Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Əhməd bəy Ağaoğlu
Oxunub: 918
01 Jun 2020 | 12:55
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:  Əhməd bəy Ağaoğlu
6.Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Əhməd bəy Ağaoğlu “Üç mədəniyyət” (1919-1921) əsərində üç fərqli – İslam, Avropa və Budda-Brəhmən mədəniyyətlərinin müqayisəsini aparmış, əxlaqi-fəlsəfi anlamlardakı fərqlilikləri izah etməyə çalışmışdır. O hesab edirdi ki, hansı xalqlar mədəniyyətin bütün sahələrində inkişafa nail olublarsa, digər mədəniyyətə sahib millətlər üzərində hökmran vəziyyətə gəlmişlər. Onun fikrincə, hazırda Avropa-Qərb mədəniyyəti məhz belə bir qalib mövqeyə çatmış, İslam və Budda-Brəhmən mədəniyyətləri isə məğlub duruma düşmüşlər. Ağaoğlu yazırdı: “Yenilmə iki cürdür: maddi və mənəvi. Maddi yenilmə o qədər açıqdır ki, artıq zənn edirəm hamımızın beynimizə qədər girdi. Yenilmənin bu qismi bu gün deyil, üç yüz ildən bəri başlamışdır. İslam cəmiyyətləri bir-birinin ardınca və gurultulu bir tərzdə yıxılmaqda və məhv olmaqdadır. Bir çox bağımsız-müstəqil islam hökumətlərindən tək bir dənəsi bu gün özünü qoruya bilmədi. İslamiyyətin son sağlam qalası olan Osmanlılıq da bugünkü pərişan halına düşdü. Artıq bu qədər yıxılma inkar olunacaq kimi deyildir. Bütün bu pərişanlıqlar, bu yıxılmalar, şübhəsiz Qərb mədəniyyəti ilə olan mücadilənin doğrudan-doğruya sonucudur”.
Ona görə, İslam və Budda-Brəhmən mədəniyyətləri mənəvi baxımdan da Qərb mədəniyyətinə yenilərək, onun şəxsiyyət və özəlliklərini qəbul və iradəsinə tabe olmaq məcburiyyətində qalmışlar. Müsəlmanların və buddistlərin bütün sahələrdə avropalıları təqlidə başladıqlarını irəli sürən Ağaoğlunun fikrincə, bununla da müsəlman ölkələrində qədim ənənələrə dayanan mühafizəkarlarla Avropa mədəniyyəti tərəfdarları çarpşmağa, ölüm-dirim mücadiləsi verməyə başladılar. Ağaoğlu yazır: “Bir tərəf əskini, ənənəni qorumağa çalışır, o biri tərəf isə bu mühafizəkarlığın ölüm demək olduğunu təqdir edərək, Avropa mədəniyyətini almaq sayəsində varlığını davam etdirməyə çabalayır. Həyatın hər günkü təcrübələri, olayları bu ikinci cərəyana haqq verməkdədir. Avropa mədəniyyətindən qorunmaq istəyən bütün cəmiyyətlərin və özəlliklə islam mədəniyyətinə mənsub olanların hər gün tükənib getməkdə olduqlarını görürük… Sel kimi axıb gələn və qarşısında öz türündən əngəllər görməyən Avropa mədəniyyəti hər şeyi sürükləyib götürür. Bu halda tək çarə yenə o mədəniyyətə isinişmək, onu qəbul etməkdir”.

O qeyd edir ki, Avropa mədəniyyətini qəbul edənlər arasında fikir ayrılığı vardır. Bəziləri mədəniyyəti elm və fənnə bağlayaraq, Avropa mədəniyyətinin süzgəcdən keçirilməsini və onun yalnız bu tərəfinin qəbul edilməsini irəli sürdükləri halda, başqaları Qərb mədəniyyətinin tam şəkildə mənimsənilməsinin tərəfdarıdırlar. Sonuncuların fikri ilə həmrəy olan Ağaoğlu yazır ki, bir mədəniyyət zümrəsi bölünməz bir bütündür, parçalanmaz, süzgəcdən keçrilə bilməz: «Qalibiyyət və üstünlüyü qazanan onun bütünüdür. Yoxsa ayrı-ayrı filan və yaxud filan qismi deyildir. Avropa sahəsində elm və fənn başqa çevrələrdən ziyadə gəlişirsə, bunun səbəbləri o çevrənin bütünündə aranmalıdır, bugünkü Avropa elm və fənni doğrudan-doğruya öz şərtlərinin və ümumi ünsürlərinin bir əsəridir». Bu baxımdan Ağaoğluya görə, Qərb mədəniyyətini tam qəbul etməli, yalnız geyimlərimizi, evlərimizi, müəssisələrimizi deyil, beynimizi, görüş tərzimizi, qəlbimizi, zehniyyətimizi də ona uyğunlaşdırmalıyıq və bundan kənarda qurtuluş yoxdur.

Onun fikrincə, türk-müsəlman xalqlarının Qərb mədəniyyətini tamamilə mənimsəməsi, heç də onların milli şəxsiyyətini və özünəməxsusluğunu itirməsi demək deyildir. Çünki, yalnız əsasən dil və başqa özünəməxsusluqları (menitalitet) nəzərə almasaq, hər bir millətdə dəyişməyən, ölümsüz bir özəllik yoxdur. Belə ki, tarix boyu hər bir millətin həyatında bir neçə dəfə din, hüquq, əxlaq və başqa sahələrdə dəyişiklikər olmuşdur. Ağaoğlu yazır: «Bununla bərabər, bir millətin tarixində ən sağlam olan və həmən dəyişməzlik dərəcəsinə varan amil dildir, yəni yalnız dildir ki, mahiyyəti dəyişmədən özəlliyini daşıyır. Demək ki, ümumiyyətlə, şəxsiyyət və özlük deyilən məfhum dllə bərabər bir millətin maddi varlığından başqa bir şey deyildir”.

Ağaoğluya görə, hər bir xalq mentalitetini saxlamaqla yanaşı, həmişə dəyişməyə meyillidir. Mədəniyyət sahəsində məğlub durumda qalıb, Qərb mədəniyyətini mənimsəmək məcburiyyətində olan müsəlman xalqları bu addımı atmaqla milli şəxsiyyətlərini itirməyəcəklər. O, yazırdı: “Milli şəxsiyyəti yalnız hərəkətsizlik öldürür. İstər fərdlərdə və istərsə millətlərdə həyat nə qədər qatı və qüvvətlidirsə, şəxsiyyət də o nisbətdə ziyadədir. Qəlbinin həyacanlarını yeni ahənglərlə söyləməyən zəka və ağlının məhsullarıyla insanlığı verimli, qüdrətli olmayan, fəaliyyətinin meyvələrini ümumi bazara çıxara bilməyən cəmiyyətlər hansı şəxsiyyətdən, hansı sözlükdən söz edə bilərlər”. Ona görə, mədəniyyət sahəsində məğlubiyyətimiz qəti olub, qalib mədəniyyəti mənimsəmək də məcburiyyətdir. O, yazırdı: “Bu gerçəyi nə qədər acı olsa etiraf etməli və gərəyincə hərəkət etməlidir. Həm də qəti, açıq, qeydsiz-şərtsiz hərəkət etməlidir. Özümüzü kəlimələrlə, aldadıcı nəzəriyyələrlə cahilcə “idareyi-məsləhət”lərlə aldatmamalıyıq. Ətrafımızda tufanlar olur, qiyamətlər qopur”.

Ağaoğluya görə, Avropa xalqlarında da təxminən dörd əsr bundan öncə xristianlıq həyatın bütün maddi və mənəvi məsələlərinə qarşırdı və onlar bunu həll etdilər. Halbuki “İncil”də ancaq mənəvi həyata aid məsələlər olmuş, buna baxmayaraq keşişlər maddi həyata da müdaxilə etmişlər. O, yazırdı: “Ən əvvəl hökumətlər və hökmdarlar kilsənin bu müdaxiləsini, hər şeyə qarışmasını, təbəə ilə tabe olunan arasına girməsini, hökmdarın təbəə üzərindəki hökmranlığını məhdudlaşdırlmasını çəkəməz oldular. Bunlardan ilk etiraz edənlər şiddətli cəzalarla cəzalandırılsalar da, zaman keçdikcə və meydana gələn varlıqlar böyüdükcə etirazların sayı və ərazisi də genişləndi. O qədər ki, bir müddət sonra ayrı-ayrı şəxslər belə bu təhəkkümün, bu qəhredici qüdrətli zülmün çəkilməz olduğunu duymağa başladı”.

Onun fikrincə, Brunolar, Qalileylər, Koperniklər, Lüterlər, Kalvinlər, Erazmlar, Russolar və başqalarının sayəsində kilsənin nüfuzu aradan qalxmağa başladı və 18-ci əsrin başlarından etibarən yenilikçilərlə (liberalistlər) mühafizəkarlar (klerikalistlər) arasında mübarizə yeni bir mərhələyə daxil oldu. Ona görə, Avropa xalqları kilsəyə qarşı mübarizə apararaq dünyəvi, maddi işlərini nizamalayıb tam bir hürriyyət və sərbəstlik əldə etdikdən sonra müsəlman xalqlarından daha çox irəlliləməyə, yüksəlməyə başladı və zaman keçdikcə məsafələr genişləndi, bugünkü durum ortaya çıxdı. O, yazırdı: “Bir tərəfdə sərbəstlik və hürriyyət, təcrübə və ağıl hakimyyəti, digər tərəfdə durğunluq və keçmişə bağlılıq. Bəsbəllidir ki, birisi yürüyəcək və irəliləyəcək, ötəki heş olmazsa duracaqdı… Şimdi bir tərəfdən bir cəmiyyət düşünüz ki, öz həyatını düzənləmədə, yəni qanun yapmada tamamilə sərbəstdir, digər tərfdən də başqa bir cəmiyyət təsəvvür ediniz ki, bu sərbəstlikdən yoxsun olsun, bir nöqtəyə saplanıb dursun. Bəsbəllidir ki, birinci həyatını daima zamana və məkana uyğun bir tərzdə düzənləmiş və tərtib etmiş olacaqdır; ikinci daima zaman və məkandan geri qalmış bulunacaqdır”. Çünki ikinciyə aid olan dini zümrə tək səlahiyyəti özlərində görərək bu dini zehniyyətlə də həyat durdurur, ruhlu insanları ruhsuz bir qəlib halına salmağa çalışırlar. O, yazırdı: “Biz bir kərə gələnəyə yapışıb qalmışıq. Biz hər şeyi oradan almağa və oraya döndərəməyə alışmışıq. Yüz illərdən bəri bütün elm və fənni, hikmət və fəlsəfəni, əxlaq və hüququ, siyasəti, qısacası hər şeyi orayla ilgili görmüşük və şimdi də görürük. Bu görüş tərzinin dışına çıxanlara qarşı daima lənətləmə və kafir sayma silahını kullanmışıq və kullanırıq”.

Ona görə, Avropanın 4-5 əsr əvvəlki zehniyyətini, həyatını daşıdığımız halda, bu gün istər-istəməz onun bir çox həyati müəssisələrini təqlid etmək məcburiyyətindəyik: “Bu durum bizdə elə faciəvi hallar yaratmışdır ki, faciənin dərəcəsini yalnız uzun-uzun düşünüb bu gün çəkdiyimiz fəlakətlərin səbəblərini incələmək zəhmətinə qatılanlar təqdir edə bilirlər. Məsələn, biz məşrutiyyət üsulunu Avropadan almaq məcburiyyətində qaldıq. Halbuki bü üsulun Avropada ifadə etdiyi məna ilə bizim zehniyyətimiz arasında qara ilə ağ qədər fərq vardır. Avropada məşrutiyyət üsulu demək, milli hakimiyyət deməkdir. Yəni milli iradənin hər şeyə hakim olması, milli iradənin ilgili olduğu hər maddənin kəskin bir əmr olması deməkdir. Orada milli məclislər milli həyatın hər hansı bir qismini düzənləmək və hər hansı şəklə salmaq haqqına sahibdir. Orada zamanın dəyişməsilə hökmlər də dəyişir qaydasına haqqı ilə riayət edilərək hər hansı qaydanı, üsulu lüzum görüldüyü anda dəyişdirə bilirlər”.
Ona görə, müsəlman dövlətlərində əsasən nə belə milli hakimiyyətlər, nə də milli məclislər vardır. Hətta, milli məclislər varsa belə, onlar da din qorxusundan hərəkət edə bilmirlər. O zaman, Avropadan əxz olunan müəssisələrin yalnız şəkli, forması təqlid olunur, məzmun və mahiyyətdə isə yenə də, son əsrlərdə hakim olan despotizm və din hakimiyyəti davam edir. O, yazır: “Bu zehniyyətdir ki, qurtuluşumuz üçün çarə sayaraq aldığımız bütün müəssisələrin tam əsasından pozaraq, əslini dəyişdirərək yalnız iş görəməz deyil, hətta əksinə hərəkət edəcək bir hala soxur; faydalanmaq yerinə zərər görürük. O zaman saxta fikirli adamlarımızdan mütəəssüb və cahil gələnəkçilərimizə qədər hər kəs qınama dilini açaraq gördüyümüz qüsurları, əks nəticələri həmişə o müəssisələrə yükləyirlər. Bunlar anlamırlar və ya anlayıb etiraf etmək istəmirlər ki, qəbahət o müəssisələrdə deyil, bizdədir, bizim dar düşüncələrimizdə, kor zehniyyətimizdədir”.
Əgər Ağaoğlunun bu düşüncələrini diqqətlə incələsək görərik ki, müsəlman xalqlarda, o cümlədən islam inanclı Türk xalqlarının çoxunda eyni vəziyyət, yəni sözdə “demokratiya” ənənələri (zahiri parlament, məhkəmə) davam etməkdədir. Əslində isə istərsə o zaman, istərsə də indinin özündə Ağaoğlunu təbrincə desək, qarşımızda iki yol: 1) ya əzilməyə, məhv olmağa razı olmaq, 2) ya da “demokratik” qaydaları (Qərb mədəniyyətini) olduğu kimi qəbul etmək, vardır.
Çünki Ağaoğluna görə, müsəlman xalqlarının ən azı 4-5 əsrlik dini hökmləri (şəriəti) və milli adət-ənənələri (törələri) artıq bir işə yaramadığı üçün, çıxış yolu Qərb mədəniyyətindədir, onu da yalnız formaca, təzahürcə deyil, məzmun və mahiyyət etibarilə bütününü qəbul etmək vacibdir. Ağaoğlunun fikrincə, çünki müsəlman dünyasında Qərb mədəniyyətindən bəzi örnəklər alaraq dini və milli adət-ənənələrlə bağlı aparılan dəyişikliklər heç bir fayda vermir. Belə ki, avropalı Spenserlərlə, Russolarla, Smitlərlə, Kontlarla, Berqsonlarla, Dürkheymlərlə (Pozitivizm, “ictimai müqavilə”, Struktur funksionalizm və b.) müsəlman şərqli Əbu Yusiflərin, Əbu Davidlərin (Örfçülük, Dahilik və b.) nəzəriyyələri arasında yerlə göy qədər fərq var ki, onları bir-birlərilə uzlaşdırmaq çıxış yolu deyil, bəlkə də ölümü seçmək kimi bir şeydir. Çünki birincilər, fərdin düşüncəsinə önəm verməklə yanaşı, fərdlə cəmiyyət arasındakı bağları, milli hakimiyyəti inkişaf etdirməyə çalışdıqları halda, ikincilər ya fərdləri əsassız olaraq mütləqləşdirilər, ya da fərdlərin fikirlərinə heç bir dəyər vermədən ümumi insani “tanrılıq” anlayışını ortaya atırlar. Ağaoğlu yazırdı: “Halbuki gerçəkdə siyasi, ictimai, estetik, fikri gəlişmənin ən təsirli amili yenə fərddir. Hər nə qədər fərdlər içində olduqları çevrədən ilham alırlar, fikir və duyğularının amillərini və əlamanlarını o çevrələrdən saxlayırlarsa da gəlişmə tarixi və hər günkü müşahidələrimiz isbat edir ki, bu xüsusda fərdlərlə çevrələr arasında qarşılıqlı bir fəaliyyət və təsir vardır. Çevrə fərdə nə qədər ilham verirsə, o nisbətdə də fərd çevrə üzərinə təsir etməkdən geri qalmır. Fərd çevrədən aldığını fazlasıyla geri verir. Zatən fərd bu olsaydı, özü çevrəyə ilham verməsəydi və çevrəyə qarşı yalnız qramofon rolunu oynamaqla (hazırda da müsəlman şərqi xalqların fərdlərinin çoxu qramofon rolunu oynamaqdadır – F.Ə.) qalmış olsaydı, bir çox fərdlərin bir araya gəlməsindən ibarət olan cəmiyyətdə heç bir yenilik, heç bir irəliləmə olmazdı. Cəmiyyətlər dönüb dönüb bir nöqtə üzərində qalmış olarlardı”.
Oxşar xəbərlər
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
12:57, Bu gün
Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıb
12:55, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB + FOTO
12:54, Bu gün
Vladimir Putinin andiçmə mərasimi başladı - YENİLƏNİR + CANLI YAYIM
12:53, Bu gün
Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
12:52, Bu gün
Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” - FOTO/VİDEO
12:51, Bu gün
Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək
12:48, Bu gün
Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
12:47, Bu gün
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
12:43, Bu gün
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
12:38, Bu gün
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
12:34, Bu gün
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
12:30, Bu gün
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək
12:26, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilir - FOTOLAR
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:00, Bu gün
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:16, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 13:27
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
06 May 2024 | 13:34
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 13:27
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
06 May 2024 | 13:34
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO