"Yayın bu istisində iti çölə çıxarmağa icazə verirlər, amma uşağa qadağa qoyurlar..."
Oxunub: 10789
17 Jun 2020 | 17:45
Moderator.az Milli Məclisin deputatı Aqil Abbasın Yenisabah.az-a müsahibəsini təqdim edir:

- Aqil müəllim, Azərbaycanda koronavirusdan ölənlərin sayının 120 nəfəri keçməyinə baxmayaraq, hələ də bu xəstəliyin mövcud olduğuna inanmayanlar var. Hətta çox adam bunu sosial şəbəkələrdə açıq şəkildə yazır. Sizcə, bu inamsızlığa səbəb nədir? 

- Əgər bizdə əhalinin 99 faizi Allaha inanmırsa, koronavirusa necə inansın? Bu xəstəlik mövcuddur, ona yoluxanlar və ondan ölənlər var. Tutulanların içərisində dost-tanışlarımız var. Amma yenə inanmırlar. Bizim millətdə inamsızlıq var. Bu həm də düzgün informasiyaların verilməməsilə də əlaqədardır. Bəzən belə hallar yaşanır. Operativ Qərargahın işi düz deyil, onun verdiyi qərarları insanlar təəccüblə qarşılayır, çünki qərarlarda məntiq tapmaq olmur. Yayın bu istisində iti çölə çıxarmağa icazə verirlər, amma uşağa qadağa qoyurlar. Çölə çıxmaq uşağa lazımdır, itə yox. İti nə edirəm mən? Azərbaycanda neçə adamın iti var? İti olanlar imkanlı adamlardır. Operativ Qərargah niyə icazə vermir ki, biz ailələrimizi aparıb kənddəki qohumlarımızın yanına, yaxud öz evimizə qoyaq? Burda yaşayanların çoxunun kənddə evi var. Gedib müvəqqəti ora yerləşsinlər ki, həm şəhərdəki sıxlıq aradan qalxsın, həm də özləri arxayın olsunlar. Lap gedib kirayə tutacaq, belə olması belə başqa biri üçün faydalıdır, çünki o verilən kirayə ilə bir başqası heç olmasa dolana biləcək. 5-10 kilometrlik tıxaclar yaranır, niyə? Kimin imkanı varsa, ailəsini kəndə aparmasına imkan verilməlidir. 

- Dövlət, ictimai təşkilatlar, tanınmış şəxslər neçə vaxtdan bəri “evdə qal” desələr də, hamı çölə can atır. İnsanların karantin rejimini pozmağa bu qədər meylli olması nə ilə bağlıdır? 

- Bəli, videolar var, insanlar qaçmaq istəyir, çünki adamları belə həbsxanaya salmaq olmaz, onun arxası çox pis gələ bilər. Bütün dünya qapılarını açır, bizimkilər bağlayır. Moskvada 10 milyondan çox, yəni Azərbaycandakı qədər əhali yaşayır və orada 4 mindən çox adam ölüb. Azərbaycanda isə 120-130 adam ölüb. Bu vəziyyətdə Moskva, İtaliya, Fransa, ümumiyyətlə bütün dünya artıq qapıları açır... Amerikada 100 mindən çox adam ölüb. Artıq rəqəmləri də yadda saxlamaq olmur. Amma bizdə belə deyil axı... Niyə bu qədər sərtləşdirirlər? Belə olduğuna görə də adamlar qıcıqlandı, əsəbləşdi, nəticədə polislə aralarındakı münasibətlər pozuldu. Hamı düşdü polisin üstünə... Polis vəzifəsini icra edir. Ona desələr ki, get Aqil Abbasın qoluna qandal tax, gətir. O, gedib gətirməlidir. Onun vəzifəsi əmrə qulluq etməkdir. Adamları polisə qarşı qaldırdılar, polislə münasibəti pozdular. Elə bil Azərbaycana bir çömçə fırlanır. Baxıram, Binəqədidə və digər yerlərdə su yoxdur. İnsanlar karantindədir və nəinki əlini yumağa heç nə bilim nəyinə su tapmır. Bunu kim edir? Həmin adamlar cəzalanmalıdır. 

İspaniya, Macarıstanda futbola icazə verilir. Azərbaycanda isə hələ futboldan söhbət getmir, niyə? Özü də futbolda 2 yox, 10 metrlik vəsafə olur. ÜST elə bil bizim başımıza corab hörür. Sən kimsən axı? ÜST Allahın bacısı oğludur? 

Bir şey də deyim, TƏBİB-in böyüyü Ramin Bayramlı deyir ki, hər evdə bir nəfər virusa yoluxacaq. Ay qardaş, onda axı sən nəyə lazımsan? Get işinlə məşğul ol da... Səhiyyə Nazirliyi, bu qədər həkim nəyə lazımdır? Bu nə sözdür deyirsən? Sözü bir az arifanə deyərlər. Digər bir tərəfə baxıram, Seymur Kazımov adında bir adamın atası xəstələnib, amma heç kim kömək etməyib. Onda siz nəyə lazımsız? Görün, nə qədər problemlər var. Ona görə də insanlar inanmır. İnsanları nəzərə almaq lazımdır. İnsanları bu qədər sıxarsan və birdən elə partlayar ki, qabağında heç kim dura bilməz. 

Lakin bildirim ki, edilməli olan şeylər də var, məsələn, əgər dövlət deyirsə ki, məsafə saxla, maska tax, hər kəs bunu etməlidir. Əslində, elə edilməli olan bunlardır. Karantindən bir gün qabaq bir-iki şey almaq üçün mağazaya girmişdim, basabas yox idi. Amma marketdəki 70 faiz əhali maska taxmamışdı. Bu da doğru deyil. Maska tax, ailəni, doğmalarını qoru. 

İkinci bir tərəfdən artıq dünya dəyişib, nə etsən də fərqi yoxdur. Mənim dostum Bəhram Bağırzadə xəstədir. Özü də o adamın əvvəldən ağciyərində problem var idi, astması var, bunu danışanda onun səsindən də bilmək olurdu. İndi adamlar var ki, Bəhram ağır xəstə olduğu halda onunla məzələnməyə başlayıblar. Ayıb olsun. O insan ölüm ayağındadır. Onların bu cür davranması da elə bayaq dediyimiz inamsızlığa görədir. Lakin inanmaya-inanmaya bir gün özləri yoluxa bilər. 

- Belə bir iddia da var ki, çağırış edənlərin çoxu xalq arasında inam və etibarını itirdiyi üçün insanlar onların sözlərinə inanmırlar. Bununla razısınızmı? 

- Bəli, kimin çağırış etdiyi də önəmlidir. Məsələn, ÜST-nin də vəziyyəti ürəkaçan deyil. Açıqlama verib özünüzü qoruyun deyirlər, amma nümayəndəsi gedib orda-burda kef edir. Maska taxmayan biri maska tax deyirsə, hələ bunun üstünə gedib Qubada şəkil paylaşırsa, mən ona necə inana bilərəm? Camaatın başına corab hörürlər. Əgər maska lazımdırsa, sən də tax da, yaxud o xarabada sən də otur. Sən niyə gedib Qubada kef edirsən? 

Hələ çıxıb deyir ki, məni bağışlayın. Sənin nəyini bağışlayım, a bala? Heç olmasa, bunu paylaşma da... Düzü, normal şəraitdə heç kəs ona deyə bilməz ki, niyə getmisən? Çünki istirahətə minlərlə adam gedir, biri də odur. Amma vəzifəsini düşünmədən bunu paylaşması, hələ sonra da insanlardan evdən çıxmamağı tələb etməsi artıq səhvdir. Sən çıxırsansa, mən niyə çıxmayım, sən məndən artıqsan, ya Allahın bacısı qızısan? Gördünüz, bu hərəkət nə qədər böyük zərbə vurdu. Bütün mətbuat ondan yazır. Artıq elə adam var ki, onlara inam ölüb. Nə qədər deyirsən de, insanlar İbrahim Məmmədovun sözünə inanmırlar. Elə adam deməlidir ki, onun sözünə inansınlar. Çıxıb şeyxülislam desin. 

- Evdə qalmaları üçün qohumlarınıza, dostlarınıza, seçicilərinizə müraciət etmisinizmi? Sizi eşidirlərmi? 

- Mən müraciət etmişəm, bu mətbuatda da gedib. Hətta iki-üç gün də evdən çıxmamışam. Özü də deputatam, mənim evdən çıxmaq hüququm var, amma çıxmamışam, lazımsız yerə niyə çıxım? Guya çöldə yel əsib, qoz tökülüb? Deyirlər çıxmayın, çıxmıram. Mən nümunə olmalıyam. Bacım, qardaşım, qohum-əqrəbam zəng vurur, deyirəm, vallah evdəyəm. Karantin dövründə mən kəndlərdə çox olmuşam, düz 5 dəfə kəndlərdə seçicilərimlə görüşmüşəm. Gedib vəziyyəti izah eləmişəm. Düzdür, bizim kəndlərdə karantin rejimi ləğv olunub, amma mən onlara ehtiyatlı olmağı tövsiyyə etmişəm. Demişəm ki, maskadan istifadə etsinlər, şəhərə getməsinlər. Camaatla söhbət eləmişəm. O cümlədən Bakıda olan seçicilərlə də söhbət eləmişəm. 

- Rəsmi məlumatlara görə, ötən iki gündə təkcə Nabranda 5 min yerli turist olub. Bundan əlavə, digər rayonlarımıza da minlərlə insanın üz tutması barədə məlumatlar var. Doğrudanmı, iki günlük istirahət, əyləncə koronavirus təhlükəsini üstələyə bilir? 

- Əslində, mən buna sevinirəm. Çünki o beş min turist əgər Nabranda olubsa, bu, 50 min adamın çörəyi deməkdir. Turist gedib istirahət edib də... Yəni Hande Harmançı gedib istirahət edə bilirsə, digərləri niyə etməsin? Nabrana gedənin nə günahı var? Mən Milli Məclisdə də dedim. Qardaş, buraxın insanları gedib kənddə təmiz hava alsınlar. Axı bu iki günlük bir şey deyil, insan əsəbləşir və gedir. Ümumiyyətlə, yolları bağlamaq düzgün deyil. İnsanlara “Çölə çıxma, çıxsan səni güllələyəcəm” demək olmaz, sən niyə məni güllələyirsən, çıxıb blokda siqaret çəkirəm də, şəhərin mərkəzinə getməmişəm ki... Deyirlər “Get dəlini tap, özü gəlməsə, başını götür gəl”. Belə şey olmaz axı. 

- Ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunmasıyla bağlı təkliflər səslənir. Siz vəziyyətdən çıxış yolunu nədə görürsünüz? 

- Fövqəladə vəziyyət nədir? Qətiyyən. Heç müharibədə bu olmayıb. Kimlərsə fövqəladə vəziyyət olmalıdır kimi fikirlər səsləndirib, amma bu doğru deyil. Ağcabədidə, Bərdədə, Tərtərdə, Füzulidə, Qazaxda və s. fövqəladə vəziyyət elan edək, ermənilər də gəlib tutsun? 

Fövqəldə vəziyyət müharibədə olar. Xalq vəziyyətdən çıxış üçün Operativ Qərargahın qaydalarına əməl etməlidir, amma Operativ Qərargah da verdiyi qərarları ağıllı verməlidir. Daha indiki kimi yox. Mən niyə evdə oturmalıyam? Niyə Bakıdan çıxa bilməməliyəm?

Birinci mənə bunu izah elə. Yəni məni evdən çıxmamaq üçün inandır. Bazar və bazar ertəsi hamı evdəydi, amma yenə də ondan bir gün əvvəl qaçıb gedənlər var idi. Sovetin vaxtında maşın almaq növbə ilə mümkün idi. 3-4 il növbədə dayanıb maşın alırdın. İndi sabah sən çimərliyə getmək istəyirsən, buna görə sən onlara yazırsan və sənə deyirlər ki, ayın 22-si saat 3-dən 5-dək çimərliyə gedə bilərsən. Bundan düşük, mənasız bir qanun ola bilər? Mən niyə çimərliyə getmək üçün növbə gözləməliyəm? Ona görə də camaat etiraz edir. 
Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır