Koronavirusun əlində başını itirən baş nazir - niyə Azərbaycana qarşı işğalçılıq siyasətini dəyişmək istəmir?
Oxunub: 961
04 Jun 2020 | 08:26
Koronavirusun əlində başını itirən baş nazir -  niyə Azərbaycana qarşı işğalçılıq siyasətini dəyişmək istəmir?
Paşinyan “müharibə partiyası”nın üzvü olmasa da, aqressivliyinə görə sələflərini qabaqlayıb; erməni baş nazir kimdən və nədən ehtiyatlanır? Politoloq deyir ki...

Təsəvvür edin, Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə yoluxma hallarının sürətlə artmasından necə özünü itiribsə, vətəndaşlara xitab edərək, küçələrdə dolaşan insanları xüsusi təyinatlılarla hədələyib. Paşinyan anlayır ki, pandemiyanın geniş yayılması halında ianələr hesabına yaşayan ölkəsini xilas edə bilməyəcək.

Ancaq yenə də işğalçı öz işindədir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Belə ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Faktiki olaraq danışıqlar dalana dirənib və hansısa addımların atılması da görüntüdən başqa bir şey olmayacaq. Elə Müdafiə Nazirliyinin son xəbərdarlığı da bundan xəbər verir.

“Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək" - Azərbaycanın Müdafiə Nazirliyi bugünlərdə düşmənə xəbərdarlıq bəyanatında bildirmişdi.  Nazirlik bəyan etmişdi ki, görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq: “Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlub olmasına gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaq”.

Ermənistan ordusunun mayın son günündə Azərbaycanın işğal altındakı ərazilərində növbəti hərbi təlimlər keçirməsi düşmənin sarsıdıcı zərbəni haqq etdiyinə şübhə yeri qoymur. Azərbaycan cəmiyyəti buna çoxdan əmindir, yetər ki, bizi sülh nağıllarına qulaq asmağa sövq edən beynəlxalq təşkilatlar, həmsədr ölkələr də bu barədə ciddi düşünsünlər. Ermənilərin sonuncu təlimləri 31 mayda olmuşdu. 3 iyunda isə işğalçı ordu Ağdam rayonunun Uzundərə adlanan ərazisində təlimlərə başlayıb. Məlumata görə, təlim zamanı ağır artilleriya qurğularından  atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrində eşidilib.

Azərbaycanın keçirdiyi sonuncu hərbi təlimlərdən ciddi şəkildə narahat olan beynəlxalq güclər nədənsə ermənilərin təlimlərinə sıradan bir məsələ kimi baxır. Bugünlərdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin “başçısının” açıqlamasına cavab verdi. Bildirdi ki, Dağlıq Qarabağdakı separatçıların “seçki” şousu və bundan sonra qondarma rejimin rəhbərliyinə cinayətkarların təyinatı, Xankəndindən Bakıya ünvanlı həqarətlərin səslənməsinə ATƏT-in Minsk Qrupundan hər hansı reaksiyanın verilməməsi də təəccüblü olmadı. Çünki onlar artıq on illərdir ki, “ikili standart” siyasəti sərgiləməkdədirlər.

T.Gəncəliyev qeyd edib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin “başçısı” Araik Arutunyan əgər Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa və təhlükəsizlik təminatı verərsə, münaqişənin mərhələli şəkildə həll edilə biləcəyini vurğulayıb. “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bildirmək istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşamasını və inkişafını fəal şəkildə dəstəkləyirik”. İcma rəhbəri ardınca deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz öz ərazi bütövlüyünü təmin edəcək və işğaldan azad edilmiş bütün torpaqlarda bərpa işləri aparılacaq.

Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlarda özünü “sülh göyərçini” kimi gözə soxmağa çalışırdı. Ancaq çox keçmədi ki, Paşinyan erməni liderləri arasında ən barışmaz mövqe sahibi olan birinə çevrildi. Baxmayaraq ki, Nikol “müharibə partiyası”nın üzvü deyildi və konstruktiv mövqe sərgiləyəcəyinə ümidlər var idi. Erməni baş nazir nədən belə mövqedən çıxış edir? Onu buna təhrik edən var, yoxsa erməni kilsəsinin və erməni lobbisinin qəzəbinə tuş gələcəyindən, hakimiyyəti itirəcəyindən ehtiyatlanır? Ümumiyyətlə, Qarabağ məsələsinin Paşinyan dövründə danışıq yolu ilə irəli aparılmasına olan ümidləri dəfn edilmiş saymaq olarmı?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanın Azərbaycan torpaqlarının işğalı faktına münasibətdə “Roma papasından daha artıq katolik kimi görünməyə” səy göstərməsinin çoxsaylı səbəbləri var: “Birinci səbəb onun jurnalist kimi fəaliyyət göstərdiyi və Levon Ter-Petrosyanın yanında olduğu dönəmlərdə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha liberal mövqedən çıxış etməsidir ki, bu da Paşinyanın hakimiyyətə gəldiyi ilk dövrlərdən başlayaraq, əks siyasi düşərgənin ona qarşı apardığı informasiya savaşının ana xəttini təşkil edib. Paşinyanın danışıqlar prosesinin pozulmasına yönəlmuş addımlarının başqa bir tərəfi onun sahibləndiyi hakimiyyətdə ondan öncə təmsil olunanların Dağlıq Qarabağ faktoru üzərindən Ermənistanda siyasi olimpin zirvəsinə yüksəlmələri və təbii ki, əslən Azərbaycanın Qarabağ bölgəsindən olmaları və işğal prosesində iştirak etməlidir. Bu baxımdan Paşinyanın rəqiblərinə qarşı atdığı bütün addımlar qarşı tərəfdən ”Qarabağ ermənilərinin sıxışdırılması" və “Qarabağın təhvil verilməsinə hazırlıq” kimi ictimai rəyə təqdim olunurdu ki, baş nazirin bundan necə əndişələndiyini görməmək mümkün deyil".

Bununla yanaşı, E.Mirzəbəyli Paşinyanın davranışlarını stimullaşdıra biləcək iki ehtimala da diqqət çəkməyi vacib hesab etdiyini vurğuladı: “Ehtimal edək ki, Paşinyanı hakimiyyətə erməni diasporu və lobbisi, eləcə də Qərbin müəyyən siyasi dairələri gətiriblər. Niyyət də ondan ibarət olub ki, Ermənistanın daha demokrati ölkə imicinin yaradılmasına nail olsunlar və bu vasitə, eləcə də Azərbaycan əleyhinə total qara PR kampaniyaları aparmaqla Qarabağ məsələsində işğalçı ölkəyə beynəlxalq dəstək qazansınlar, Azərbaycanın beynəlxalq müstəvidə atdığı bütün addımları zərərsizləşdirsinlər. Digər ehtimal isə qeyd etdiklərimə qarşı əks arqumentlərdən ibarətdir. Yəni Paşinyanı hakimiyyətə Qərb ölkələrindəki erməni diasporu və lobbisi, eləcə də bu ölkələrin müəyyən siyasi dairələri deyil, əks qütbdə dayanan və Ermənistanı öz nüfuz dairəsindən çıxmağa qoymayan qütb gətirib. Məqsəd isə Paşinyan kimi komandası olmayan, siyasi cəhətdən yetkinləşməmiş, müəyyən qədər zəif fiqurun fəaliyyəti üzərindən Ermənistan cəmiyyətinin dəyişiklik istəyinin üzərindən xətt çəkmək və bununla da vətəndaşların siyasi hakimiyyəti dəyişmək niyyətini birdəfəlik tarixin arxivinə gömmək...”

Ekspert qeyd etdi ki, Paşinyanın fəaliyyətində hər iki ehtimalın fasilələrlə nəzərə çarpması isə üçüncü bir ehtimalı yaradır: “Bu isə ondan ibarətdir ki, Ermənistanın baş naziri bu prosesdə əsas fiqur deyil, marionet oyunçudur və arxa fonda dayanan qüvvə tərəfindən konkret maraqlara uyğun şəkildə manevrlər etməyə sövq olunur. İndiki şəraitdə Azərbaycan torpaqlarının işğaldan yalnız danışıqlar yolu ilə azad ediləcəyi ehtimalı inandırıcı görünmür. Hətta danışıqlar prosesi davam edəcəksə də belə hansısa mərhələdə hərbi əməliyyatların bərpası qaçılmaz olacaq”.

Politoloq qeyd etdi ki, Paşinyan Ermənistandakı ictimai rəyə oynayan fiqurdur: “Buna görə də Ermənistanın ictimai rəyinə işğalın davam etməsinin heç bir perspektivinin olmadığı mesajını vermək lazımdır. Erməniləri başa salmaq lazımdır ki, işğal davam edəcəyi təqdirdə onların hər birini, doğmalarını acı bir sonluq gözləyir. Bunun isə danışıqlar yolu ilə mümkün ola biləcəyini düşünmürəm”.

Xatırlatmaq yerinə düşər ki, N.Paşinyan bir neçə dəfə Azərbaycan prezidenti ilə görüşləri barədə müsbət fikirlərini ifadə edib və hətta sevincək halda həmin görüşlərdən sonra təmas xəttində gərginliyin heç zaman olmadığı kimi azaldığını vurğulayıb. Üzdə özünü “konstruktiv” göstərən erməni baş nazir arxada məkrli oyunlarını davam etdirir. Görünür, kreslosunda möhkəm oturmadığını yaxşı anlayır. Ancaq heç şübhəsiz ki, o, küçədən kürsüyə qalxarkən götürdüyü öhdəlikləri də unutmur. İradə sahibi olmayan ölkə rəhbəri ilə danışıqlar isə sadəcə zaman itkisidir...(Musavat.com)
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 00:41
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 00:41
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 00:41
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 00:41
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”