İrəvanın məkrli Qarabağ oyunu - Ermənistanla bağlı “əldəyişmə” olarsa...
Oxunub: 1833
02 May 2020 | 08:58
İrəvanın məkrli Qarabağ oyunu -  Ermənistanla bağlı “əldəyişmə” olarsa...
İşğalçı ordudakı fərarilik və başıpozuqluq halları artır; Qarabağdakı erməni əhali o vaxt girovluqdan çıxacaq ki...

Ermənistanda 8 may 2018-ci il “məxməri inqilab” baş verəndən və hakimiyyətə gizli “qərbçi” sayılan Nikol Paşinyan gələndən sonra Moskva-İrəvan münasibətləri bu günədək normal axara düşməyib. İki tərəfdən verilən nikbin və növbətçi bəyanatlara rəğmən, gerçək belədir ki, Kreml heç cür baş nazir Nikol Paşinyanı “özününkü” saya bilmir - baxmayaraq ki, işğalçı ölkə Rusiyanın forpostu olmaqda davam edir, Paşinyanın özü isə bu iki ildə Moskva əleyhinə heç bir addım atmayıb - əgər yalnız prezident Vladimir Putinin dostu, eks-prezident Robert Köçəryanın həbsi nəzərə alınmazsa.

Bu da faktdır ki, Nikol Paşinyan dönəmində Ermənistanda Rusiya ilə bağlı ictimai ovqat xeyli dərəcədə mənfiyə dəyişib. Əksər analitiklər əmindir ki, bu cür gəlişmədə Paşinyan hakimiyyəti birbaşa iştirak eləməsə də, altdan-altdan o, anti-Rusiya isterikasını körükləyir. Müstəsna olaraq Rusiyanın hesabına ayaqda qalan və Azərbaycan torpaqlarının işğalını davam etdirən Ermənistanın bu “naşükürlüyü” ilk baxışda qəribə görünə bilər. Ancaq söhbətin hansı millətdən getdiyini yada salanda təəccübə yer qalmır.

Ermənilər tarix boyu daha səxavətli və daha qüdrətli ağanın himayəsinə sığınmaq üçün əvvəlki sahiblərinə asanca arxa çevirib, xəyanət ediblər. Təbii ki, ruslar də bunun fərqində olmamış deyillər. Moskvanın Paşinyana qarşı etimadsızlığının qayəsində ilk növbədə bu amil dayanır. Hərçənd Kremlin İrəvana təzyiq və təsir rıçaqları qədərindən çoxdur. Onlardan biri və birincisi, əlbəttə ki, həll uzanan Qarabağ problemidir. Erməniləri ən çox qorxudan və ehtiyatlandıran da budur. Çünki onlarda artıq əminlik yaranıb ki, Moskva Dağlıq Qarabağla bağlı ermənilərin xeyrinə bundan artığına getməyəcək, oyuncaq rejimi “dövlət” kimi tanımayacaq və ya onun Ermənistana rəsmən birləşdirilməsinə “dobro” verməyəcək. Əks halda bölgənin açar ölkəsi olan Azərbaycanı həmişəlik itirə bilər.

*****

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya ...

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da haqlı olaraq deyir: “Nikol Paşinyan bir tərəfdaş kimi Rusiya tərəfindən qəbul edilmir. Ermənilər Rusiyaya ümid etmirlər. Onların istəyi Qərbin bir hissəsi olmaqdır. Bunu da bəyan edirlər. Fikrimcə, bundan sonra da onlar hər vəchlə göstərməyə çalışacaqlar ki, qərbyönlü siyasət həyata keçirirlər, Rusiyadan uzaq qaçırlar. Bu, onların əsas hədəfidir”.

T.Zülfüqarova görə, ermənilər artıq başa düşüblər ki, Rusiyadan nəsə almaq mümkün deyil, nə almaq mümkündürsə, artıq alıblar. “Paşinyan hakimiyyətə ona görə gəlib ki, dövlət siyasətini Rusiyadan Qərbə döndərsin”, - deyə diplomat əminliklə qeyd edib.

Yəni söhbət faktiki surətdə Qərb timsalında Ermənistanın özünə yeni ağa axtarışından gedir. Bu, onların öz işidir, ancaq məsələ ondadır ki, onlar işğal altındakı Dağlıq Qarabağla birgə indi də Qərbin himayəsinə sığınmaq, işğalı legitimləşdirmək istəyirlər. Odur ki, Azərbaycan Ermənistanla bağlı mümkün “əl dəyişmə”ni daim diqqətdə saxlamalı, Qərblə daha çevik və intensiv işləməlidir. Biz ərazi bütövlüyümüzün hər hansı şəkildə və heç bir platformada alver predmeti olmasına imkan verə bilmərik. 

Qarabağ danışıqlarında İrəvanın təxribatçı, status-kvonu uzatmağa, danışıqları pozmağa yönəlik destruktiv davranışı ola bilsin, həm də Qərb amili ilə əlaqədardır. Ermənilərin “dalağı sancıb” ki, Moskva konfliktin onların istədiyi kimi həllinə, işğalın rəsmiləşməsinə qol qoymayacaq. O zaman bəlkə Qərb?..   

*****

Bu arada məlum olub ki,  ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın yeni görüşünü təşkil etməyə çalışırlar. Məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, bu məsələ Mnatsakanyanla Məmmədyarov arasında baş tutan son videokonfrans zamanı da müzakirə edilib. Həmsədrlərin görüşün baş tutması üçün koronavirusla bağlı situasiyanın zəifləməsini gözlədikləri bildirilib.

Ancaq liderlərin daha bir görüşü nəyi dəyişəcək, əgər rəsmi İrəvan özünün XİN başçısı Zoqrab Mnatsakanyanın dili ilə işğal altındakı torpaqların qaytarılmayacağını, Dağlıq Qarabağın statusu və ya “arsax xalqının öz müqəddəratını təyinetmə” haqqı deyilən cəfəngiyatı ön şərt kimi irəli sürürsə?

Görünən budur ki, zaman ermənilərə işləmir. Ona görə ki, Qarabağ məsələsi Ermənistanın problemləri arasında açar problemidir və Azərbaycandan fərqli olaraq o, geri gedir. Koronavirus pandemiyası aradakı fərqi daha da böyüdəcək - Azərbaycanın xeyrinə. 

Düşmən ölkədəki acınacaqlı vəziyyət isə, təbii ki, işğalçı ordudakı duruma da neqativ anlamda inikas eləməkdədir. Son vaxtlar erməni ordusunda başıpozuqluğun, fərariliyin daha da qənaətimizin sübutu sayıla bilər. İki “isti” fakt.

Məlumatlara görə, Ermənistan ordusunda daha 3 zabit hərbi hissədən qaçıb. Erməni mediası xəbər verir ki, Daro Harutunyan və Albert Hambaryan hərbi hissədə ağır şəraitə dözməyərək oranı tərk ediblər. Qaprel Qaprelyan adlı zabit isə məzuniyyət bəhanəsi ilə hərbi obyekti tərk edərək bir daha geri qayıtmayıb. Hər 3 zabitin əməli ilə bağlı cinayət işi açılıb.

Digər fakt budur ki, iki gün öncə Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgərlər arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən daha bir cinayət faktı ortaya çıxıb. Erməni KİV-ləri bildirir ki, hərbi qulluqçular tərəfindən təhqirlərə və təzyiqlərə məruz qalan əsgər Arman Mesropyan odlu silahdan atəş açmaqla özünə qəsd edib. Şahidlərin dediyinə görə, özünə qəsd etməzdən əvvəl A.Mesropyan odlu silahdan atəş açaraq onunla birlikdə eyni bölükdə feldşer kimi xidmət edən digər hərbi qulluqçunu da ağır yaralayıb.

*****

Əslində işğalçı orduda xidmət edən əsgərlər də, Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilər də bir qrup avantürist və kriminal rejimin girovudur - kimlər ki, bütövlükdə erməni xalqına fəlakətdən savayı, yaxşı heç nə gətirməyiblər və 30 ildir onu sərsəm “miatsum” ideyası ilə “yemləyirlər”. Təbii ki, bunu etiraf edən ermənilər də var.

“Məlum olduğu kimi, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər arasında Dağlıq Qarabağ bölgəmizin erməni icmasından olan xeyli sayda vətəndaşımız var. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni şəkildə idarə edilən qondarma rejimin repressiv davranışlarına rəğmən, erməni icmasının üzvü olan sakinlər bizimlə əlaqə saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və azərbaycanlı icma ilə sülh şəraitində ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazır olduqlarını bildiriblər”.

Tural Gəncəliyev: Dağlıq Qarabağın Azərbaycanlı icması erməni ...

Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, faktlar onu göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması özlərini bütün bu oyunların qurbanı olduqlarını, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün bir alətinə çevrildiklərinin fərqindədirlər. “Müsbət haldır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması daxilində bölgədə ədalətli və davamlı sülhə nail olunması və normal həyatın bərpası üçün münaqişənin yeganə həllinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində iki icmanın birgə mövcudluğundan keçdiyini anlayan şəxslərin sayı kifayət qədər çoxdur və artmaqdadır. Son dövrlər ərzində həm azərbaycanlı icmanın rəsmi sosial media hesablarına, həm də mənim şəxsi hesablarıma erməni icmasının nümayəndələri tərəfindən göndərilən çoxsaylı ismarıclar bunu deməyə əsas verir”, - deyə Gəncəliyev qeyd edib.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq, mən erməni icmasının diqqətinə çatdırmaq istəyirəm ki, onların bizə göndərdikləri müraciətlərin anonimliyi həmin şəxslərin təhlükəsizliyi naminə yekun sülh əldə olunanadək tam qorunacaq. Dağlıq Qarabağın azərbaycanlı icması bölgədə sülhün bərpası üçün daim səy göstərir və bu prosesdə bizə dəstək olan bütün erməni icmasının nümayəndələrinin fəaliyyətimizə dəstəyini qiymətləndiririk. Xankəndi şəhərinin millət vəkili olaraq, şəhərin həm erməni, həm də azərbaycanlı sakinlərinin bütün qayğı və problemlərinin həlli istiqamətində çalışdığıma sizləri bir daha əmin etmək istəyirəm. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasına bir daha bildirmək istəyirəm ki, biz sülh naminə icmalararası daha geniş dialoqa hazırıq və bunu tezliklə təşkil edəcəyik”,- deyə icma rəhbəri vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin iclasında Tural Gəncəliyev Azərbaycanın AŞ PA-dakı yeni nümayəndə heyətinin üzvü seçilib. Ümid edirik ki, icma rəhbərinin bu vəzifəsi Qarabağ həqiqətlərini Avropaya daha sanballı şəkildə çatdırmaq və erməni yalanlarını daha effektli şəkildə faş etməkdə yeni və güclü stimul yaradacaq.(Musavat.com)
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı