"1000 il İranda hakimiyyətdə olan türklər fars mədəniyyətinə böyük sayğı ilə yanaşıblar..."
Müsahibə
Oxunub: 2253
26 May 2020 | 11:23
Son zamanlar İran-Azərbaycan münasibətlərində yaxınlaşmalar hiss olunur. İran dini liderinin nümayəndəsi Ayətullah Amilinin Dağlıq Qarabağla bağlı verdiyi bəyanatdan sonra ölkənin Azərbaycandakı Səfirliyi də ard-arda bizim milli maraqlarımıza cavab verən açıqlamalarla yadda qaldı. Bu yaxınlaşma nə dərəcədə səmimidir?  Hansı zərurətdən ortaya çıxıb və nə perspektiv vəd edir?

Bu və bənzər sullara Yaxın Şərq barədə analitik yazılarıyla tanınan şair-publisist, Ədalət partiyasının sədr müavini Heydər Oğuzla söhbətləşərək cavab tapmağa çalışdıq.


– İstərdim, mətləbdən çox uzaqlaşmadan yenidən İran-Azərbaycan münasibətlərinə qayıdaq. Bir çoxları fikirləşirlər ki, bu kimi məsələlərin gündəmə gətirilməsi əslində Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra yaxşılaşan Azərbaycan-İran münasibətlərini korlamağa xidmət edir…

– Onu deyənlər İranın siyasi ierarxiyasından xəbəri olmayan adamlardır. İran İslam Respublikasında ən yüksək siyasi iradə Prezident yox, dini liderdir. Kimlərsə öz arşınımızla İranı ölçdüyündən bu yanlış qənaətə gəlir və bizi ittiham etməyə çalışır. Halbuki, İranda hökumətin dəyişilməsinin yürüdülən xarici və daxili siyasətə az dəxli var. İranda hətta prezidentlərin, millət vəkillərinin kimliyini belə, teokratik hakimiyyət müəyyənləşdirir. Hökumətlər istəsələr belə, dini liderin müəyyənləşdirdiyi cizgidən kənara çıxa bilməzlər. Çünki orda son sözü deyən, məsələyə nöqtə qoyan yeganə şəxs Ayətullah Xamneyidir. Yəni İranın Ruhanidən əvvəlki və bu günün siyasət prezidentlərin iradəsindən asılı deyil. Ayətullah Xamneyi isə 1989-ci ildən İranın dini lideridir. Başqa sözlə desək, 2000-ci illərin əvvəlində də, indi də İranın xarici siyasətini o müəyyənləşdirir…

– Bəs o zaman Ruhanidən sonra İranın Azərbaycana qarşı siyasətindəki müsbət dəyişiklikləri nəylə izah edərdiniz?

– Hər bir dövlətin siyasətini üz-üzə qaldığı problemlər, dünyada gedən proseslər, yaxın qonşuluq münasibətləri, təhdid elementləri və s. müəyyənləşdirir. İranın Azərbaycanla siyasətinin formalaşmasında da bu amillər ön planda olub, olmaqdadır və olacaqdır. Əhmədinecatın zamanında Azərbaycanla İran arasındakı ziddiyyətlətin kökündə bir neçə mühüm səbəb vardı. Bunlardan biri Xəzərin bölünməsiylə bağlı anlaşmazlıqdı. 5 sahilyanı dövlət arasında bölgüdə göl statusu əsas götürüləndə ən az pay İrana düşürdü.

İran isə Xəzərin ya dəniz kimi, ya da 5 bərabər hissəyə bölünməsinin tərəfdarı idi. Ona düşəcək əsas payı isə Azərbaycandan və Türkməmnistandan istəyirdi. Azərbaycan və tərəfdaşlıq etdiyimiz enerji şirkətləri isə bu tələblə razılaşmırdılar.

Əslində İranın 5 bərabər hissəyə bölünməsi belə götürəndə bizim də maraqlarımıza zidd deyildi. Çünki Azərbaycana indiki bölgüdə sadəcə 19.5% düşür. İranın təklif etdiyi variantda isə payımız 0.5% arta bilərdi. Di gəl ki, bu təkliflə Xəzərin dibinin 29%-nə nəzarət edən Qazaxıstan razılaşmırdı. Dəniz statusuyla bölünməsi isə Rusiyanın hərbi strateji maraqlarına cavab vermirdi. Çünki bu zaman Xəzərdə hərbi hegemonluğunu İranla paylaşmalı idi. İran danışıqlar masasında əldə edə bilmədiyinə zor gücünə nail olmaq istəyirdi. Hədəf seçdiyi ölkələr isə biz və Türkmənistan idi.

Digər önəmli məsələ – transmilli enerji şirkətlərinin maraqlarının qorunması bəhanəsilə NATO qüvvələrinin Xəzərdə yerləşməsi ehtimalı İranda ciddi narahatlıq yaradırdı. Həqiqətən də rəsmi Bakı o zaman NATO ilə tərəfdaşlıq arayışları içərisində idi. Xüsusilə NATO üzvü olan Türkiyə ilə yaxın münasibətləriniz Tehranda şübhə ilə qarşılanırdı. Fəqət NATO ilə əməkdaşlığımızda məqsəd Xəzəri onların ixtiyarına vermək deyildi və biz bunu istəsək də edə bilməzdik. Çünki Xəzər 5 sahilyanı dövlətin ortaq gölüdür və həmin vaxt onun hüquqi statusu da müəyyənləşməmişdi. Əslində heç indi də tam müəyyənləşməyib. Dolayısıyla Azərbaycan NATO ilə əməkdaşlıq etsə belə, Xəzərin qapılarını alyansın üzünə taybatay aça bilməzdi.
Rəsmi Bakı dəfələrlə bunu ən yüksək səviyyədə dilə gətirsə də, neft və qaz kəmərlərinin qorunmasını öz üzərinə götürdüyünü, 3-cü dövlətin Azərbaycan ərazisindən başqa dövlətə qarşı istifadə olunmayacağını bəyan etsə də, bu, İran tərəfindən səmimi qarşılanmırdı. Ölkəmiz 2011-ci ildə rəsmən Qoşulmama Hərəkatına üzv olduqdan sonra Tehranın bu şübhələrinə son qoyuldu. Üzərindən 2 il keçdi, Həsən Ruhani hakimiyyət gəldi. Onda artıq Xəzərdə xarici orduların lövbər salması təhlükəsi də oradan qalxmışdı.

Ən əsas məsələlərdən biri də “Xudafərin” müqaviləsi imzalanan ərəfədə Türkiyədən də artıq əvvəlki təhlükənin gözlənilməməsi idi. Türkiyədə dini həssasiyyəti yüksək olan Rəcəb Tayib Ərdoğan hakimiyyətinin ilk 10 ilində Yaxın Şərq məsələsində ABŞ-la həmrəylik nümayiş etdirsə də, tədricən ondan uzaqlaşır, regional əməkdaşlığa önəm verirdi. Xüsusilə “Xudafərin” sazişinin bağlandığı 2016-cı ildə ABŞ-Türkiyə münasibətləri tam qırılma nöqtəsinə gəlmişdi. Hətta ABŞ Ərdoğanı devirmək üçün həmin il FETÖ kartından istifadə etməyə çalışmış və baş tutmayan 15 iyun çevrilişini hazırlanmışdı. Türkiyənin ABŞ-la pozulan münasibətləri İranı da xeyli rahatlatmışdı. Artıq Türkiyə-Azərbaycan yaxınlığında NATO-nun bölgəyə yerləşməsi təhlükəsi hiss etməyən Tehran Bakı ilə münasibətləri yumşaltmağa başlamışdı. Saziş də məhz o zaman imzalanmışdı.

İsrail-Azərbaycan münasibətləri də İranın diqqətlə izlədiyi siyasətlərdəndir. Tehranda son zamanlaradək İsrail hərbi qüvvələrinin ölkəmizdə dislokasiya edilməsinə dair yanlış qənaətlər var. Halbuki, Azərbaycan dəfələrlə bu faktı inkar edir, İsraillə əlaqələrin sadəcə iqtisadi işgüzarlıq münasibətləri baxımından əhəmiyyət daşıdığını, ondan sadəcə silah aldığını, amma hər hansı hərbi əməkdaşlıqdan söhbət gedə bilməyəcəyini bildirmiş, bunu təsdiqləyən müxtəlif sənədlər imzalamış, ən yüksək səviyyədə zəmanətlər vermişdi. Təsəvvür edin ki, sırf İranın maraqlarını nəzərə alıb biz İsraildə öz səfirliyimizi açmamışıq. Buna baxmayaraq, Təl-əvivlə Bakı arasında yaxınlaşmalar olan kimi, Tehranda etirazlar ortaya çıxır.
Ən nəhayət, Cənubi Azərbaycan məsələsinə İranda ehtiyatla yanaşırlar. Cənub qonşumuzda milyonlarla soydaşımızın yaşaması və zaman-zaman vahid Azərbaycan kimi şüarların gündəmə gətirilməsi Tehranda təhdid kimi alqılanır, bu da istər-istəməz iki tərəfi qarşı-qarşıya gətirir.

Bir sözlə, İranla Azərbaycan münasibətlərində qarşılaşdığımız zik-zaklar hər iki ölkənin təhdid anlayışından doğur. Biz İranın ölkəmizə radikal dini cərəyanlar yaya biləcəyindən çəkindiyimiz kimi, İran da bizim Cənub kartından istifadə edəcəyimizdən ehtiyatlanır.

Bizim kimi mətbu orqanların bu cür problemləri dilə gətirməsi isə yaxınlaşmanın nəinki əleyhinə, əksinə tam xeyrinədir. Mən şəxsən iki tərəf arasında müəyyən şübhələrə yol açan problemlərin gizlədilməsinə yox, müzakirəsinə tərəfdaram. Müzakirələr zamanı hər iki tərəf öz səhvlərini görür və bunu düzəldir. Nəticədə gizli saxlamadığımız incikliklər nifrətə çevrilmədən, qarşılıqlı güzəştlərlə öz həllini tapır və iki qardaş dövlət arasındakı bağlar daha da möhkəmlənir. Şəxsən bu məsələlərə ən çox yer ayıran Ovqat.com-un Baş redaktoru kimi hər dəfə bənzər problemləri qaldıranda İranla münasibətlərin xeyli yaxşılaşdığını müşahidə edirəm. Xüsusilə son zamanlar “Xudafərin” sazişi zamanı ortaya çıxan müzakirələrin İranda Azərbaycan bağlı ritorikaları nə qədər dəyişdirdiyinin şahidi oluruq.  Sevinirəm ki, qarşılıqlı yaxınlaşmalarda Ovqat.com olaraq bizim də zərrə qədər də olsa, payımız var.

- Bir tərəfdən deyirsiniz ki, mətbu orqanların beynəlxalq münasibətlərə təsiri olmur, digər tərəfdən isə deyirsiniz ki, münasibətlərin düzəlməsində “bizim də payımız var”…

- Mətbu orqanlarda yazılanlar proseslərə, əlbəttə ki, təsir edirlər. Amma mətbuat heç bir zaman əsas səbəb deyil, əksinə nəticədir, nəticənin inikasıdır. Biz, mətbuat adamları olaraq, nəyi yazırıq? Əlbəttə, baş verənləri. Demək ki, təsiredici yox, təsirlənən tərəf oluruq. Sadəcə nəticələri ortaya qoymaqla bu ziddiyyətlərin ortadan qaldırılmasına kömək edirik. Biz olmasaq, bu problemlər gizli qalar və narazılıqla öz həllini tapmaz. Bu ona bənzəyir ki, ayaq barmağında qanqrena meydana gəlir və sən onu corab geyinərək gizlədirsən, həkimə gedib lazımi müalicə almırsan. Nəticədə qanqrena dizinə qədər irəliyir və əvvəl barmağını kəsdirəcəyin halda, indi dizindən yuxarıya qədər qurban verməli olursan. Məncə, biz, mətbuat orqanı olaraq, cəmiyyətin sinir sistemləriyik. Ağrıyaraq bədənimizi idarə edən ruha – dövlətə təhlükə siqnalı ötürürük. Dövlət də hərəkətə keçib təhlükəni dəf etməyə çalışır. Təhlükə mərkəzi ilə təmasa keçib arada narazılığa səbəb olan problemi ortadan qaldırır. Bu isə ümumi işin xeyrinədir. Mərkəzi sinir sistemi ağrılı mesaj verir deyə, ağrıkəsici atmaq səni müvəqqəti olaraq ağrıdan xilas edə bilər, amma təhlükəni ört-basdır etdiyi üçün səni məhvə sürükləyər. Mətbuatı bütün problemlərin səbəbi kimi alqılamaq və onu susdurmaq nəticə etibarilə müalicəvi dərmanlar atmadan ağrıkəsici ilə kifayətlənmək deməkdir.

– Son zamanlar İran rəsmilərinin təkcə Azərbaycanla deyil, Türkiyə ilə bağlı da ritorika dəyişikliyinə getdiyi hiss olunur. İranın dini lideri Qüds barədə açıqlamasında Fələstinin Osmanlı torpağı olduğunu bildirməsini necə qiymətləndirirsiniz?

- Mən bunu təsadüfi saymıram. İran artıq regionda çox şeylərin dəyişildiyini görür və xarici siyasətini yeni situasiyaya uyğunlaşdırır. Fikrimcə, bu, normal hadisədir və diplomatiya çeviklik tələb edir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlər bu cür çevik manevrlərlə situasiya dəyişikliyindən yararlanırlar. Ümumiyyətlə, xarici, daxili bütün siyasətləri situasiyalar müəyyənləşdirir. Hər zaman eyni mövqedə dayanmaqla uğur əldə edilə bilməz. Dəyişilən şərtlərə uyğun strategiyalar formalaşdırmasan böyük oyunların qurbanı ola bilərsən. Bu, təkcə İran kimi regional dövlətlərə xas siyasət də deyil. Hətta super güclər belə tez-tez öz siyasətlərini dəyişirlər. Bunun ən bariz nümunəsini ABŞ timsalında görə bilərik. Xatırlayırsınızsa, istər Obama, istərsə də Tramp hakimiyyəti dövründə tez-tez Müdafiə nazirlərinin və digər güc struturlarının rəhbərlərinin dəyişildiyini görürdük. Hər nazirin isə özünəməxsus siyasi dəsti-xətti olurdu. İnkişaf etmiş ölkələrdə hakimiyyətlər 4 ildən bir, bəzən daha tez dəyişildiyindən bu prosesi rahat keçirlər. Bizdə isə 20 ildir eyni kresloda piylənən nazirlər var. Onlar dəyişilmədiyindən siyasətlər də olduğu kimi qalır, nəticədə ölkə köhnə prinsiplərlə idarə edilir. Bu isə cəmiyyətləri inkişafdan saxlayır.

İrandakı ritorika dəyişikliyi də regiondakı şərtlərin dəyişikliyindən qaynaqlanır. Bilirsiniz ki, İran həm İraqda, həm də Suriyada çətin vəziyyətə düşüb. Bu zamana qədərki müttəfiqləri artıq ondan üz döndərirlər. İstər İraqda, istərsə də Suriyada müttəfiqlərinin ondan üz döndərməsi İranı bölgədə yanlızlığa sürükləyir. Məlumatlardan aydın olur ki, Suriyada ən böyük müttəfiqi olan Rusiya İsraillə müəyyən anlaşmalara gedərək İrandan və Bəşər Əsəd rejimindən yaxa qurtara çalışır. İraqda da artıq işlər yolunda getmir. İndiyədək məzhəbi şüarlarla regionda təsir gücünü qorumaq istəsə də, şiə ərəblərin İrana hələ də “əcəm” kimi baxması, cahiliyyə dövrünün mənəm-mənəmliyindən qurtula bilməməsi təkcə Tehran üçün deyil, regionun digər ölkələri üçün də gözlənilməz sürprizlər ortaya çıxara bilər. Üstəlik, qarşı-qarşıya qaldığı ağır sanksiyalar və koronavirus problemləri də İran iqtisadiyyatını getdikcə çıxılmaz vəziyyətə salır. Belə çətin vəziyyətdən ən yaxşı çıxış yolu yeni müttəfiqlər tapmaqdır. Bu isə yeni siyasi dəsti-xətt tələb edir. Düşünürəm ki, İran Türk dünyası ilə yaxın münasibətlər qurmağa çalışacaq və onun bu sahədə çox ciddi potensialı var. İran o potensialını hərəkətə keçirərsə, daha böyük nailiyyətlərə imza ata bilər.

– İranın Türk cizgisinə meyllənməsi nə dərəcədə mümkündür?

-Böyük siyasətlərdə mümkün olmayan heç bir şey yoxdur. İran tarixən türk yurdu olub və Rusiyanın təsiri azaldıqca yenidən Türk əhatəsinə düşəcək. Mənim bir zamanlar yazdığım şeirlərdən birində dediyim

“Bəli,  Böyük İran Arandan keçir.
İrəvandan keçir, Muğandan keçir.
Turana gedən yol  İrandan keçir.
İransız qurulmaz bu ŞANLI OCAQ,
İran Türkün olub, Türkün olacaq”, – misraları da bu inancımdan irəli gəlir. Hesab edirəm ki, özünütəcrid siyasətilə bir yerə vara bilməyəcəyini anlayan İran əvvəl-axır bu açılımı etməlidir. Cari planda onun Azərbaycan və Türkiyə ilə regional iqtisadi əməkdaşlıqdan başqa seçənəyi yox kimidir. Bu 3-lü ittifaq sabah böyüyüb Orta Asiyaya qədər uzana bilər.

– Türk dünyası və İran. Fars şovinizminin hegemon olduğu bir dövlətdə bu perspektiv nədənsə heç inandırıcı görünmür?

– Bilirsinizmi, Elxanilərin ən güclü hökmdarı olan Qazan xan imperiyanın ən qüdrətli dövründə islamı qəbul etmişdi. Onu buna vadar edən, təbii ki, zəifliyi deyildi. Həmin dövrün şərtləri və Elxanilərin böyümə arzusu Qazan xanı buna vadar etmişdi. Demək istədiyim odur ki, tarixi şərait hətta ən qüdrətli hökmdarları da nəinki siyasətlərini, hətta dinlərini dəyişdirməyə həvəsləndirə bilər. İran da böyümək və ayaqda qalmaq istəyirsə, bəzi xoflarından sıyrılıb bu açılımı etməlidir. Əks halda, bundan təkcə onun özü yox, bütün region dövlətləri zərər görəcək.

Mən bunları deyərkən, bəzi ultra-millətçilər kimi Cənubi Azərbaycanın parçalanıb bizə birləşməsini nəzərdə tutmuram. Əksinə, bizim daha böyük birliklərə ehtiyacımız var. Çünki dünya böyük balıqların kiçik balıqları yeməsi üzərində bərqərar olub. İstər İran, istər Azərbaycan, istərsə də Türkiyə yemə çevrilməmək üçün böyüməlidir. Söhbət inzibati ərazi birliyindən getmir. Söhbət iqtisadi, hərbi, mədəni inteqrasiyadan gedir. Heç kimin ərazisinə toxunmadan əməkdaşlıqlar hər 3 dövlətin xeyrinədir və bu ittifaqda istər-istəməz ən qazanclı çıxan türklər olacaq. Amma digər millətlər də bundan qorxmamalıdır. Bizim tarixi keçmişimiz də bu qorxuları alt-üst edir. 1000 il İranda hakimiyyətdə olan türklər fars mədəniyyətinə böyük sayqı ilə yanaşıblar. Onu yenidən dirçəldib dünya mədəni irsinə ərmağan ediblər. Müasir terminlərlə desək, multikultural dəyərlərə həmişə tolerans yanaşan türklər yenə də eyni diqqətlə regional maraqları uca tutmağı bacaracaqdır. Düşünürəm ki, İranın minillik tarixi dediklərimi təqdiqləyir. Xüsusilə farsların bizdən qorxmaq üçün heç bir tarixi əsas yoxdur.

– Sonda bir-iki kəlmə də Naxçıvan barədə fikirlərinizi öyrənmək istərdim. Yazmışdınız ki, Naxçıvanda “xanlıq rejiminə” son qoyulacaq. Bunu Muxtar Respublikanın yeni Baş nazirinin təyin olunması ilə əsaslandırmışdınız. Doğrudanmı buna özünüz inanırsınızmı?

– Əlbəttə. İnanmadığın şeyi necə yaza bilərsən? Bir çoxları hələ də mənim irəli sürdüyüm bu versiyaya inanmırlar. Halbuki mənim bir gün əvvəl proqnozlaşdırdığım adam Baş nazir təyin olundu və təyinatı ilə bağlı məramı açıq şəkildə ortaya qoydu. Dedi ki, bu zamana qədər Naxçıvan Nazirlər Kabinetinin fəaliyyətində ətalət və durğunluq hakim idi. Bundan sonra isə Nazirlər Kabineti öz fəaliyyətini gücləndirəcək. Bilirsinizmi, bu nə deməkdir? Bu o deməkdir ki, Naxçıvanın “boz kardinalı” da dəyişdi. İndiyə qədər Naxçıvan Ali Məclis sədrinin müavini Azər Zeynalov tərəfindən idarə edilirdi. Bundan sonra isə həlledici adam Baş nazir olacaq. Nəzərə alsaq ki cənab Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova yaxın dairələr bu təyinatdan əvvəl hakimiyyətdəki mühüm postlardan uzaqlaşdırılmışdı, yeni Baş nazirin idarə edəcəyi çevrə də böyüyür. Üstəlik, Vasif müəllimin özünün də artıq “fəxri istirahətə” ehtiyacı var. 25 il eyni vəzifədə əyləşmək monoton həyat anlamına gəlir və insanı sıxır. Bir də cənab sədrin səhhəti də əvvəlki templə işləməyə yol vermir. Məhz bu səbəbdən Ali Məclis apatının rəhbəri Azər Zeynalov vəziyyətə nəzarət edirdi. İndisə Muxtar Respublikanın səlahiyyətləri və nəzarət sahələri genişləndirilmiş yeni Baş naziri var. Sizcə, bu, faktiki olaraq hakimiyyət yetkilərinin bölüşdürülməsi deyilmi? Eşitdiyimə görə, Naxçıvanda konstitusiya dəyişikliklərinə gediləcək və Azərbaycan qanunvericiliyinə uyğun sistem yaradılacaq. Yəni Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycan üçün kimdirsə, Ali Məslisin sədri də Naxçıvan üçün eyni səlahiyyətli şəxs olacaq. Dediklərimin nə qədər real olub-olmadığı yaxın zamanlarda ortaya çıxacaq. Darıxmayın, bunu siz də görəcəksiniz.
Oxşar xəbərlər
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:20, Bu gün
Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirib
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib