"Şəhid heykəllər - Bülbül, Natəvan, Üzeyir bəy gec-tez Qarabağa qayıdacaq..."
Oxunub: 2323
19 May 2020 | 09:25
– Jalə xanım, hazırda yaşadığımız may ayı xalqımız üçün təəssüf ki, kədərli günlərlə, hadisələrlə zəngindir. Belə ki, 28 il öncə, cəmi 10 günün içərisində Azərbaycan üçün son dərəcə mühüm strateji əhəmiyyətli və bəlkə də Qarabağ münaqişəsinin həllində açar rolunu oynayacaq iki bölgəni–iki dilbər guşəni–Şərqin kon­servatoriyası sayılan Şuşanı və Laçını itirdik... Torpaqlarımızı geri qayta­racağımıza əminliyimiz bir an olsun belə tükənməyib. Amma itirdiyimiz mənəvi dəyərlərimizi, tarixi-mili-dini sərvətlərimizi geriyə qaytarmaq bəlkə də mümkün olmayacaq. Bu barədə siz nə düşünürsünüz?

– Bəli, çox təəssüflər olsun ki, 32 ildən bəri zorla cəlb olunduğumuz Ermənistan– Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsi hələ də davam edir. Bu gün də faşizmi, nasizmi, rasizmi, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirməsi, hələ də beynəlxalq birliyin, ATƏT-in, onun Minsk qrupu həmsədrlərinin laqeydliyi və biganəliyi, bəzən isə açıq-aşkar işğalçı ilə işğala məruz qalanı eyniləşdirməsi, onların ikili standartları üzündən münaqişə ədalətli və müsbət həllini tapmır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə indiyədək yerinə yetirilmir. Daha çox təəssüf və təəccüb doğuranı isə həmin qətnamələri qəbul edən təşkilatın Ermənistanın işğalçı siyasətini davam etdirməsinə laqeyd və biganə yanaşmasıdır. Daha pis məqamlardan biri də odur ki, BMT, ATƏT, Minsk qrupunun həmsədr dövlətləri həmin qətnamələrin icrası və yerinə yetirilməsi üçün Ermənistana heç bir təsir və təzyiq göstərmir, sanksiyalar tətbiq etmirlər. Bu isə nəticə etibarilə Ermənistanı növbəti dəfə işğalçılığa və təcavüzkarlığa şirnikləndirir. Ancaq dövlətimizin və onun başçısının bu məsələdə mövqeyi qəti, birmənalı və yekdildir. Azərbaycan xalqı və dövləti bu günə qədər işğal faktını qəbul etməyib, onunla barışma­yıb, bundan sonra da qəbul etməyəcək və barışmayacaq. Ölkə Prezidentinin də bəyan etdiyi kimi, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır! Ancaq Qara­bağın, yurd yerlərimizin, o cümlədən, bir neçə gün öncə növbəti işğal ildönümünü yaşadığımız Şuşanın və Laçının süqutu ilə həm də böyük milli-mədəni-tarixi-dini sərvətlərimizi itirdik. Heç bir dəyər tanıma­yan Ermənistanın və ermənilərin vanda­lizm siyasəti nəticəsində işğal olunmuş yurd yerlərimizdəki əsrlərin yadigarı olan tarixi-dini-milli abidələrimiz– məscidlərimiz, ziyarətgahlarımız, qəbiristanlıqlarımız, açıq və qapalı muzeylərimiz, sənət incilərimiz – hamısı məhv edildi, yerlə-yeksan olundu, yağmalandı. Bunları qaytarmaq, bərpa etmək isə olduqca çətin və deyərdim ki, müşküldür. Düz­dür, Azərbaycan dövlətinin, ölkə Prezi­dentinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun apardığı gərgin işlər sayəsində ölkəmizin bu məsələlərdə də haqq səsi dünya­ya çatdırıldı, müvafiq qərarlarda, sənədlərdə əksini tapdı, amma bizi yenə də böyük mübarizə və geniş səfərbərlik gözləyir. Can­lı itkilərimizi, şəhidlərimizi geri qaytara bilməsək də, qaytara biləcəklərimizi, dünyaya əyani şəkildə çatdıra biləcəklərimizi reallaşdırmaq üçün hamılıqla, elliklə hələ də görüləcək işlərimiz çoxdur. Hamımız düşüncələrimizi bu məsələlər üzərində cəmləşdirməliyik.

– Konkret olaraq, nəyi nəzərdə tutursunuz?

– Bu haqda fikirlərimi bir neçə dəfə açıqlamışam. Həm yazılı mətbuatda, həm də televiziya proqramlarındakı çıxışlarımda, eləcə də Milli Məclisin komitə və plenar iclas­larında bu yöndə öz fikir və təkliflərimi səsləndirmişəm. Elə cəmi bir neçə gün öncə, konkret qeyd etməli olsam, Milli Məclisin mayın 5-də keçirilən iclasında “Nəşrlərin beynəlxalq mübadiləsi kon­vensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu barədə bir daha danışmışam, cəmiyyətə və əlaqədar qurumlara çağırışlar etmişəm. Həmin çıxışımı olduğu kimi, bir daha qeyd etmək istəyirəm. Hamımıza məlum olduğu kimi, Qarabağımızın, bütövlükdə, Azərbaycanımızın mənəvi sərvətlərindən, dühalarından olan Xan qızı Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün uzun illər boyu işğal altındakı torpaqlarımızda vandalizmə məruz qalan güllələnmiş heykəlləri ümummilli lider Heydər Əliyevin səyləri və müdaxiləsi ilə Bakıya gətirildi. Həmin heykəllər indiyədək İncəsənət Muzeyinin arxa həyətində saxlanmaqda­dır. Məncə, bu şəhid heykəllər, şəhərin görməli yerlərindən birində, məsələn Şəhidlər xiyabanında yerləşdirilməlidir.

Ümumiyətlə, XX əsrdə bir neçə dəfə soyqırımına, repressiyalara məruz qalan bir xalqın tarixi həqiqətlərini və haqqımızın geri qaytarılması uğrunda həyata keçirilən dövlət siyasətini əks etdirən eksponat­lardan ibarət bir muzeyin açılmasına ehtiyac var. Bu heykəllər bizim haqlı mübarizəmizin pasportudur, Ermənistanın torpaqlarımızda həyata keçirdiyi dağı­dıcı siyasətin daşlaşmış yaddaşıdır və bu heykəllərin göz önündə olması çox əhəmiyyətlidir. Çünki Azərbaycan bü gün bütün sahələrdə inkişaf etdiyi kimi, turizm sahəsində də böyük inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan turistlər üçün cəlbedici ölkəyə çevrilmişdir. Hər il yüz minlərlə turist ölkəmizə, Bakıya axın edir. Onların çoxunun heç də Qarabağ münaqişəsindən, erməni barbarlığı və vandalizmindən geniş, müfəssəl məlumatları yoxdur. Belə bir muzeyi ya­ratmaqla və oraya turistlərin axınını təşkil etməklə, Qarabağ həqiqətlərini, Qarabağ acılarımızı, başımıza gətirilən müsibətləri əyani şəkildə təqdim etmiş olarıq. İna­nıram və əminəm ki, bunun ermənilərin, Ermənistanın iç üzünün açılmasında, erməni yalanlarının ifşa olunmasında böyük təsiri ola bilər. Ona görə də inan­maq istərdim ki, yaxın gələcəkdə bu yöndə təklifimə müsbət rəy veriləcək. Yeri gəlmişkən, parlamentin bu il may iclasın­da irəli sürdüyüm bu təklifin nəzərə alın­ması xahişi ilə artıq əlaqədar təşkilatlara müraciət etmişəm. Əminəm ki, müsbət cavab veriləcəkdir.

– Qeyd etmək yerinə düşər ki, sizin bu təklifiniz artıq özünə geniş tərəfdar ordusu toplamaqdadır...
–Bəli, mənim üçün çox xoşdur ki, son bir neçə ildə, eləcə də həmin çıxışımda səsləndirdiyim təkilflər insanlar tərəfindən rəğbətlə qarşılanmaqda və dəstək qazan­maqdadır. Hətta, elə həmin çıxışımdan sonra növbəti iclasımızda həmkarım Qənirə Paşayeva da eyni təkliflə çıxış etdi. Mən ona, təklifimi dəstəklədiyi üçün təşəkkür edirəm. Ümumiyyətlə, bu məsələ zaman-zaman çeşidli fikirlər, təkliflər şəklində ortaya qoyulur. Düşünürəm ki, həm adını çəkdiyimiz güllələnmiş heykəllərin, həm də işğal altındakı torpaq­larda qalan maddi və mənəvi abidələrimiz barədə geniş miqyasda məlumat verilməsi dünya ictimai fikrinin formalaş­ması, nəticə etibarilə, haqqımızın, ədalətin bərqərar olması baxımından çox vacibdir. Qətiyyən şübhə etmirəm ki, Şəhid heykəllər - Bülbül, Natəvan, Üzeyir bəy gec-tez Qarabağa qayıdacaq...(xalqqazeti.com)
Oxşar xəbərlər
21:27, Bu gün
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
21:25, Bu gün
Təhsil İdarəsində yeni TƏYİNATLAR
21:24, Bu gün
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
21:23, Bu gün
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
21:21, Bu gün
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
20:55, Bu gün
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
20:15, Bu gün
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
19:48, Bu gün
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
19:23, Bu gün
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
19:11, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
19:05, Bu gün
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
18:59, Bu gün
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
18:55, Bu gün
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
GÜNLÜK
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen