“Nikol Paşinyan Türkiyə prezidenti Ərdoğanın Ermənistana yardım təklifinə reaksiya verməlidir”.
Moderator.az xəbər verir ki, belə bir təkliflə erməni ekspert Suren Sarkisyan Facebook səhifəsində çıxış edib.
“Təklif rədd edilə bilər, ya da qəbul edilə bilər. Hər bir halda təklifi güclü bir siyasi bəyanatla cavablandırmaq olar”- deyən S. Sarkisyan fikrini belə əsaslandırıb ki, belə bir təklifə reaksiya verməmək düzgün olmaz, xüsusən mesaj kilsə xətti ilə gəlibsə.
Xatırladaq ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun erməni patriarxı, yepiskop Sak Maşalyana zəng edib.
Ərdoğan erməni yepiskopa “Biz birlikdə güclüyük!” kampaniyasına verdikləri dəstəyə görə təşəkkür etməklə yanaşı, Ermənistana dərman vasitələrilə yardım etməyə hazır olduqlarını da bildirib.
Taleh