Ailədəki münaqişələr-zorakılıqlar və problemlər
Oxunub: 2057
17 Apr 2020 | 14:52
Ailədəki münaqişələr-zorakılıqlar və problemlər

                

                                                                     “Ən yaxşı ailə- qadının kor, kişinin kor

                                                                                 olduğu yerdədir”

                                                                                                               Sokrat

 

Araşdırmalar göstərir ki,şəxsiyyətlərarası konfiliktlər daha çox ailədə baş verir.Ailənin  hər bir üzvü özünün həyata olan baxışları və özünə xas ideyaları ilə  yaşamaq istəyəndə,”özününkü yaxşıdır”-düşünür və digər yaxınlarını da zorən buna inandırmağa çalışır. Bəzən“razılaşmama”halları  ailədə münaqişələrə və zorakılıqlara yol açır.Bu,daha çox ər-arvad, valideynlə uşaq arasında baş verir.Cütlüyün müəyyən savada-biliyə və vahid baxışlara malik olmaması, cəhalət bu səbəblərə təsir edir. Kübar ailələrdə münaqişələrə “ocaq” olmur.Zorakılıqlar onda başlayır ki,ailə üzvləri müxtəlif baxışlara və inama malik olurlar.Necə deyərlər,münasibətlər səmimilikdən kənara çıxır,fikir ayrılıqları, bir-birilərini anlamamaq və yaxud,“Mənim dediyim primatlıq təşkil etməlidir”və s.hallarla tərəflər artıq razılaşmırlar.”Böyüklük”ailənin bəlasına çevrilir.Məhz belə yanaşma pretenziyalar və incikliklər doğurur,dinc yolla məsələnin həlli unudulur,arzuolunmaz yola üstünlük verilir.Qədim yunan filosofu Sokrat deyib ki,ən yaxşı ailə-arvadın kor,ərin kar olduğu yerdir.Belə olarsa umu-küsülərə də yer qalmır.Və yaxud,“Biri od olanda,digəri su olmalıdır”atalar məsəlinə hörmətlə,adət-ənənələrə uyğun yanaşılmalıdır.

 

Lev Nikolayeviç Tolstoy  vaxtilə müdrikcəsinə qeyd etmişdi ki, “.....Hər bir bədbəxt ailə özlüyündə özünə xas bədbəxtdir”.Münaqişələr barədə də eyni sözü demək olar:  “Müxtəlif ailələrdəki səbəblər  də müxtəlif olur.”

 

Ailəni uşaqlarsız təsəvvür etmək çox ağırdır.Amma zorakılıqlar bəzən daha çox uşaqların gözü qarşısında törədiləndə oğlan uşağı gələcəkdə atasına,qız isə anasına-ananın zorakılıqlara necə tab gətirdiyini özündə formalaşdırmağa,ona oxşamağa çalışar.Bəzən qadın uşaqların və ictimai rəyin xətrinə qadın ləyaqətini və iffətini qurban versə də ailələnin təməlini qoruya bilmir,min bir əziyyətlə qurulan “isti yuva” hörümçək yuvası tək dağılır.Sonra əmlak,aliment mübahisələri insan həyatını gözdən salır.

Rus filosofu,mütəfəkkiri və yazıçısı Fyodor Dostoyevskiy yazır:”Uşaqlarsız insanlığı sevmək mümkün olmazdı”. 

 

Münaqişələr nikahın bağlanmasından qısa vaxtdan sonra da ailədə özünə yuva sala bilir.Müsəlmanlığa xas ali bir cəhət var.Qız atası ürəyinin bir parçasına çevrilən övladını həsrətlə gəlin gözləyən evə-yeni ocağa yola salınan anda ona xeyir-duadan sonra öyüd verər:”Qızım,şübhəm yoxdur ki,Sən,yeni ocaqda böyüyüb başa çatdığın ailəmizin əsl insani keyfiyyətlərini təqdir edəcək,qaynataya ata,qaynanaya ana deyər,qaynını qardaş,baldızını bacı kimi tanıyar,onların hər birinə hörmət və ehtiramla yanaşacaqsan...”Amma çox təəssüf ki,kürəkənə belə öyüd verilmir.Alışmışıq,tamaşalarda və lətifələrdə qaynanaları zarafat hədəfinə çevirməyə...Evdə oğlanın valideynləri yanında gəlinin ləyaqətinə xələl gətirilir,gəlin təhqir olunur,valideynlərinin ünvanına xoşagəlməz ifadələr işlədilir.Belə davranış qaydaları əslində cinayət hüququnun yurisdiksiyasına aiddir.Buyurun,baxın,ailə münaqişələrinin közərməsinə təsir edən faktorlar necə və nədən ərsəyə gəlir?Amma,bu amillərə adi hal kimi baxırıq.

 

Olmaz!Qəbulediməzdir.Valideynlərinin təhqir oldunduğu ailədə mehribanlıq və qarşılıqlı hörmət gözləməyə dəyməz.Axı,gəlin kölə deyil!Onun da yaşamaq haqqı ,istirahət,əmək və digər hüquqları var?Deməli,belə ailələrdə ailə hüququndan danışmaq da olmaz!

 

Gəlin tarixə nəzər salaq:1800-cü ilin ortalarına qədər əksər ölkələrin hüquq sistemi ərin arvadı üzərindəki hökmranlığını onu döyməyi mümkün sayırdı.Amma burada istisna hallar da nəzərdə tutulurdu.Məs:1641-ci ildə Massaçuset körfəzinin”Azad Bədən”kalonistlərinin qəbul etdiyi aktda bəyan edilirdi ki,nikahda olan qadın “bədən xəsarətlərindən azaddır”.Hətta ər arvadın istəyinə zidd  ona “təcavüz”edə bilməzdi.Sonralar,XİX əsrdə Feminizm siyasi hərakatının tələbləri,1845-ci,1850-ci və 1878-ci illərdəki aktlar qadına qarşı olan zorakılıqları,işkəncələri qanuna zidd hesab edirdi.Artıq XX əsrdə ABŞ polisinin  ailə zorakılıqlarına müdaxilə etmək hüquqları qanunla qorunurdu.Amma əvvəlki kimi  günahkar nadir hallarda ailədən təcrid və həbs olunurdu.1990-ildən başlayaraq  ailə-məişət zorakılıqlarına görə cinayət hüquq məsuliyyəti qətiləşməyə başladı.1993-cü ildə BMT”Ailə zorakılığına qarşı mübarizə strategiyası”nı dərc etdi.Orada”Ailə həyatı ailə üzvlərinə qarşı hər cürə qəddarlığı rədd edir və belə qəddar münasibətlər cinayət aktı kimi tövsif ediləcək”-ifadələri yer almışdı.Bu sənədin qəbuluna qədər ailədə uşaqların tərbiyə edilməsi məqsədilə onların döyülməsinə icazə verilirdisə,bundan sonra isə qadağalar qoyuldu.

 

Avropada ailə zorakılıqlarına qarşı mübarizəyə dair qəbul edilən ilk hüquqi akt İctambul konvensiyasıdır.Həmin sənədin 219-cu paraqrafında deyilir:Avropa Şurasının üzvü olan dövlətlərdə ailə-məişət zorakılıqlarına-münaqişələrinə dair kifayət qədər işlər var ki,məhkəmə təqibi ilə müzakirə predmetinə çevrilmir.

 

Tarixdən bəllidir ki,uşaqlar praktik olaraq heç vaxt valideyn zorakılıqlarından müdafiə oluna bilməmışlər.Dünyanın bəzi ölkələrində məs.Somalidə bu gün də uşaqlara qarşı dözülməz ,ağır xəsarətin yetirilməsi adət halına çevrilib,aciz və köməksiz vəziyyətdə olan uşaqlar susmaqdan başqa çarələri qalmır.Fiziki təcavüz,seksual zorakılıq,qanunsuz həbs etmə,oğurlama,seksual istismara vermə və s.halları narahatlıqla qarşılanmışdır.

 

Bəs ailənin hansı inkişaf mərhələsində böhranlı vəziyyət yaşanır?

 

İlk növbədə:

  -Gənclərin ər-arvad kimi yaşamaq dövrünə alışa bilməməsi,ailənin nəyə qadir olduğunun fərqində olmaması,ailənin müqəddəsliyini anlamaması və ona sədaqət nümayiş etdirə bilməməsi ;

  -İlk uşağın doğulması,cütlüyün ata və yaxud ana  rolunun necə mənimsəməsi;(Bəzən ana uzun müddət uşağın sağlam böyüməsi üçün sağlamlığını qurban versə də  ata bunu görmür, öz həyatını yaşayır )

  -Növbəti uşaqların doğulması;

  -Uşağın məktəbə getməsi;

  -Uşaqlar yeniyetmə yaşına çatandan sonrakı vəziyyət;

  -Uşaqların böyüdükcə evdən uzaqlaşması;

  -Ər və arvadın orta yaşa çatamasından sonra yaranan  böhranlı vəziyyəti;

  -Ər və arvadın təqaüdə çıxmasından sonrakı vəziyyət.

  Qeyd etdiyim mərhələnin hər biri ailədə müxtəlif stress vəziyyəti yaşada və öz növbəsində  potensial  səbəblər kimi  ailə münaqişəsinə təsir edə bilər.

  Ailədə  baş verən müxtəlif dəyişikliklərin və ailənin vəziyyətindəki  gərginliklərin yaşanması daha çox ;

Ya boşanmağa və yaxud da ər və arvadın ayrı yaşamasına;

Ərin (arvadın) yeni yaşayış yeri seçməsinə və ora köçməsinə;

Ərin (bəzən arvadın )uzun müddətə uzaq məsafəyə  ezamiyyətə yollanmasına;

Başqa dövlətlərdə münasib  iş axtarışına çıxmasına apara bilər;

Təbii ki, bundan sonra tərəflərin bir-birinə olan qarşılıqlı münasibəti də dəyişir və bir yerdə yaşamağın    qeyri- mümkünlüyü üçün səbəb və şərait yetişir.

Təcrübədə ailə münaqişələrinin  müxtəlif növlərinə də rast gəlinir.

 Bura aiddir:

Xüsusi münaqişələr: Yəni,hətta sağlam  və mehriban ailələrdə də  müəyyən vaxtdan sonra  mübahisələr baş verir.Qarşıdurma, baxışların və məqsədlərin uzlaşmaması,fikir və xarakterlərin uyğun gəlməməsi.Amma bu mərhələdə  münaqişələr həllini tapa və ailə həyatı məcrasına yönələ bilər.Ailədəki ziddiyətlər həmişə və bütün səviyyələrdə yaşana bilər.(Yəni , qardaşlar, qardaş-bacı, bacılar  və   valdeyn  övlad arasında da baş verə bilər).

Gərginliklər:  Təcrübə göstərir ki,münaqişələr tənzimlənmədikdə ailədəki gərginliklər artmağa başlayır.Həmin səbəblər ailədə hamıya bəlli-aşkar olur,lakin müəyyən vaxta qədər ört-basdır edilir. Bütün hallarda tənzimlənməyən münaqişələri doğuran səbəblər yığıldıqca neqativ emosiyalara, əsəb gərginliklərinə səbəb olur, aqressivliyə dəhliz açılır və nəticədə ailə üzvləri arasında əlaqə-kontakt itir.

Böhran: Ailədəki böranlı vəziyyət əksər hallarda ailənin dağılmasına səbəb olan kriteriyalardandır. Ər və arvadın qanunvericiliklə müəyyən edilən qarşılıqlı məsuliyyətin anlaşılmaması,ailənin müqəddəsliyinin qorunmaması (ər-arvad) borcu və yaxud  valideynlərin uşaqları qarşısında vəzifəsi lazımi qaydada yerinə  yetirilmir,bu öz növbəsində ailənin dağılmasına aparan bir səbəbdir.

 

Sadalananlar ailədə  konfiliktin əsas tiplərindəndir.Artırmaq da olar.

Ailə  münaqişələri və onları doğuran səbəblər həmişə bir-birləri ilə sıx bağlı olur.Münaqişəyə təsir edən səbəblər  ailədaxili əlaqələri sarsıdır, qarşılıqlı münasibətlərin keyfiyyətinə , ailənin rifahına və gələcək inkişafına psixoloji təsir edir.

Məs: Bəzən ailədə öz hisslərini,fikirlərini və sözünü deməyə imkan verməmək  ciddi fəsadlara zəmin yaradır.Qeyri-sağlam, psixoloji mühiti olan ailə üzvləri  bir-birilərinə etibar etmədən hisslərini gizlədərək dərdini başqalarına izhar edir,qonşuya pənah gətirir. Bunu ürək ağrılarından uzaqlaşmaq və psixoloji zədələrdən qaçmağa görə edirlər.

 

Əlaqələrin yoxluğu: Münaqişənin olduğu ailələrdə qohumlar və doğmalar arasında nadir hallarda açıq təmas və münasibət olur.Ailə münaqişələrinin simptomları əmələ gəldikcə  ailə üzvləri bir-birilərindən uzaqlaşır,çalışırlar ki,üz-üzə gəlməsinlər, kənara çəkilib özlərinə qapanır,gözə görünməməyə   “ailədən qaçma” prinsipinə  üstünlük verilir.

Nifrətin yaranması və biruzə verilməsi: Bəzən ailədə problem yarananda ailə mövcud problemi gizlətməyə çalışır, heç kimlə dərdini bölüşmür, məhrəm sayılan şəxslərə  yaxınlaşmır ,onu mehribancasına dinləyənlər, məsələni  həll etməyə çalışanlar tapılmır. Belə ailələrdə bu və ya digər problemin həlli üçün kimin məsuliyyət daşıyacağı barədə mübahisələrə başlanılır, mübahisələr çox zaman qarşılıqlı nifrətə, hətta güc tətbiq etməsinə gətirib çıxarır.Ailədə tam özbaşınalıq hökm sürür, ailə üzvləri bir-birilərinə hörmət etmir, hissləri görmür və səslərini eşitməzliyə  vurur, yad adama çevrilirlər.Belə mərhələdə münaqişənin həlli çətinləşir, ocağın közərməsinə şərait yaranır.

 

“Şəxsi ərazinin”  qeyri-dəqiq sərhədi: Bəzi ailə üzvləri ( kim güclüdürsə və kimdən asılılıq varsa)  digərlərini “əsarətində” saxlayır, onların fərdiliyinə hörmət etmir, şəxsi sərhədlər pozur, “ailə zorakılığına”dəhliz açılır.Bəzən etdiyini digərləri tərəfindən qəbul etməsinə vadar edir.

 Bir-birilərinə qarşı neqativ münasibət: Bəzən tərəflər- qohumlar arasında söhbət etməyə və təmasda olmağa mövzu tapılmır, bir-birilərinə  şübhə ilə yanaşırlar, qarşılıqlı etibar və inam tədricən yox olur.Yumor hissinə heç bir ehtiyac qalmır .

Sosial izolyaysiya : Əksər hallarda belə  ailələrdə tərəflər- hər birilərindən ayrılıqda yaşayır, izolyasiya olunurlar.Mövcud  izolyasiya şəraitində daha çox əzab çəkən isə uşaqlar olur, nəticədə  antisosial davranışlara yol açılır, tədricən yaxınlar və dostlar da yadlaşırlar.

 

Mən, Konstitision müddəadan çıxış edərək belə qənaətə gəlirəm ki, “...ailə cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsində olduğuna”görə ailədaxili münaqişələri doğuran səbəb və şəraitin öyrənilməsinə və bu səbəblərin akademik tədqiqatına böyük ehtiyacı var.İlk növbədə ölkədə “Aliment fondu” yaradılmalıdır.Alimentdən yayınan, onu ödəyə bilməyən (istəməyən yox ) şəxsləri həbs etməklə ailənin maddi vəziyyəti düzəlmir.Əksinə, həbs olunan tərəf bir az da ailəsinə qarşı aqressivləşir və residivləşir.İmkanı olan şəxs alimenti ( valideynə, arvadına və uşağına ) ödəməkdən yayınırsa onu həbsxana həyatı ilə islah etmək çətindir.Hindistan polisinin tətbiq etdiyi metodlardan istifadə etmək də ağıla sığmır.İmkanı olmayan şəxsi isə bacardığı işlə təmin etmək lazımdır.Qeyd etdiyim kimi  Aliment fondundan alimentin miqdarı tərəfə ödəməklə , gələcəkdə bu məbləği işləyən tərəfin hesabından tutmaq olar.

  Başqa təklifim ondan ibarətdir ki, AMEA-nın nəzdində ümumiyyətlə cinayətkarlığı və ailə münaqişələrini doğuran səbəb və şəraitin öyrənilməsi üçün Elmi Tədqiqat İnstitutu yaradılmalı, səbəblər elmi cəhətdən tədqiq olunduqdan sonra onun aradan qaldırılması istiqamətində NK-yə müvafiq təkliflər verilməlidir ki, vəziyyət pik həddinə çatmasın.Belə olarsa,ailənin əsasını qorumaqla Azərbaycan dövlətinin  təməlini qoruya bilərik.

Bu baxımdan  Milli Elmlər  Akademiyasında  ailə münaqişələrini doğuran səbəb və şərait Elmi tədqiqatın predmetinə çevrilməli və həmin istiqamətdə birgə iş aparılmalıdır.

Başqa təklifim ondan ibarətdir ki,nikah ittifaqı zamanı gələcək ər-arvad“Ailəyə sədaqət”ruhunda and içsinlər.Andı pozmaq,ailənin müqəddəsliyinə ,cəmiyyətin əsas özəyinə xəyanət kimi dəyərləndirilsin.Məs:Dövlət rəmzlərinə hörmətsizlik etmək,vətənə sədaqət andını pozmaq və s.konstitusion vəzifələr necə qorunursa,ər və yaxud arvadın valideyn vəzifələrinə sədaqətsizlik nümayiş etdirməsi qanunla təqib olunsun.Təbii burada bəzi istisnalar ola bilər.(ərin və yaxud,arvadın ictimai mənəviyyata zidd hərəkətləri-ailə xəyanətləri)Qanunun “Dur”demək  gücü yoxdursa,boşanmaların sayı artımla davam edəcək.Ailə qanunvericiliyində ailənin qorunub saxlanılması üçün yaxşı heç nə yoxdur.Diqqət edin:Birgə nikah dövründə nə alınıbsa onu mübahisələndirmək olar.Təcrübədən məlum olur ki, 10-20 il birgə həyatdan sonra boşanma zamanı sən demə,ərin adına heç nə yoxmuş.Qadın məhkəmə qərarı ilə boşanıb himayəsindəki uşaqlarla ya ata evinə qayıtmalı,ya da kirayəyə ev axtarmalıdır.Qız ata  ocağından “Vağzalı”ilə çıxanda oğlan evinə yanında uşaq aparmamışdı.Bəs boşanandan sonra körpələri ilə ata evinə necə qayıtsın?!Məsələnin görünməyən tərəfi də var.Gəlin,bir yerdə təmiz,gül qoxulu İffəti və yad əlin toxunmadığı can ilə evdən çıxan gəlinin boşanandan sonra halını düşünək.Bütün hallarda nikahın pozulması ərin təşəbbüsü ilə baş verərsə hakim sosial ədaləti bərpa etmək və hamıya görk olsun deyə qadının keçmişini və gələcəyini diqqətlə nəzərə almalı,qəbul olunan məhkəmə aktı daha çox arvadın(qızın yox)həyatını nəzərə almalıdır.Qadının evlə təmini və aliment məsələsi həll olunmalıdır.Boşanma ərə qarşı sərt qərarla elan olunanda bəzilərini bu fikirlərindən yayındirmaq olar.Rəvayət edirlər ki,Sokratın arvadı çox deyingəz və eybəcər bir xanım imiş.Amma Sokratın zərb məsələlərindən görünür ki,Onun məşhur filosof olmağında xanımının əvəzsiz rolu olmuşdur.

 

Sonda nə demək istərdim;Ailə institutu hər bir cəmiyyətin lokomotividir.Əgər ailədə qarşılıqlı hörmət və məhəbbət yaşayırsa,ailənin müqəddəsliyi dərk olunarsa-həmin ailə daimidir,özülü möhkəmdir.Ailədə səbr,dözüm nümayiş etdirilməli,çox sözü eşitməməli və daha çox danışılmamalıdır.Necə deyərlər;biri kar,biri isə lal olmalıdır.

 

Təbiətin canlanması və vəcdə gəlməsi günəşin çıxmasından və yağmurdan nə dərəcədə asılıdırsa,ailənin də qarşılıqlı hörmət və məhəbbətə ehtiyacı var.Əslində mütləq sevgi və məhəbbət yoxdur.Mütləq sevgi Allahadır,Allaha! Müdriklərin dediyi kim sevgini şairlər və yazıçılar əsərlərində uydurublar.Quranda deyildiyi kimi,şairlər xəyallar aləmində dərbədərdirlər,onlar etmədikləri  şeyləri  deyirlər,yazarlar,zənnə qapılarlar.Zənn isə həqiqət sayıla bilməz.

 

Həyat özü-özlüyündə gözəl bir nağıldır.Onu faciəyə çevirən,bir növ dramatikləşdirən isə biz insanlarıq.Çalışaq,həyatımızı dramatikləşdirməyək.Başa düşməliyik ki,tənhalığın müalicəsi və məlhəmi yoxdur.Fərdin inkişafı və şəxsiyyətin formalaşdırılmasının bünövrəsi də ailədən başlayır.O İlahi bir nemətdir.Onu qorumağa məhkumuq.

 

Məsəl var deyirlər:Qadın,ona həssas və təbəssüm göstərəcək kişini sifətindən tanıyır-Dənizçi açıq dənizin “xarakterinə”bələd olduğu kimi...

 

Bilməli,anlamalıyıq ki,qadınlar onların xətrinə dəyənləri sevmir və görmək də istəmirlər...Qınamayaq!Axı,onlar anadırlar-Peyğəmbərləri,dahiləri,müdrik insanları,vətən uğrunda həlak olanları və bizi də bətnlərində ərsəyə gətirib həyata bəxş edən analar!

Ona görə ailə hər şeydən güclü,hər şeydən müqəddəs və hər şeydən deyilməyən həddə üstündür.Vətəndən də!Vətəni iffətimizə və namusumuza görə qoruyur,yolunda canımızı fəda edirik ki,ailəni,vətəni qəsbkarlardan  qoruyaq!

 

Onore de Balzakın da gözəl bir deyimi var:”Kim qadını idarə edə bilirsə,dövlətlə də bacara bilər.”Təbəssüm göstərsək “idarəçilik”çətin olmaz.

 

 

Şəmsəddin Əliyev

hüquqşünas

    

Oxşar xəbərlər
20:22, Bu gün
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
20:21, Bu gün
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
19:49, Bu gün
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
19:35, Bu gün
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
19:29, Bu gün
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
19:25, Bu gün
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
19:09, Bu gün
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
19:09, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
19:07, Bu gün
Nəzakət Teymurovanın qızı evlənir?
19:00, Bu gün
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
18:59, Bu gün
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
18:59, Bu gün
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
18:53, Bu gün
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
18:51, Bu gün
Tələbə saqqalı universitetə gələ bilərmi?
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
GÜNLÜK
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 20:41
"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"
29 Apr 2024 | 20:33
Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
29 Apr 2024 | 20:36
“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq
29 Apr 2024 | 20:39
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
29 Apr 2024 | 21:03
Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır
29 Apr 2024 | 21:04
Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş bağlandı
29 Apr 2024 | 22:02
İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 20:41
"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"
29 Apr 2024 | 20:33
Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
29 Apr 2024 | 20:36
“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq
29 Apr 2024 | 20:39
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
29 Apr 2024 | 21:03
Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır
29 Apr 2024 | 21:04
Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş bağlandı
29 Apr 2024 | 22:02
İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb