Beynəlxalq erməni mafiyası haqqında sensasion məlumatlar: Azərbaycan və Türkiyə mafiyaları onlarla...
Oxunub: 1858
28 Jun 2020 | 10:02
Beynəlxalq erməni mafiyası haqqında sensasion məlumatlar:  Azərbaycan və Türkiyə mafiyaları onlarla...
Erməni mafiyasının Xaç atası-Ermənistan dövlətidir; Niyə İrəvanda qanuni oğrular yaşamırlar?
 Beynəlxalq erməni mafiyası haqqında materialları araşdırdım. Çox maraqlı faktlar var. Məsələn, Qərb mütəxəssisləri yazırlar ki, erməni mafiyasının müttəfiqi rus mafiyasıdır, rəqibi isə Azərbaycan və Türkiyə mafiyalarıdır...

Hətta cinayətkar aləmdə də biz ermənilərlə kəllə-kəlləyə gedirik. Azərbaycan mafiya söhbətində də Türkiyə ilə bir yerdədir.

Almaniyanın “mdr.de” saytında erməni mafiyası ilə bağlı geniş bir yazı oxudum. Düzü, xeyli təəccüb etdim. Özünüz düşünün, az qala 5 milyon türkün yaşadığı Almaniyada erməni mafiyası fəaliyyət göstərir. Özü də müxtəlif erməni mafiyaları öz aralarında problemləri çözmək üçün şəhərin ortasında bir-biri ilə atışırlar. Bu yazı məni erməni mafiyası mövzusunu araşdırmağa təhrik etdi. Müqayisə üçün ötəri də olsa, Azərbaycan mafiyasına da nəzər saldıq.

 Oradan başlayaq ki, erməni mafiyası erməni əsilli cinayətkarların birləşdiyi kriminal qruplardır. Belə qruplara ermənilər “akperutyunus” (qardaşlıq) deyirlər. 

Almaniya

Gəlin, elə Almaniyadan başlayaq. Rəsmi məlumatlara əsasən, 2009-2011-ci illərdə Almaniya Kriminal Polis Bürosu erməni mafiyasına qarşı istintaqa başladı. O vaxt ermənilərin narkotik qaçaqmalçılığı ilə məşğul olması məsələsi ortaya çıxdı. Məlum oldu ki, Erfurt şəhərində ən azı iki erməni klanı var və onlar bir-biri ilə müharibə vəziyyətindədir.

2014-cü ilin 13 iyulunda Erfurt şəhərində baş vermiş atışma zamanı iki nəfər ağır yaralandı. (Yazının sonunda təqdim etdiyimiz video-materialda həmin atışma öz əksini tapıb. Çəkiliş təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. E.H)  Bir neçə aylıq istintaqdan sonra polis 31 yaşlı maşın alverçisi Artur Z. Və 26 yaşlı Karo S. narkotik alverində şübhəli bilərək, həbs etdi. Polis reydləri zamanı 35 kq. marixuana müsadirə edildi. Bu olaydan sonra əvvəllər gizli fəaliyyətdə olan erməni mafiyası ictimaiyyətin diqqətini çəkdi. Yerli polis “qanuni oğrulara qarşı mübarizəyə qalxdı”. Bu mübarizə 3 il davam etdi. Bəlli oldu ki, Almaniyada həqiqətən də erməni mafiyası mövcuddur. Onlar keçmiş SSRİ-dən olan cinayətkar qruplarla əlbir şəkildə işləyirlər və Almaniya qanunlarının təsir dairəsinə əngəl olurlar.

2018-ci ilin 7 noyabrında Almaniyanın “MDR TV” 30 dəqiqəlik sənədli film təqdim edəcəkdi. Filmin adı belə idi: “Xaç Atası Almaniyada: ”Erməni mafiyası və qanuni oğrular”. Filmdə erməni mafiyası ilə Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın əlaqələri əks olunmuşdu. Ancaq Aşot Smbatyan məhkəməyə müraciət etdi və noyabrın 6-da filmin nümayişinə qadağa qoyan məhkəmə hökmü əldə etməyə nail oldu.

30 dəqiqəlik sənədli filmin yerinə televiziyalar 7 dəqiqəlik video yayımlandı. “Youtube”a yüklənmiş həmin videonu təqdim edirik. Almaniyanın ən nüfuzlu nəşrlərindən olan “Die Spiegel” də bu məsələyə xüsusi diqqət ayırdı. Bir daha bəlli oldu ki, Almaniya polisi erməni mafiyasının dəqiq gücünü və imkanlarını öyrənmək üçün illərlə istintaq aparıb.

2018-ci ilin martında isə səfir Aşot Smbatyan Almaniya rəsmilərinə müraciət etdi, bildirdi ki, erməni mafiyasına qarşı polisin apardığı mübarizəyə töhfə vermək üçün hər cür köməyə hazırdır. Video-materialda (5.15-5.30 dəqiqələri arasında) belə bir məqam var. İki jurnalistin iki cümləlik dialoquna biz də diqqət edək:

-        Erməni mafiyasının arxasında kim dayanıb?

-        Erməni mafiyasının arxasında Ermənistan dövləti dayanıb.

Düşünün ki, bu söhbət Almaniya TV-si ilə verilir. Obyektivliyi ilə seçilən alman jurnalistləri ciddi sübutlar olmadan belə bir iddia ortaya qoymazdı. Özü də Almaniyadakı Ermənistan səfiri erməni mafiyası ilə bağlı sənədli filmin nümayişinə məhkəmə qərarı ilə qadağa qoyulmasına nail olduqdan sonra bu, məhkəmə perspektivi ehtimalı güclənmişdi. Ancaq Ermənistan rəsmiləri bu ittihamın üstündən sükutla keçdi.

Elə dövlətlə kriminal dünyanın iç-içə olması səbəbindən Almaniya polisi erməni səfirin yardım təklifini rədd etdi. O vaxt Almaniya Kriminal Polis Bürosunun hesabatında deyilirdi ki, Ermənistan rəsmiləri ilə erməni mafiyasına görə dərin əməkdaşlıqdan çəkinmək lazımdır, çünki Ermənistanın dövlət strukturları ilə qanuni oğruların sıx əlaqəsi var. Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (Bundesnachrichtendienst, BND) 2008-ci ilə aid gizli hesabatında  səfir Aşot Smbatyanın özü qanuni oğru kimi təqdim olunmuşdu.

Bir daha “erməni mafiyasının arxasında Ermənistan dövləti dayanıb”,- fikrinə qayıtmaq istərdim. Bu çox önəmli məqamdır. Qərb mediası yazır ki, Türkiyə mafiyasına bəzi üzvləri Türkiyənin dərin dövləti ilə əlaqələrə malikdir. Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Millî İstihbarat Teşkilâtı) və Boz Qurdlar da dərin dövlətə bağlıdırlar. Bu bağ və əlaqələr Susurluq skandalı  (1996) zamanı aydın şəkildə ortaya çıxdı. “Dövlət, siyasət, mafiya” üçbucağı barədə Türkiyə mətbuatında dəfələrlə iri araşdırmalar çap olunub.

Erməni mafiyası ilə Ermənistanın dərin dövləti arasında hər hansı bir əlaqə varmı? Bu suala birmənalı cavab vermək çətindir. Fakt odur ki, əlaqə var. Ancaq bu əlaqə dövlət maraqlarına, yoxsa şəxsi maraqlara söykənir? Bəlli deyil. Ümumiyyətlə, Ermənistanda dərin dövlət anlayışı nə dərəcədə realdır? Bu sualın cavabı da havadan asılı qalır.

ABŞ

Amerikada erməni mafiyası xeyli güclüdür. Burada erməni mafiyası əsasən 3 yerə bölünür. Ermənistan (Van), Suriya və İraq əsilli ermənilərin ayrı-ayrılıqda öz qrupları var. Gördüyünüz kimi, yerlipərəstlik hissi ermənilərdə də xeyli güclüdür. Ən güclü erməni mafiyası isə Los-Ancelsdə fəaliyyət göstərir. Bu qrup “Armenian Power” (erməni gücü) adlanır. Bu qrupun 200 nəfər üzvü var.

Buradaca kiçik bir haşiyə çıxaraq qeyd edim ki, rəsmi məlumatlara görə, Rusiyada Azərbaycan mafiyası ciddi şəkildə güclüdür. Xüsusən bazarlara azərbaycanlılar nəzarət edirlər. Azərbaycanlılara bağlı 30 cinayətkar qrup var. Rusiya mətbuatı yazır ki, istisnasız olaraq bütün azərbaycanlı qruplar yerliçilik əsasında formalaşıb. Yəni gəncəlilərin, bakılıların, cənub bölgəsinin... hər birinin öz qrupu var. Bu baxımdan erməni mafiyasının strukturu ilə bizim kriminal qruplar arasında oxşarlıq diqqət çəkir. Deyim ki, bu xüsusiyyət, yəni yerliçilik amili nəyinki keçmiş SSRİ məkanında, eləcə də bir çox Qərb ölkəsində ciddi kök salıb. Təəssüf ki, kriminal müstəvidə də millət olaraq bütöv deyilik. Yeganə təsəllimiz isə o ola bilər ki, başqa xalqlarda da bu amil qabarıq nəzərə çarpır...

Federal Təhqiqat Bürosunun 2011-ci ildəki hesabatında deyilir ki, erməni mafiyasının digər küçə bandalardan fərqi ondadır ki, onlar son dərəcə yüksək səviyyədə təşkilatlanıblar, beynəlxalq səviyyədə işləyirlər. Əsasən bank dələduzluğu, soyğunçuluq, girov götürmə, cinayətkar yolla əldə olunmuş şəxsi məlumatlardan istifadə edərək kimləri isə aldatmaq  kimi əməllərlə məşğul olurlar.

“Armenian Power” təşkilatının yaradıcısı “sakit” ləqəbli Armen Petrosyan 2000-ci ildə Meksika mafiyası tərəfindən öldürüldü. Ancaq bir neçə il sonra “Armenian Power” Meksika mafiyası ilə anlaşma əldə etdi. Hazırda “Armenian Power” Los-Ancelsdə ciddi işlər görür, ancaq Meksika mafiyasına “haqq” verir. Başqa cür mümkün deyil.

 Rusiya

Moskvada erməni mafiyası 1980-ci illərdə yaranıb. Öncə erməni cinayətkarlar öz soydaşlarından nə isə qoparırdılar. Onlardan “haqq” alırdılar. Ancaq zaman keçdikcə onlar güclənməyə başladı. Xüsusən 1992-94-cü illərdə Qarabağ münaqişəsi ermənilərin Rusiyaya köçünü sürətləndirdi. 1994-cü ildə Moskvada 150 min erməni qeyri-qanuni olaraq yaşayırdı. 1995-ci ildə isə erməni cinayətkar qruplar arasında ciddi münaqişələr baş verdi. Bir çox qrupların nüfuzlu üzvləri öldürüldü.

Erməni mafiyasında olanların bir çoxu Dağlıq Qarabağda vuruşmuşdu. Onlar üçün kimisə öldürmək elə bir problem deyildi.

Rusiyadakı erməni mafiyası Amerikadakı erməni mafiyasından xeyli şey əxz etmişdi. Belə ki, Rusiyadakı erməni cinayətkar qruplar perspektivli gənc siyasətçilərə maliyyə dəstəyi verirdilər. Məqsəd həmin siyasətçilərin əli ilə sanballı iqtisadi imkanlar əldə etmək idi. Erməni mafiyası Rusiya hakimiyyətində olan öz adamları vasitəsi ilə ciddi üstünlüklər qazandılar. Erməni mafiyası Rusiyada təkcə siyasətçiləri satın almırdı, həm də yerli milis, prokuror və hakimlərə səxavətlə pul buraxırdı. Və onların üzərindən iri işlər görürdülər, indi də bu proses davam edir.

Mövzudan kənara çıxmalı olacam. Moskvada Azərbaycan mafiyası erməni mafiyasından ciddi şəkildə üstündür. Ümumiyyətlə, kriminal müstəvidə Moskvada azərbaycanlılardan üstün olan etnik mafiya yoxdur. Rusiya mətbuatının yazdığına görə, paytaxtda 150-200 min azərbaycanlı məskunlaşıb. Azərbaycan səfirliyi isə iddia edir ki, Moskvada 1 milyon azərbaycanlı yaşayır. Moskva milisi isə hesab edir ki, Moskvada azərbaycanlıların sayı yarım milyondan çoxdur.

Qeyd olunur ki, Moskvada azərbaycanlılar əsasən bazarlara nəzarət edirlər. Onlar hələ Brejnev (Leonid İliç. SSRİ rəhbəri olub) dönəmindən paytaxtda gül satıblar. Bu biznes onlara ağlasığmaz var-dövlət qazandırıb. Azərbaycanlılar Rusiyanın neft-qaz sektorunda da güclüdürlər. Bir vaxtlar bazarlarda mer-meyvə satan azərbaycanlılar hazırda “Rosneft”, “Lyukoyl”, “Qazprom” kimi nəhəng şirkətlərin aksiyalarına sahibdirlər. Qeyri-rəsmi hesablamalara görə, azərbaycanlılar Rusiyada ildə 25 milyard dollar qazanırlar. Bu məbləğın ən azı yarısı Moskvanın payına düşür.

Şimali Qafqazda erməni və yunan kriminalların savaşı

1994-cü ildə erməni və yunan cinayətkar qruplar arasında müharibə başladı. Bu müharibə zamanı 30 nəfərdən artıq adam öldürüldü, bir o qədəri də yoxa çıxdı. Bu hadisə də erməni mafiyası tarixində xüsusi rol oynayıb.

Rəsmi statistikaya görə 2014-cü ildə dünyanın müxtəlif ölkələrində 60 nəfər erməni əsilli qanuni oğru fəaliyyət göstərib. O da maraqlıdır ki, Ermənistanın özündə qanuni oğrular daimi yaşamırlar. Ekspert-Kriminoloq  Sergey Qalayan belə deyir. Niyə Ermənistanda qanuni oğrular yaşamırlar? Çox güman ki, balaca Ermənistanın maliyyə imkanlarının xeyli məhdud olması, qanuni oğruları səadət axtarmaq üçün daha cəlbedici ölkələrə çəkib aparır.(Musavat.com)
Oxşar xəbərlər
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:08, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:36, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:24, Bu gün
"Real" "Bavariya"nı qəbul edəcək - Çempionlar Liqası
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
GÜNLÜK
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi