Rusiya prezidenti Vladimir Putin koronavirusla mübarizədə rus xalqına qələbə vəd edib.
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, putin infeksiyası məğlub edəcəyinə əminliiyni ifadə edib və bildirib ki, hökumət bu işin öhdəsindən xalqla birlikdə gələcək.
Rusiyanı zaman-zaman ciddi sınaqlardan keçdiyinə diqqət çəkən prezident, bu çətinliyin də keçib gedəcəyini bildirib. Putin biznesmenlərlə yanaşı, sadə vətəndaşlara da dövlət tərəfindən dəstəyin davam etdiriləcəyini qeyd edib.
Putinin koronavirusu məğlub edəcəkləri ilə bağlı açıqlaması mütəxəssislər tərəfindən fərqli qarşılanıb. Bəzi ekspertlər ölkə başçısının bununla rus səhiyyəsinin gücünə olan inamını ifadə etdiyini bildirsə də, mütəxəssislərin bir qismi Putinin bu sözlərlə sadəcə olaraq xalqa nikbin ovqat bəxş etməyə çalışdığı fikrindədir.
Seymur ƏLİYEV