Abituriyentlər üçün: Qərbi Kaspi Universitetindən REPORTAJ
Oxunub: 35446
23 Jun 2020 | 11:45
Abituriyentlər üçün:  Qərbi Kaspi Universitetindən REPORTAJ
1991-ci ildə əsası qoyulan Qərb Universiteti 90-cı illərdə təhsil sahəsinin flaqmanlarından olub, innovativ yenilikləri təhsilimizə gətirməsi ilə seçilib. Yaxşı ənənələrə malik olan universitet son 2-3 ildə bir az obrazlı desək, “ikinci nəfəsi ilə” yenidən fəallaşmağa, qabaqcıllar sırasına çıxmağa başlayıb.

Beləliklə, Qərbi Kaspi Universitetindən reportajımızı təqdim edirik.

Yüksək infrastruktur, maddi-texniki baza...

Universitetin əsas tədris binası İçərişəhər metrosu yaxınlığında, İstiqlaliyyət 27-də yerləşir. 2016 və 2017-ci illərdə isə Əhməd Rəcəbli küçəsində universitet daha iki müasir binasını istifadəyə verib. 
 
Hər üç bina yüksək infrastruktura, maddi-texniki bazaya malikdir. Burada mühəndislik ixtisasları üzrə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, onun nəzdində Texnopark qurulub. 
Universitet unikal laboratoriya və mərkəzlərlə, eləcə də qurğularla, komputerləşdirilmiş sistemlərlə təchiz olunub.
Universitetin Texnoparkı tələbələr üçün həm mühəndislik dünyasının yeniliklərini mənimsəmək, həm də öz ideyalarını gerçəkliyə çevirmək baxımından faydalı platformaya çevrilib.
Texnoparkın tərkibində Robotexnika Klubu fəaliyyət göstərir. Klub üzvləri Qərbi Kaspi Universitetinin tələbələrindən və məktəblilərdən təşkil olunub. Belə ki, respublika məktəblərində təhsil alan istənilən şagird onlayn formada qeydiyyatdan keçərək Robototexnika Klubuna üzv olur və mütəmadi olaraq Qərbi Kaspi Universiteti Texnoparkında yerləşən kluba gələrək robototexnika, mexatronika və elektronika avadanlıqları ilə təcrübi işlər görə bilirlər. Robototexnika Klubu eyni zamanda region məktəblərin oxuyan şagirdləri də nəzərə alaraq mütəmadi olaraq bölgələrə gedərək 1-3 günlük robototexnika təlimləri keçirlər. Hal-hazırda klubun 9 tələbə və 40 məktəbli üzvü vardır.
Şübhəsiz, pandemiya bu prosesin davamlılığını bir qədər tormozlayıb, ancaq həm tələbələr, həm də şagirdlər inanırlar ki, bu, müvəqqəti dayanmadır.
Ancaq universitet istənilən halda, ən bədbin proqnozun gerçəkləşmə ehtimalına da hazırlaşır - əgər sentyabrdan ənənəvi formada tədrisi bərpa etmək mümkün olmasa, onlayn formada həm dərslər, həm də bu məşğələləri təşkil etmək mümkün olacaq.


Beynəlxalq tədbirlər

Qərbi Kaspi Universiteti həm də beynəlxalq əlaqələri ilə seçilən təhsil ocaqlarındandır. 
Universitet 1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən isə Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin üzvüdür.

Xarici mütəxəssisləri, tədqiqatçıları burada tez-tez görmək mümkündür. Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Xüsusilə Erasmus və Mövlanə proqramları çərçivəsində müxtəlif xarici universitetlərin müəllim və tədqiqatçıları QKU-da dərslər aparır, təlimlər, seminarlar keçir. 

Universitet həm də mühüm beynəlxalq konfransların təşkilatçısı kimi çıxış edir. 

Təkcə ötən il ərzində keçirilmiş iki mühüm tədbiri qeyd etmək kifayətdir. 

Birincisi, Almaniya və Danimarkadan olan tədqiqatçıların iştirakı ilə Bio-Riyaziyyat Yaz Məktəbi.
Tanınmış tədqiqatçılar - Danimarka Texniki Universiteti Tətbiqi Riyaziyyat və Kompüter Elmləri Kafedrasının professoru Mads Peter Soensen və Almaniyanın Mübahisələrin həlli Mərkəzinin professoru Florian Rupp 200-dək universitet, orta məktəb müəllimləri, yerli tədqiqatçılar üçün təlimlər keçiblər, elmi-praktik müzakirələr aparılıb və s.

İlin ən böyük tədbiri isə may ayında keçirilən  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans olub. Konfransda dünyanın 40-dək ölkəsindən xarici tədqiqatçılar, eləcə də yerli mütəxəssislər iştirak ediblər. İştirakçılar 4 günlük konfransın bu sahədə son illərdə keçirilən ən əhəmiyyətli, səmərəli tədbirlərdən biri olduğunu bildiriblər. 
 
İngilis dilini öyərənməmək mümkün deyil

Hazırda əmək bazarında ingilis dilli üzrə biliklərin mühüm üstünlük kimi qəbul edildiyini və hər bir ixtisasın incəliklərinə yiyələnməkdə bu dil üzrə biliklərin əhəmiyyətli rolunu nəzərə alaraq Qərbi Kaspi Universiteti intensiv ingilis dili dərsləri təşkil edir.

Bu dərslərin keyfiyyətli təşkili üçün tələbələrin bilik səviyyəsini müəyyən etmək məqsədi ilə tədris ilinin əvvəlində diaqnostik imtahanlar keçirilir. Diaqnostik imtahanlarla tələbənin hansı "level”ə uyğun gəldiyi müəyyənləşdirilir və qruplaşdırma bu prinsiplə aparılır. Nəhayət, Kembrdic üsulu əsasında Final imtahanlar təşkil edilir. 

Bu imtahan formasında tələbələrin bilik və bacarıqları 4 komponent üzrə qiymətləndilir: “Reading” (oxuma), “Writing”(yazma), Listening (dinləmə) və "Speaking" (danışıq).

 
İngilis dilinin bu səviyyədə tədrisi xarici universitetlərdən dəvət olunan mütəxəssislərin mühazirələrini sərbəst şəkildə dinləmək, ən son elmi nailiyyətlərin, nəzəriyyələrin əks olunduğu ədəbiyyatlar və elektron resurslarla tanış olmaq, beynəlxalq təhsil layihələrində iştirak etmək imkanlarından yararlanmaq və tələbələrdə bugünkü əmək bazarının tələblərinə uyğun kompitensiyalar formalaşdırmaq üçün nəzərdə tutulub.

Bir sözlə, burada ingilis dilini yüksək səviyyədə mənimsəmək üçün yaxşı mühit və imkanlar var. Həm də məsələ buarasındadır ki, ingilis dilini öyrənmək qaçılmazdır – imtahanlar bunu tələb edir. Tələbələr öz aralarında belə bir fraza da yaradıblar “İngilis dilini bilmirsənsə, Qərbi bitirməmisən”.

İkili və üçlü diplom proqramı

Qərbi Kaspi Universiteti artıq uzun illərdir ki, magistratura pilləsində İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birgə ikili diplom proqramını həyata keçirir. Yəni Biznesin idarəedilməsi ixtisasında oxuyan tələbələr (MBA) bu proqram sayəsində 2 ilə 2 diplom əldə edə bilirlər. Tələbələr İsveçrədə Yay Məktəbində iştirak edir, olduqca səmərəli dərslərə, treyninqlərə qatılır. 

İndi bu layihə daha bir tərəfdaşlıq layihəsi ilə üçlü diplom proqramına çevirib. Belə ki, MBA proqramı ABŞ-ın Potomak Universiteti ilə əməkdaşlıqla bir qədər də genişləndirilərək üçlü diplom proqramına çevrilib. Universitetin ikili diplom proqramında təhsil alan tələbələri üç istiqamətdən (menecment, marketinq, bank işi və maliyyə) birini seçib əlavə dörd fənn keçməklə üçüncü diplomu da əldə edə bilərlər.

 
(Fotoda: Qərbi Kaspi Universitetinin magistrlarının İsveçrədə, UBİS Universitetində keçirilən məzun günü)


Yeni əməkdaşlıq əlaqələri

Qərbi Kaspi Universiteti ötən il daha bir neçə nüfuzlu təhsil ocağı əməkdaşlıq barədə razılıq əldə edib. Hələlik onlardan ikisi üzərində xüsuilə dayanaq. 

Onlardan biri ABŞ-ın “Texas A&M” Beynəlxalq Universitetidir. İmzalanamış memorandum iki universitet arasında müəllim və tələbə mübadiləsini, birgə elmi tədqiqatların aparılmasını, müxtəlif layihə və tədbirlərin təşkilini nəzərdə tutur. İkitərəfli əməkdaşlıq həmçinin azərbaycanlı tələbələrə ABŞ-da yay və qış məktəblərində iştirak üçün imkanlar yaradacaq.
 
Digər bir əməkdaşlıq əlaqəsi isə Kanadanın Georgian Kolleci ilə yaradılır.

Bu barədə razılıq Kollecin beynəlxalq şöbəsinin əməkdaşı Catherine Vellinganın Bakıya səfəri və Qərbi Kaspi Universitetində keçirdiyi görüşlərdən sonra əldə olunub. İlkin razılığa əsasən, Qərbi Kaspi Universitetində Georgian Kolleci ilə birlikdə baza ixtisas hazırlığı həyata keçirəcək Mərkəz yaradılacaq. Burada təhsilini başa vuran tələbələr Georgian Kollecinə qəbul ediləcək. Kollec təhsil müddətində Kanadada tələbələrin işlə təmin edilməsi öhdəliyini də öz üzərinə götürür. 



Nüfuzlu reytinq agentliyi öz saytında Qərbi Kaspi Universiteti üçün xüsusi səhifə ayırıb

Dünyanın nüfuzlu təhsil reytinqi agentliklərindən biri olan Times Higher Education (THE) öz saytında Qərbi Kaspi Universiteti üçün xüsusi səhifə açıb.

Universitetin son illərdə dinamik inkişafı, inrastrukturunu və təhsil proqramlarını yeniləməsi və beynəlxalq təhsil mühitinə inteqrasiyası “Times Higher Education”ın diqqətini cəlb edib və təşkilat öz saytında QKU-nu beynəlxalq ictimiayyətə təqdim etmək qərarı verib.

Burada universitetlə bağlı ətraflı məlumat verilir, təhsil ocağının fəaliyyətini özündə əks etdirən videorolik təqdim edilir.
 


Zəngin kitabxana fondu

Hazırda Qərbi Kaspi Universitetinin kitabxanası 65.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 16 000-dan çox ədəbiyyat mövcuddur.

Universitetdə BMT kitabxanası da fəaliyyət göstərir. Görək, bu kitabxananın özəlliyi nədən ibarətdir?
Bir neçə il öncə burada BMT-nin Ümumdünya Turizm Təşkilatının Depozitariya Kitabxanası yaradılıb. Bununla da, Qərbi Kaspi Universiteti ölkəmizdən sözügedən kitabxana proqramına daxil edilmiş ilk və yeganə ali təhsil ocağı olub.

Bundan başqa, BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyası, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Əhali Fondu, həmçinin Ümumdünya Meteorologiya Təşkilatı və BMT-nin Ətraf Mühit Proqramının birgə beynəlxalq orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin Katiblikləri nəşrlərinin Qərbi Kaspi Universitetinin kitabxanasına töhfə edilməsi barədə müsbət qərar qəbul ediblər və bu təşkilatlardan da ədəbiyyatlar kitabxana fonduna ardıcıl şəkildə daxil olur.  

Eyni zamanda, Universitet Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası Proqramına qoşulub. Sözügedən proqram çərçivəsində ildə iki dəfə ÜƏMT Katibliyi tərəfindən Qərbi Kaspi Universitetinə müxtəlif nəşrlər təqdim olunur.

Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanası da oxucuların ixtiyarındadır. Kitabxana paralel olaraq BMT-nin Uşaq Fondu, ÜTT Ümumdünya Ticarət Təşkilatı, İqlim Dəyişiklikləri üzrə Hökümətlərarası Ekspertlər Qrupu, Asiya İnkişaf Bankı, Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı kimi qurumlarla da sıx əməkdaşlıq şəraitində işləyir, onların ədəbiyyatlarını qəbul edir.

Kitabxana fondunda 1000-ə yaxın kitab toplanıb. Kitablar müxtəlif istiqamətləri əhatə edir, onların arasında dərs vəsaitləri ilə yanaşı nadir məlumat topluları da var. Kitabxanada  Azərbaycan dilinə tərcümə olunmuş kitablarla yanaşı, bir neçə xarici dildə olan ədəbiyyatların elektron variantından da istifadə etmək mümkündür.

Kitabxana fondu elmi tədqiqat aparan magistr, doktorant və dissertantlar üçün də olduqca əhəmiyyətlidir. Belə ki, burada elmin müxtəlif istiqamətlərinə dair ən son yenilikləri özündə əks etdirən ədəbiyyatlar toplanıb.

Tələbə həyatı yalnız təhsildən ibarət deyil 

Bəli, tələbə həyatını unudulmaz edən onun rəngarəngliyidir. Universitetin müxtəlif dərnəkləri, klubları, idman komandaları, düşərgələri bu məkanı tələbələr üçün doğma və unudulmaz edir. 
Tələbə bir gün futbolçudur, bir gün musiqiçi, bir gün alpinist, bir gün turist və s. 
Universitetdə onlarla belə klublar var ki, tələbələr asudə vaxtlarını həm də bu klublarda keçirmək imkanı əldə edir, eyni zamanda özünüinkişaf üçün yaxşı fürsət qazanırlar… 



Tanınmış məzunlar da az deyil...

Hər bir universitetin işinin nəticəsi onun məzunlarıdır. Yetişdirdiyi məzunlara baxaraq təhsil müəssisəsinin işinə qiymət vermək olar.

Bu baxımdan Qərbi Kaspi Universiteti fəxr edə bilər. Məzunları arasında tanınmış dövlət xadimləri, səfirlər, konsullar, nüfuzlu beynəlxalq şirkətlərin top menecerləri kifayət qədərdir.
Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Vergilər Nazirliyinin Aparatının rəhbəri Ağasəməd Əfəndiyev, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini və QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov, ADA Universitetinin prorektoru, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasına üzvü Fariz İsmayılzadə, BP-in Houston ofisində aparıcı Hüquq Müşaviri Səidə (İbrahimova) Bərvarz, AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri Kamran Kəlbəliyev, Microsoft” şirkətinin baş meneceri Fərid Cəfərov kimi karyerasında uğur qazanmış çox sayda gənc məhz Qərbi Kaspi Universitetinin məzunlarıdır.


Abituriyentlər üçün güzəştlər və təqaüdlər


Nəhayət, Qərbi Kaspi Universiteti abituriyentlər üçün bir sıra güzəştlər, təqaüdlrə nəzərdə tutur. Qeyd edək ki, ödənişsiz təhsil almaq da mümkündür. Bütün ixtisaslarda dövlət sifarişli yerlər nəzərdə tutulur, digər bir tərəfdən isə yüksək bal toplayan tələbələr pulsuz və ya təhsil haqqının bir hissəsindən azad olunmaqla təhsil imkanı əldə edirlər. Bütün bu imkanlar barədə universitetin saytından daha ətraflı məlumat əldə etmək mümkündür: //wcu.edu.az/az/news/view/840


Oxşar xəbərlər
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
06 May 2024 | 13:52
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 00:20
DİN valideynlərə müraciət etdi
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 00:20
DİN valideynlərə müraciət etdi
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA