Koronavirus təhlükəsinin bütün dünyada genişlənməsi bəşəriyyəti bu virusla mübarizə fonunda daha ciddi addımlar atmaq, habelə fövqəladə vəziyyətdə yaşamaq məcburiyyəti ilə üz-üzə qoyub.
Moderator.az xəbər verir ki, artıq bəzi dövlətlər koronavirusla mübarizənin qeyri-müəyyən vaxta qədər davam edəcəyini nəzərə alaraq, insanlara uzunmüddətli fövqəladə hallar şəraitində yaşamağı öyrətməkdədir. Bunun üçün televizyalara dəvət alan ekspert və mütəxəssislər vətəndaşlara həm psixoloji, həm də fiziki baxımdan fövqəladə halların ağırlığına davam gətirməyin mümkün yollarını izah edir, sosial izolyasiya şəraitində yaşam uğrunda mübarizəni davam etdrimək üsullarını izah edirlər.
Media vasitəsi ilə aparılan təbliğat işlərində yerli və regional icra hakimiyyəti orqanlarının səlahiyyətini dayandırdığı, komendant saatının tətbqi edildiyi, ərzaq və digər ehtiyatlarla bağlı xüsusi prosedura start evrildiyi təqdirdə insanların necə davranması gərəkdiyi ilə bağlı məlumatlar verilir. Bəzi dünya liderləri hesab edir ki, koronavirus xəstəliyinin bir qədər də genişlənməsi fövqəladə halların tətbiqini zəruri edə bilər ki, belə olduqda hər kəsin nə etməsi gəərkdiyini bilməsi vacibdir.
Qeyd edək ki, fövqəladə hallarla bağlı “ümumxalq təlimləri” Avropanın bir sıra ölkələri, o cümlədən Rusiyada həyata keçirilməkdədir.
Seymur ƏLİYEV