"“Uşaq pulu” məsələsinin yaxın zamanlarda mərhələlərlə bərpasını zəruri hesab edirik" - Millət vəkili təkliflər verdi
Oxunub: 4980
09 Apr 2020 | 16:03
Moderator.az Milli Məclisinin deputatı Əli Məsimlinin 9 mart 2020-ci il tarixdə Milli Məclisin müzakirəsinə təqdim edilmiş Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyətinə dair hesabatı üzrə qeyd və təkliflərini təqdim edir:
          
2019-cu ildə özündən əvvəlki bir neçə illə müqayisədə daha çox iş görülüb və daha yaxşı nəticələr əldə olunub. 2019-cu il həm də 10 min dollara qədər kredit borcu olanlara güzəştlərin verilməsi, 4,2 milyon əhalini əhatə edən sosial paketin həyata keçirilməsi və struktur isahatlarının əvvəlki illərlə müqayisədə daha çox diqqət çəkən kadr islahatları ilə müşayiət olunması ilə də yadda qaldı. Bunlardan əlavə, 2019-cu ilin sosial-iqtisadi nəticələri həm makroiqtisadi sabitlik, həm iqtisadiyyatın real, həm maliyyə, həm də ki sosial sektorunun nəticələri baxımından özündən əvvəlki illərdəkindən yaxşıdır. Qeyr-neft ÜDM-nin artım tempi 3,5 faiz təşkil edib ki, bu da bütövlükdə ÜDM-in artım tempindən 1,3 faiz bəndi yüksəkdir. Sənayenin 1,8 faizlik artım tempi fonunda qeyri-neft sənayesi 8 dəfə yüksək artım tempi nümayış etdirərək 14 faiz təşkil edib. Strateji valyuta ehtiyatları 51 milyard ABŞ dollarına çatmaqla, 37 aylıq mal və xidmət idxalına kifayət edən səviyyədədir və xarici borcumuzu 6 dəfə üstələyir. Manatın dollara nisbətində məzənnəsi 1dollar/1,70 manat nisbəti ətrafında nisbi sabit qalıb. İnflyasiya 2.6 faiz səviyyəsində olub. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər, 6,5 faiz, orta aylıq əmək haqqı isə 15 faiz artıb. İqtisadi, sosial və institusional islahatlar bir-biri ilə uzlaşdırılaraq həyata keçirildiyndən, nəticələr də əvvəlki illərdəkindən həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək olub.
         
2020-ci ilin sosial-iqtisadi göstəriciləri özündən əvvəlki ilin nəticələrindən də yaxşı olacağı proqnozlaşdırılmışdı. Amma dünyada koronavirus artıq tibbi-bioloji problem çərçivəsindən çıxaraq bəşəriyyəti təhdid edir, çox ciddi iqtisadi, sosial, psixoloji və sair problemlər meydana çıxarıb Azərbaycanda pandemiya təhdidi bir sıra ölkələrdə olduğu kimi, “qırmüzü xətti” keçməsə də, xeyli iqtisadi, sosial və sair xarakterli problemlər yaradıb.
         
Pandemiyanın yaratdığı böhranlı vəziyyətdən az itki ilə çıxmaq və ölkəmizi post-pandemiya dövrünə yaxşı hazırlamaq məqsdilə xüsusi karantin qaydaları tətbiq olunur. Eyni zamanda qısa və ortamüddətli tədbirlər kompleksini özündə əks etdirən geniş iqtisadi və sosial proqram həyata keçirilir. Tədbirlər planında biznesi ayaqda saxlamaq və ixtisarların qarşısını almaqdan ötrü, özəl sektorda 600 mindən artıq işçinin maaşların bir hissəssini dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub. Vergi güzəştləri, tətilləri nəzərdə tutulur. Kredit almaq istəyən sahibkarlara həm zəmanənət dəstəyi, həm də faizlərin 10 faizlik bir hissəsini ödəməklə dəstək veriləcək. Dövlət Məşğulluq xidmətində işsiz kimi qeydiyyata alınan şəxslərə 2 ay müddətində yaşayış minimumu həcmində - 190 manat pul ödənilməsi nəzərdə tutulub. Ünvanlı sosial yardım alanların dairəsi genişləndiriləcək. Azətminatlı ailələrdən çıxan tələbələrin təhsil haqqını dövlət ödəyəcək. Elektrik enerjisi limiti100 kvt saat artırılıb 300 kvt-dan 400 kvt-a çatdırıalcaq və sair. Bununla belə tədbirlər proqramında nəzərə alınması zəruri olan bir sıra məsələlər var:
        
1.Rəsmi proqnozlara görə, 2020-ci ildə 4,6 faiz inflyasiya gözləntisi nəzərdə tutulub. Bu ilin iki ayında inflasıyanın 2,8 faiz olması göstərir ki, həmin sahədə proseslər proqnozda göstərildiyindən də yaxşı meyl götürmüşdü. Amma koronavirus və onun ətrafında gedən proseslərin qiymətlərin də artmasına təsir edir. Bunun bazar münasibətlərinin qanunauyğunluğundan doğan tərəfinin baş verməsi təbii və labüddür. Amma qiymətlərin süni surətdə artımının hər faizi ailə büdcəsinə ildə 390 milyon manatdan çox ziyan vurur. Koronovirusun yaratdığı şəraitdən istifadə edib saxtakarlıq edən ünsürləri durdurmaq mümkün olmasa, bir sıra məhsulların qiymətləri sürətlə artmaqda davam edər ki, bu da əhalinin güzəranına ciddi zərbə vurar. Ona görə də bu sahədə iki məsələnin həllini zəruri hesab edirik: Birinci süni qiymət atrtınına qarşı mübarizənin gücləndirilməsi. İkincisi, əhainin qiymət artımından itkilərinin müəyyən hissəssini qarşılamaqdan ötrü minimum əmək haqqının 250 manatdan 300 manata çatdırılması, Vahid Tarif Cədvəli əsasında əməyin ödənilməsinin bütün 19 dərəcəsi üzrə, amma daha çox aşağı maaş alan işçilərin əmək haqqlarını artmasına müsbət təsir edər. Eyni zamanda, minimum pensiyaların da 200 manatdan 250 manata qaldırılması hazırkı durumda vəziyyəti pisləşən aşağı pensiya alan yaşlı insanların durumuna bir qədər təsir etmiş olar.
           
2.Nazirlər Kabinetini hesabatında göstırilib ki, 2019-cu ildə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfər təşkil etmişdir. İşsizlərə 276 manat işsizlikdən sığorta haqqı ödənilmişdir. Statistik məlumata əsasən işsizlik və işsizlərə verilən sığorta haqqı sarıdan vəziyyət qənaətbəxşdir. Statistikadan belə çıxır ki, işsizlərin işə düzəldilməsi sahəsində də işlər çox yaxşı səviyyədədir. Amma koronavirusun aşkarladığı reallıqlar bunun əksini deyir: məşğulluq və işsizlik sahələrində real durum çox mürəkkəbdir. İşsizlərin dəqiq uçotu yoxdur. İşsizlərin çox cüzi bir hissəsi işsizlikdən sığorta ödənişi alır. 2019-cu il noyabr ayının 1-i vəziyyətinə Azərbaycanda işsizlikdən sığorta ödənişi alanların sayı cəmi 577 nəfər, o cümlədən, Bakıda-356 nəfər, Şəki-Zaqatala üzrə - 10 nəfər, Lənkəran üzrə - 15 nəfər, Quba - Xaçmaz üzrə - 8 nəfər olmuşdur. Bu sahədəki yeni əlavələr həmin rəqəmləri xeyli artıaracaq. Belə ki, Sosial Paketdə işsizlikdən sığorta ödənişi alacaq şəxslərin sayını 20 min nəfərə çatdırmaq nəzərdə tutulur. Bu, irəliyə doğri çox ciddi addımdır, amma yenə də işsizlərin az bir hissəsini əhatə edəcək. 2019-cu ildə işsizlikdən sığorta ödənişinin orta məblıği 276 manat və ya orta aylıq əmək haqqının 44 fazi səviyyəsində olub. 2020-ci ildə isə onun orta məbləğinin 111 manata və bu ilin orta aylıq əmək haqqı proqnozu göstəricisinin 16 faizi, minimum əmək haqqının isə 44 faizi, yəni orta əmək haqqının 44 fazindən minimum əmək haqqının 44 faizi səviyyəsinə salınması gözlənilir. Bütün böhranlar kimi pandemiyanın yaratdığı böhranlı vəziyyət də keçicidir.Bu vəziyyətdən az itki ilə çıxmaqdan ötrü digər şərtlərlə yanaşı, həm də insan amili öndə olmalıdır.Çünki Azərbayacanın potensialı  iqtisadi sahədə yaranmış problemlərin optimal müddətdə həllinə imkan verəcək.Amma hansı səbbdən olmasından asılı olmayaraq  koronavirus pandemiyasının  qurbanlarını yenidən həyata qaytarmaq mümkün olmayacaq.Hesab edirik ki, hazırkı ağır durumda Koronavirus və onu ətrafında gedən proseslərin sadəcə bir səhiyyə məsələsi çərçivəsindən çıxıb, çox ciddi iqtisadi, sosial, psixoloji və sair problemlər yaratdığı bir zamanda əhalinin sosial durumu ilə bağlı taleyüklü məsələlərə çox həssas yanaşmaq lazımdır.Ona görə də işsizlik məsələsinə münasibət kökündən dəyişdiririlməli, işsizliyin real statistikası ortaya qoyulmalı, gerçəkədən işsiz olan insanların mümkün hissəsi postpandemiya dövründə real iş yeri ilə təminat və hazırkı situasiyanın gərginliyini nəzərə alaraq həm də ictimai işlərə cəlb etmək yolu ilə məşğulluğu təmin edilməsi istiqamətində tədbirlər hazırlanmalı, qalanlarına isə orta əmək haqqının 40 faizi səviyyəsi hazırkı durumda mümkün deyilsə,onda ən azı minimum əmək haqqı, yəni 250 manat məbləğində işsizlikdən sığorta ödənişi verilməlidir. Məsələnin həllinə bu cür yanaşma , hazırkı şəraitdə çox ağır durumda olub, sosial müdafiəyə ehtiyacı olan insanların xeyli hissəsinin düşdüyü vəziyyətdən çıxmasına kömək etmiş olar. Bu addımın ünvanlı sosial yardım alanların dairəsinin genişləndirilməsi ilə tamamlanması isə hazırlanan proqramlarda nəzərə alınmayan sosial problemlərin həllinin yumşaldılmasında müstəsna rol oynaya bilər.
          
3.Hökumətin sosial paketi şəhərdə yaşayan yoxsul və işsizlərin bir hissəsini nəzərə alsa da, kəndlərdə yaşayan yoxsulların mütləq əksəriyyətini nəzərə almır. 0,2-0,5 hektar pay torpağı olmaq, hələ həmin kəndlinin işləyib özünü və ailəsini dolandırmaq üçün gəlir əldə etməsi demək deyil. Ümumiyyətlə, bu pay torpağı məsələsi həmin vəziyyətdə olan yoxsul kəndlilərin ünvanlı sosial yardımdan faydalanmasına imkan vermədiyi kimi, indi də 190 manatlıq müavinətdən yararlanmağa imkan vermir. Əgər insanın heç bir gəliri yoxsa, şəhərdə, yoxsa kəndə yaşamasından asılı olmayaraq, deməli, işsiz və yoxsuldur. İşsiz və yoxsuldursa, deməəli qanunvericiliyə müvafiq surətdə dövlət dəstəyi almalıdır. Ona görə də həm ünvanlı sosial yardım və həm də ki hazırkı 190 manatlıq 2 aylıq yardım təyin edilərkən ciddi maneəyə çevrilmiş pay torpağı məsələsinə, bu torpaq parçasından gəlir götrülüb-götürülməməsi faktı əsasında yanaşılmaqla həll edilməsini zəruri hesab edirik.
          
4.Hökumət proqramında göstərilib ki, sahibkarlara bundan sonra alacaqları kreditlərə görə güzəştlər olunacaq. Amma indiki vəziyyətdə aldıqları kreditləri ödəyə bilməyən sahibkarlara və əhali kateqoriyasına güşəştlər ətrafında hələ danışıqlar gedir. Sahibkarlara proqramda nəzərdə tutulduğundan əlavə, həm də mövcud biznes kreditlərin ödənilmə müddətində güzəştlərin də əlavə edilməsini, o cümlədən əhalinin istehlak, ipoteka kredit borcları və faizlərin ödənilmsində bir neçə aylıq tətillərin verilməsini və digər güzəştlərin edilməsini, kredit ödəmələrinin gecikdirilməsinə görə tətbiq edilən sanksiyaların dayandırılmasını, bunun əvəzində isə dövlətin və Mərkəzi Bankın kommersiya banklarına müvafiq dəstəyin verməsini zəruri hesab edirik.
          
5.Koronavirusla mübarizə məqsdilə beynəlxalq praktikada tətbiq edilən məhdudiyyətlətlərin bizdə də tətbiqi, təbii surətdə bir sıra yeni iqtisadi və sosial məsələri gündəmə gətirib. Həmin məsələlərin bir hissəsi hökumətin hazırladığı Sosial Paketdə öz əksini tapıb. Bununla belə ailədə bir nəfər işləyirsə, həmin ailənin 190 manatlıq dəstək paketi almayacağı barədə rəsmi açıqlamalar cəmiyyətdə xeyli narazılıq yaradıb. Əgər 4 nəfərlik bir ailədə işləyən tək şəxs 250-300 manat alırsa, hər ailə üzvünə 63-75 manat pul düşür. Bu, 2020-ci ilin yaşayış minimumundan 2,5-3 dəfə azdır. Açıq qalan bu cür məsələlər ətrafnda gedən diskussiyalar göstərir ki, əvvəla sosial sahəyə aid statistika, uçot hesabat sistemi əsaslı surətdə təkmilləşdirilməlidir. İkincisi, beynəlxalq praktikadan çıxış edərək demək olar ki, bu qəbildən olan problemlərin xeyli hissəsini “uşaq pulu”nun bərpa edilməsi hesabına həll etmək olar. Ona görə də Azərbaycanda ötən ildən başlanan və 4,2 milyon əhalini əhatə edən sosial islahatların davamının çox önəmli və pik nöqtəsi kimi,optimal model əsasında aşağı gəlirli ailələr üçün “üşaq pulu” məsələsinin yaxın zamanlarda mərhələlərlə bərpasını zəruri hesab edirik.”Uşaq pulu” proqramı işə düşənə qədər isə bir sıra ailələrdə yaranmış hazırkı gərginlikləri azatmaqdan ötrü, həm beynəlxalq praktikada tətbiq olunan “uşaqların yeməyini təmin edək” üsulunun bizdə də tətbiqinə başlanılmasını, həm də hökumətin valideynləri işləməyən ailələrdəki uşaqlara 3 aylıq müavinət verməsini zəruri hesab edirik.
      
6. Koronavirusun yaratdığı problemlər 2020-ci ilin dövlət büdcəsinə yenidən baxlması və bir sıra layihələrin icrasının ertələnməsi zərurəti yaranıb. Amma ölkə prezidentinin də xüsusi vurğuladığı kimi, bu hal sosial infrastruktur layihlərinə aid olunmamalı, əhali üçün önəm kəsb edən layihələr maliyyələşdirilməkdə davam etdirilməliidr. Bu baxımdan Şəki kəndləri üçün zəruri olan bir sıra məsələlərin həlli çox vacibdir:
          
Son illər Şəki rayonunun yaşayış məntəqələrinə qaz verilişinin bərpası, eləcə də əvvəllər qazlaşdırılmayan kəndlərin qazlaşdırılması istiqamətində xeyli işlər görülmüş, qazla təhciz olunmuş yaşayış məntəqələrin miqyası genişlənmiş, abonentlərin sayı xeyli artmışdır. Bunula belə bir çox yaşayış məntəqələrin qazlaşdırılması ilə bağlı görülməli işlər hələ də qalmaqdadır. Bu mənada Şəki rayonunun qərb hissəsində Şəki-Qax avtomagistralı üzərində (Şin çayı hövzəsi ətrafı bölgədə) yerləşən Zunut, Baş Şabalıd, Aşağı Şabalıd, Şin, Cunut, Qumux, Aşağı Layiski və bu kəndlə Aşağı Göynük kəndi arasında yerləşən bir neçə min nəfər əhalinin yaşadığı xalq arasında “Mərdanlar” adı verilmiş yaşayış massivinin qazlaşdırılması olduqca vacibdir. Adları qeyd olunan kəndlərin qazlaşdırılması meşələrin qırılmasının qarşının alınması, həm də həmin kəndlərdə yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir edəcək.
            
Həlli vacib olan ikinci məsələ kəndlərin su təchizatı ilə əlaqədardır. Şəki rayonunun kəndərinin əhalisinin içməli suya olan təlabatının qarşılanması baxımından dağ kəndlərimizdə dağlıq massivdə olan təbii bulaqların-çeşmələrin suyunun yığılaraq, münasib ərazidə kiçik su anbarlarının yaradılması yolu ilə, əldə edilmiş suyun kəmərlər vasitəsilə kəndlərə çatdırılması məqsədəuyğun olardı. Şəki rayon əhalisinin içməli suya olan təlabatının qarşılamağın digər vasitəsi son dövrlərdə geniş istifadə olunan yeni artezian və subartezian quyularının vurulmasıdır. Bu mənada rayonun Şorsu kəndinə 2, Daşbulaq kəndinə 2, Şəkikəndə 2, Böyük və Kiçik Dəhnə kəndlərinin hər birinə əhali sayı nəzərə alınmaqla 3, Cunut və Qumux kəndlərinin hər birinə 1, Cumakəndə 1, Oxud kəndinə 2 ədəd subartezian quyusunun vurulmasına ehtiyac vardır.
            
Şəki rayonunda həllini təxirəsalmadan gözləyən problemlərdən biri də “Əyriçay su anbarı” ilə əlaqədardır. Su anbarının istismara verilməsi və bu zaman rayonun Qaradağlı və Babaratma kəndlərinin köçürülməsi prosesi tam yekunlaşmadığından, bu gün həmin kəndlərin əhalisi ciddi problem yaşamaqdadır. Xüsusən də Babaratma kəndində yaşayan 32 ailə üçün ciddi təhlükə və dözülməz şərait yaranmışdır. Qış aylarında bəndin su hündürlüyü 18-20 metr arasında olur. Yazbaşı- yazlıq əkinlərin suvarılma dövründə bu həcmin 22-24 metrə çatdırılması zərurəti yaranır ki, bu zaman su artıq kənd əhalisinin həyət və evlərini basır. Bundan əlavə olaraq, su anbarının insanların evlərinin lap yaxınlığında yerləşməsiburada yay aylarında rütubət və buxarlanmanın səviyyəsinin normanı dəfələrlə aşması səbəbli nəfəs almanı çətinləşdirir, xalq arasında “yel” adlandırılan xəstəliklərin, eləcə də ağciyər xəstəliklərinin geniş yayılmasına səbəb olur. Vəziyyətdən çıxış yolu kimi Babaratma kəndinin əhalisinin yarımçıq qalmış köçürülmə prosesi yekunlaşdırılmasını və onlar üçün dövlət hesabına başqa yerdə yeni evlər tikilməsini zəruri hesab edirik.
Oxşar xəbərlər
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 07:30
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 07:30
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?