaxtkı AXC-Müsavat cütlüyünün rəhbərliyi də Naxçıvanda Ali Sovetin sədri olan Heydər Əliyevi bir ağsaqqal, Azərbaycanda hörmət və nüfuza malik şəxs və təcrübəli siyasətçi kimi Bakıya dəvət etdilər. Bundan sonra AXC-Müsavat hakimiyyətinin rəhbərliyi vəzifələrini dondurdular, Elçibəy Kələkiyə getdi, prezidentin səlahiyyətləri ulu öndərə qaldı. Oktyabr ayında isə seçki keçirildi və Heydər Əliyev 99 faiz səslə prezident seçildi. YAP hakimiyyətə gələndə məqsədimiz və məramımız o idi ki, qüdrətli ordumuz, güclü dövlətimiz olsun. Bu gündən o dövrə baxanda görürük ki, arzuların bir çoxuna nail ola bilmişik.

– Amma dövlət müstəqilliyinə qarşı təhdidlər dayanmayıb, dövlət quruculuğu prosesi başa çatmayıb, torpaqlarımız da hələ işğal altındadır…

– YAP hakimiyyətə gələn kimi quruculuq işlərinə başlandı, o cümlədən bu gün 102 yaşını qeyd etdiyimiz qüdrətli ordumuzu formalaşdırdıq. 1994-cü ildə Horadiz əməliyyatını keçirməklə Horadiz şəhəri də daxil, ərazilərimizin bir hissəsini işğaldan azad etdik. Rusiya rəhbərliyinin xahişi, Ermənistan hökumətinin yalvarışları nəticəsində may ayında sülh sazişi imzalandı. Bundan sonra dövlət quruculuğu istiqamətində mühüm addımlar atılmağa başladı, xüsusilə 1994-cü ilin mart və və 1995-ci il oktyabr çevrilişlərinin qarşısı alındıqdan sonra bütün sahələrdə sürətli inkişaf başladı. 2016-cı il aprel döyüşləri isə göstərdi ki, gec-tez Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı düşmən tapdağından xilas edəcək. Cənab prezident dəfələrlə vurğulayıb ki, hətta Zəngəzur və İrəvan əraziləri əzəli-əbədi Azərbaycan torpaqları olub və vaxt gələcək, biz bu torpaqların da sahibliyini özümüzə qaytaracağıq. Mən inanıram ki, biz buna nail olacağıq.

– Vaxtilə prezident Əbülfəz Elçibəy də buna oxşar bəyanatlar səsləndirmişdi. Amma o vaxt onu tənqid edirdilər ki, ölkələrarası düşmənçiliyi dərinləşdirir. Xüsusilə Bütöv Azərbaycan məsələsində…

– Elçibəyin o vaxt Zəngəzur və Göyçə ilə bağlı dedikləri də, Cənubi Azərbaycan arzuları da boş bəyanatlar idi. Onların qurduğu hökumət heç bir il hakimiyyətdə qala bilmədi, çünki vəzifədəki adamlar təcrübəsiz idilər. Çox çəkmədi ki, Elçibəy hökuməti Surət Hüseynovun qarşısında tab gətirə bilmədi, yüksək vəzifə tutmuş adamların hamısı qaçıb dağılışdılar. O vaxt baş prokuroru, daxili işlər nazirinin müavinini, Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavinini və digər yüksək vəzifəli şəxsləri Surət Hüseynov Gəncədə girov götürdü, bəyan elədi ki, AXC-Müsavat cütlüyü hakimiyyətində olan rəhbərləri Azadlıq meydanında dar ağacından asacaq. O dövrdə hakimiyyətdaxili parçalanma vardı, Elçibəy ağıllı addım ataraq Heydər Əliyevin Bakıya dəvət olunmasını təşkil etdi. Şükürlər olsun ki, ulu öndərin hakimiyyətə gəlməsi ilə qardaş qırğınının, müstəqilliyimizin itirilməsinin qarşısı alındı, AXC-Müsavat hakimiyyətinin rəhbərliyi də dar ağacından xilas edildi.

– Elçibəy bəyan edirdi ki, Heydər Əliyevin Bakıya dəvət olunmasında məqsəd yaranmış vəziyyətdən itkisiz və ağrısız çıxmaq, xaosun qarşısını birlikdə almaq idi. Heydər Əliyevin gəlişi ilə ölkədə müəyyən dərəcədə sabitlik yarandı, iqtisadi durğunluq tədricən aradan qalxdı, neft gəlirləri hesabına dirçəliş başladı və bu tendensiya 2014-cü ilədək davam davam etdi. Lakin sonradan proses dayandı, iqtisadi geriləmələr sosial narazılıqlarla müşayiət olunmağa başladı və indi baş verənlər 1990-cı illəri xatırladır. Sanki Azərbaycan cəmiyyəti 27-28 il əvvəlki dövrə qayıdır. O dövrdə baş verənlərə yaxından bələd olan şəxs olaraq bunları görürsünüzmü?  Sizcə, nə baş verir?

– Bu gün Azərbaycan cəmiyyətində baş verənləri heç bir halda 1992-1993-cü illərdəki hadisələrlə müqayisə etmək doğru deyil. Son iki ildə ölkədə ciddi kadr islahatları aparılır, öz şəxsi mənafelərini güdən rüşvətxor məmurlar işdən azad edilir, bəziləri həbs olunur. Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatlarla bəzi korrupsionerlər cinayət başında yaxalanıb. Son aylar isə koronavirus pandemiyası ilə yaranmış şərait həm sosial gərginliyə səbəb olur, həm də ölkə iqtisadiyyatına böyük zərbə vurur və təbii ki, bunlar cəmiyyətdə müəyyən narahatlıqlara rəvac verir. Amma islahatlar hələ başa çatmayıb, proses mütləq davam edəcək, yarıtmaz məmurlar vəzifədən uzaqlaşdırılacaq, cinayət törədən kadrlar həbs olunacaq. Yəni, dövlətin iqtisadi qüdrətinin artırılması, siyasi cəhətdən daha da güclənməsi üçün lazım olan addımlar atılır.

– Məsələ burasındadır ki, dövləti və hökuməti nüfuzdan salan, ictimaiyyətdə narazılıq yaradanlar korrupsiya cinayətləri ilə gündəmdə olan məmurlardır. Onların hamısı YAP üzvləridir. Hakim partiya kadr məsələlərində necə hərəkət etməlidir ki, belə hadisələr baş verməsin?

– Bəli, dövləti də, hökuməti də gözdən-nüfuzdan salan bəzi məmurlar var. Bu, utancverici haldır. Partiyanın yaradıcılarından biri və vaxtilə millət vəkili, məmur olduğum üçün bu, məni də narahat edir. Son beş-altı ayda bütün bunlara öz münasibətimi dəfələrlə bildirmişəm. Artıq bir çox sahələrdə – Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə islahatlar aparılıb. Mən dəfələrlə vurğulamışam ki, bu islahatlar Yeni Azərbaycan Partiyasında da getməlidir. Çünki YAP-da da köhnə təfəkkürlü adamlar var. Son hadisələr zamanı partiya üzvlərinin korrupsiya cinayətlərinə görə həbs edilməsi də onu deməyə əsas verir ki, YAP-ın İdarə Heyətində, İcra Katibliyində, Siyasi Şurasında, rayon şöbələrində islahatlar aparılmalıdır. İnanıram ki, yaxın zamanlarda bu istiqamətdə ciddi addımlar atılacaq. Bunun üçün Nizamnamə və Proqramımızda da göstərildiyi kimi, rayon təşkilatlarımızda konfranslar, sonra qurultay keçirilməlidir.

– Bu məsələlərlə bağlı YAP rəhbərliyi ilə görüşünüz, hansısa bir məsləhətləşələşməriniz olubmu?

– Xeyr. Çünki son 3-4 ayda koronavirus pandemiyası ilə bağlı elə bir imkanımız olmayıb. YAP-ın Siyasi Şurasının axırıncı tədbiri bu il yanvarın 16-da keçirilib və onda da 20 Yanvar faciəsinin ildönümü qeyd olunub. Fevral ayında Xocalı soyqırımı ilə bağlı tədbirimiz təşkil edilmişdi. Mart ayından isə pandemiya başladı və bundan sonra YAP rəhbərliyi onlayn qaydada iclaslar, tədbirlər keçirib.

– Bunu ona görə soruşdum ki, indiyədək islahatlara Ramiz Mehtiyevin mane olduğu, korrupsiyanın başında onun dayandığı deyilirdi. Ramiz Mehtiyev artıq Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad olunub, Elmlər Akademiyasının rəhbəri kimi fəaliyyət göstərir. Amma indi hətta millət vəkilləri səviyyəsində Ramiz Mehtiyevin əleyhinə təbliğat aparılır və yenə də onu korrupsioner məmurları himayə etməkdə ittiham edirlər…

–  Əvvəla, korrupsiya hər bir dövrdə olub. Cənab prezident də dəfələrlə vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə aparılmalı, hər bir korrupsioner bu əməllərinə görə cəzalandırılmalıdır. Əslində təkcə prezident deyil, hər bir məmur, hətta vətəndaşlar korrupsiyanın əleyhinə olmalıdır. Təbii ki, korrupsiya ilə məşğul olanlar yüksək vəzifə tutanlardır, dövlətin büdcəsinə, büdcədən ayrılan vəsaitə göz dikən məmurlardır və onlar da mütəmadi olaraq cəzalarını alır. O ki qaldı korrupsiyanın başında Ramiz Mehtiyevin dayanmasına, mən o fikirlə razı deyiləm. Əgər korrupsionerlər, rüşvətxorlar cinayət başında yaxalanırsa, bu məsələdə kimlərisə suçlamaq, tənqid etmək yaramazlıqdır. Axı, Ramiz Mehtiyev vəzifədə olanda o adamlar belə danışmırdılar, indi niyə onun arxasınca danışırlar?! Vəzifədən gedən adamın arxasınca danışıb baltalamağı, vəzifəyə gələni isə tərifləyib yaltaqlanmağı qəbul etmirəm, mən bu xarakterdə insan deyiləm. Heç vaxt da vəzifədən gedənin dalınca danışmamışam, təzə vəzifəyə gələni tərifləməmişəm. Əgər şəxsən tanıdığım adam vəzifəyə gəlirsə, onu alqışlayıb tərifləyə bilərəm, burada qəbahət yoxdur. Amma görürəm ki, kimlərsə tanımadığı, ömrü boyu görüşmədiyi insan haqqında məddahlıq eləyir, mətbuatda, televiziyada, sosial şəbəkələrdə yaltaqlanır. Mən belə şeylərin əleyhinəyəm. Ümumiyyətlə, tənqidi də, tərifi də haqlı olaraq bildirmək, faktlara söykənərək demək lazımdır. Ramiz Mehtiyevin guya siyasi və iqtisadi islahatlara, kadr dəyişikliklərinə mane olan şəxs kimi təqdim edilməsinin heç bir əsası yoxdur. İslahatların sonuncu mərhələsi zamanı prezident Ramiz Mehtiyevin özünü də qəbul edərək onu vəzifədən azad edib, Elmlər Akademiyasına göndərdi. Yəni, Ramiz Mehtiyevin dövründə də kadr islahatları olub, bu dəyişikliklər indi də aparılır. Bəli, bu gün vəzifədə olan bəzi adamlar var ki, kadr islahatlarının, korrupsiyaya qarşı mübarizə tədbirlərinin əleyhinədir. Çünki artıq sular durulur, islahatların əleyhinə olanlar, bulanıq suda balıq tutmaq istəyənlər köhnə xülyalarla yaşayıb, “bəlkə də qaytardılar” düşüncəsi ilə pusquda duranlardır ki, onlar yenə aranın qarşmasında maraqlıdırlar. Amma mən inanıram ki, cənab prezidentin çox sadiq komandası var və onun qarşısını heç kəs ala bilməz. Mən YAP-ın yaradıcılarından biri və Siyasi Şurasının üzvü kimi prezidentin istər kadr islahatlarını, istərsə də korrupsiyaya qarşı mübarizədə atdığı addımları dəstəkləmişəm və yenə də dəstəkləyəcəyəm.

– Bu yaxınlarda keçmiş səhiyyə naziri Əli İnsanov da vəzifədən uzaqlaşdırılan YAP-çılara çağırış edib ki, gəlin, birlikdə fəaliyyət göstərək. Yəni, uzun illər hökumətdə yüksək vəzifə tutmuş, hakimiyyətdə böyük nüfuz qazanmış, YAP-ın qurucuları ilə birlikdə çiyin-çiyinə işləmiş bəzi şəxslər bu gün vəzifədən kənardadır və özlərini hakimiyyətə yeni rəqib kimi göstərmək istəyirlər. Sizcə, bu nədir, nəyin əlamətidir?

– Düzü, Əli İnsanovun çıxışına qulaq asmamışam, onun fikirləri ilə tanış deyiləm. Amma YAP 750 min nəfərdən çox üzvü olan möhtəşəm bir partiyadır, orada intellektual səviyyəsi yüksək olan sədaqətli insanlar var. Bu partiya 27 ildir ki, hakimiyyətdədir. YAP-da təmsil olunmaqla 10 il, 15 il, 18 il və daha artıq müddətdə yüksək dövlət vəzifəsi tutmuş insanların partiyadan uzaqlaşdırılması o demək deyil ki, kimsə “YAP cürüməkdə olan partiyadır, özümüzün siyasi komandamızı formalaşdırmalıyıq” kimi fərziyyələr irəli sürsün. Mən belə şeyləri qətiyyən qəbul etmirəm. Bir daha deyirəm, mən Əli İnsanovun söylədiyi fikirlərlə tanış olmadığım üçün buna münasibət bildirməkdə çətinlik çəkirəm. Amma əminən ki, YAP dünənin, bu günün və sabahın partiyasıdır və XXI əsrdə hakimiyyətdə qalacaq. Mən 10 ildir işsizəm, amma əqidəmi və mövqeyimi heç vaxt dəyişməmişəm, dəyişmərəm də.

– “YAP XXI əsrdə hakimiyyətdə qalacaq” deməklə çox nikbin görünürsünüz…

– YAP iştirak etdiyi prezident, parlament və bələdiyyə seçkilərinin hamısında qalib gəlib, inanıram ki, növbəti seçkilər keçirilsə, yenə də qalıb olacaq. Bir daha deyirəm ki, hakimiyyətə gəlməyin bir yolu var: demokratik seçki. YAP-ın gücü və potensialı imkan verir ki, ki, demokratik yolla keçirilən istənilən seçkidə qalib gəlsin. Amma bir daha vurğulayıram ki, YAP-da islahatlara ehtiyac var və bu dəyişikliklərin mütləq həyata keçiriləcəyinə inanıram.

– Siz hansı islahatları nəzərdə tutursunuz?

– YAP-ın rəhbər orqanlarında, yəni, İdarə Heyətində, Siyasi Şurada, İcra Katibliyində və rayon təşkilatlarında islahatlar aparılmalıdır. Bunun üçün isə qurultay çağırılmalıdır.

– Fərz edək ki, YAP-dakı səlahiyyətli şəxslər bu müsahibəni oxuyandan sonra “buyurun, gəlin, təkliflərinizi verin” deyə sizi partiyanın mərkəzi ofisinə çağırdılar. İslahat təkliflərinizi nə ilə əsaslandıracaqsınız?

– İslahatların vacibliyini, qurultayın keçirilməsini onunla əsaslandırıram ki, son korrupsiya cinayətləri zamanı bəzi rayonlarda YAP-ın sədrləri həbs edilib, rayon təşkilatının sədr müavini, YAP-ın üzvü olan icra başçıları, vəzifəli şəxslər cinayət başında yaxalanıb. Eyni zamanda, YAP-ın Nizamnaməsində və Proqramında da göstərilir ki, hər hansı mühüm dəyişikliyə zərurət yarandıqda partiyanın qurultayı çağırılır və qurultayda təşkilati məsələlərə baxılır. Yəni rəhbər orqanlarda dəyişiklik edilməsi üçün mütləq qurultaya ehtiyac var.

– Bu, sizin şəxsi fikrinizdir, yoxsa partiyadaşlarınızla birgə müzakirələrdən doğan nəticədir?

– Xeyr, şəxsi fikrimdir və bu fikrimin də üstündə dururam ki, Yeni Azərbaycan Partiyasında islahatlara ehtiyac var. Nazirlər Kabinetində islahatlar aparılarkən cənab prezident yeni baş nazir təyin edəndə mətbuata müsahibəmdə demişdim ki, təkcə Nazirlər Kabineti deyil, Prezident Administrasiyasında, Milli Məclisdə və Yeni Azərbaycan Partiyasında islahatlar aparılmalıdır. Çünki YAP bu gün hakimiyyətdədir və əgər bütün sahələrdə islahatlar gedirsə, hakimiyyət başında olan partiyanın özündə də islahatlar aparılmalıdır.
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər