QİSAS...
Oxunub: 1431
30 Jun 2020 | 12:21
QİSAS...

Bu otaqdakı xəstə bir həftədir burdadır. Yaxınları yoxdur deyəsən. Nə biz tapmışıq yaxınlarını, nə də onu kimsə axtarıb. Qonşuları təcili yardım çağıraraq aşkar ediblər xəstəliyini. Son 3 gündür vəziyyəti daha da kritikləşib deyə, reanimasiyaya alası olduq. Baş həkimin dediyinə görə, tufeyli həyat sürən biridir, deyəsən. İçki düşkünü olduğu birmənalıdır. Virus demək olar ki, ciyərlərin fəaliyyətini alt-üst edib.

Sevinc Tibb bacısının danışdıqlarına qulaq assa da fikri axşam efirə verəcəyi sujetin çəkilişində idi. Bol kadr çəkməli idilər. Məkanları elə seçməli idi ki, digər kanallarda efirə verilən sujetlərdən fərqlənsin. Bunun üçün onlara bələdçilik edən tibb bacısı ilə söhbət etsə də, tez-tez onunla gedən operatora “oraları da çəkərsən”, “elə et bu yazılar düşməsin”, “rakursu dəyiş” kimi məsləhətlər veirirdi.

Son iki ay idi ki, nəinki yaşadıqları ölkədə bütün dünyada yoluxucu virus yayılmışdı. Qızdırma, kəskin ağrılar, nəfəs darlığı və pnevmaniyanın ağırlaşmış forması. Artıq alimlər bu virusun pandemiya olduğunu bildirmişdilər. Vəfat edənlər də var idi. Vəziyyət getdikcə kritikləşirdi. Dünyanın demək olar ki, bütün ölkələri karantin rejiminə keçmişdi. Dünya yeni virusla mübarizəyə başlamışdı. Azərbaycanda yoluxma və ölüm sayı bəzi ölkələr kimi artmasa da artıq ön tədbirlər görülməyə başlamışdı. Məktəblər, bağçalar, mağazalar, bir çox iş müəssisələri bağlanmışdı. Hamı “online” iş rejiminə  keçmişdi. Dərslər də “online” keçirilirdi. Marketlər və bəzi ərzaq mağazaları isə işləyirdi. 

Xəstəlik dövrü insanlar sanki iki qrupa bölünmüşdü. Virusa inananlar və inanmayanlar. İnanmayanlar müxtəlif bəhanələr gətirir, kimisi siyasətə bağlayır, kimisi iqtisadi müharibə kimi qiymət verir, kimisi də dünya təlimi adlandırırdı. İnananların özü də sanki iki qrupa bölünürdü. Sadəcə inanıb, deyilənlərə riayət edənlər – qaydaları pozmadan hərəkət edir, vacib olmadıqca evi tərk etmir, ehtiyac yaranarsa önləyici tədbirlər alaraq evdən çıxırdılar. Elə insanlar da var idi ki, inanıb, eyni zamanda psixoloji sarsıntı keçirirdilər. Bütün günü gigiyena ilə yanaşı, həddən artıq gərginlik yaşayırdılar. Bir sözlə, elə bir dönəm yaranmışdı ki, dünyada, sanki hər kəs, hər bir fərd bir ordunun əskəridir. Onlar görünməyən amma fəsadı ölümlə nəticələnən virusa qarşı səfərbər olmalı idilər. Qəribəsi də odur ki, dünyanın bütün ölkələri, dövlətlər, şəhərlər artıq eyni sırada, bir düşmənə qarşı idilər. Dünyanın müttəfiqi bir idi artıq – Karonavirus...

Hər ölkə özünəməxsus karantin rejimi tətbiq etmişdi. Bakıda xüsusi ehtiyacı olan insanlar “sms” vasitəsilə evdən çıxırdılar. İcazə müddəti limitli idi. Limidi pozanlar, icazəsiz küçəyə çıxanlar müəyyən məbləğlə cəzalandırılırdılar. Amma bəzi peşə sahibləri var idi ki, bu dövrün qəhrəmanları hesab edilirdi. Həkimlər, polislər, hərbçilər, mətbuat işçiləri və s. Sevinc və həyat yoldaşı da elə bu dövrün qəhrəmanı hesab edilirdi. Artıq uzun illər idi ki, mətbuat sahəsində çalışan Sevinc telekanallardan birində 3 ay olardı ki, çalışmağa başlamışdı. Televiziya təcrübəsi az olsa da qısa zaman ərzində televiziyanın üslubuna artıq demək olar ki, yiyələnmişdi. Amma hələ də hər tapşırılan sujeti təhvil verənədək həyəcan keçirirdi. Sevinc nəinki iş həyatında ümumiyyətlə həyatın hər dönəmində belə məsuliyyətli idi. Bəzən büruzə verməsə də bütün həyəcanını ürəyində hiss edirdi. Sevincini isə hər zaman bildirirdi. Hər kəs onu daim gülən və pozitiv biri kimi tanıyırdı. Sevinc o qədər həyəcan keçirən biri idi ki, uşaqları ilə heç bir kompüter oyunu oynamazdı. Bütün sürətli, macəra dolu oyunları nəinki oynamaq, uşaqları nə qədər xahiş etsə ki, onların oyununu kənardan izləsin, ona da razılaşmazdı. Çox narahatlıq keçirən biridir. Amma oxuduğu kitabların, baxdığı filmlərin ən mənalı, həssas, kədərli hissələrinə doymadan, təkrar nəzər salar, dəqiqələrlə ağlayar və hətta yuxuda belə o hadisələrin davamını görərdi. İşə gedərkən, yemək bişirərkən, yuxuya gedərkən belə o hadisələrin davamını düşünər, fərqli sonluqlar qurar və hətta ssenariləri belə dəyişirdi.

Son günlər Sevinc daha da həssaslaşmışdı. Sanki özünü yeni tanımağa başlamışdı. Ətrafındakı bütün hadisələrə monoton yanaşırdı. Hər gün sanki eyni hərəkətlərin fərqli formada cərəyan etdiyi bir gün idi. Eyni məqsədə doğru amma bir az fərqli formada olan bütün hadisələr onun üçün artıq eynilikdən başqa bir şey deyildi. Bəzi nəticələr əldə etsək də sonu bəlli olan bir həyatda yaşamaq niyə bu qədər maraqlıdır insanlara. Cəmiyyətdəki bu dəyişiklik də bir tərəfdən onu çox sıxırdı. Bəzən düşünürdü ki, bəlkə də özü ana olmasaydı bu qədər narahat olmazdı. Yaşadığında bir o qədər də məna görmədiyi həyatda üzərində böyük məsuliyyət daşıdığı övladları var idi. Həm də iki qız övladı. Onlara görə çox narahat idi. Xəstəliyin də sürətlə yayıldığı dövrdə onlara görə çox narahat idi. Qızları məktəbli idilər, dərslərinə “online” davam edirdilər, evdən çıxmırdılar. Amma Sevinc hər gün işə gedib-gəlirdi, həm də hər dəfə müxtəlif məkanlardan xəbər hazırlamalı idi deyə, çox narahat idi övladlarına yoluxma riski olmaqdan. Sevincin həyat yoldaşı hərbçi idi. Rayonların birində xidmət edirdi. Polkovnik leytenant rütbəsini daşıyırdı. Tabor komandiri idi. Xəstəlik üzündən xüsusi karantin rejiminin tətbiqindən evə gələ bilmirdi. Evə bəzən həftə sonu gəlirdi. Amma artıq 1 aya yaxın idi ki, heç həftəsonları da gələ bilmirdi. Həyat yoldaşının da onların yanında olmaması Sevincin məsuliyyətini daha da artırmışdı. Amma düşünürdü ki, onların ehtiyacı olduğu kimi onun nəzarətində olan əsgərlərin də yoldaşına ehtiyacı var. Övladlarını əmanət etdiyi analar da Sevincin yoldaşına arxayın idi sanki. Sevinc bunu belə qəbul edirdi. Ona görə də soyuqqanlı olmalı idi. Və özündə bu inamı hər zaman diri tuturdu ki, əgər kiminsə sənə, yaxınlarına ehtiyacı olarsa onları yarı yolda buraxmamalısan. Sənə yaranan ümidlərin, güvənin qamətini heç vaxt sarsmayasan. Ona görə də yoldaşı ilə, onun peşəsi ilə qürur duyurdu. Öz işi ilə də həmçinin. Cəmiyyətin, insanların doğru məlumata, düzgün xəbərə ehtiyacı olan bir zamanda öz işinə daha məsuliyyətli yanaşmalı idi. Ona görə də hər evdən çıxanda övladları üçün nə qədər narahatlıq keçirsə də, vəzifə borcunun məsuliyyətini düşündükcə qəlbində sanki bir fərəhlik duyurdu. O işini gözəl şəkildə icra etməli, yoldaşının da işinə daha da məsuliyyətli yanaşması üçün ona narahatlıqlarını bildirməməli idi...

                                                         ***
Tibb bacısı Sevinci müsahib həkimin yanına apardı. Koronovirus xəstələrinin müalicə olunduğu xəstəxanalara kənar şəxslərin daxil olması qəti şəkildə qadağan idi. Amma həkimlər başda olmaqla, xüsusi icazəsi olanlar bu binaya daxil olsalar xüsusi geyimlə daxil olmalı idilər.  Bunun üçün Sevincə və operatora bu geyimləri geyinməkdə yardım edən tibb bacıları ayrılmışdı. Həkimlər dayanmadan günlərlə evə belə getmədən bu geyimlə necə hərəkət edirlər? Bəzən növbələri günlərlə çəkir. Gecələri yuxusuz keçirdikləri anlar olur. Bunları düşündükcə Sevincin həkimlərə, onların qəhrəmanlıqlarına, fədakarlıqlarına hörməti daha da artır. Geyimlərini geyindikdən sonra tibb bacısının yardımı ilə xəstələrin olduğu bölümə keçib, bir qədər məlumat əldə etdikdən sonra reanimasiyadakı xəstələrə də baş çəkdilər. Kritik vəziyyətdə olan xəstələr çox olduğundan müsahibə üçün təyin edilən həkim gecikirdi. Sevinc onunla müsahibəyə tələssə də tibb bacısından xəstələr, onların vəziyyəti barədə məlumat əldə edirdi. Elə son olaraq reanimasiyaya yerləşdirilən xəstələrin otağına gəldilər. Tibb bacısı vəziyyəti kritik olan xəstədən danışırdı. Sevinc əvvəl bir az diqqəti dağınıq olsa da sonradan nəsə onda maraq oyatdı. Tibb bacısının xəstə haqqında danışdığı bir-iki məqam nədənsə Sevincin diqqətini cəlb etdi. Xəstə süni tənəffüs aparatına qoşulu idi. Özündə deyildi. 64-65 yaşlı, ağ saçlı, qarabuğdayı bir kişi idi. Venasına iynələr qoşulmuşdu. Süni tənəffüs aparatına qoşulsa da sinəsinə diqqətlə baxanda ağır nəfəs alıb-verdiyini asanlıqla görmək olurdu. Sevinc bir neçə saniyə  ona baxan kimi özünün də təngnəfəs olduğunu hiss etdi. Ona görə tez gözlərini sinəsindən çəkdi. Xəstənin burnu və ağzı oksigen aparatının ağızlığı ilə örtüldüyündən tanınmırdı. Amma bir anlığa Sevincdə elə hiss yarandı ki, sanki onu tanıyır. Bu hiss nə doğmalıq hissi, nə yadlıq hissi, nə də ki, adi tanışlıq hissi idi... bu hiss nə sevgi idi, nə rəhm idi, nə də ki, sözlə tərif ediləsi bir ifadə... amma bu o idi... Sevinc onu gözünün kənarındakı xalından tanıdı... necə ola bilər ki, bu qarşılaşma illər sonra bu şəkildə olsun... Ona görə də özünü inandırmağa çalışdı ki, onu səhv bənzədib. Beynindən fikirlər və suallar getmək bilmirdi. Bu odurmu? İllər sonra bu şəkildəmi qarşıma çıxacaqdı? İmtahandırmı bu yoxsa, həyatın ironiyası? Hansı dərs verə bilər ki, mənə həyat bu qarşılaşmadan? Mənəmi cəza kəsir həyat, yoxsa onamı? Sevincin ürəyi elə bərk döyünməyə başladı ki, sanki ağzından çıxacaqdı. Əlləri titrəməyə, bədənindən soyuq tər axmağa başladı. İstədi otaqdan çıxsın amma heç ayağı da yerindən tərpənmədi. Qulağında ancaq bir səs cingildəməyə başladı. “NEYNİRƏM BU UŞAQLARI, İSTƏDİYİM VAXT UŞAQ SAHİBİ OLARAM, MƏNƏ BUNLAR YOX İSTƏDİYİM HƏYATI YAŞAMAQ LAZIMDI...” 

Sevinc ömrü boyu bu sözlərin sanki məsuliyyəti ilə böyümüşdü. Buna heç məsuliyyət də demək olmazdı. Bu daha çox günahkarlıq hissi idi. Sevinc məhz özünü dərk edəndən, bu sözlərin ağırlığı ilə yaşayırdı. Öz dünyaya gəlişini hər zaman yanlış qəbul edirdi. Bəlkə dünyaya gəlməsəydik anam atamla bizsiz xoşbəxt yaşayardılar. Atam Bizi böyütmək məsuliyyətindən qorxub qaçmazdı bəlkə də. Amma Sevinc bunları ailə quranadək belə düşünürdü. Özü də ailə başçısı olandan sonra heç də onun sözlərinə haqq axtarıb tapmırdı. Çünki öz övladları olduqdan sonra həyat yoldaşının onlara hədsiz məsuliyyətli yanaşmasından, həyatın heç bir dönəmində yalnız qoymayacağını anladıqdan sonra atasının onları atıb getməsinə heç bir bəraət verə bilmirdi. Bəli “ata”sının. Sevinc illər sonra onları bu adı çəkməkdən məhrum edən insanla qarşı-qarşıya idi. Balacalıqdan ata qucağına, ona arxalanaraq həyatda irəliləməkdən, sözün əsl mənasında həyatın bütün çağlarında sevinclərdən məhrum edən insanla qarşı-qarşıya idi. Ona ata demək olardımı? Sevinc ümumiyətlə ata sevgisinin,  ona hörmət hissinin, necə rəftar edildiyinin, qayğılarını bölüşməyin, ona arxalanmağın necə bir hiss olduğunu bilmirdi. Yaşamamışdı bütün bunları. Ancaq kənardakıların, rəfiqələrinin, qohumlarının, sinif yoldaşlarının atalarına kənardan baxaraq, özündə onun xəyalını qururdu. Amma heç vaxt atasına doğmalıq, yaxınlıq hiss etmirdi. Axı, bir insan yaşamadığı hissi necə hiss edə bilər ki. Bəs, görəsən, atası nə hisslər keçirirdi. O heç həyatında bir dəfə də olsun övladlarının istiliyinə, onların qayğısına və ya ehtiyaclarına şərik olmaq istəyibmi? Görəsən, heç bir dəfə də olsun düşünübmü ki, səhv etdiyini, yoxsa daim özünə, öz fikirlərinə, həyatına haqq qazandıraraq yaşayıb. Görəsən, heç ağlına gəlibmi ki, mənim oğlum, qızım bəlkə mənə möhtacdılar, mənsiz yaşamaq onlara çətindirmi? Görəsən, övladlarının arzularından, xəyallarından, onlara mənəviyyatdan başqa heç nə verməyib sadəcə yanlarında olmağından, onları sonsuz xoşbəxt etmələrindən xəbəri olubmu heç? 

Sevinc onu və qardaşını bütün bu hisslərdən məhrum edən atasını illər sonra necə tanıya bildi... Uşaqlıqdan Sevinc bəzən planlar qururdu ki, nə vaxtsa atası ilə qarşılaşsa ona ancaq bir sual verəcək: “Niyə?...” niyə ilə başlayan bu sualı Sevinc heç vaxt tamamlamırdı. Amma bu sualı ona mütləq verəcəyinə əmin idi...

Tibb bacısı Sevincə həkim artıq müsahibə üçün hazır olduğunu dedi. Sevinc tibb bacısının bu sözünü eşidəndə sanki o otaqda dayanmaq məsuliyyətindən xilas olunduğuna sevindi. Dərhal otaqdan çıxdılar. Amma çıxarkən Sevinc bir daha əmin olmaq üçün ona diqqətlə baxıb, otaqdan çıxdı. O otaqdan çıxsalar da Sevinc heç də özünü yaxşı hiss etmirdi. Nəfəs ala bilmirdi, sanki. Geyindiyi  xüsusi qoruyuculu geyim də onu daha da narahat edirdi. Amma özünü ələ alıb vəzifəsinə dönməli idi. Fikrini toplayıb, işinə davam etdi. Həkimlə bir qədər söhbət etdikdən sonra artıq kamera qarşısında müsahibəyə başladılar. Həkim xəstəliyin gedişatından, artım sürətindən, xəstələrin vəziyyətindən ətraflı məlumat verdi: “Dövlətin vaxtında gördüyü tədbirlərin başqa ölkələrlə müqayisədə üstünlüyü ölkəmizin, ölkə başçısının xalqını, millətini düşünməyindən irəli gəlir. Ona görə də yoluxma sayı digər ölkələrlə müqayisə də kritik həddə çatmayıb. Yoluxan xəstələrə isə əlimizdən gələn yardımı etməyə kifayət qədər vəsaitimiz və imkanlarımız var....” Həkim sözlərini yekunlaşdıranda vurğuladı ki, hazırda vəziyyəti kritik olan 3 xəstəmiz var. Onların yaşlarının çox olması, xroniki xəstəliklərinin və gec müraciət etmələri səbəbindən vəziyyətləri barədə ürəkaçan bir söz deyə bilmərik. Hətta içərilərindən birinin vəziyyəti daha kritikdir. Sevinc heç bir sual verə bilmirdi, çünki hansı xəstənin vəziyyətinin kritik olmasını öyrənmək izah olunmayacaq dərəcədə ona ağır idi. Sualı verməsə də həkim əli ilə onların bayaq çıxdıqları reanimasiya otağını göstərib, atasının adı və soyadını səsləndirərək vəziyyətinin kritik olduğunu, xəstəliyin artıq ciyərlərinin fəaliyyətini zəiflətdiyini, hər gün ümidlərinin daha da azaldığını bildirdi. Bunları eşitdikcə Sevincin gözlərindən qeyri-ixtiyari yaşlar axırdı. Amma səbəbini anlamırdı. Göz yaşları sanki buz bağlamış qəlbindən əriyən damcılar idi. Buz kimi idi... amma bunu heç kim hiss etmirdi çünki qoruyucu maska və  gözlükdə idi. Müsahibəni tamamladıqdan sonra bütün çəkilişləri də yekunlaşdırdıqdan sonra artıq çıxmalı idilər. Sevinc tibb bacısının telefon nömrəsini götürdü və öz nömrəsin də ona verdi ki, reportajı hazırlayan zaman hər hansı bir sualı yaransa və ya onların əlavə edəcəkləri bir məqam olarsa, zəngləşə bilsinlər. Amma ən əsas səbibinin bu olmadığını özü də yaxşı bilirdi.

                                              *** 

Sevinc yolboyu olanları düşünürdü. Amma hələ də bir məna tapa bilmirdi. Axı, həyatda olan hər bir hadisənin anlamı, mənası olmalıdır. Heç bir yaşanmış, heç bir hadisə yarımçıq qalmamalıdı, heç bir haqsızlıq da cəzasız qalmamalıdı...

Sevinc şirkətə qayıdanda artıq günortadan xeyli keçmişdi. Reportjı axşam əsas xəbərlərə qədər hazır etməli idi. Hələ koronovirus xəstələrinin müalicə alındığı xəstəxanadan ətraflı reportaj hazırlayan olmamışdı. Ona görə hisslərini, fikirlərini cəmləyib, reportajı redaktorunun tapşırdığı kimi və ən əsas onlara baxan tamaşaçıların suallarını, maraqlarını təmin edə biləcək reportaj olmalı idi. Odur ki, bir kofe içdikdən sonra dərhal kompüter arxasına keçib yazmağa başladı. Bir saat sonra montaj prosesinini də bitirdikdən sonra artıq işi bitmişdi. Bayaqdan qızları dayanmadan zəng edib analarına tez gəlmələrini xahiş edirlər. Sevincin də bu an üçün ən böyük arzusu evə tez qayıdıb qızlarını doyunca qucalamaq idi. Sevinc artıq evə getmək üçün taksi sifariş etdi. Karantin rejimi olduğundan avtobuslar da məhdud sayda idi və artıq 9-dan sonra bəzi səlahiyyətli şəxslərdən başqa bayıra çıxmaq qadağan idi. Ona görə Sevinc işdən gec çıxanda taksi ilə getməli olur. Evə çatan kimi qızlarına sarılmaq istəsə də əvvəl maskasını, üst geyimlərini kənarda çıxarıb, yuyunmalı idi. Bu gün həm də xəstəxanaya da getdiyindən özünü tam əmin hiss etmək üçün birbaşa hamam otağına keçib yuyunduqdan sonra qızlarını ürəkdən qucaqlaya bildi. Onları möhkəm bağrına basıb qoxlayaraq bir daha özünə sual verdi ki, yəni heçmi bir insan övladlarına bu qədər yaxın olmaq, onların istiliyini, ətrini heç bir dəfə də olsun içinə çəkmək istəməsin. Yəni bu hisslərsiz yaşamaq mümkündürmü...

Yoldaşı ilə zəngləşib, uşaqlarla birlikdə görüntülü danışdılar. Onun  da yorğun olduğu gözlərindən, səsindən bilinirdi. Amma o heç vaxt bunu bildirməzdi. Sevinc isə hər zaman hiss edərdi. Ona görə də bu gün olanlar barədə yoldaşına heç nə bildirmədi. Uşaqlarla yemək yeyib, bir qədər dərslərinə nəzarət etdikdən sonra yatmağa hazırlaşdılar. Sabah istirahət günü olduğundan Sevinc işə getməyəcəkdi. Heç bir yerə gedə bilməsələr də uşaqlarla istirahət günlərini birlikdə evdə necə dəyərləndirəcəklərini planlayaraq yuxuya getdilər...

                                                  ***

“Sevinc, sən axı niyə məni oyatmadın, gəldiyini xəbər etmədin, səndən...” bu sözlərin vahiməsindən Sevinc yuxudan ayıldı. Səs o qədər aydın eşidildi ki... Sevinc tez qalxıb su içdi. Gecə 3-ün yarısı idi. Nə qədər etdisə yuxuya gedə bilmədi. Sadəcə düşünməyə başladı. Suallar, düşüncələr onu yatmağa qoymurdu. Ətrafdakılar onu çətin anlayardı. Məsələn, hansısa iş yoldaşına atası ilə illər sonra necə qarşılaşdığını, hisslərini danışsa heç kim onu anlamayacaqdı. Əksinə qınayacaqdı. “Axı, bir övlad doğma atasını necə o vəziyyətdə qoyub, səssiz sədasız yanından gedər. Ata nə qədər pis olsa da atadır, sənin dünyaya gəlişinin səbəbkarıdır” kimi fikirlər səsləndirərlər yəqin. Sevinci də atası ağır xəstələnəndə tərk etmişdi. Qardaşı ilə su çiçəyinə yoluxmuşdular. Sevinc ikinci, qardaşı isə birinci sinifdə oxuyurdu. Ikisi də xəstəliyi yüksək qızdırma ilə keçirirdilər. Anaları hər axşam içkili gələn atalarına nə qədər yalvarırdı ki, heç olmasa bir gün evə içkisiz gəl, uşaqların da sənə ehtiyacları var, axı. Bəlkə onlarla bir az söhbət etsən, oynasan kefləri yerinə gələr. Onsuz da bütün günü qızdırmadan heysiz yatırlar. Elə bu dialoq da Sevincin yaddaşında həkk olunan “ata”lı günlərindən sonuncu epizod idi. “Mənə onlar yox, pul lazımdı, ürəyim istəyən kimi yaşamaq lazımdı. İstədiyim vaxt uşaq tapa bilərəm amma bu illərim heç vaxt qayıtmayacaq”. Sevinc yarıyuxulu halda qapının çırpılmağını eşidib, pəncərədən yarımçıq aya baxa-baxa yuxuya getmişdi.... Daha sonra məktəbi bitirəndə də, universitetə qəbul olanda da, işləyəndə də, ailə quranda da elə üçü birlikdə idi. Anası, qardaşı və özü. Anası ikisinə də əlindən gələnin ən yaxşısını etmişdi. Ən qabaqcıl universitetlərdə təhsil alıb, arzuladıqları işlərdə işləyirdilər. Balaca olanda qardaşı ilə bir-birlərinə söz vermişdilər. Qardaşı həkim olacaqdı, Sevinc isə müəllimə. Analarını da götürüb bütün kəndləri gəzib imkanı aşağı ailələrə kömək edəcəkdilər. Qardaşı onları pulsuz müayinə edəcək, Sevinclə anası təhsil verəcəkdilər. Düzdür, bütün bunlar uşaqlıq xəyalları olaraq qalsa da, Sevincin qardaşı Kamran tanınmış həkimlərdən idi və Avropa ölkələrinin ən qabaqcıl xəstəxanalarından birində dəvətlə çalışırdı. Anasını da özü ilə aparmışdı. Sevinc isə doğma şəhərlərində ailəsi ilə qalmışdı. Çox darıxırdı onlar üçün. Amma sağlıqlı olmaları, işlərinin yaxşı olmaları, uğurları darıxmağı əngəlləyirdi. 

Sevinc səhərə qədər düşündü və atası ilə qarşılaşmadan heç bir nəticə çıxara bilmədi. Sağalmasınımı istəyirdi, yoxsa... heç nə anlamırdı. Ataları onları tərk edəndə  ona möhtac və çox köməksiz idilər. Sadəcə onun bir xoş sözünə, gülümsəməsinə, sevgi dolu baxışlarına möhtac idilər. Yəqin ki, indi onun özü də bütün bunlara möhtacdır. Sevinc bir daha düşünməyə başladı, hisslərindən əmin olmaq istəyirdi. Və bütün olanları düşündükcə əmin olurdu ki, atasına bir övlad mərhəməti ilə yox, sadəcə digər xəstələrə yanaşdığı rəhm hissi ilə yanaşır. Görəsən, onun yerinə başqa biri olsa idi onu da bu qədər düşünəcəkdimmi? Bəs, niyə gözlərim yaşardı? Bu normaldır, yəqin kimsəsiz xəstə dediklərinə görə təsirlənmişəm. Bəs, indi niyə yuxuya gedə bilmirsən? Fikirlərin, bəlkə də vicdanın rahat deyil. Bax, bu suala cavab tapsaydı rahatlayacaqdı... bu fikirlərlə divanda yuxuya gedən Sevinc səhər uşaqların səsinə oyandı. Nə qədər fikirli olsa da özünü ələ alıb birlikdə olan günlərini səmərəli keçirtməli idilər. Atalarının burda olmamasını onlara hiss etdirməyə çalışırdı... 
                                      
                                                     ***

Yenə həftənin bazar ertəsi və iş günü idi. Sevinc yenə də uşaqların yeməklərini, çaylarını hazır edib, “online” da olsa dərslərinə ciddi yanaşmalarını tapşırıb işə getdi. Bu gün onu hansı tapşırıqlar gözləyəcəyini bilmirdi. Maska və əlcəkdən istifadə mütləq idi. Maskada nəfəs almaq çətin olsa da başqa çarə yox idi. Avtobus dayanacağında düz 20 dəqiqə avtobus gözləməli oldu. Əvvəl tez-tez və dolu gələn avtobuslar, artıq bomboş idi. Küçələrdə az adam görünürdü. Hamı ancaq yaşadıqları ünvana yaxın marketlərdən alış-veriş etməli idi. Yollarda tıxac da yox idi. Mərkəzi yollarda postlar qurulmuşdu. Maşınların, hətta avtobusların sərnişinləri də yoxlanılırdı. Xüsusi icazə sənədi və “sms” icazəsi olmayanalar cərimələnirdi. Sevincin müxbirlik vəsiqəsi olduğundan heç vaxt problem yaşamırdı. Çünkü o da günün qəhrəmanlarından idi. Polislər, həkimlər kimi. Səsli-küylü, tıxaclı, izdihamlı küçələrin boşluğu adamı vahimələndirirdi bəzən. Adam əlindən tərpənmək mümkün olmayan böyük icarət mərkəzləri bomboş idi, növbələrin olduğu restoranlar artqı bağlı idi. Bütün uçuşlar, səfərlər təxirə salınmışdı. Bütün dünyada vəziyyət eyni idi. Hətta daha kritik vəziyyətdə olan ölkələr var. İnsanlar da çaşqınlıq içərisində idilər. Amma bəlkə də monoton həyatımıza gələcəkdə rəng qatmaq üçündür, bütün bunlar. Bəlkə də əlimizdəkilərin qədrini bilməmişik, nə qədər zəngin olduğumuzun, nə qədər xoşbəxt olduğumuzun fərqində olmamışıq. Bütün bunlar əlimizdəkilərin dəyərini anlamaq üçündür, bəlkə də...

Sevinc nəhayət işə çatdı və şirkətin bütün təmizləyici tədbirlərindən keçdikdən sonra otağına daxil oldu. Günə, yeni həftəyə pozitiv başlamaq üçün yenicə dezinfeksiya edilmiş iş masasının üzərini ətirli salfeti ilə bir daha sildi ki, ətrafdakı xoş qoxular əhvalına müsbət təsir etsin. Redaktor o günkü reportajının bəyənildiyini bildirəndə keyfi daha da yerinə gəldi. Amma içində bir sıxıntı qaçılmaz idi. Xəbərlər də heç ürəkaçıcı deyildi. Hər gün yoluxma sayının statistikasını gözləyirdilər ki, yoluxma və ölüm sayını bilsinlər. Qardaşı ilə də iki gün idi ki, danışa bilmirdi. Çünki onun işlədiyi ölkədə vəziyyət daha gərgin idi, ölüm sayı kritik həddə çatmışdı. Həkimlər isə növbəyə çıxmadan, bəzən günlərlə yatmadan çalışırdılar. Qardaşı da onlardan idi Anası ilə danışanda bütün məlumatları ondan öyrənirdi. 

Sevinc yeni sujetinin mövzusu ilə tanış olmaq üçün “google”dan mövzu barədə məqalələr oxuyurdu. Qəfl telefonuna gələn zəng onu işindən ayırdı. Zəng edən o günkü tibb bacısı idi. Sevinc telefonunda onun adını görəndə sanki zəngi gözləyirmiş kimi tez cavabladı. Əslində, elə o zəngi gözləyirdi. Hətta özü də zəng etmək istəyirdi. Amma nə soruşacağını bilmirdi. Tibb bacısı o gün efirə gedən süjeti ona göndərməyini xahiş etmək üçün zəng edibmiş. Sevinc fürsətdən istifadə edib xəstələrin vəziyyətini soruşdu. Tibb bacısının səsi çox yorğun olsa da sanki bu kimi xəbərlərə öyrəncəkli kimi emosiyasız səslə vəziyyəti kritik olan, elə o gün sən də otağında olan xəstə sən gedən gün gecə.... bu xəbəri eşidəndə Sevincin qulağında sanki bir uğultu yarandı və heç nə eşidə bilmirdi. Tez sağollaşıb, yerindəcə donub qaldı. Tamamilə hissiz, duyğusuz, səssiz bir sükut halı aldı. Qəfil onu öyümək tutdu. Əlləri buz bağladı. Dodağı da əsməyə başladı. Sanki bir cinayəti gizlədən qatil kimi özünü hiss edirdi. Özünü cinayətkar hiss etməsə də sanki cinayətə şahid olmuşdu, lakin bunu heç kimə deməməli idi. İndi ancaq bir istəyi var idi, yoldaşının yanında olub, ona möhkəm sarılaraq ağlamaq... amma indi o da yox idi yanında, anası da, qardaşı da. Sanki hər kəs onu bu ağır imtahanla baş-başa buraxmışdı. Sanki hər kəs onu bir dərənin dibinə atıb, ordan çıxma yollarını da onun özünə həvalə ediblər. O isə əlində heç bir kömək, dayaq olmadan nə edəcəyini bilmirdi. Elə ancaq fikirlərində, hisslərində çabalayırdı. Rənginin dəyişdiyini, özünü pis hiss etdiyini görən redaktor Sevincə evə getmək üçün icazə verdi. Hətta zarafatla dedi ki, bəlkə test etdirəsən birdən sən də yoluxarsan, nəsə gözümüzə yaxşı dəymirsən. Bu zarafat Sevincin ağızucu da olsa gülümsəməsinə səbəb olmadı...

                                                      ***

Artıq bir həftə idi ki, Sevinc həkim nəzarəti altında evdə müayinə alırdı. Həmin gün evə gedəndə halı daha da pisləşib, qonşularının köməyi ilə təcili tibbi yardım çağırmışdılar. Durmadan titrəyidi. Hər ehtimala görə, təcili tibbi yarıdm personalı koronovirusa görə test də götürdülər ki, yoxlansın. Amma özündən başqa heç kim bütün bunların səbəbini bilməyəcək. Ailə həkimləri bir həftəlik ev şəraitində müalicə də yazdı ki, bir müddət özünə gələ bilsin. Uşaqları ilə evdə birlikdə qalmaq Sevincə getdikcə yaxşı təsir etməyə başlayırdı. Amma içərisində gizli saxladığı bu sirri nə vaxtsa kiməsə danışacağını və niyə bunu bir sirr kimi saxladığını hələ də anlamırdı. Arzularından, xəyallarından, necə böyüməsindən, uğurlarından, uğursuzluqlarından, çox istəyib nail olmadıqlarından, xəyal qırıqlıqlarından, mübarizələrindən xəbərsiz olan, onları da ehtiyac anında buraxan, heç maraqlanmayan  atası ilə bu vəziyyətdə qarşılaşmağı və ölümünə şahidliyi, onların da sevgiyə, qayğıya möhtac olduqları anda tərk edilmələri kimi heç də sadə olmadı...

ÜLVİYYƏ QARAYEVA

Oxşar xəbərlər
18:50, Bu gün
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
18:49, Bu gün
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
18:46, Bu gün
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
18:39, Bu gün
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
18:33, Bu gün
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
18:05, Bu gün
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
18:00, Bu gün
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
17:55, Bu gün
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
17:50, Bu gün
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
17:45, Bu gün
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
17:40, Bu gün
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
17:35, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
17:30, Bu gün
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
17:25, Bu gün
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
17:20, Bu gün
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
17:17, Bu gün
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
17:15, Bu gün
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
17:10, Bu gün
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
17:07, Bu gün
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
17:05, Bu gün
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
17:03, Bu gün
COP29-un rəsmi saytı istifadəyə verildi
17:00, Bu gün
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
16:56, Bu gün
İyunda ardıcıl beş gün iş olmayacaq
16:52, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
16:50, Bu gün
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
16:47, Bu gün
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
16:42, Bu gün
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
16:40, Bu gün
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
16:37, Bu gün
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
16:35, Bu gün
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
16:32, Bu gün
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
16:27, Bu gün
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
16:22, Bu gün
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
16:20, Bu gün
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
16:17, Bu gün
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
16:15, Bu gün
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:05, Bu gün
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
GÜNLÜK
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ