“Bunu Fəzail Ağamalı da, Mübariz Qurbanlı, hörmətli Əli Əhmədov da, hamısı bilir”
Oxunub: 2206
30 Jun 2020 | 14:29
“Bunu Fəzail Ağamalı da, Mübariz Qurbanlı, hörmətli Əli Əhmədov da, hamısı bilir”
“Mən sözümü bu adamın Prezident Aparatında “qılıncının dalı-qabağı kəsən” dövrdə demişəm”
 
Bu günlərdə “Ana Vətən” partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevlə bağlı məşhur yazısı ictimaiyyətin diqqətini cəlb etməklə, həm də vaxtilə tənqidi çıxışalarına görə qınanan MMP sədri Hafiz Hacıyevin fikirlərinə “haqq” qazandırmış oldu.
 
Belə ki, millət vəkili məlum yazısında “Boz kardinal” adlandırdığı Ramiz Mehdiyevi Azərbaycanda “5-ci kolon”un rəhbəri adlandıraraq, onu radikal müxalifəti hakimiyyətə qarşı qızışdırmaqda və demokratik islahatlara mane olmaqda günahlandırır. “Hələ də uzun illərdən bəri bitib-tükənməyən hikkə və ambissiyalarından əl çəkməyən, davamlı və sistemli xarakter daşıyan islahatlara maneçilik törətməyə cəhdlər göstərən, yaratdığı şəbəkə vasitəsilə ən müxtəlif üsullarla təxribatlara ara verməyən və bu gün də əməllərindən əl çəkməyən, iş otağını qərargaha çevirən, sözünə baxmaq istəməyənlərə hədə-qorxu gələn, şantaj edən “ağsaqqal”, yaşa dolduqca daha da aqressivləşir, kin-küdurət dolu düşüncə sahibinə çevrilir”-deyə, F.Ağamalı yazır.

Nazir və hökumət adamlarına qarşı belə sərt çıxışların əsas müəllifi olan Hafiz Hacıyevlə müsahibədə bu və ya digər məsələlərlə bağlı ortaya çıxan yeni nüanslara diqqət çəkmişik. Keçmiş PA rəhbəri Ramiz Mehdiyevin illər sonra Fəzail Ağamalının “hədəfinə” tuş gəlməsi nə ilə bağlıdır və bu, hansı yeni təhlükədən xəbər verir?

 “Nazir olmalıydım, Ramiz Mehdiyev imkan vermədi”
 
- Hafiz müəllim, illərdir sizin Azərbaycanda “5-ci kolon”un olması və buna Ramiz Mehdiyevin rəhbərlik etməsi ilə bağlı SOS çıxışlarınız, bu dəfə millət vəkili Fəzail Ağamalının prizmasında gündəmə gətirilib. Nə baş verir, buna zərurət nədən yarandı?

- Mən sözümü hələ “5-ci kolon”a rəhbərlik edən adamın Prezident Aparatında əlinin “dalı-qabağı kəsən” dövrdə demişəm. Fakt olaraq 2010-cu il 17 may tarixində “Xural” qəzetində gedən 2 səhifəlik müsahibəmi göstərə bilərəm. Orda bu güngkü vəziyyəti bütün detalları ilə adba ad ortaya qoymuşam. Həmin ərəfədə Ramiz Mehdiyevin qılıncının dalı da kəsirdi, qabağı da kəsirdi, heç kəs ona bir söz deyə bilmirdi. Hətta bəzən məni bugünkü nazirlər, bu gün aparatda oturan Zeynal Nağdəliyev kimiləri qınayırdılar. Amma mən onun Prezidentə xəyanət etməsinə susa bilməzdim və hər şeyi açıb ortaya qoyurdum. Amma çox təəssf ki, həmin dövrdə Ramiz Mehdiyevə “qaşın üstündə gözün var” deyən yox idi. Mən dedim və hardasa 25 il bunun əziyyətini çəkdim. İmkan vermədilər seçildiyim dairədən deputat olam. Mən nazir olmalıydım, Ramiz Mehdiyev imkan vermədi.

 “Əhatəsində olan qəzet və saytlara məni söydürürdü, adımı da “balıq Hafiz” qoydurmuşdu”
 
- Nəyə görə imkan vermədi?

- Ramiz Mehdiyev həmişə mənə deyirdi ki, sən mənə işlə. Bu barədə öz nazirləri, köməkçiləri ilə xəbər göndərirdi. Köməkçisi Şamama xanım var idi, o, və digəriləri mənimlə əlaqə saxlayırdılar. Hamısı da mənə deyirdilər ki, Ramiz müəllim deyir ki, sən mənə işləməlisən. Deyirdim ki, işləmək nətər olur. Deyirdilər ki, sən Prezidenti tənqid etməlisən, Mehtriban xanımı tənqid etməlisən. Deyirdim ki, mən ona qardaş demişəm, heç vaxt onu edə bilmərəm. Deyirdim ac da qalsam, susuz da qalsam, yenidən həbsə girsəm də, o məsələlər mənlik deyil.  Bunu o vaxt mən deyəndə çoxları az qalırdılar məni həbsə göndərsinlər, bu gizli də deyil. Mənim o qəzetdəki çıxışlarımı sayta versəniz insanlar görəcək ki, Hafiz Hacıyev bəziləri kimi indi ayılmayıb, hələ 10 il qabaq bu məsələləri deyib.

O vaxtlar dinc vaxtımda da məni sakit buraxmırdılar. Adicə Gəncəyə anamın yanına gedəndə nazirlər var idi ki, məni aeroportdan qaytardılar ki, sən nə iş görürsən, o bizim ağsaqqalımızdır, o olmasa bu ölkə dağılar, sən İlham Əliyevə yox, ona işlə. Yəni bunlar hamısı faktlardır və həmin insanalar bu gün də cənab Prezidentin ətrafındadır, yenə də ona xəyanət etməklə məşğuldular. Hafiz Hacıyev bunu deyəndə, onda Fəzail Ağamalılar və digəriləri harda idi?!.

Amma gec də olsa danışırlarsa, yenə də alqışlayıram. Eybi yoxdur, qoy məndən öyrənsinlər. Söhbət ondan gedir ki, indi qəhrəman kimi ortaya çıxanlar sanki təzə söz deyirmiş kimi, mənim müəlliflik hüququmu pozurlar. Heç olmasa bu barədə danışanda, demirlər ki, Hafiz Hacıyev biz qorxub danışmayanda, filan tarixdə, filan qəzetdə bu barədə danışıb.  Amma bu gün indi təzədən yeni qəhrəmanların ortaya çıxıb belə danışmaları, artıq gecdir, “daldan atılan daş topuğa dəyir”. Hər halda Hafiz Hacıyev zamanında dövlətçilik üçün nə lazımdırsa eliyib. O vaxtlar məni qeyri-ciddi siyasətçi adlandırmaq istəyən Ramiz Mehtiyev əhatəsində olan saytlara məni söydürürdü, adımı da “balıq Hafiz” qoydurmuşdu. Ramiz Mehtiyevin İlham Əliyevə etdiyi xəyanətləri Azərbaycanda heç kim heç kimə eləmiyib. Bu gün də o xəyanətlər davam edir Və nə ilə nəticələnəcək, onu Allah bilir.

 
“Bunu Fəzail bəy də, Mübariz Qurbanlı, hörmətli Əli Əhmədov da, hamısı bilir”
 

- İndi Fəzail Ağamalı sizin bu çıxışınızdan sonra iddia edə bilər ki, siz bilmirsiz, zamanında çox demişəm..

- Məndə olan məlumata görə Fəzail Ağamalının da o vaxtlar nəsə mübarizəsi olub, amma sonra necə “dil tapdılar” bilmirəm. Amma zamanında səngərdə döyüş aparan mən idim. Bunu Fəzail bəy də bilir, Mübariz  Qurbanlı da bilir, hörmətli Əli Əhmədov da bilir, bunların hamısı bilir. Bunların hamısı mənə irad tuturdular ki, “sən niyə belə hərəkət edirsən, bu bizim ağsaqqalımızdır, sən bundan yapış”... Sən demə xəyanət etmək lazım imiş. Axı xəyanət edənlərin bəxti kəsir. Əslində iki adamın bəxti kəsir, üzr istəyirəm, onun birini demək istəmirəm - biri xəyanətkarların, bir də “nəbilim nələrin”...

Bunları deməkdə məqsədim budur ki, Azərbaycan dövlətçiliyinin, millətimin gələcəyi naminə özümü riskə atmışam, peşiman da deyiləm. 30 il mərhumiyyətlər, əziyyətlər çəkdim, Ramiz Mehtiyev 2 dəfə məni həbsxanaya atdırdı. İlham Əliyevin haqqında onun müşavirinə dediyi ən iyrənc sözü var. Lazım olan anda onun da adını çəkə bilərik ki, şahid kimi dindirilsin. Bu gün də çox ciddi şəkildə cənab Prezidentə xəyanət edirlər. Ölkədə çevriliş hazırlayırlar. Ramiz Mehdiyevin kabineti bu gün olub qərargah. Nədən qorxurlar, nədən çəkinirlər, niyə bu adamlar həbsə getməməlidir, niyə bu gün bu adamların övladları ən yüksək vəzifələrdə olmalıdır, niyə bu adamın xanımının adına Novxanıda min hektarlarla bağ olmalıdır, bunların hansı xidmətlərinə görə. Heydər Əliyevə söydürdüklərinə görə. Biz o vaxt Heydər Əliyevi hakimiyyətə gətirəndə Qaralovun bir mülkü var idi, həmişə orda yığışırdıq. Bu, ulu öndərə siyasi meyit deyirdi. Bu yaddan çıxmayıb axı. Mən bunlara qarşı mübarizə aparırdım. Çox təəssüf ki, mənim mübarizəm səmərə verdiyi anda kimlərsə mənə şərik çıxırlar. Məni sevindirən odur ki, heç olmasa cənab Prezident gördü ki, Hafiz Hacıyevin 10 il qabaq dedikləri, bu gün öz təsdiqini tapdı. Əlimdə olan faktları göndərmişəm qoy özləri baxsınlar və görsünlər ki, mən kim olmuşam və nə demişəm.

 “Ramiz Mehtiyev yenə hamısını gətirdi parlamentə sırıdı, indi də biri ağzını açmır”
 
- Nə baş verir ki, həmin məsələ bu gün Fəzail Ağamalı tərəfindən qabardılır?

- Sizə açıq deyim ki, artıq Ramiz Mehtiyevin xəyanətləri açıq xarakter alıb. Burda Rusiya ilə Avropanın, Qərbin müharibəsi gedir. Azərbaycan Prezidenti son günlər Avropaya, Qərbə inteqrasiya məsələsini qaldıran kimi Rusiya burda öz vassallarını işə salır. Bu birmənalı şəkildə belədir. Rusların da burdakı nümayəndəsi Ramiz Mehdiyevdir və onun ətrafındakılardır. Axşama qədər Ziya Məmmədov, o, digər keçmiş nazirlər, bağlarda, digər yerlərdə görüşlər keçirirlər.  Ortalıqda vasitəçilik edənlərin kim olduğunu da biz bilirik. Biz bunların hamısını zaman-zaman görmüşük, bu gün də görürük.  Ona görə də biz cənab Prezidentə yaxından kömək eləməliyik. Umu-küsülələri kənara atmalıyıq. Onların təyin etdiyi deputatlar, elə birini mənim yerimə qoyublar, ağzlarını açıb danışa bilməzlər. Ona görə ki, onlar da Kərimov Əli əxlaqda olan adamlardır. Ramiz Mehtiyev yenə hamısını gətirdi parlamentə sırıdı, indi də biri ağzını açmır. İndi Fəzail bəy məndən nümunə götürüb, buna da peşman deyiləm. Əsas odur ki, həqiqətləri desin, mənim dediklərimi təkrar eləsin.  Mən 2010-cu ildə çap olunduğum qəzetin surətini ona da göndərə bilərərm. Ordan da müəyyən məlumatlar ala bilər.

Hər halda mən axıra qədər mübarizə aparacam ki, ölkədə dövlətimə, dövlətimizin müstəqilliyinə və dövlət başçısına xələl gəlməsin. Bu bizim amalımızdır, bu amaldan da geri dönən deyil.

 “Azərbaycanda radikal qüvvələri həmişə Ramiz Mehdiyev maliyələşdirib”
 
- Hafiz müəllim, siz, elə Fəzail Ağamalı da bu gün Ramiz Mehtiyevlə bərabər Ziya Məmmədovun, Füzuli Məmmədovun adını çəkir və keçmiş nazirlərin tez-tez toparlandığını deyirsiz. Bu məsələlərin üzərinə daha çox gedən bir siyasətçi olaraq, necə hesab edirsiz, hansı gizli planlar hazırlanır. Xariclə - Rusiya ilə hansı əlaqələr qurulur və onların radikal müxalifətlə hansı əlaqələri var?

- Azərbaycanda radikal qüvvələri həmişə Ramiz Mehtiyev maliyələşdirib. Mən bunu dəfələrlə demişəm, bu gün də həmin fikrimdə qalıram və əlimdə də kifayət qədər faktlar var.  Yadınızdadırsa, Şəhid ailələri ilə bağlı “fəvvarələr” meydanında mitinq təşkil edilmişdi, orda da Ramiz Mehtiyevin tapşırığı olmuşdu. O cümlədən Eldar Mahmudovun rəhbərliyi ilə Kərimov Əliyə, Həsənov Cəmilə pul verib onları qızışdıran, onların başında duran bu insan idi. Bunların hamısını mən zamanında, elə mitinq ərəfəsində dedim. Buna ciddi reaksiya verilməsini təklif etdim. Çox təəssüflər olsun ki, reaksiya verilmədi. Xaricdə prezidentə, ailəsinə böhtan artan internet kanallarının hamısının başında Ramiz Mehtiyev durur.  Hamısının sifarişçisi Ramiz Mehtiyevdir və mən zamanında bunun hamısını bir-bir demişəm və əlimdə ciddi faktlar olub. Heç vaxt əsassız fikir irəli sürməmişəm. Ona görə də məni risk edib tutdura bilməyiblər. Tutdursaydılar, daha ciddi faktlar ortaya qoyardıq. Sadəcə Ramiz Mehtiyev indiki gedişini həzm edə bilmir. Buna çox ciddi göstəriş veriblər ki, Azərbaycanda sabitliyi pozmalısan, dövlət çevrilişi etməkdən ötrü bütün qüvvələri səfərbər etməlisən. Bu gün Ramiz Mehtiyevin əlində Azərbaycan dövlətindən oğurladığı milyardlar var. Onun ətrafına yığdığı Ziya Məmmədovun Azərbaycan dövlətindən oğiurladığı milyardları var. Bunların hamısı faktlardır, bunları gizlətmək olmaz. O cümlədən keçmiş nazirlərin hamısı.

Bu günlər də narazılığı Ramiz Mehtiyev ən sadiq əlaltısı olan  Zeynal Nağdəliyev yaradır. O, 2003-cü ildən Azərbaycana gəlib. O bura gələndə rəhmətlik Heydər Əliyev xəstə idi, ağrıyırdı. Onu Lənkəranın icra başçısı Ramiz Mehtiyevlə kirvə olan Azərbaycan Mədəniyyət naziri, Azərbaycanın sərvətini oğurlayıb arvadı vasitəsi ilə xaricə ötürən Əbülfəz Qarayev və dövlətin malını talan edən keçmiş nazir Fərhad Əliyev təyin etdirib. Bunu ilk dəfə deyirəm. 2003-cü ilə qədər Zeynal Nağdıliyev harda olub, nə ilə məşğul olub, Rusiyada kimin əlaltısı olub? Sonra Ramiz Mehtiyev onu gətirdi Aparata. Görürsüz, narazılıqların hamısı rayonlardan başlayır - icra hakimlərinin özbaşınalığı, su qıtlığı, torpaq satışı, insanlara öz işini qurmağa imkan verilməmə... Bunlar hamısı Zeynal Nağdəliyevin rəhbərliyi altında milləti Prezidentin üzərinə qaldırmaqdan ötrü çox böyük projedir. Bunlar hamısı faktdır. Etirazları varsa versinlər məhkəməyə, məhkəmədə çəkişək. Məndə Ramiz Mehtiyev, Nağdəliyev, onun ətrafında olan dirəşən nazirlər haqqında çox ciddi faktlar var. Kimlərsə bilmək istəyirsə, verə bilərərm. Mən əbəs yerə Ziya Məmmədovla düşmən olmadım ki... Ziya Məmmədov deyirdi ki, Prezident bizə imkan vermir, qazandığımızın yalnız 5 faizi bizə qalır.  Mən bu məsələləri cənab Prezidentin özünə çatdırmışam. Çox təəssüf hissi keçirirəm ki, 10 ildən sonra dediklərim öz təsdiqini tapdı. Bəzən mənə deyirlər münəccimsən? Mən münəccim deyiləm, mən təhlillərlə işlyirəm. Mən həyatımı Kərimov Əlilər, başqaları kimi meydanlarda yox, vəzifə başında qurmuşam. Mən 25 il komsomolda katib olmuşam, siyasi məktəb keçə-keçə gəlmişəm. Ona görə də mən imkan verməyəcəm ki, Prezidentə xəyanət olsun. Onu təkləsinlər. Bu gün onun küncə sıxışdırılması gedir. Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi bəyanat verən kimi, dərhal Azərbaycanda ermənilərlə qohum olan adamlar ayağa qalxır. Bu da məni narahat edir. Mən bunu 10 il əvvəl deyəndə az qalırdılar ətimi şişə taxsınlar. O vaxt məni yanlarına çağırıb Ramiz Mehdiyevə xidmət eliyək, prezidentə gücü çatmır deyənlər, bu gün Prezidentin yanındadırlar. Bu günlərdə saytların birində bir şəkil verilmişdi, ad çəkmək istəmirəm, biri Zeynal Nağdəliyev, bir Prezidentin yanında siyasi vəzifələrdən birini tutan adam da iştirak edirdilər. Bu gün zamanında məni Ramiz Mehtiyevə baş əyməyə çağıran nazirlər Prezidentə baş əyirlər. Ona görə də 30 ildir bizə nə parlamentdə yer veriblər, nə layiq olduğumuz vəzifəyə getməyə inkan verməyiblər. Biz dövlətimizi, dövlət başçımızı sevdiyimizə görə bu gün küçələrdə qalmışıq.

 “Bunlar qohumdurlar, belə olan halda ermənilərə güllə atan deyillər ki...”
 
- Dedinz ki, imkanlardan məhrum oldunuz, amma Fəzail Ağamalı bu barədə danışsa da, yenə də milli məclisdə oturur və imkanları da genişdir. O zaman yanlışlıq harda? Sizdə, yoxsa zamanı düzgün seçə bilməməyinizdə?..

- Bəli, Fəzail bəy Milli Məclisdədir. Allah özünə qismət eləsin, hər bir şəraitlə təmin olunub. O zaman mən dediklərimə Ağamalı və digərləri zamanında dəstək verib, qiymət verilsəydi, düşünürəm ki, bu cür gərginlik yaranmazdı, Dağlıq Qarabağ torpaqları çoxdan işğaldan azad edilmişdi. Amma dediyim kimi, bunların bu günkü “həyəcanı” “daldan atılan daşdır”.

Mən bilirəm ki, o adamlar ermənilərlə çox sıx əlaqədədir, Sevan gölünün ətrafında adını çəkdiyim ünsürlərin böyük obyektləri var, böyük pansionatlar salıblar. Bunlar qohumdurlar, belə olan halda ermənilərə güllə atan deyillər ki... İndi xalq nədən narazıdır - Dağlıq Qarabağın işğaldan azad edilməməsindən, rayonlardakı özbaşınalıqlardan, hərcmərclikdən, onlara qarşı olan ögey münasibətdən, qanunsuzluqlardan. Bunları da başladan bu adamlardır. Mən sözümü demişəm və bu günə qədər küçələrdə ac qalıb dilənənlədən biri də mənəm, Ramiz Mehtiev mənə imkan verməyib. Məni Kənd Təsərrüfatı naziri qoymaq istəyirdilər. Amma Ramiz Mehtiyev şəxsi işimə fərman verməyə qoymadı. Mən nazir olsaydım bu gün Azərbaycanda bu qədər qıtlıq olardımı, yox! Ramiz Mehtiyev gəldi elə adamı sırıdı ki, ora, nə quzunu tanıyır, nə də keçini. Gedir deyir, baramıya su verirsiz? Baramıya su verilmir axı.

Amma onun iki qardaşını pul alıb nazir mavini qoydurub. İmza çəkə bilməyənin birini Xızıda icra başçısı edib.

Bunları gərək mən deyib düşmən qazanam? Təbii ki, qazanmışam, kimə görə dövlətimə görə, dövlət başçısına olan sədaqətimə görə.

 
Versus.az
Oxşar xəbərlər
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 09:48
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 09:48
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR