“O roman Azərbaycan ədəbiyyatındakı yerlərin də, mövqelərin də altını üstünə çevirəcək”
Müsahibə
Oxunub: 3744
28 Apr 2020 | 15:00
“O roman Azərbaycan ədəbiyyatındakı yerlərin də, mövqelərin də altını üstünə çevirəcək”
Moderator.az saytının müsahibi şair və tərcüməçi Mahir N. Qarayevdir.

- Koronavirus pandemiyası sizi ruhdan salmayıb ki? 

- Məni ruhdan salan hələ mahiyyətini axıracan dərk etmədiyimiz bu bəlanın özü yox, cəmiyyətimizin, insanlarımızın ona münasibəti oldu. Böyük Mirzə Cəlilin böyük dərdi yenə gündəmə gəldi: nə qədər yazırıq... düzəlmir ki, düzəlmir! 
Bu günlərdə, təbii ki, evə qaxılıb qalmışam, çölə çıxıb indi lap çox bozarmış bu mühitdə guya neyləyəsiyəm? Evdə oturanda da gözə ilk batan televiziyadır. Dostlardan çoxu deyir ki, biz yerli kanallara baxmırıq, silib atmışıq. Onları necə silmək olur – düzü, mən bu texnologiyanı bacarmıram. Əvvəllər çox az baxırdım, amma indi bekarçılıqdan bir müddət izlədim. Bax, adamı ruhdan salan mənzərəni də ekranda gördüm: aparıcılar müğənnilərə, artistlərə zəng vurur, onlar da müdrik poza alaraq xalqı evdə oturmağa çağırırlar... Kimsə qaydanı pozub küçəyə çıxır, polis də cərimələyir... Cərimələnən cərimədən qaçmaq üçün yalan danışmağa, cərimələyəni aldatmağa çalışır... (halbuki ödədiyi yüz manata evdə qalıb müəyyən müddət yaşamaq mümkündür). Yəni doğrudanmı bir həftəyə hamı acından qırıldı? Evlərə göndərilən ərzaq qutusunu alanların sevinci, minnətdarlığı, almayanların alanlara paxıllığı, nifrəti... Xəstəliyə yoluxanların durmadan artan sayı, Amerikada, Avropada sivil insanların milçək kimi qırılmasını təsdiq edən görüntülər, ardınca da şən-şux mahnılar və sair və ilaxır... Bax, televiziya kanallarında gördüyüm mənzərə bu oldu. Rəsmi rəqəmlər bizdə ölüm sayının hələ ki, az olduğunu təsdiqlədiyi halda, bu yalançı hay-küy, aclıq qorxusu, qarın davası, üstü yazıılı qutulardan, minnətli paylardan bu dərəcədə asılılıq, ələbaxımlıq... əslində, həm də riyakarlıq əlaməti kimi üzə çıxdı. Ona görə riyakarlıq deyirəm ki, bu kütləvi canfəşanlıq səmimi deyil. O bir başqa məsələ ki, insanlar niyə aciz, miskin vəziyyətə düşüblər, yaxud bu vəziyyətə salınıblar. İndi bunu araşdırmaq zamanı deyil, sadəcə, ən pisi odur ki, insanlar bu taleyə alışıblar, onu qəbul ediblər, öz yeni halları ilə çoxdan barışıblar. Pandemiya, sadəcə olaraq, cəmiyyətimizin təbii halının mənzərəsi üzərindən pərdəni götürmüş oldu. Və o virus gözümüzü bir daha açıb qulağımıza pıçıldadı: buyur bax, gör nə gündəsən...

- Karantini yaradıcılıq məzuniyyəti adlandırmaq olarmı? 

- Mən yaradıcılıq məzuniyyətinin nə olduğunu heç vaxt bilməmişəm, yəni belə bir təcrübəm olmayıb. Yadımdadır ki, hələ sovet vaxtlarında yazarlarımız yaradıcılıq məzuniyyəti götürüb Şüvəlana, ya da səfalı rayonlarımıza yaratmağa gedərdilər. Evdə qaldığım bu günlərdə bir sətir belə yazmamışam. Yəqin hələ bir müddət də yazmayacam. Niyə yazasan, kiminçün yazasan? Eşitdim yazarlarımız təklif irəli sürüblər, koronavirus mövzusunda müsabiqə təşkil edərək yarışa çıxıblar. Deyəsən bu, virusun təzə əlamətidir. Görünür, pandemiya həm də yazarlarımızın mənəviyyatı üzərindən pərdəni götürüb...

- Koronavirusa Tanrının göndərdiyi cəza kimi baxanlar çoxdur. Nədənsə "Əcəl zəngləri – Oğuz boyları" şeirinizdəki bir bəndi xatırladım:

Biz ağac əkməyən, ot göyərtməyən – 
yaralı budağı əyənlərik biz;
Biz bizə verilmiş ada dəyməyən – 
adı qulağına dəyənlərik biz.

Hamısı bizmi?.. Baş verənlər xeyirlə şərin savaşı deyil məgər? Axı qismət, tale deyilən bir şey var. Elə deyil? 

- O bənd çoxdan yazılıb, hazırkı pandemiyaya aidiyyəti yoxdur. Ancaq bu günlərdə ortaya qoyduğumuz münasibətə, ümumi halımıza, bayaq bir qismini sadaladığım cəhətlərimizə birbaşa dəxli var. O ki qaldı koronavirusun Tanrı cəzası olub-olmamasına – bunu heç kəs deyə bilməz. Evdə bekar oturduğum bu günlərdə dünya səviyyəli bir çox mütəxəssisin yazılarını oxudum, çıxışlarını izlədim. Bu virusun “insan əməlinin bəhrəsi” olması, yəni laboratoriyada hazırlanması barədə çoxlu versiyalar var. Tibbin siyasətə xidmət edən xüsusi sahəsinin varlığı çoxdan sirr deyil, kimyəvi laboratoriyalarda daha dəhşətli virusların hazırlanması üzərində illərdi baş sındırılır. Yəni hətta bu Tanrı cəzası olsa belə, yenə bəşəriyyətə insan beyninin məhsulu kimi, onun zəkası ilə ötürülür. 

- Dünya poeziyasından xeyli çevirməniz var. Elə poetik nümunə olubmu ki, həmin şeirlərin özünüzünkü olmasını arzulamısınız?

- Əvvəla, onu deyim ki, mənim poetik tərcümələrim həcm baxımından elə də çox deyil. Əslində, heç çox olmalı da deyil, çünki əksər yaxşı şeir tərcüməyə gəlmir, gələnlərin içərisində isə ciddi seçim aparmalı olursan. Arzuladığım o cür şeirlər olub, özü də çox olub. Məsələn, Yeseninin “Anama məktub”, Pasternakın “Qış gecəsi” şeirləri. Eyni zamanda, çevirməyə gücüm çatmayan şeirlər də var ki, böyük məmnuniyyətlə onların müəllifi olardım. Uzağa getməyək, elə Yeseninin “Şahanə...”, Pasternakın “Görüş” şeirləri. 

- Azərbaycanın ən böyük şairi kimdir?

- Bu bir qədər havadan asılı qalan, eyni zamanda, cavabı olmayan sualdır. Hətta mən bu sualın qarşısına “məncə... mənim fikrimcə... mənim zövqümcə...” kimi nəsə yumşaldıcı bir çey artırsam da, cavab naqis alınacaq. Bilirsən niyə? Nazim Hikmət təkcə Türkiyənin, yaxud Rilke təkcə Avstriyanın ən böyük şairi olsaydı, biz onları doğrudanmı böyük şair sayardıq? Böyük şair məhz o şairdi ki, o hansısa coğrafi məkana sığışıb qalmır. Düzdür, bu məsələdə şairlərin bəxti gətirməyib, çünki əsl poeziyanın başqa dillərə uğurlu tərcüməsi çox çətindir, o səbəbdən hər bir xalqın dünyada geniş tanınmağa, “dünyanı işğal etməyə” layiq olan bir çox şairi, belə deyək ki, öz haqqını almayıb. Bu sarıdan rəssamların, musiqiçilərin bəxti daha çox gətirib – onlar tərcümə prosesindən azaddırlar, olsa-olsa, yaxşı təbliğata ehtiyacları var...

- Bəzən iki dahini – Nizami ilə Füzulini müqayisə edənlər Şeyx Nizaminin Mövlana Füzulidən daha üstün olduğunu deyirlər. Sizcə, belə müqayisə düzgündür?

- Almanlarda söz var ki, ümumiyyətlə hər cür müqayisə qüsurludur. Mən bu fikirlə ikiəlli razıyam. Nizami ilə Füzulini müqayisə eləmək isə bir növ bekarçılıq əlamətidir. Nizaminin “Leyli və Məcnun” poemasını bir dəfə, Füzulinin “Leyli və Məcnun” poemasını dörd dəfə oxumuşam. Farsca bilsəydim, yəqin Nizamini də ən azından dörd dəfə oxuyardım. Çünki bəsit tərcümədə belə o əsərin nə qədər möhtəşəm olduğu dərhal duyulur. Mənim təəssüratımı ataq bir kənara, bunu Füzuli kimi dahinin özü də etiraf edib. Füzuli öz şah əsərinin girişində ustadına ehtiramla baş əyib icazə alır, sonra da Nizaminin tikdiyi möhtəşəm saraya daxil olub möhtəşəm divarları öz inciləri ilə bəzəyir. 
Mən futbol həvəskarı, özüm də Messinin pərəstişkarıyam. Bu günlərdə bir futbol mütəxəssisinin maraqlı fikrini oxudum. Belə yazıb: Ronaldu o qədər böyükdür ki, futbol Tanrısı Messinin dövründə “Qızıl top”u beş dəfə qazana bilib. Bax, Füzuli də o dərəcədə böyükdür ki, dahi Nizaminin yaratdığı “Leyli və Məcnun”u təzədən yazmağa, ən azından, cəsarət edib. 

- Rus ədəbiyyatından xeyli əsəri dilimizə çevirən qələm adamı kimi sizdən soruşmaq istəyirəm: nəyə görə XXI əsrin rus poeziyası indi qısır gündədir? Bu, siyasətin, sosial durğunluğun suçudur, yoxsa millətçi ruhlu ədəbiyyat formalaşdıranların günahı? 

- Qısa bir haşiyə çıxım ki, hazırkı pandemiya və karantin günlərində, bir çox ölkələrdə olduğu kimi, Rusiyada da camaatı evlərinə təpişdiriblər. Amma dünyanın varlı ölkələrindən fərqli olaraq, ruslar evdə qalmaq istəmir, ac olduqlarını, kapital ehtiyatlarının tükəndiyini əsas gətirirlər. Bunu müqayisə xatirinə deyirəm: bir var rus siyasəti, daha doğrusu, idbar rus şovinizmi, bir də var möhtəşəm, ümumbəşəri rus ədəbiyyatı – Dostoyevski, Tolstoy, Puşkin, Qoqol, Çexov, Bunin, Şoloxov, Bulqakov... Bütün sənətlərdə olduğu kimi, ədəbiyyatda da qabarma və çəkilmələr labüd, həm də adi haldır. Rus ədəbiyyatı, rus mədəniyyəti həqiqətən böyük çəkiyə, üstün səviyyəyə malikdir. Bu ədəbiyyatın o qədər uğurları, indiki dilə çevirsək, o qədər zəngin kapitalı var ki, uzun müddət “istirahət edə”, necə deyərlər, karantin günlərində aylarla, illərlə evdə ayağını uzadıb öz zəngin kapitalı hesabına yaşaya bilər... O ki qaldı XXI əsrdə rus poeziyasının qısır günə qalmasına – bu, təkcə ruslara aid deyil, bu gün poeziya bütün dünyada böhran keçirir. Bəyəm bizdə poeziya qısırlaşmayıb? Hətta son Nobel mükafatçıları arasında şair olsa da, bu aciz təsəllidən başqa bir şey deyil. Yəni poeziyanın bütün dünyada “sönməsi”, qısırlaşması çoxdan hiss olunur. Ancaq narahatlığa əsas yoxdur, bəlkə bu böhran əlli ildən, yüz ildən sonra yeni poeziyanın yaranması üçün (dincə qoyulmuş torpaq kimi) öz səmərəli, bərəkətli rolunu oynayacaq. 

- Nəsr yazmaq şeir yazmaqdan asandır deyənlər də var...

- Mən asan yazılan şeirə də pis baxıram, nəsrə də. Özümdən misal çəkim. Mənim çap olunmuş şeirlərim çox azdır. Ona görə yox ki, şeir yazmağa çətinlik çəkirəm. Əksinə, həyatımda elə bir dövr oldu ki, meyxanaçılar bədahətən saatlarla meyxana deyən kimi, məndə də şeir çox asan yaranmağa başladı. Elə olurdu ki, gündə beş-on şeir yazırdım, daha doğrusu, yaddaşım nöqtə-vergülünəcən hər şeyi yerində olan, çapa layiq xalis şeirlər ixrac edirdi. Onda yaşım təxminən qırxa yaxın idi. Bu hal məni qorxutdu. Amma ağıllı tərpəndim – şeir yazmağı bir müddət özümə qadağan elədim. O qadağa xeyli çəkdi. Məhz həmin dövrdə nəsrə keçdim və bu mənə çox çətin başa gəldi. İşi bitirəndən sonra nasir dostuma, sənin qardaşın Fəxri Uğurluya dedim ki, bir də nəsrə girişmərəm, qoy bu roman mənim birinci və axırıncı qələtim olsun! Əslində, nə şeir yazmaq asandır, nə nəsr yazmaq. Markes demiş, hamısı it əzabıdır... 

- Mahir N. Qarayevin müasir Azərbaycan ədəbiyyatındakı yeri, tutduğu mövqeyi barədə özünüz 
danışın...

- Nə yer, nə mövqe? Mən bilərəkdən özümü kütləvi oxucudan da, tənqidçidən də gizlətmişəm. Mənim kitabım 50 yaşımda çıxdı! Nəsildaşlarım mənim yazı yazdığımı, yəni yaradıcılıqla məşğul olduğumu çoxdan unutmuşdular, yeni ədəbi nəsil, yəni cavanlar da haqlı olaraq dedilər ki, bu adam bizdən deyil. Bəs kimdi bu adam? Balzakın polkovnik Şaberi! Öz qatarına gecikmiş, təzə qatara isə bileti olmayan birisi. Həqiqət də budur, reallıq da. 
Və mən bu həqiqətdən məmnun, bu reallıqdan xoşnudam. Ən azından, ona görə ki, bu mənim öz seçimim, öz taleyimdir. Nəinki buna peşmanam, əksinə, bu taleyə minnətdaram. Əsas olan – nəticədir. Nəticə isə tam ürəyimcədir: şeirlərimin oxucusu azdır, amma oxuyub bəyənməyənə rast gəlməmişəm. Romanımı əlyazmasında oxuyan (ədəbi zövqünə arxayın olduğum) səkkiz nəfərin səkkizi də onu yüksək qiymətləndirib. Və indi mən bütün təvazökarlığımı koronavirusun ayaqları altına ataraq, həm müəllif, həm də doqquzuncu oxucu kimi bəyan edirəm ki, senyabr ayında nəşr etdirəcəyim həmin roman Azərbaycan ədəbiyyatındakı yerlərin də, mövqelərin də altını üstünə çevirəcək.

Söhbətləşdi: Oqtay Qorçu
Oxşar xəbərlər
20:50, Bu gün
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
20:49, Bu gün
Tiflisdə müxalifət yenidən mitinq keçirir
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
GÜNLÜK
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO